Məhkəmə qərarları › İş №1(102)-1580/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1580/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1580/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X6 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü ma ddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, X12 Məcidov, X5 ibarət tərkibdə) 22 dekabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1983-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmamış, fərdi qaydada taksi sürücüsü işləmiş, Xırdalan şəhəri, Quşçuluq YYM, 6-cı küçə, Dalan 5. ev 11-də qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Nizami küçəsi, nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 21 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İbrahimov Anar Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə) 2 mart 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 -cü maddələri ilə məhkum olunmasına dair 1(101)1200/2022 saylı, 22 dekabr 2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum şəxsiyyəti məlum olmayan şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə şəxsiyyəti məlum olmayan şəxsin ona bildirdiyi lakin məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 44,205 qram olan narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 19,202 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq alıcıya vermək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində Maştağa-Zabrat şosesində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığına kimi daşımış, xx.xx.2021 - ci il tarixdə saat 19:20 radələrində sözü gedən ərazidə xidmət aparan Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq həmin Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd şəffaf rəngl i sellofana bükülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 44,205 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 19,202 qram külli miqdarda ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və istifadə etməmişdir. 15 ildir ki, taksi fəaliyyəti ilə məşğul olaraq xəstə anasına və oğluna baxır. Kassasiya şikayətində qadınlığını, narkotik maddə ilə əlaqəsi olmadığını, bu cinayətə dair heç bir sübut olmadığını, ona ehtiyacı olan yataq xəstəsi anasını nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2023-cü il tarixli qərarının ləğv edib, işin yenidən istintaqa qaytarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şika yətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığın ı kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. H əqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübu ta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verm əlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təq sirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri he sab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, 15 ildən artıq müddət ərzində öz şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Çox vaxt öz taksi avtomobili ilə Bakı şəhəri «Avtovağzal», «20 yanvar» və «Şamaxinka» adlanan ərazilərdə dayanıb müştəri gözləmişdir. Yay mövsümündə isə avtomobili ilə meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. 19 noyabr 2021-ci il tarixdə avtovağzalda dayanarkən ona tanımadığı bir nəfər müştəri yaxınlaşmış və sənədlər olan bir sellofan paketi ona vermişdir ki, ona deyiləcəyi yerə çatdırsın. Sonra həmin şəxs onun mobil t elefonunu istəmiş və ona ***-***-**-** mobil nömrəsindən zəng olunacağını, paketi Sabunçu rayonu ərazisində bir yerə çatdıracağını bildirmişdir. O da taksi fəaliyyəti göstərdiyindən razılaşmış və paketi götürmüşdür. 21 noyabr 2021-ci il tarixdə istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** nömrəsindən zəng olunaraq, Zabrat dairəsinə getməsi tapşırılmış və gediş haqqı olaraq 15 manata razılaşmışlar. O, idarə etdiyi avtomobillə Zabrat dairəsinə getmiş, Zabrat dairəsində olarkən, həmin nömrə ilə əlaqə saxlamış, telefonda danışan şəxs ona bildirmişdir ki, üzü Maştağa kəndinə doğru “LUKOİL” yanacaqdoldurma məntəqəsinin yanına getsin və ondan sürdüyü avtomobilin markası və dövlət qeydiyyat nişanını soruşmuşdur. Sonra o, yanacaqdoldurma məntəqəsindən həmin nömrəyə zəng etmiş və telefonda danışan şəxs maşını bir az irəli sürməsini demişdir. Həmin an avtomobilinə arxadan başqa avtomobil toxunaraq vurmuş, o, avtomobilini saxladıqda, arxadakı avtomobildən 2-3 nəfər şəxs düşərək, onu saxlayaraq, Polis Bölməsinə aparmışlar. Sonradan isə avtomobilini polis bölməsindən oğlu götürmüşdür. Bölmədə ona demişlər ki, bir ildir ki, onu axtarırlar, guya onun ağ rəngli “JEEP”markalı maşını olmuş və İran vətəndaşı ilə ailəli olmuşdur. O da polislərə demişdir ki, onun heç vaxt ağ rəngli “JEEP”markalı maşını olmamışdır, İran vətəndaşı ilə ailəli olmamışdır. Onun əri Qərbi Azərbaycandan olmuş və bir də oğlu vardır. Polislər onun oğlunun olduğunu eşidəndə demişlər ki, əgər onların dediklərini etməsə, oğlunu bölməyə gətirib narkotik satan şəxs kimi işə cəlb edib həbs edəcəklər. S onra maşında olan bağlamanı gətirmişlər və bağlamada narkotik vasitə olması aşkar olunmuşdur. Onun bağlamada narkotik vasitə olmasından xəbəri olmamışdır. Polislər onu saxlayanda avtomobili cərimə meydançasına aparmışlar, oğlu onun qızıl üzüyünü satıb cəriməni ödəyib, maşını çıxarmışdır. O, polis bölməsində başa düşmüşdür ki, onu başqa bir Ülviyyə adlı qadınla səhv salmışlır. Çünki polislər ondan ağ rəngli “JEEP”markalı maşını olub-olmamasını, həm də İran İslam Respublikasının vətəndaşı ilə ailəli olub-olmadığını soruşmuşlar. Barəsində həbs qətimkan tədbiri seçilənə qədər özündə olmamış, ona ittiham aktı verilənə qədər bilməmişdir ki, onu niyə həbs ediblər. İbtidai istintaq dövründə onun oğlunun həbs edilməsi ilə bağlı ona təzyiq göstərmişlər. Heç vaxt narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, o, 10 ildir ki, Yasamal rayonu ərazisində yerləşən "Beynəlxalq Avtovağzal’da fərdi qaydada icarəyə götürdüyü "TOYOTA POJERO İo” markalı, 99- KZ840 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərmişdir. Bir-iki dəfə idarə etdiyi avtomobillə müştəri kimi mənzil başına çatdırdığı, konkret kimliyi və yaşadığı ünvan barədə məlumatı olmadığı bir nəfər təxminən 40 yaşlarında olan kişi ilə gedərkən həmin kişi ondan taksi fəaliyyəti ilə məşğul olaraq nə qədər pul qazanması barədə soruşmuşdur. O, da gündəlik 30-40 manat pul qazandığını, yay mövsümündə isə avtomobilində meyvətərəvəz satdığını bildirmişdir. Sonuncu dəfə həmin kişi xx.xx.2021 -ci il tarixdə, saat 15 radələrində "Beynəlxalq Avtovağzal”da onun avtomobilinə əyləşmişdir. Həmin şəxslə yol boyu söhbət edərkən ona bildirmişdir ki, 100 (yüz) manat məbləğində pul müqabilində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Erməni qəbiristanlığı” kimi tanınan yerdə markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin sol qabaq təkərinin üzərindən sellofan torbanı götürsün və ona zəng gəldikdə, həmin sellofan torbanı Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yerləşən "LUKOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığına aparsın. Orada bir nəfər şəxs ondan sellofanı götürəcək və ona 500 (beş yüz) manat məbləğində pul verəcəkdir. Həmin puldan o, xidmət haqqı olaraq 100 (yüz) manat özünə götürsün, 400 (dörd yüz) manat pulu isə Nərimanov rayonu ərazisində narkotik vasitəni götürdüyü avtomobilin təkərinin üzərinə qoysun. O, razılaşmış və tanımadığı şəxsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində avtomobilindən endirmişdir. O, dərhal tanımadığı şəxsin dediyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən "Erməni qəbiristanlığı” kimi tanınan yerdə markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin olduğu ünvana gəlmiş, həmin ünvana çatdıqda, saat 18 radələri olmuşdur. O, avtomobilə yaxınlaşaraq, sol ön təkərinin üzərinə baxmış və orada içərisində narkotik vasitə olan bağlamanın olduğunu görmüşdür. O, bağlamanı götürüb avtomobilinə qoymuş və bir-iki saat işləmişdir. Belə ki, o, bağlamanı kimə nə vaxt verəcəyini bilmədiyindən, zəng gözləyirmiş. xx.xx.2021-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı evdə olarkən, tanımadığı nömrədən ona zəng g əlmiş, cavab verdikdə telefonun dəstəyində olan şəxslə saat 16:00-dan sonra görüşmələri barədə razılaşmışlar. xx.xx.2021 -ci il tarixdə 17:20 radələrində evdən çıxıb Zabrat-Maştağa şosesinin Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən "LUKOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığına gəlmişdir. Həmin vaxt üzərindəki bağlamanın içərisində narkotik vasitə olduğunu bildiyi üçün həyəcanlı olmuş, orada olan 2 nəfər polis əməkdaşı özünü şühbəli apardığını hiss edib, onu Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 14-cü Polis bölməsinə gəlmiş, Polis bölməsində şəxsiyyəti müəyyən edildikdən sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. O da etiraz etməm iş, hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində saxlanılması qanunla qadağan olunmuş maddə və ya əşyanın olub- olmaması barədə sual verilmiş, bu zaman o, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbanı çıxararaq, təqdim etmişdir. Həmin sellofan torba açıldıqda, torbanın içərisində 02 ədəd olmaqla, 01 ədəd şəffaf sellofan bükümün içərisindəki qəhvəyi rəngli maddə kütləsinin narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan bükümün içərisindəki ağ rəngli kristallik formada olan metamfetamin adlanan psixotrop maddənin olması müəyyən edilmişdir. Sonra polis əməkdaşı həmin bükümləri onun və digər polis əməkdaşlarının iştirakları ilə qablaşdırmış, sellofan paketi möhürləmiş, tərkib inin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndəriləcəyini bildirmişlər. Bu barədə protokol tərtib edilmiş, həmin protokol və qablaşdırılmış torbanın üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Bütün bu proseslər videoçəkilişlə qeydə alınmışdır. O, qeyd etmişdir ki, heç bir yerdə qeyri-qanuni əşya saxlamır, yalnız yuxarıda göstərdiyi kimi, adını bilmədiyi və üzdən tanımadığı şəxsdən əldə etdiyi narkotik vasitə olan heroini və metamfetamin adlanan psixotrop maddəni üzərində saxlamışdır. O, 05136755-25 nömrə ilə "SAMSUNG J7” mobil telefondan istifadə etmişdir, mobil telefonunu Sabunçu RPİ- nin 14-cü Polis Bölməsində əməkdaşlara təqdim etmişdir. O, narkotik vasitə və psixotrop maddələrdən ümumiyyətlə istifadə etməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ş ahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Sabunçu RPİ-nin 14-cü Polis bölməsində CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 noyabr 2021-ci il tarixdə saat 19 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin polis sahə inspektoru polis mayoru Şahid2lə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi Maştağa-Zabrat şoşesində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsi sorğu-sual edərkən həmin şəxsə qarşı narkotik vasitələri daşımaqda və istifadə etməklə bağlı şübhə yaranmışdır. Bu səbəbdən onlar həmin şəxsi Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, saxladıqları şəxs 12 avqust 1983-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş Məhkumdır. Məhkum narkotik vasitə saxlamasına əsaslı şübhələr yarandığından, Polis Bölməsində xidməti otaqların birinə dəvət edilmiş təhqiqatçı Elsahib Vəliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkum şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, bununla bağlı müdafiəçi Təyyar Mirzəyev dəvət edilmişdir. Məhkum üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edilmişdir. Məhkum buna etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək, üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçi Təyyar Mirzəyevin iştirak etməməsini xahiş etmişdir. Sonra onun və digər polis əməkdaşı Şahid2 iştirakı ilə təhqiqatçı Elsahib Vəliyev tərəfindən Məhkum üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarı ş zamanı Məhkum üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi bildirilmiş, Ülviyyə həmin vaxt əynindəki qara rəngli gödəkçənin sağ cibindən bir ədəd şəffaf sellofana bükülünü təqdim etmişdir. Həmin bükülü açıldıqda, içərisində iki ədəd şəffaf selofan bükülü olmuş, bükümlər açıldıqda müəyyən edilmişdir ki, birinin içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, digər bükümün içərisində isə ağ rəngli toz kristalvari psixotrop maddə metamfetaminə oxşar maddə vardır. Məhkum bildirmişdir ki, bükümlərdəki maddələrin tərkibini bilməsə də, orada narkotik vasitə olduğunu bilmiş, 19 noyabr 2021-ci il tarixdə tanımadığı şəxslə razılaşmışlar ki, həmin narkotik vasitəni Nərimanov rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsə v erəcək, həmin şəxs də Məhkum bunun müqabilində 500 manat verəcəkdir. Həmin puldan Məhkum 100 manat taksi xidməti göstərdiyi üçün özünə götürməli, 400 manatı isə narkotik vasitəni götürdüyü yerə qoyacaqmış. Məhkum aşkar edilmiş heroinə və metamfetaminə bənzər maddələr təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, qablaşdırılmış zərf PB-nin 100 nömrəli möhürü ilə möhürlənmişdir; Məhkəmə-kimyəvi ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 6/5156 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-100” dairəvi möhür əksi olan, “Vət. Məhkum üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 44,205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə her oindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 19,202 qram olan ağ rəngli kristalik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 888 nömrəli rəyindən görünür ki, Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur; Məhkum üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı Məhkum əynindəki qara rəngli gödəkcəsinin sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində 02 ədəd olmaqla, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 44, 205 qram olan qəhvəyi rəngli maddə k ustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 19,202 qram ağ rəngli kristalik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin aşkar edilərək götürülməsi təsdiqini tapmışdır. 01 ədəd DVD formatlı diskdə öz əksini tapmış videogörüntüdən müəyyən olunur ki, heç bir yerdə qeyri-qanuni əşya saxlamır, yalnız yuxarıda göstərdiyi kimi, adını bilmədiyi və üzdən tanımadığı şəxsdən əldə etdiyi narkotik vasitə olan heroini və metamfetamin adlanan psixotrop maddəni üzərində saxlamışdır. O, ***-***-**-** nömrə ilə "SAMSUNG J7” mobil telefondan istifadə etmişdir, mobil telefonunu Sabunçu RPİ-nin 14- cü Polis Bölməsində əməkdaşlara təqdim etmişdir. O, narkotik vasitə və psixotrop maddələrdən ümumiyyətlə istifadə etməmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özü etiraf etməsə də, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum əməllərini düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitəl ər olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədil məsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifay ətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri və psixotrop maddələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətin də olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəra ətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkumun təqsirsiz olması barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkum kassasiya şikayətində həmçinin cinayət işinin yenidən istintaq orqanına qaytarılması barədə tələb irəli sürmüşdür. Kassasiya məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 303-cü maddəsində məhkəmənin hazırlıq iclasının yekununda qəbul edilən qərarlardan birinin- cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul edilməsi qay dası və əsasları təsbit edilmişdir. CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qanunvericiliyin şərh olunan maddəsinin məzmunundan aydın olur ki, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi məhkəmənin hazırlıq iclasının predmeti olmaqla işə mahiyyəti üzrə baxılarkən qanuni həll edilməsini qeyri -mümkün edən kobud pozuntularının aşkar olunduğu halda həll edilir. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022ci il tarixli qərarından və məhkəmə iclas protokolundan görünür ki, cinayət işi üzrə göstərilən tarixdə hazırlıq iclası keçirilmiş, təqsirləndirilən şəxs Məhkum məhkəməyə verilmiş və məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında CPM-in 303-cü maddəsində təsbit olunmuş kobud pozuntular müəyyən edilməmiş, proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxs və ya müdafiəçi tərəfindən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verilməmişdir. Demokratik, hüquqi dövlətdə ədalət mühakiməsi həyata keçirilərkən Konstitusiyanın, CPM-in, Azərbaycan Respublikasının digər qanunlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl edilməsi məhkəmələrin və cinayət prosesinin iştirakçılarının əsas vəzifəsi olmalıdır. Ədalət mühakiməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş prosessual hüquq normaları çərçivəsində həyata keçirilməli və məhkəmələr tərəfindən cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara dəqiq riayət olunmalıdır. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsi öz səlahiyyətləri çərçivəsində ədalət mühakiməsini həyata keçirən məhkəmələrin yol verdikləri prosessual pozuntuları aradan qaldıraraq vahid məhkəmə təcrübəsini formalaşdırmalı, bununla da cinayət-prosessual normaların düzgün tətbiq edilməsinə zəmin yaratmalıdır (“Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli Qərarı). Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkə mələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətinin, cinayət işinin istintaq orqanına qaytarılması ilə bağlı dəlilləri hər hansı hüquqi əsasa söykənən dəlillər deyil və bu baxımdan təmin oluna bilməz. Cinayət işinin istintaq orqanına qaytarılması birinci instansiya məhkəməsində hazırlıq iclasının predmeti olmaqla həmin iclasda işə mahiyyəti üzrə baxılarkən qanuni həll edilməsini qeyri-mümkün edən kobud pozuntular aşkar olunmamış və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs məhkəməyə verilərək cinayət işi baxılmağa təyin edilmişdir. Kassasiya şikayətinin məhkum tərəfindən təqdim edilən sübutların araşdırılmaması və obyektiv hüquqi qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibətdə kasssasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğur mayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağl ı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qəra rında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki ha llarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədə müvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar