Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1580/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum X2 iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, hal-hazırda həbsdə o lan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2023-cü il tarixli 1(104)-570/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 1(100)-331/2023 nömrəli hökmü ilə (hakimlər: D.H.İmanov (sədrlik edən), A.E.Məmmədov və R.N.Ələkbərli) X7 – Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Naftalan Şəhər Məhkəməsinin xx.xx. 2023-cü il tarixli 1(052)-3/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökm ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanması və ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2023-cü il tarixli 1(104)-570/2023 nömrəli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), R.M.Cəfərov və N.T.Əliyev) apellyasiya şikayəti təmin ed ilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli, 1(100)-331/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlayaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 2022ci ilin yay aylarında günü məlum olmayan vaxtlarda Samux rayonu ərazisində Gəncə-Qarayeri avtomobil yolunun sol tərəfində yerləşən torpaq sahəsində aqrotexniki qaydada qulluq edilmədən yabanı halda bitmiş çətənə (kannabis) bitkisini yığıb vahid niyyətlə hissə-hissə ünvan 3 ünvanında yerləşən keçmiş Gəncə Humanitar Kollecinin istifadəyə yararsız tələbə yataqxanasının binasına gətirib orada həmin çətənə (kannabis) bitkisini qurudub kustar üsulla külli miqdarda y əni, ümumi təmiz çəkisi 36376,82 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq hazırlayıb əldə edərək onları ayrı-ayrılıqda təmiz çəkiləri 4250 qram, 2576,82 qram, 9250 qram, 5550 qram, 6650 qram, 8100 qram olan 6 ədəd sintetik kisələrə bölmüş, xx.xx.2022-ci il tarixdə 2576,82 qram çəkili sintetik kisədən 180 qramını satış məqsədilə götürərək qara rəngli polietilen paketə qoyub əynindəki gödəkcənin sağ qoltuq hissəsinə gizlədib saxlayaraq Naftalan-Səfikürd avtomobil yolunun 1-ci kilometrliyində, Naftalan şəhər ərazisində daşıyarkən Naftalan ŞPŞ-yə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 14:40 radələrində Naftalan-Səfikürd avtomobil yolunun 1-ci kilometrliyində, Naftalan şəhər ərazisində saxlanılaraq Naftalan ŞPŞ-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin sağ qoltuq hissəsindən qara rəngli polietilen paketdə təmiz çəkisi 180 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, 2022-ci ilin dekabr ayının sonlarında dəqiq məlum olmayan vaxtda 2396,82 qram çəkili sintetik kisədən 1,23 qram qramını satış məqsədilə götürüb yaşadığı Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, 1-ci döngə, ev 17 ünvanına daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə 2395,59 qram çəkili sintetik kisədən 45,59 qram hissəsini satış məqsədilə götürüb sellofan paketə qoyaraq yapşıqlanlı lentlə bağlayıb üzərində olan çantanın i çərisində saxlamaqla daşımış, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ına daxil olmuş məlumat əsasında həmin bölmənin, həmçinin Gəncə şəhər BPİ-nin CAİ-nın, Gəncə şəhər BPİ-nin NMB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, 02 yanvar 2023-cü il tarixdə saat 20 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Dəyirmanın dairəsi” adlanan yerin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİnin 2-ci PŞ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan çantanın içərisindən 1 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan paketdə təmiz çəkisi 45,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan q urudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq həmin gün saat 22-23 radələrində ünvan 7 ünvanında yerləşən keçmiş Gəncə Humanitar Kollecinin istifadəyə yararsız tələbə yataqxanasına baxış zamanı oradan onun satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 6 ədəd sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 4250 qram, 2350 qram, 9250 qram, 5550 qram, 6650 qram 8100 qram, ümumi təmiz çəkisi 36150 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 03 yanvar 2023-cü il tarixdə saat 18 radələrində isə onun ifadəsinin yerində yoxlanılması zamanı yaşadığı Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, 1-ci döngə, 17 nömrəli evdəki otaqda olan sobanın üzər indəki qazanın içərisindən isə təmiz çəkisi 1,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən istintaqa qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus olmamış, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız istifadəçisi olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, y eni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, X7 məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə təqsirləndirilən şəxsin özünün cinayət işinin ibtidai araşdırması dövründə verdiyi qismən etirafedici ifadələrinə, şahidlərin ifadələrinə, ekspert rəyləri nə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş şikayətdə X5 istinad edilən cinayət əməlinə düzgün hüquqi qiymət verilmədiyi mübahisə edilir, işin yenidən apelyasiya instansiya məhkəməsində baxılmağa təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasi tələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə: “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdəbeş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması t ətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum X2 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, məhkum edilmiş şəxsin ibtidai istint aqda verdiyi qismən etiraf edici ifadələri, məhkəmə istintaqı zamanı keçirilmiş dindirmələr, baxış və götürmə və digər istintaq hərəkətlərinin protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haq lı olaraq X6 verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq X2 əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkə mələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri h esab etməsə də, qeyd edir ki, X2 təqsirliliyi özünün verdiyi qismən etirafedici ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid3 və X3 ifadələri, “ifadənin yerində yoxlanılması” haqqında xx.xx.2023-cü il tarixli protokol, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/2, xx.xx.2023-cü il tarixli 16/6 nömrəli və xx.xx.2023-cü il tarixli 16/243 nömrəli rəyləri, məhkəmə kompyutertexniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/61 nömrəli rəyi, Məhkum adına olan mobil nömrələrlə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokol, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlar ın prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci ma ddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci i l tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən X2 törətmiş olduğu cinayət əməlinin hüquqi qiymətləndirilməsi zamanı səhvə yol verilmişdir. Belə ki, Məhkum ittiham olunmuşdur ona görə ki, o, ümumi təmiz çəkisi 36376,82 qram olan narkotik vasitə qurudulmuş marixuananın satış məqsədilə qanunsuz olaraq hazırlayıb əldə edərək onları ayrı-ayrılıqda təmiz çəkiləri 4250 qram, 2576,82 qram, 9250 qram, 5550 qram, 6650 qram, 8100 qram olan 6 ədəd sintetik kisələrə bölmüş, xx.xx.2022-ci il tarixdə 2576,82 qram çəkili sintetik kisədən 180 qramını satış məqsədilə götürərək qara rəngli polietilen paketə qoyub əynindəki gödəkcənin sağ qoltuq hissəsinə gizlədib saxlayaraq Naftalan-Səfikürd avtomobil yolunun 1-ci kilometrliyində, Naftalan şəhər ərazisində daşıyarkən Naftalan ŞPŞ-yə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, həmin gün saat 14:40 radələrində Naftalan-Səfikürd avtomobil yolunun 1-ci kilometrliyində, Naftalan şəhər ərazisində saxlanılaraq Naftalan ŞPŞ-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynindəki gödəkcənin sağ qoltuq hissəsindən qara rəngli polietilen paketdə təmiz çəkisi 180 qram olan bitki mənşəli k ütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Məhkum Naftalan Şəhər Məhkəməsinin 30 mart 2023cü il tarixli qüvvədə olan hökmü ilə ümumi çəkisi 180 qram olan narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi olmadan qanunsuz olaraq hazırlayıb əldə etməsinə görə CM-in 234.1-ci maddəsi ilə məhkum edilərək, həmin maddə ilə ona cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı və aşağı instansiya məhkəmələri həmin 180 qram olan narkotik vasitə qurudulmuş marixuanaya görə məhkumun barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğu halda, onu yenidən həmin 180 qram çəkidə olan marixuanaya görə CM-in 234.4.3- cü maddə ilə məhkum etmişlər, həmçinin yeni hökmlə təyin edilmiş cəza ilə Naftalan Şəhər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən, qismən toplanmaqla qəti cəza təyin edilmişdir. Azərbaycan Respublikasının CM-in 8.2-ci maddəsinə əsasən “Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 34.1-ci maddəsinə əsasən “Heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz.” “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiyanın 64-cü maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliyə, həm də təqsirkar şəxsi cinayə t məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli Qərarı). Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən, heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvens iyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayətprosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsinə dair konstitusiya prinsipi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliklərində də öz əksini tapmışdır. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsində isə göstərilmişdir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Lakin burada nəzərə alınma lıdır ki, eyni cinayətə görə təkrar məhkum edilmənin yolverilməzliyi prinsipi Konstitusiyada, Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş ədalət prinsipinin tərkib hissəsi kimi, həmin prinsip ilə ziddiyyət təşkil edə bilməz. Şəxsiyyətin, cəmiyyətin və dövlətin qorunması, habelə cinayətlərin qarşısının alınması kimi cinayət hüquq institutları humanizm, ədalət və cinayət məsuliyyətinin mütənasibliyi prinsiplərinə əsaslanır.” Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əvvəllər 180 qram narkotik vasitə olan qurudulmuş marixuanaya görə CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud olduğuna görə, o həmin epizod üzrə təkrar məhkum edilməsi yol verilməzdir, bu səbəbdən həmin epizod üzə D.Mehtiyavanın məhkum edilməsi və cəza landırılmasına dair müddəalar apelyasiya instansiyası məhkəməsinin qərarından və birinci instansiya məhkəməsinin hökmündən xaric edilməli, məhkuma təyin edilmiş cəza da yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, c inayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəll əsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halla rın düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqə rar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.11-ci maddəsinə əsasə n məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum X7 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2023-cü il tarixli 1(104)-570/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 noyabr 2023-cü il tarixli 1(104)-570/2023 nömrəli qərarından və onunla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 1(100)-331/2023 nömrəli hökmündən X2 180 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq hazırlayıb əldə etməsinə dair müddəalar xaric edilsin. X5 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Naftalan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(052)-3/2023 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki qərarla təyin edilmiş 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanması yolu ilə ona qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1580/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1580/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver