Məhkəmə qərarları › İş №1(102)-1580/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1580/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1580/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, xüsusi ittihamçı X3, xüsusi ittihamçının nümayəndəsi Nümayəndə və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli 1(103)-444/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi nin (sədrlik edən hakim Babək Pənahov) 02 dekabr 2024-cü il tarixli 1(006)-413/2024 nömrəli hökmü ilə xx xxxxx 1965-ci il tarixdə Saatlı rayonunun, Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1.500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü Məhkum olunmuşdur ona görə ki, o, sosial şəbəkələr vasitəsi ilə “YouTube” videopaylaşma sistemində (https://youtu.be/rclW3DCOj00?si=-PPY37ieum5JiKun): 21 sentyabr 2023-cü il tarixdə “...Sənədləri üzərimizə qaytarıblar ki, yox biz nəticələri qəbul etmirik. N əyə görə? Deməli, partiyanın bir üzvü siyasi mövqeyini dəyişdiyinə görə partiyanın Rəyasət Heyətinin qərarı ilə partiyadan xaric edilmişdir....Siyasi mövqeyini dəyişmək nə deməkdi - hökumətpǝrǝst siyasətə yuvarlandığı üçün, yumşaq ifadə edirəm mən bunları. Hökumət məhkəmənin vasitəsilə həmin şəxsi partiyaya qaytardı. Yəni biz partiyanın üzvünü xaric etmişik ki, sən artıq Xalq Cəbhəsinin siyasətinə sədaqətli deyilsən və hökumətin mövqeyini paylaşırsan, hökumət də məhkəmə vasitəsilə həmin adamı yenidən məcbur edir ki, bu adam sizin üzvünüzdür. İndi belə bir adamın vasitəsilə şikayət olunur. Həmin adam, yəni məhkəmənin Xalq Cəbhəsinə zorla bərpa elədiyi şəxs indi müraciət edir ki, yox Qurultay düzgün keçirilməyib, Qurultayın nəticələri ləğv olunmalıdır”; “Sevinc Osmanqızı” TV-də: 13 oktyab r 2023-cü il tarixdə “...09 sentyabrda Xalq Cəbhəsinin reyestrlə bağlı sənədlərini qəbul ediblər, heç üstündən 02 həftə keçməmiş məktub göndəriblər ki, bizim Qurultayla bağlı sənədləri geri qaytarıblar. Təsəvvür eləyin ki, məhkəmə qərarı ilə bizim üzv kimi bərpa etdikləri öz adamlarının şikayəti ilə mənim sədrliyimi tanımırlar”; “Azərbaycan saatı” TV-də (https://youtu.be/3ZACOWS7qXc?si=rR90k3Q3Vq89q310): 05 noyabr 2023-cü il tarixdə “...Partiyanın sıralarından etimadını itirdiyinə görə xaric olunmuş bir şəxs sonradan şikayət verir ki, Qurultayda seçkilər düzgün keçirilməyib. Azərbaycan hakimiyyəti görün nə deyir: “Məhkəmə yolu ilə bizim sıralarımıza zorla qaytardığı şəxsin şikayəti var deyə bizim Qurultay sənədlərimizi qeydə almır. Başqa sözlə, öz aləmlərində məni AXCP sədri kimi tanımırla r”; AXCP Ali Məclisi sessiyasında 13 iyul 2024-cü il tarixdə olan çıxışında (https://youtu.be/WbstE1EİKUQ?si=KLpBVVGffzWLVTİ): “...05 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə 24 iyun 2023-cü il tarixdə keçirdikləri Qurultayın nəticəsi etibarsız hesab olunmuşdur. Nəyə görə etibarsız sayır, bilirsiniz? Partiyanın siyasi xəttindən kənara çıxıb hakimiyyətlə əməkdaşlıq etdiyinə görə partiyadan xaric olunmuş keçmiş NTK sədri Aydın Əliyev məhkəmə qərarı ilə Partiyamıza bərpa edilib. Həmin adamın şikayəti ilə 01 nəfər 288 nəfərə qarşı” çıxışlarında yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X1 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Əfqan Ələkbərov) 6 fevral 2025-ci il tarixli 1(103)-444/2025 nömrəli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 dekabr 2024-cü il tarixli 1(006)-413/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2025-ci il tarixli 1(103)-444/2025 nömrəli qərarının ləğv edilməsi və Məhkum bəraət verici əsaslarla cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsini n qərarı qanunsuz və əsassızdır. Belə ki, xüsusi ittihamçı, ərizəçinin 21 sentyabr 2023-cü ildə “You Tube” video paylaşma sitemində, 13 oktyabr 2023-cü ildə " Osmanqızı" internet kanalındə, 05 noyabr 2023-cu ildə “Azərbaycan Saatı” internet kanalında, 03 aprel 2024-cü ildə “Meydan TV”də, 13 iyul 2024-cü ildə AXCP Ali Məclisi sessiyasında etdiyi çıxışlarında onun şərəf və ləyaqətini ləkələdiyini iddia edir. Həmin materiallardan biri 03 aprel 2024-cü ildə “Meydan TV” də yayılan məlumat AXCP-nin bəyanatıdır və ərizəçiyə heç bir aiddiyatı yoxdur. Qalan dörd çıxışında xüsusi ittihamçının onu nüfuzdan aldığını iddia etdiyi ifadələr bunlardır: partiyanın “bir üzvü siyasi mövqeyini dəyişdiyinə görə”, “hökümətpərəst siyasətə yuvarlandığı üçün”, “bizim üzv kimi bərpa etdikləri öz adamlarının”, “part iyanın siyasi xəttindən kənara çıxıb, hakimiyyətlə əməkdaşlıq etdiyinə görə partiyadan xaric olunmuş keçmiş AXCP NTK -nın sədri Əliyev Aydın məhkəmə qərarı ilə zorla partiyamıza bərpa edilib”. Hökumət neçə illərdi çalışıb, sizin kimi əqidəli adamları ələ ala bilməyib, bu qədər adamın içərisindən məhkəmə yolu ilə təşkilata zorla bərpa elətdirdikləri adamın şikayətini əsas götürərək, 01 nəfər əleyihnə, 287 nəfər lehinə olaraq. xx.xx.2023-cü tarixdə keçirilmiş Qurultayın nəticəsini Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cüiil tarixli qətnaməsi ilə etibarsız hesab etmişdir." Həmin ifadələrdə xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən hər hansı məzmun yoxdur. Təqdim edilən çıxışların yalnız birində xüsusi ittihamçının adı, soyadı səsləndirlir. Digər çıxışlarda isə onun adı belə çəkilmir. Hə min ifadələrdə xüsusi ittihamçının siyasi mövqeyini dəyişdiyi, hökumətpərəst siyasətə yuvarlandığı, partiyanın siyasi xəttindən kənara çıxdığına görə təşkilat sıralarından xaric edildiyi və zorla partiya sıralarına bərpa edildiyi, onun şikayəti əsasında partiyanın qurultayının nəticələrinin etibarsız hesab edildiyi və s. əks olunub. Bu məlumatların bir hissəsi heç bir ləkələyici məzmun ifadə etmir, digər hissəsi isə faktlardır. Siyasi mövqeyi dəyişmə, siyasi fəaliyyətdə bir mövqedən digər mövqeyə keçmə, hakimiyyətlə əməkdaşlıq etmə və s. Siyasi fəaliyyətlə məşğul olan hər hansı bir şəxs üçün çox təbii bir məsələdir və bu fikirlərdə hər hansı ləkələyəci məzmun yoxdur. Hər hansı bir şəxsin iqtidar və ya müxalifət partiyasında olması, onların siyasətinin dəstəkləməsi, hansısa siyasi təşkilata rəğbət bəsləməsi və s. bu kimi fəaliyyəti və buna görə də onun barəsində səsləndirilən fikirlər heç bir halda şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab oluna bilməz. Xüsusi ittihamçının AXCP sıralarına zorla bərpa edilməsi və partiyanın qurultayının nəticəsinin məhkəmə qaydasında etibarsız hesab fikirlər isə faktlardır. Belə ki, AXCP Ali Məclisi Rəyasət Heyətinin Ümumi Yığıncağının 10 iyun 2019-cü il tarixli qərarına əsasən partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Aydın Əliyev partiyanın siyasi iradəsinə, onun müxalifət mövqeyinə zidd olan siyasi hərəkətlər etdiyinə, Nizamnamənin uyğun maddələrini pozaraq onun məqsəd və vəzifələrini həyata keçirməkdən imtina etdiyi üçün partiya sıralarından xaric edilib. Ancaq xüsusi ittihamçı məhkəmə qərarı ilə partiya sıralarına bərpa edilib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2187 2020 saylı qətnaməsi ilə onun AXCP və ərizəçiyə qarşı "ümumi yığıncağın qərarın ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət -Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması" tələbinə dair iddiası təmin olunub, AXCP Ali Məclisi Rəyasət Heyətinin Ümumi Yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv edilib, xüsusi ittihamçı AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunub. Göründüyü kimi, ərizəçinin təqdim edilən çıxışlarında xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan hər hansı məzmun yoxdur. Hətta xüsusi ittihamçının siyasi mövqeyini dəyişməsi və hakimiyyətpərəst siyasətə yuvarlanması barədə fikirlər ləkələyəcəyi hesab etsə b elə, yenə iddia edilən böhtan cinayətinin tərkibi yaranmır. Belə ki, həmin maddə üzrə məsuliyyətin yaranması üçün yayılan məlumat yalan, başqa sözlə desək, həqiqətə uyğun olmamalıdır. Ərizəçi və onun vəkilinin birinci instansiya məhkəməyə təqdim etdiyi sübutlarda xüsusi ittihamçının hakimiyyət yönlü İctimai Nəzarət Koalisiyasi İctimai Birliyi adlı təşkilatın sıralarına üzv olduğu və həmin qurumda deportament rəhbəri kimi çalışdığı öz əksini tapıb. Bu isə onun siyasi mövqeyini dəyişməsi və hakimiyyətpərəst siyasətə yuvarlanması barədə fikirləri həqiqətəuyğun olduğunu təsdiq edir. Hətta bu mövqe də qəbul edilməyəciyi təqdirdə belə,ərizəçinin xüsusi ittihamçının siyasi mövqeyini dəyişməsi və hakimiyyətpərəst mövqeyə yuvarlanması barədə ifadələri onun fikirləri kimi qəbul edilməlidir. Yəni, mü lahizələr, dəyərləndirmələr, tənqidlər şərəf və ləyaqəti ləkələnməsi kimi qiymətləndirlə bilməz. Başqa sözlə, ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalı, ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Məhkəmənin şikayətə baxılması üzrə 13 avqust 2024-cü il tarixli hazırlıq iclasında ərizəçi və onun vəkili tərəfindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə vəsatət təqdim edilib. Vəsatətdə göstərilib ki, xüsusi ittihamçının şikayətinin forması və məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Məhkəmənin sübutların qiymətləndirilməsi hissəsində gəldiyi nəticələr də ümumiyyətlə ittiham hökmünü rədd edir. Hökmdə göstərilir ki, "məhkəmədə tədqiq edilmiş sübutların məcmusunu görə belə nəticəyə gəlmək olar ki, AXCP sədri Məhkum tərəfindən kütləvi çıxışlarda və internet informasiya ehtiyatında partiyanın üzvü və Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri olmuş xüsusi ittihamçı Aydın Əliyev barəsində səsləndirilmiş yuxarıda göstərilmiş ifadələr şəxsin mülahizəsini əks etdirən fikirlərdir" (bax, hökm səh.7, abzas 4) Həmçinin qeyd edilir ki,... hər hansı bir şəxsin iqtidar və ya müxalifət partiyasında olması, onların siyasətini dəstəkləməsi, hansısa siyasi təşkilata rəğbət bəsləməsi və s. bu kimi fəaliyyəti və buna görə də onun barəsində səsləndirilən fikirlər heç də hər zaman şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab oluna bilməz." (Bax, hökm səh 6, abzas 4). Beləliklə, məhkəmə özü də təsdiq edir ki, bu fikirlər faktlar deyil, şəxsin mülahizəsidir. Qanunvericiliyin tələbi də bundan ibarətdir ki, şəxsi mülahizələr böhtan cinayətinin tərkibini yaratmır. Mübahisəyə səbəb olmuş fikirlərin iddiaçının reputasiyasını zədələyən, rüsvayedici məzmunda olub-olmamasının müəyyən edilməsini məqsədi ilə ekspertiza təyin edilməyib və ekspert rəyi alınmayıb. Məhkəmə həmin fikirlərin diffarmativ məzmunda olmasına özü qərar verib və bununla da ekspertiza yolu ilə müəyyən edilməli olmalı məsələni öz üzərinə götürüb. Təcrübədə adətən məhkəmələr istifadə edilən ifadələrin reputasiyanı zədələyən olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə-linqvistik ekspertiza təyin edirlər. Doğrudur, bir sıra hallarda ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən-ləkələməməsini xüsusi bilik tələb edilmədən hakim özü də müəyyən edə bilər. Bu zaman cəmiyyətdə mövcud olan sosialəxlaqi dəyərlər baxımından qiymətləndirmə aparıla və "Azərbaycan dilinin izahlı lüğətindən istifadə edilə bilər. Ancaq hazırki işdə adıçəkilən çıxışlarda istifadə edilən məlumatların üslubu və ifadə tərzi linqvistik ekspertizasının zəruri edirdi. Halbuki, bu cür məsələrdə yerli məhkəmələrdən tələb olunan budur ki, məsələnin kontekstinin, ictimai marağın və mübahisəli məqalə müəllifinin niyyətinin şişirtmədən və təxribatdan mümkün istifadəyə haqq qazandırıb-qazandırmadığını nəzərə alışanlar. Bununla da ərizəçinin Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulmuş əsaslandırmış qərara malik olmaq, tərəflərin bərabərliyi və məhkəmə araşdırmasının çəkişmə prinsipi əsasında keçirilməsi və sair hüquqları pozulub. Əriz əçinin çıxışlarında xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayılmayıb. Bu ifadələr ya fakt olub, yaxud da ləkələyici məzmundan məhrum olmaqla tənqidi mülahizələr xarakteri daşıyıb. Başqa sözlə, ərizəçinin ifadə azadlığının həyata keçirməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edib. Xüsusi ittihamçının ərizəçiyə və onun sədri olduğu prinsipial müxalifət partiyasına hücumları nəticəsində partiyanın sonuncu - 24 iyun 2023-cü il tarixli qurultayının nəticələri məhkəmə yolu ilə etibarsız hesab edilib, 2019-cu ildə yekdilliklə partiya sıralarından xaric edilsə də, yenə də məhkəmə yolu ilə üzvlüyünü bərpa etdirə bilib. Xüsusi ittihamçının təqdim etdiyi 5 materialdan yalnız birində ərizəçi onun adını və soyadını çəkməklə tənqid edib, digər çıxışlar da isə ya onun adı çəkilməyib. Yaxud da iddia edilən məlumat ərizəçiyə aid olmayıb. Həmin çıxışlar Azərbaycan ən prinsipial müxalif partiyasının ətrafında yaranmış problemlərlə (partiyanın qurultay nəticələrinin Ədliyyə Nazirliyində qeydiyyata alınmaması, ərizəçinin partiya sədri kimi tanınmaması, bütün bunların xüsusi ittihamçının əsassız şikayətləri əsasında baş verməsi, partiyaya, onun sədrinə və üzvlərinə davamlı basqılar və s) fonunda aparılan ictimai müzakirələrin tərkib hissəsi olub. Ərizəçinin ifadələri tənqidi fikirlərdir və heç bir halda böhtan cinayəti üzrə məsuliyyəti yaranması üçün əsas kimi istifadə edilə bilməz. Məhkəmənin dəfələrlə təkrarlığı kimi, ifadə azadlığı digərlərinin hüquq və azadlıqları ilə hazırki konteksdə Konvesiyanın 8-ci maddəsi ilə təminat altına alınan başq alarının özəl həyatına hörmət hüquq ilə məhdudlaşır. Bu səbəbdən ifadə azadlığından istifadə edən şəxslər digərlərinin şərəf və ləyaqətini alçatmamaq üçün ifadələrində diqqətli olmalıdırlar. Ancaq bu o demək deyil ki, bütün hallarda ifadə azadlığı ilə özəl həyata hörmət hüququ kolliziyada olarkən qərarlar ikincinin xeyrinə veriləcək. Bu iki hüquq arasında münaqişəylə bağlı qərar verilərkən bir çox faktorlar nəzərə alınır. Həmçinin 8-ci maddənin tətbiq edilməsi üçün şəxsin reputasiyasına edilən qəsd müəyyən ciddilik dərəcəsinə çatmalı və şəxsi həyata hörmət hüququnun reallaşmasına zərbə vurmalıdır. Ərizəçinin məhkəmə predmetinə səbəb olmuş internet kanallarındakı çıxışları ictimai maraqlara xidmət edirdi, Azərbaycanın ən tanınmış və prinsipial müxalifət partiyasının ətrafında baş verən qe ydiyyat problemləri ilə bağlı idi. Ərizəçinin çıxışları bu mənada ictimai müzakirələrdən irəli gəlib və onun niyyəti bununla bağlı ictimai müzakirələr açmaq olub. Bu səbəbdən də mübahisələndirilən hökm ərizəçinin Avropa İnsan Haqları Konvensiyasının 10 (1)-ci maddəsi ilə təminat verilən ifadə azadlığı hüququna müdaxilə edib. Bu müdaxilə Azərbaycan qanunvericiliyinə nəzərdə tutulmayıb, buna görə də demokratik cəmiyyətdə zəruri olmayıb və təxirəsalınmaz sosial tələbatdan irəli gəlməyib. Göstərilən səbəblərdən bu müdaxilə Konvensiyanın 10 (2)-ci maddəsinə uyğun olmayıb və həmin bənddə göstərilən hər hansı bir legitim məqsədi güdməyib. Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə materialları öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini və proses iştirakçıları nı çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili Məhkum barəsində ittiham hökmü çıxarılmasının əsassız və qanunsuz olmasıdır. Məhkəmə kolle giyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək aşağıda göstərilən səbəblərə görə kassasiya şikayətin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinin tələblərinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin dispozisiyasına əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiy a ehtiyatında yayma başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın onu yayan şəxs üçün bilə-bilə yalan olması; belə məlumatların yayılması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləya qətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet say tları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəll ənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Yuxarıda qeyd edilən qanun normalarının tələblərinə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Bu isə o deməkdir ki, şəxs CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə yalnız onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu mötəbər sübutlarla təsdiq edildiyi halda cəlb edilə bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər ü zrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyy ətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 6-cı bəndində göstərilir ki, Avropa Məhkəməsinin president hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və G ijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittihamda təqsirli olması, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutl arın məzmunundan aydın olur ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Belə ki, Məhkum qeyd edilən cinayət əməlini törətməsi xüsusi ittihamçının ifadələri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. İşdə olan sübutlarla müəyyən edilmişdir ki, Məhkum kütləvi nümayiş etdiyi internet informasiya ehtiyatındakı çıxışlarında yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X1 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmışdır. Məhkum təqsirini müəyyən edən sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı göstərilmiş, məhkəmə kollegiyası həmin sübutları təkrar sadalamaq və onların məzmununu təsvir etmək zərurəti görmür. Məhkəmə kollegiyası Məhkum çıx ışlarında olan ifadələrdə xüsusi ittihamçı A.S.Əliyevin şərəf və ləyaqətinin ləkələyən və ya onu nüfuzdan salan məlumatların olmadığı, məhkəmə tərəfindən iş üzrə lingvistik ekspertiza təyin etmədən əsassız olaraq məhkumun əməlində CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin olmasına dair nəticəyə gəlməsi barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Xüsusi ittihamçısı A.S.Əliyev məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, o 30 ildən artıq AXCP sıralarında olmaqla siyasətlə məşğul olmuşdur. Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsini tutmuşdur. Heç vaxt öz əqidəsindən dönməmiş, partiya siyasi xəttindən kənara çıxıb hakimiyyətlə əməkdaşlıq etməmişdir. Məhkum istəyinə əsasən partiya sıralarından əsassız olaraq xaric olunduğuna görə o, hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə onun iddiasını təmin etmişdir. Lakin Məhkum tərəfindən onun b arəsində səsləndirilmiş fikirlər onu bir müxalifət partiyasının üzvü və məsul vəzifəli şəxs kimi partiya yoldaşları arasında nüfuzdan salmış, onun bu yöndə siyasi fəaliyyətinə xələl gətirmişdir. Nəticədə o və ailə üzvləri iztirab və güclü mənəvi sarsıntılar keçirilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, internet resurslarında yayımlanmış Məhkum çıxışlarında xüsusi ittihamçı A.S.Əliyevin barəsində səsləndirilmiş ifadələr böhtan xarakteri daşıyır. Məhkəmənin qənaətinə görə, sübutların məcmusu göstərir ki, AXCP sədri Məhkum tərəfindən kütləvi çıxışlarda və internet informasiya ehtiyatlarında partiyanın üzvü və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olmuş xüsusi ittihamçı Aydın Əliyev barəsində səsləndirilmiş məlumatlar heç bir sübuta əsaslanmır. Onun göstərdiyi faktla r öz təsdiqini tapmamış, həmçinin A.S.Əliyevin AXCPnin fəaliyyətinə zidd hərəkətlərdə, yaxud partiyanın əleyhinə çıxışlarda iştirakı ilə bağlı tutarlı dəlillər də təqdim edilməmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş məlumata əsasən, “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyi qeyri-hökumət təşkilatı olmaqla əsas məqsədlərinə milli-mənəvi dəyərləri yaşatmaq, mədəni sərvətləri zənginləşdirmək, gənc istedadları üzə çıxarmaq, yaradıcı gənclərin bacarıqlarını inkişaf etdirmək və s. kimi hədəfləri müəyyən etmişdir. Onun üzvləri sırasında yazıçılar, ictimai xadimlər, o cümlədən müxalifət nümayəndələri də olmuşdur. Bu hallar da xüsusi ittihamçı A.S.Əliyevin müxalifət partiyası olan AXCP-də üzv və məsul şəxs kimi partiyanın siyasi xəttinə uyğun fəaliyyət göstərdiyini, əqidəsindən dönmədiyi ni və partiyanın siyasətindən kənara çıxmadığını təsdiq edir. Belə olan halda, Məhkum tərəfindən A.S.Əliyevin partiya yoldaşları arasında nüfuzuna xələl gətirən, fəaliyyətini şübhə altına alan əsassız məlumatların yayılması məhkəmə tərəfindən şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd etmişdir ki, hətta Məhkum rəhbərlik etdiyi partiyanın müxalifətdə olmasına baxmayaraq, A.S.Əliyevin “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyində departament müdiri vəzifəsi daşıması və həmin təşkilatın hakimiyyəti təbliğ etməsi barədə bəyanatlar da heç bir fakta söykənmir. Bu ifadələr Məhkum şəxsi mülahizələri olmaqla, bilə-bilə xüsusi ittihamçı A.S.Əliyevin partiya daxilində nüfuzuna xələl gətirmək məqsədi daşıyır və nəticə etibarilə onun fərdi hüquqlarının po zulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, məhkumun internet informasiya ehtiyatlarında yayımladığı çıxışlarında xüsusi ittihamçı A.S.Əliyev barəsində səsləndirilmiş məlumat və ifadələr həm həqiqətə uyğun deyil, həm də sonuncunun şərəf və ləyaqətinin ləkələyən və ya onu nüfuzdan salan məlumatlar və ifadələrdir. Lingvistik ekspertiza ilə bağlı olaraq ilk növbədə qeyd edilməlidir ki, kassasiya şikayətində mübahisə predmeti yalnız ekspert rəyinə əsasən müəyyən edilən hallara aid deyildir. Lingvistik ekspertiza, bir qayda olaraq, təhqir haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə ifadənin şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldıb-alçaltmamasını müəyyən etmək üçün dilçil ik sahəsində xüsusi biliklərin tələb olunduğu hallarda keçirilməsi zəruri hesab olunur. Bununla belə, yayılan məlumatların həqiqətə uyğun olub-olmaması, həmçinin həmin məlumatların yayılması nəticəsində şəxsin mənəvi keyfiyyətlərinə və onun cəmiyyətdə, kollektivdə, təşkilatda və ya dostları arasında nüfuzuna mənfi təsirin hansı dərəcədə göstərilməsi linqvistik ekspertizanın predmetinə daxil deyildir. Xüsusi ittiham qaydasında şikayətində Azərbaycan Respublikası CPM-in 302.1.2 və 293.3.1-293.3.7 maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmamasına dair dəlil irəli sürülsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq şikayətin məzmununun qanun tələblərinə uyğun olmasına dair nəticəyə gəlmişlər. Kassasiya kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 419-cu maddəsinin tələblərinə uyğun olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin cinayət cinayət-prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə n əzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci və apellyasiya instansiyaları məhkəmələrinin Məhkum barəsində hökm və qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 №-li qərarının və Avropa Məhkəməsinin presedent hüququnun tələbləri baxımından da əsaslıdır. Kassasiya şikayətində Məhkum barəsində olan xüsusi ittiham qaydasında şikayət üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi barədə xahiş olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası bi ldirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayət törədilməsində aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Göründüyü kimi hazırki xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı CPM-in 42.1-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya in stansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Mə hkum barəsindəki 06 fevral 2025-ci il tarixli 1(103)-444/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli 1(103)-444/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar