Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1580/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Yusifov Elvin İbadət oğlunun iştirakları ilə xx xxxxxx 1990-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşamış, ha l-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 151 və 156.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2021-ci il il tarixli qərarından məhkumun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Yusifov Elvin İbadət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Neftçala Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə (hakim Ə.Y.Tağıyev) Məhkum Azərbaycan Respublikası CM-in 151 və 156.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 151-ci maddəsi ilə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 156.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə islah işlə ri cəzası təyin edilmiş, CM-in 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində qəti cəza olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzanın çəkilməsinin əvvəli 01 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və K.S.Bəşirov) apellyasiya şikayətləri təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 2019-cu ilin noyabr ayında günü istintaqa məlum olmayan tarixdə gecə saatlarında 04 iyun 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı ünvan 2ndəki evin həyətyanı sahəsində sonuncu ilə ağız vasitəsi ilə cinsi münasibətdə olub cinsi ehtirasını təmin edərkən mobil telefonunda çılpaq vəziyyətdə videoçəkiliş aparmaqla və çılpaq fotoşəklini çəkərək Zərərçəkmiş şəxs özündən asılı vəziyyətə salıb, həmin asılılığından istifadə etməklə, çılpaq vəziyyətdə video və foto şəkilləri kənd əhalisi arasında yayacağı hədəsi ilə 08 may 2020-ci il tarixdən 2020-ci ilin iyul ayının sonlarına kimi dəqiq günü istintaqa məlum olmayan tarixlərdə gecə saatlarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 2dəki evin həyətyanı sahəsində mütəmadi olaraq onunla arxa keçəcək vasitəsilə qeyri təb ii yolla cinsi əlaqədə olaraq cinsi ehtirasını təmin edib seksual xarakterli hərəkətlərə məcbur etmiş və 2020-ci ilin iyun ayında günü istintaqa məlum olmayan tarixdən Zərərçəkmiş şəxs şəxsi həyatının sirrini əks etdirən çılpaq foto şəkillərini ünvan 3, ünvan 4, ünvan 5 kəndlərinin əhalisi arasında yaymışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarının Məhkum CM-in 151-ci maddəsi ilə ittiham olunmasına dair hissədə ləğv edilməsi və onun həmin maddə ilə təqsirsiz olmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum CM-in 151-ci maddəsi ilə ittiham olunmasına dair hissədə təqsirsiz olmasını təsdiq edən kifayət qədər sübutla r olmasına baxmayaraq məhkəmələr sübutlara düzgün hüquqi qiymət verməmiş və qanunsuz və əsassız qərarlar qəbul etmişlər. Belə ki, Məhkum özünü CM-in 151-ci maddəsi ilə təqsirli hesab etməməsinə baxmayaraq birinci instansiya məhkəməsinin hökmündə əsassız olaraq onun özünü həmin maddə ilə təqsirli hesab etməsi yazılmış, Zərərçəkmiş şəxs həm ibtidai istintaqda, həm də məhkəmədə Məhkumla könüllü olaraq cinsi əlaqədə olmasına dair verdiyi ifadələr nəzərə alınmamış, şahidlərdən heç biri Məhkum Zərərçəkmiş şəxs onda olan şəkil və videogörüntülərlə hədələyərək cinsi əlaqəyə girməyə məcbur etməsinə dair ifadələr verməmişlər. Müdafiəçi hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs onda olan şəkil və videogörüntülərlə hədələyərək cinsi əlaqəyə girməyə məcbur etməsi iş materialları ilə təsdiq olunmur və ona görə də həmin hissədə onun barəsində olan cinayət işi əməlində cinayət tərkibi olmaması əsası ilə xitam edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi E.Yusifovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yal nız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahidlərin ifadələrinə, ekspert rəylərinə habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əsassız olaraq CM-in 151-ci maddəsi ilə məhkum edilməsi mübahisələndirilir. Azərbaycan Respublikası CM-nin 151-ci maddəsinə əsasən: Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girm əyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etməbir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsinə əsasən: Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılmasımin manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Məhkumun ittihamının Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsi mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununl a əlaqədar sübutların şərhini zəruri hesab etmir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qə rarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilm əsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini CM-in 151 və 156.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, Zərərçəkmiş şəxs və şahidlər – X10, X11, X12, X13, X14 və X15in ifadələri, məhkəmə-tibbi ekspertizasının 14 avqust 2020- ci il tarixli, 185 saylı rəyi, telefona baxış keçirilməsi haqqında 04 sentyabr 2020-ci il tarixli protokol, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 28 oktyabr 2020-ci il tarixli, 3/1302 saylı rəyi, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 151-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 151-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM- in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, himayəsində iki azyaşlı uşağının olmasını, cinyətini etiraf edib səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kolle giyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarı da göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şir van Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1580/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1580/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver