Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1581/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkum Fəziyev Müslüm İsrəfil oğlu və onun müdafiəçisi Hüseynov Zaur Elbrus oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1548/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarından məhkum Fəziyev Müslüm İsrəfil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və ona əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Fəziyev Müslüm İsrəfil oğlu 25 iyul 1965-ci il tarixdə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı ASC-nin kredit mütəxəssisi, idarə heyətinin üzvü, kredit departamentinin direktoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu Gəlmə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Əzimzadə küçəsi, dalan 1, ev 54 ünvanında yaşamışdır. 2. 30 oktyabr 2021-ci il tarixli ittiham aktına görə Fəziyev Müslüm İsrəfil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.3.2, 308.2, 313, 32.4,313-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 dekabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Fəziyev Müslüm İsrəfil oğlu cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Fəziyev Müslüm İsrəfil oğlu 14 iyun 2013-cü il tarixdə Bakı şəhəri Vergilər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 1402547331 saylı VÖEN-lə dövlət qeydiyyatına alınmış “Finex K redit” BOKT ASC-nin idarə heyətinin sədrinin 02 noyabr 2015ci il tarixli, 30K saylı əmri ilə “Finex Kredit” BOKT ASC-nin Baş ofisində kiçik kredit mütəxəssisi, 07 yanvar 2016-cı il tarixli, 03K saylı əmri ilə həmin tarixdən “Finex Kredit” BOKT ASC-nin Baş ofisində kredit mütəxəssisi, 25 yanvar 2018-ci il tarixli 05A saylı əmri ilə idarə heyətinin üzvü, 01 fevral 2019-cu il tarixli 10 saylı əmri ilə “Finex Kredit” BOKT ASCnin kredit departamentinin direktoru vəzifəsində işləyərkən Müşahidə Şurasının iclasının 14 iyun 2013-cü il tarixli protokolu ilə təsdiq edilmiş “Kredit üzrə kiçik mütəxəssisinin vəzifə təlimatları”na əsasən müştərilərin maliyyə vəziyyətinin təhlil olunması, yeni müştərilər cəlb edilməsi, problemli müştərilərlə işlərin aparılması, kredit işinin kredit komitəsinə hazırlan ması, müştərilərin mövcud portfelinin monitorinqinin aparılması, ASC-nin Müşahidə şurasının sədrinin 15 may 2018-ci ildə təsdiq etdiyi “İdarə heyətinin üzvünün vəzifə təlimatları”na əsasən şirkətin strategiyası və onun tərkib hissəsi olan əməliyyat planını, maliyyə planlaşması, biznes siyasəti, maliyyə hədəfləri, marketinq planının işlənib hazırlanmasında iştirak etmək, cəmiyyətin cari fəaliyyətinə bilavasitə iştirak etmək və bu barədə İdarə Heyətinə təkliflər vermək, cəmiyyətə daxil olan struktur vahidləri tərəfindən Müşahidə Şurasının və İH-nin qərarlarının icra edilməsinə nəzarət etmək, cəmiyyətə daxil olan strukturların fəaliyyətinə daimi nəzarət etmək, cəmiyyətə daxil olan strukturlararası münasibətləri əlaqələndirmək, cəmiyyətə daxil olan strukturların rəhbərlərindən vaxtaşırı hesaba tlar almaq və lazımi göstərişlər vermək, hər hansı bir əqdin bağlanması nəticəsində cəmiyyətin mənafeyindən çıxış etmək, cəmiyyətin fəaliyyəti ilə bağlı digər zəruri sənədlərin və təkliflərin hazırlanmasında iştirak etmək və öz səlahiyyəti daxilində qərar vermək, müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən və lizinq müqaviləsi üzrə ödənişləri gecikdirən problemli müştərilərlə iş aparmaq, o cümlədən, bu cür müştərilərlə ünsiyyət qurmaq, problemli müştərilərlə problemin həlli yolları barədə danışıqlar aparmaq, danışıqlar nəticə vermədikdə qanunvericilikdə nəzərdə tutulmuş digər uyğun hüquqi müdafiə vasitələri barədə İdarə heyətinin sədrinə təkliflər vermək, qüvvədə olan qanunvericiliyin və daxili prosedur qaydaların tələblərinə riayət etmək, fəaliyyəti ilə bağlı müntəzəm olaraq idarə heyət inin sədrinə hesabatlar vermək, habelə ASC-nin Müşahidə şurasının sədrinin 03 dekabr 2018-ci ildə təsdiq etdiyi “Kredit departamentinin direktorunun vəzifə təlimatları”na əsasən şirkətin kredit siyasətinin formalaşmasında və nəzarətində aparıcı funksiya daşımaq, kredit portfelinin işlək vəziyyətdə olması, onun risklərinin idarə olunması, kredit təminatlarının adekvatlığının təmin olunması üçün əməli tədbirlərin görülməsi və digər səlahiyyətlərə malik inzibati-təsərrüfat və təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi-məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni kredit portfelinin artırılması, motivasiya qaydaları ilə əlaqədar əlavə bonusların əldə edilməsi, departamentin göstəricilərinin yaxşılaşdırılmas ı və qazanc əldə etmək məqsədilə “Finex Kredit” BOKT ASC-nin müşahidə şurasının sədri tərəfindən təsdiq edilmiş 07 may 2014-cü il tarixli “Finex Kredit” BOKT ASC-də “Qızıl və qızıldan hazırlanmış zinət əşyalarının girovu ilə kreditlərin verilməsi təlimatı”nın 1.3 və 3.9cu bəndlərinə əsasən qızıl və qızıldan hazırlanmış zinət əşyalarının girovu ilə istehlak kreditlərin verilməsinin həmin təlimata uyğun aparılmalı olması və qızıl-zinət əşyalarının Müşahidə Şurası tərəfindən təyin olunmuş və BOKT-la bağlanmış əməkdaşlıq müqaviləsi əsasında fəaliyyət göstərəcək müvafiq lisenziyaya malik qiymətləndirici tərəfindən qiymətləndirilməsi, eləcə də “Finex Kredit” BOKT ASC-nin müşahidə şurasının sədri tərəfindən təsdiq edilmiş 30 sentyabr 2013-cü il tarixli “Finex Kredit” BOKT ASC-də “Kreditin verilmə si qaydaları”nın 10.1 və 10.4-cü bəndlərinə əsasən təminatın girov şəklində götürülərkən girovun qiymətləndirilməsinin mövcud qanunvericiliyə uyğun olaraq, kredit növləri və kredit məhsullarından asılı olaraq, BOKT-un mütəxəssisi və ya kənar qiymətləndirici tərəfindən aparılmasının müəyyən edilməsinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, “Finex Kredit” BOKT ASC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə 2016-2020-ci illərdə ayrı-ayrı şəxslər tərəfindən götürülmüş kreditlər üzrə ödəniş qismində özünə Bakı şəhəri və Abşeron rayonu, Xırdalan şəhərində təqdim edilmiş, habelə Kürdəmir rayonundan “emanat” sistemi vasitəsilə göndərilmiş, b ir halda isə qeyrisinin köməkçiliyi ilə əldə etdiyi pul vəsaitlərini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən Cəmiyyətin kassasına mədaxil etməyərək, habelə özünə və ayrı-ayrı müştərilərə məxsus saxlanc yerində saxlanılan kredit müqavilələrinə təminat qismində qoyulmuş girovları, eyni zamanda bir şəxs tərəfindən kredit götürülən zaman təqdim edilmiş girovu götürməklə, eləcə də özü tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda tərtib etdiyi kredit müqavilələri əsasında, ayrı-ayrı müştərilər tərəfindən girov qismində hər hansı bir predmet təqdim edilməməsinə baxmayaraq, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən BOKT-un inzibati binasında kredit departamentinin yerləşdiyi birinci mərtəbədəki ümumi xidmət zalında məzmununa girov qismində müvafiq predmetlərin təqdim edilməsinə dair bilə-bilə yalan məlumatlar daxil etməklə tərtib etdiyi saxta girov müqavilələri əsasında, rəsmiləşdirilmiş kredit müqavilələrinə əsasən, pul vəsaitinin kredit qismində ayrılmasına nail olmaqla, habelə tərtib etdiyi saxta sənədlər əsasında ayrı-ayrı müştərilər tərəfindən girov qismində təqdim edilmiş qızıl-zinət əşyalarının daha yüksək məbləğdə qiymətləndirilməsi nəticəsində yüksək məbləğdə təminatsız kredit ayrılmasına nail olmaqla, o cümlədən, 24 avqust 2016-cı ildə “Finex Kredit” BOKT ASC-nin baş ofisinə daşınmaz əmlak təminatlı 25.000 ABŞ dolları məbləğində kredit ayrılması üçün müraciət edən Məmmədov Elvin Qurban oğlunun kredit müqaviləsinə faktiki olaraq girov qismində təqdim etdiyi Abşeron rayonu, Xır dalan şəhəri, Zərifə Əliyeva küçəsi, bina 3, 304 saylı mənzili qəsdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında “Finex Kredit” BOKT ASC-nin xeyrinə girov qismində yüklü edilməsi üzrə qəsdən qeydiyyatdan keçirməyərək, Elvin Məmmədova 24 avqust 2016-cı ildə sonuncu ilə “Finex Kredit” BOKT ASC arasında bağlanmış 0490/16 saylı kredit müqaviləsi əsasında həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 40.612,50 manata bərabər 25.000 ABŞ dolları məbləğində kredit ayrılmasına nail olub, həmin müqavilə üzrə sonuncu tərəfindən götürülmüş pul vəsaitinin ödənişi qismində özünə 2016-2018-ci illər ərzində hissə-hissə olmaqla, şəxsən, habelə cinayətdən xəbərsiz tanışları Əliyev Orxan Vurğun oğlu və Cəbrayılov Anar Fəzail oğlu vasitəsilə Abşeron rayonu, Xırdalan şəhərində verilmiş cəmi 14.500 manat məbləğində pul vəsaitini “Finex Kredit” BOKT ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən kassasına mədaxil etməyərək şəxsi ehtiyaclarına sərf etməklə, cəmi 14.500 (on dörd min beş yüz) manat məbləğində, eyni niyyətlə, Qarayev Elşən Vahid oğlu ilə “Finex Kredit” BOKT ASC arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, 2497/19 saylı kredit müqaviləsi üzrə sonuncunun atası Qarayev Vahid Əbil oğlunun 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər Kürdəmir rayonundan “E-manat” ödəniş sistemi vasitəsilə özünün istifadə etdiyi istintaqa məlum olmayan plastik kartına 2497/19 saylı kredit müqaviləsi üzrə borcun bağlanması üçün hissə-hissə göndərdiyi cəmi 2.700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitini həmin kartdan istifadə edib respublika ərazisində istintaqla müəyyən edilməyən bankomatdan çıxarmaqla nağdlaşdıraraq “Finex Kredit” BOKT ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən kassasına mədaxil etməyərək şəxsi ehtiyaclarına sərf etməklə, cəmi 2.700 (iki min yeddi yüz) manat məbləğində, eyni niyyətlə, 29 noyabr 2019-cu il tarixdə “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə 500 manat məbləğində kredit ayrılması üçün müraciət edən Məhəmmədov Ramil İsmayıl oğluna digər aktiv kreditləri üzrə yaranmış borcları bağlamaqla yeni kredit ayrılması, borcların bir kredit müqaviləsində cəmlənməsini təklif edərək sonuncunun həmin günə aktiv olan 5 kredit müqaviləsi üzrə cəmi borcu 6.419,20 manat təşkil etməsinə baxmayaraq, sonuncunu borcunun daha artıq məbləğdə olduğuna i nandırmaqla həmin tarixdə onunla işlədiyi BOKT arasında 9.100 manat məbləğində 2824/19 saylı kredit müqaviləsi bağlayıb ona həmin məbləğdə kredit ayrılmasına nail olmaqla, qeyd olunan məbləğin 500 manatını Ramil Məhəmmədova verilib, 182 manatını kredit üzrə komissiya xərcinə, 6.419,20 manatını Ramil Məhəmmədovun digər kreditlərinin bağlanmasına sərf etdikdən sonra qalan 1.998,80 manat məbləğində pul vəsaitini həmin ünvanda yerləşən BOKT-un inzibati binasında özünə götürüb şəxsi ehtiyaclarına sərf edərək, cəmi 1.998,8 manat (bir min doqquz yüz doxsan səkkiz manat səksən qəpik) məbləğində, eyni niyyətlə, Abdulzadə Ariz Səfər oğlu ilə “Finex Kredit” BOKT ASC arasında bağlanmış 18 oktyabr 2018-ci il tarixli, 1728/18 saylı kredit müqaviləsi üzrə Ariz Abdulzadənin 2019-cu ilin dekabr ayında hə min müqavilə üzrə öhdəliyinin tam bağlanması üçün “Finex Kredit” BOKT ASC-nin Bakı şəhəri, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən baş ofisində özünə təqdim etdiyi 390,47 manat məbləğində pul vəsaitini BOKT-un kassasına mədaxil etməyərək şəxsi ehtiyaclarına sərf etməklə, cəmi 390,47 manat (üç yüz doxsan manat qırx yeddi qəpik) məbləğində, eyni niyyətlə, 2019-cu ilin dekabr ayında 27 iyun 2019-cu il tarixli, 2417/19 saylı kredit müqaviləsi üzrə borcunun bağlanması ilə əlaqədar müraciət etmiş Həsənov Davud Daməd oğlu ilə sonuncunun həmin müqavilə üzrə girov qismində qoyduğu qızıl-zinət əşyalarının həmin dövr üçün “Finex Kredit” BOKT ASC-də aktiv krediti olan və ümumi borcu 1.274,75 (bir min iki yüz yetmiş dörd manat yetmiş beş qəpik) təşkil edən arvadı Vəlixanova Şəfa Hüseynağa qızına y eni kredit ayrılmaqla girov qismində qoyulması, yeni kredit müqaviləsi üzrə götürülmüş məbləğlə həm Davud Həsənovun, həm də Şəfa Vəlixanovanın digər kredit borclarının bağlanaraq bir kredit müqaviləsi ilə birləşdirilməsi barədə razılaşdıqdan sonra 27 dekabr 2019-cu il tarixdə Davud Həsənovun 2417/19 saylı müqaviləsi üzrə 3.683,79 manat ödəniş edərək razılıqları əsasında 30 dekabr 2019-cu il tarixdə “Finex Kredit” BOKT ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən inzibati binasına gələn Şəfa Vəlixanovaya 7.900 manat məbləğində kredit ayrılmasına dair 2907/19 saylı kredit müqaviləsi imzalayıb aralarındakı ümumi razılığa əsasən həmin məbləği özü “Azərpoçt” sistemi vasitəsilə nağdlaşdıraraq Davud Həsənovun borcunun bir hissəsinin ödənilməsi üçün öz vəsaiti h esabına sərf etdiyi 3.863,79 manatını götürdükdən sonra Davud Həsənovun və Şəfa Vəlixanovanın borclarını tam olaraq bağlamalı olduğu halda, 158 manatını kredit üzrə komissiya xərcinə, 1.274,75 manatını Şəfa Vəlixanovanın həmin vaxta aktiv olan iki kredit müqaviləsi üzrə borcunun bağlanmasına sərf etdikdən sonra qalan “Finex Kredit” BOKT ASC-yə məxsus 2.603,46 manat məbləğində pul vəsaitini özünə götürüb şəxsi ehtiyaclarına sərf etməklə, cəmi 2.603,46 manat (iki min altı yüz üç manat qırx altı qəpik) məbləğində, eyni niyyətlə, “Finex Kredit” BOKT ASC-nin baş ofisindən əvvəllər bir neçə dəfə kredit götürmüş və şəxsən tanıdığı Səlimov Fəxri Səlim oğlunun adına sonuncunun xəbəri olmadan 07 aprel 2020-ci il tarixdə 3115/20 saylı, 3.050 manat məbləğində pul vəsaitinin götürülməsinə dair kredit m üqaviləsini hər hansı girov təqdim etmədən və müqavilənin özünü tərtib etmədən sistemdə qeydiyyatdan keçirib, ASC-nin Sumqayıt filialında kredit mütəxəssisi vəzifəsində işləyən övladı Müslümzadə Tülpanə Müslüm qızının maneələri aradan qaldırmaqla etdiyi yardımla, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə aralarındakı razılaşmaya əsasən, 7 aprel 2021-ci il tarixdə filialın Sumqayıt şəhəri, 30-cu məhəllə, bina 5/8-də yerləşən inzibati binasında istifadəsində olan kompyüter vasitəsilə Tülpanə Müslümzadə həmin kredit üzrə 3.050 manat məbləğində pul vəsaitini 9032510000114570 saylı adsız karta mədaxil edib, 8 aprel 2021-ci il tarixdə Sumqayıt şəhərində “Azərpoçt” MMC-ə məxsus bankomatda 18,19 manatın komissiya xərci qismində tutulması, 0,81 manatın kart hesabında qalması nəzərə alınmaqla, iki dəfəyə cəmi 3.031 manat pul vəsaitini Tülpanə Müslümzadə hesabdan çıxarıb nağdlaşdırdıqdan sonra həmin pul vəsaitini sonuncudan alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, sonuncunun köməkçiliyi ilə cəmi 3.050 (üç min əlli) manat məbləğində, eyni niyyətlə, 06 iyun 2020-ci il tarixdə “Finex Kredit” BOKT ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən baş ofisinə əvvəlki kreditlərinin bağlanmaqla yeni və vahid kredit müqaviləsində birləşdirilməsi məqsədi ilə müraciət edən və qeyd olunan tarixə 2 aktiv krediti üzrə borclarının cəmi 11.580,88 manat təşkil edən Vəzirova Səidə Mirbaba qızına 12.000 manat məbləğində kredit ayrılmasına və həmin məbləğin 120 ma natını kredit üzrə komissiya xərcinə, 11.580,88 manatını Səidə Vəzirovanın aktiv kreditlərinin bağlanmasına sərf etdikdən sonra qalan 299,12 manatı özünə götürüb şəxsi ehtiyaclarına sərf etməklə, cəmi 299,12 manat (iki yüz doxsan doqquz manat on iki qəpik) məbləğində, eyni niyyətlə, 20182020-ci illər ərzində “Finex Kredit” BOKT ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən baş ofisində kredit müqavilələrinə təminat qismində müştərilər tərəfindən özünə təqdim edilmiş qızıl-zinət əşyalarını saxlanca təhvil verməməklə, habelə cinayətdən xəbərsiz təşkilatın baş ofisində xəzinədar vəzifəsində işləyən Həsənova Lalə Zakir qızından “Finex Kredit” BOKT-un məsul vəzifəli şəxsi kimi ona etibar edilmiş müştərilərə məxsus olmaqla saxlanc yerində saxlanılan kredit müqa vilələrinə təminat qismində qoyulmuş girov qızıl-zinət əşyalarının yerləşdirildiyi torbaları guya müştərilərin həmin əşyalara baxış keçirmək və girov əşyalarını başqa girov əşyaları ilə əvəz etmək istəmələri, kredit müqaviləsini yeniləmək bəhanəsi ilə tələb edib almaqla, o cümlədən, Məmmədov Zabit Rüstəm oğlu ilə bağlanmış 08 yanvar 2018-ci il tarixli, 11.550 manat məbləğindəki 0910/18 saylı kredit müqaviləsi üzrə kredit borcunun tam bağlanmamasına baxmayaraq, girov qismində qəbul edilmiş 299,69 qram qızıl-zinət əşyalarının içərisindən dəyəri 14.294,80 manat (on dörd min iki yüz doxsan dörd manat səksən qəpik) təşkil edən 262,29 qramını Zabit Məmmədova qaytarmaqla, 34.4 qram çəkidə dəyəri 1.661,52 manat (bir min altı yüz altmış bir manat əlli iki qəpik) olan 1 ədəd qolbağı, eyni niyyətlə, Məmmədov Zabit Rüstəm oğlu ilə bağlanmış 10 aprel 2018-ci il tarixli 1138/18 saylı müqavilə üzrə sonuncunun girov qismində qoyduğu cəmi 88,60 qram qızılzinət əşyalarının içərisindən cəmi dəyəri 3.192,63 manat (üç min bir yüz doxsan iki manat altmış üç qəpik) təşkil edən 66,10 qram qızıl-zinət əşyalarını, eyni niyyətlə, Əliyev Fariz Hacıbaba oğlu ilə 19 aprel 2018-ci il tarixdə bağlanmış 1169/18 saylı müqavilə üzrə sonuncunun girov qismində qoyduğu cəmi 106,74 qram qızıl-zinət əşyalarının içərisindən cəmi dəyəri 4.019,52 manat (dörd min on doqquz manat əlli iki qəpik) təşkil edən 83,22 qram qızıl-zinət əşyalarını, eyni niyyətlə, Məmmədov Nizami Fərzulla oğlu ilə 31 oktyabr 2018-ci il tarixdə bağlanmış 1759/18 saylı müqavilə üzrə sonuncunun girov qismində qoyduğu cəmi 860,58 qram qızıl-zinət əşyalarının içərisindən cəmi dəyəri 10.750,61 manat (on min yeddi yüz əlli manat altmış bir qəpik) təşkil edən 222,58 qram qızıl-zinət əşyalarını, eyni niyyətlə, Rəhimov Emin Rasim oğlu ilə bağlanmış 02 may 2019-cu il tarixli 2274/19 saylı kredit müqaviləsi üzrə sonuncunun girov qismində qoyduğu cəmi 201,14 qram qızılzinət əşyalarının içərisindən cəmi dəyəri 7.039,24 manat (yeddi min otuz doqquz manat iyirmi dörd qəpik) təşkil edən 145,74 qram qızıl-zinət əşyalarını, eyni niyyətlə, Şəfiyeva Türkan Rəcəb qızı ilə 08 may 2019-cu ildə bağlanmış 2229/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu 4.640,66 manat (dörd min altı yüz qırx manat, altmış altı qəpik) dəyərində 96,08 qram çəkidə qızıl-zinət əşyalarını, eyni niyyətlə, şəxsən özünün “Finex Kredit” BOKT ASC ilə bağladığı 03 may 2018-ci il tarixli, 1217/18 saylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu 101,52 qram qızıl-zinət əşyalarından dəyəri 3.957,21 manat (üç min doqquz yüz əlli yeddi manat iyirmi bir qəpik) təşkil edən 81,93 qram çəkidə qızılzinət əşyalarını, özünün 21 may 2018-ci il tarixli, 1274/18 saylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu 128,59 qram qızıl-zinət əşyalarından dəyəri 6.065,99 manat (altı min altmış beş manat doxsan doqquz qəpik) təşkil edən 125,59 qram çəkidə qızıl-zinət əşyalarını, özünün 02 iyul 2018-ci il tarixli, 1396/18 saylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu 108,48 qram qızıl-zinət əşyalarından dəyəri 3.323,04 manat (üç min üç yüz iyirmi üç manat dörd qəpik) təşkil edən 68,80 qram çəkidə qızıl-zinət əşyalarını, özünün 02 oktyabr 2018-ci il tarixli, 1684/18 s aylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu 57,15 qram qızıl-zinət əşyalarından dəyəri 2.615,44 manat (iki min altı yüz on beş manat qırx dörd qəpik) təşkil edən 54,15 qram çəkidə qızıl-zinət əşyalarını, özünün 29 aprel 2019cu il tarixli, 2258/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu dəyəri 6.839,76 manat (altı min səkkiz yüz otuz doqquz manat yetmiş altı qəpik) təşkil edən 141,61 qram qızıl-zinət əşyalarını, özünün 10 may 2019-cu il tarixli, 2295/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu dəyəri 15.425,08 manat (on beş min dörd yüz iyirmi beş manat səkkiz qəpik) təşkil edən 319,36 qram qızıl-zinət əşyalarını, özünün 27 iyun 2019-cu il tarixli, 2415/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu dəyəri 6.468,33 manat (altı min dörd yüz altmış səkk iz manat otuz üç qəpik) təşkil edən 133,92 qram qızıl-zinət əşyalarını, özünün 28 iyun 2019-cu il tarixli, 2420/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu 270,74 qram qızıl-zinət əşyalarından dəyəri 5.831,74 manat (beş min səkkiz yüz otuz bir manat yetmiş dörd qəpik) təşkil edən 120,74 qram çəkidə qızıl-zinət əşyalarını, eyni niyyətlə, Məmmədov Nizami Fərzulla oğlu ilə 16 iyul 2019-cu il tarixdə bağlanmış 2464/19 saylı müqavilə üzrə sonuncunun girov qismində qoyduğu cəmi 129,60 qramdan ibarət olmaqla dəyəri 6.259,68 manat (altı min iki yüz əlli doqquz manat altmış səkkiz qəpik) təşkil edən qızıl-zinət əşyalarını, eyni niyyətlə, Namazova Ləman Aydın qızı ilə bağlanmış 16 iyul 2019-cu il tarixli 2468/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoyulmuş cəmi 139,51 qram qızıl-z inət əşyalarının içərisindən dəyəri 3.444,27 manat (üç min dörd qırx dörd manat iyirmi yeddi qəpik) təşkil edən 71,31 qram qızıl-zinət əşyalarını, eyni niyyətlə, Əlişov Sənan Şahmar oğlu ilə 18 iyul 2019-cu il tarixdə bağlanmış 2476/19 saylı müqavilə üzrə sonuncunun girov qismində qoyduğu cəmi 117 qram qızıl-zinət əşyalarının içərisindən cəmi dəyəri 3.284,44 manat (üç min iki yüz səksən dörd manat qırx dörd qəpik) təşkil edən 68 qram qızıl-zinət əşyalarını, eyni niyyətlə, Qasımov Faiq Vaqif oğlu ilə bağlanmış 22 iyul 2019-cu il tarixli 2483/19 saylı müqavilə üzrə sonuncunun girov qismində qoyduğu cəmi 130,24 qram qızıl-zinət əşyalarının içərisindən cəmi dəyəri 4.382,74 manat (dörd min üç yüz səksən iki manat yetmiş dörd qəpik) təşkil edən 90,74 qram qızıl-zinət əşyalarını, şəxsən özünün 30 iyul 2019-cu il tarixli, 2513/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu dəyəri 5.232,33 manat (beş min iki yüz otuz iki manat otuz üç qəpik) təşkil edən 108,33 qram qızıl-zinət əşyalarını, özünün 25 sentyabr 2019-cu il tarixli, 2689/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoyduğu 48,65 qram qızıl-zinət əşyalarından dəyəri 2.204,89 manat (iki min iki yüz dörd manat səksən doqquz qəpik) təşkil edən 45,65 qram çəkidə qızıl-zinət əşyalarını, eyni niyyətlə, Namazova Ləman Aydın qızı ilə bağlanmış 18 oktyabr 2019-cu il tarixli 2746/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoyulmuş cəmi 45,62 qram qızıl-zinət əşyalarının içərisindən dəyəri 1.185,76 manat (bir min bir yüz səksən beş manat yetmiş altı qəpik) təşkil edən 24,55 qram qızıl-zinət əşyalarını, eyni niyyətlə, Na mazova Ləman Aydın qızı ilə bağlanmış 18 oktyabr 2019-cu il tarixli 2747/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoyulmuş cəmi 134,88 qram qızıl-zinət əşyalarının içərisindən dəyəri 5.216,40 (beş min iki yüz on altı manat, qırx qəpik) manat təşkil edən 108 qram qızıl-zinət əşyalarını, eyni niyyətlə, 21 sentyabr 2019- cu il tarixdə “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Mikayılova Aygün Eynulla qızı ilə 7.200 manat məbləğində 2679/19 saylı kredit müqaviləsini imzalayarkən həmin müqavilə üzrə girov qismində qəbul etdiyi 49,18 qram qızıl-zinət əşyalarını həmin müqavilə üzrə öhdəlik tam icra edilmədən, yəni kredit borcu bağlanmadan Aygün Mikayılovanın yenidən kredit götürmək istəməsi barədə müraciəti əsasında 03 iyun 2020-ci il tarixində sonuncu ilə 4.150 manat məbləğində bağladığı 3160/20 saylı müqavilə üzrə girov qismində rəsmiləşdirib sonuncudan əlavə olaraq girov qismində qəbul etdiyi 1 ədəd üzük və 1 cüt sırğadan ibarət 497,49 manat (dörd yüz doxsan yeddi manat qırx doqquz qəpik) dəyərində 10,3 qram qızıl-zinət əşyalarını, eyni niyyətlə Namazova Ləman Aydın qızı ilə bağlanmış 06 avqust 2020-ci il tarixli 3219/20 saylı kredit müqaviləsi üzrə girov qismində qoyulmuş cəmi 138,04 qram qızıl-zinət əşyalarının içərisindən 678,13 manat (altı yüz yetmiş səkkiz manat on üç qəpik) dəyərində 14,04 qram qızıl-zinət əşyalarını, eyni niyyətlə, özü tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin özü üçün ayrılmasına nail olaraq 07 noyabr 2018-ci il tarixdə “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisində özü ilə “Finex Kredit” BOKT ASC arasında bağlanmış həmin tarixli kredit müqaviləsi əsasında 3.630 manat məbləğində pul vəsaitini, özü tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda 24 aprel 2019-cu il tarixdə “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisində özü ilə “Finex Kredit” BOKT ASC arasında bağlanmış həmin tarixli kredit müqaviləsi əsasında 3.080 manat məbləğində pul vəsaitini, özü tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda 15 avqust 2019-cu il tarixdə “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisində özü ilə “Finex Kredit” BOKT ASC arasında bağlanmış həmin tarixli kredit müqaviləsi əsasında 5.100 manat məbləğində pul vəsaitin i, özü tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda 20 sentyabr 2019-cu il tarixdə “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisində özü ilə “Finex Kredit” BOKT ASC arasında bağlanmış həmin tarixli kredit müqaviləsi əsasında 1.765 manat məbləğində pul vəsaitini, özü tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda 03 oktyabr 2019-cu il tarixdə “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisində özü ilə “Finex Kredit” BOKT ASC arasında bağlanmış həmin tarixli kredit müqaviləsi əsasında 3.080 manat məbləğində pul vəsaitini, ümumilikdə qeyd edilən qaydada 36 halda özünün və 16 müştərinin adına bağlanmış kredit müqavilələri üzrə cəmi 156.413,71 manat (bir yüz əlli altı min dörd yüz on üç manat yetmiş bir qə pik) məbləğində “Finex Kredit” BOKT-a məxsus olmaqla özünə etibar edilmiş pul vəsaiti və qızıl-zinət əşyalarını ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən inzibati binasında götürüb, həmin məbləğdə pul vəsaitini və qızıl-zinət əşyalarını şəxsi ehtiyaclarına sərf edib mənimsəməklə, həmçinin, eyni niyyətlə, “Finex Kredit” BOKT ASC-nin müşahidə şurasının sədri tərəfindən təsdiq edilmiş 07 may 2014-cü il tarixli “Finex Kredit” BOKT ASC-də “Qızıl və qızıldan hazırlanmış zinət əşyalarının girovu ilə kreditlərin verilməsi təlimatı”nın 1.3 və 3.1-ci bəndlərinə əsasən qızıl və qızıldan hazırlanmış zinət əşyalarının girovu ilə istehlak kreditlərin verilməsinin həmin təlimata uyğun aparılmalı olması və kreditin qaytarılmasının təminatı olaraq qızıl-zinət əşyaları, qızıl sikkələr, qızıl yubiley nişanları, Rusiya və Belçika istehsalı olan brilliantlar qəbul olunmalı olduğu halda 06 dekabr 2018-ci ildə 6.740 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən baş ofisinə müraciət edən Məmmədova Fəridə Arif qızı tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim etmədiyi halda sonuncunun əri Məmmədov Zabit Rüstəm oğlu ilə “Finex Kredit” BOKT ASC arasında 13 fevral 2018-ci il tarixdə bağlanmış 19.760 manat məbləğində pulun götürülməsinə dair 0969/18 saylı kredit müqaviləsi üzrə girov qismində qoymuş olduğu çəkisi 487.43 qram, dəyəri 26.564,93 manat olan qızıl-zinət əşyalarını qanunsuz olaraq təkrarən girov qismində qəbul etməklə faktiki girov təminatı olm adan Fəridə Məmmədovaya kredit ayrılmasına nail olmaqla 06 dekabr 2018-ci il tarixli 1778/18 saylı kredit müqaviləsi üzrə 6.740 (altı min yeddi yüz qırx) manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 13 fevral 2019-cu ildə 7.410 manat məbləğində kredit ayrılması üçün “Finex” Kredit BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Ağayeva Elmira Nazim qızı tərəfindən girov qismində hər hansı qızılzinət əşyası təqdim edilmədiyi halda sonuncuya 7.410 manat məbləğində kreditin ayrılmasına dair 13 fevral 2019-cu il tarixli 2055/19 saylı kredit müqaviləsinə əlavə edilmiş kredit verilməsi hüququ verən rəsmi sənəd olan 2055/19/G saylı girov müqaviləsinin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya sonuncunun 10.588 manat dəyərində qızıl-zinət əşyalarını girov qismin də təqdim etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq etməklə Elmira Ağayevaya faktiki girov təminatı olmadan kredit ayrılmasına və sonuncu tərəfindən həmin kredit məbləğinin götürülməsinə nail olmaqla 7.410 (yeddi min dörd yüz on) manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 7 mart 2019-cu ildə 3.630 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Ağayeva Elmira Nazim qızı tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda sonuncuya 3.630 manat məbləğində kredit ayrılmasına dair 07 mart 2019-cu il tarixli, 2126/19 saylı kredit müqaviləsinə əlavə edilmiş kredit verilməsi hüququ verən rəsmi sənəd olan 2126/19/G saylı girov müqaviləsinin və 2126/19 saylı qiymətləndirmə aktının məzm ununa şəxsi niyyətlə biləbilə yalan məlumatlar, yəni guya sonuncunun 5.186 manat dəyərində, 95.52 qram çəkidə qızıl-zinət əşyalarını girov qismində təqdim etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq etməklə Elmira Ağayevaya kredit ayrılmasına və sonuncu tərəfindən həmin kredit məbləğinin götürülməsinə nail olmaqla 3.630 (üç min altı yüz otuz) manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 25 sentyabr 2019-cu ildə 15.000 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Məmmədli Xəyal Rusxad oğlu tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda sonuncuya faktiki girov olmadan kredit ayrılmasına və sonuncu tərəfindən həmin kredit məbləğinin götürülməsinə nail olmaqla 15.000 (on beş min ) manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 27 sentyabr 2019-cu ildə 6.050 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Məmmədli Xəyal Rusxad oğlu tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda sonuncuya faktiki girov olmadan kredit ayrılmasına və sonuncu tərəfindən həmin kredit məbləğinin götürülməsinə nail olmaqla 6.050 (altı min əlli) manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 31 oktyabr 2019-cu ildə 14.350 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Hümbətov Yaqub Tofiq oğlu tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda sonuncuya faktiki girov olmadan kredit ayrılmasına və s onuncu tərəfindən kredit məbləğinin götürülməsinə nail olmaqla 14.350 (on dörd min üç yüz əlli) manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 5 noyabr 2019-cu ildə 1.040 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Əliyeva Ülviyyə Üzeyir qızı tərəfindən girov qismində hər hansı qızılzinət əşyası təqdim edilmədiyi halda sonuncu ilə “Finex Kredit” BOKT ASC arasında bağlanmış 1.040 manat məbləğində pulun götürülməsinə dair 11 oktyabr 2019-cu il tarixli, 2730/19 saylı kredit müqaviləsi üzrə girov qismində qoymuş olduğu çəkisi 20 qram, dəyəri 1.090 manat olan qızıl-zinət əşyalarını qanunsuz olaraq təkrarən girov qismində qəbul etməklə Ülviyyə Əliyevaya 2782/19 saylı kredit müqaviləsi üzrə kredit ayrılmasına və sonuncu tərəfi ndən kredit məbləğinin götürülməsinə nail olmaqla 1.040 (bir min qırx) manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 30 noyabr 2019-cu ildə 10.135 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Hümbətov Yaqub Tofiq oğlu tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda sonuncuya faktiki girov olmadan kredit ayrılmasına və sonuncu tərəfindən kredit məbləğinin götürülməsinə nail olmaqla 10.135 (on min bir yüz otuz beş) manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 07 fevral 2020-ci ildə 1.980 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Əliyeva Ülviyyə Üzeyir qızı tərəfindən girov qismində hər hansı qızılzinət əşyası təqdim e dilmədiyi halda sonuncuya 1.980 manat məbləğində kredit ayrılmasına dair 07 fevral 2020-ci il tarixli 3005/20 saylı kredit müqaviləsinə əlavə edilmiş kredit verilməsi hüququ verən rəsmi sənəd olan 3005/20/G saylı girov müqaviləsinin və 3005/20 saylı qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya sonuncunun 2.829 manat dəyərində 47,64 qram çəkidə qızıl-zinət əşyalarını girov qismində təqdim etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq etməklə Ülviyyə Əliyevaya kredit ayrılmasına və sonuncu tərəfindən kredit məbləğinin götürülməsinə nail olmaqla 1.980 (bir min doqquz yüz səksən) manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 2 iyul 2020-ci ildə 9.150 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASCnin baş ofisinə müraciət edə n Ağayeva Elmira Nazim qızı tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda sonuncuya 9.150 manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Elmira Ağayeva tərəfindən götürülməsinə nail olaraq 9.150 (doqquz min bir yüz əlli) manat məbləğində pul vəsaitini, eyni niyyətlə, 28 iyul 2020-ci ildə 3.630 manat məbləğində kredit ayrılması üçün “Finex” Kredit BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Bayramova Nərmin Şahin qızı tərəfindən girov qismində hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyi halda sonuncuya 3.630 manat məbləğində kredit ayrılmasına dair 28 iyul 2020-ci il tarixli 3212/20 saylı kredit müqaviləsinə əlavə edilmiş kredit verilməsi hüququ verən rəsmi sənəd olan 3212/20/G saylı girov müqaviləsinin və 3212/20 saylı qiymə tləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya sonuncunun 3.400 manat dəyərində 59,16 qram çəkidə qızılzinət əşyalarını girov qismində təqdim etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq etməklə Nərmin Bayramovaya kredit ayrılmasına və sonuncu tərəfindən kredit məbləğinin götürülməsinə nail olmaqla 3.630 (üç min altı yüz otuz) manat məbləğində pul vəsaitini, həmin qaydada 11 halda 6 müştəri üzrə “Finex” Kredit BOKT-a məxsus olmaqla ona etibar edilmiş cəmi 79.115 (yetmiş doqquz min bir yüz on beş) manat məbləğində pul vəsaitini israf etməklə, ümumilikdə qeyd edilən qaydada “Finex Kredit” BOKT ASC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 235.528,71 manat (iki yüz otuz beş min beş yüz iyirmi səkkiz manat yetmiş bir qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs qismində tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmçinin, kredit müqaviləsi, girov müqaviləsi, qiymətləndiricinin iştirakını və qiymətləndirmə aktının tərtibini təmin etmədən cəmi 3.146,78 qram çəkidə qızıl-zinət əşyalarını girov qismində qəbul edərək girovların fərdi qaydada uçotunu aparmadan torbalara yerləşdirib saxlanca verərək bununla əlaqədar cinayətdən xəbərsiz tanışı Hümbətov Səbuhi Tofiq oğluna 20 fevral 2019- cu il tarixdə 10.000 manat, 31 may 2019-cu il tarixdə 3.120 manat, 26 avqust 2019-cu il tarixdə 3.050 manat, 27 sentyabr 2019-cu il tarix də 7.500 manat, 27 sentyabr 2019-cu il tarixdə 15.000 manat, 16 oktyabr 2019-cu il tarixdə 8.085 manat, 29 noyabr 2019-cu il tarixdə 15.060 manat, 18 dekabr 2019-cu il tarixdə 8.400 manat, 23 yanvar 2020-ci il tarixdə 10.060 manat, 28 yanvar 2020-ci il tarixdə 20.000 manat, 30 yanvar 2020-ci il tarixdə 22.000 manat, 18 mart 2020-ci il tarixdə 4.800 manat, 30 aprel 2020-ci il tarixdə 30.000 manat, 13 may 2019-cu il tarixdə 2.265 manat, 18 iyun 2020-ci il tarixdə 12.000 manat, 30 aprel 2020-ci il tarixdə 29.000 manat və 16.000 manat məbləğində, cəmi 216.340 (iki yüz on altı min üç yüz qırx) manat məbləğində kredit ayıraraq həmin məbləğdə pulun Səbuhi Hümbətov tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 6 sentyabr 2021-ci il tarixə qədər tarixləri q eyd olunan müqavilələr üzrə cəmi 179.401,52 manat (yüz yetmiş doqquz min dörd yüz bir manat əlli iki qəpik) əsas, 35.217,82 manat (otuz beş min iki yüz on yeddi manat səksən iki qəpik) faiz borcu olmaqla, cəmi 214.619,34 manat (iki yüz on dörd min altı yüz on doqquz manat otuz dörd qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızılzinət əşyalarının faktiki dəyərinin 171.499,51 manat (yüz yetmiş bir min dörd yüz doxsan doqquz manat əlli bir qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar “Finex Kredit” BOKT ASC-yə məxsus 43.119,83 manat (qırx üç min bir yüz on doqquz manat səksən üç qəpik) məbləğində, eyni niyyətlə, 24 iyul 2019-cu ildə 11.500 manat məbləğində kredit ayrılması üçün “Finex” Kredit BOKT ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçə si 11 ünvanında yerləşən baş ofisinə müraciət edən Qarayev Elşən Vahid oğlu tərəfindən girov qismində təqdim edilmiş qızıl-zinət əşyalarına nisbətdə daha yüksək məbləğdə kredit ayrılması üçün sonuncunun girov qismində təqdim etdiyi və həmin dövrə faktiki dəyəri 6.634,21 manat (altı min altı yüz otuz dörd manat iyirmi bir qəpik) təşkil edən 161,81 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2497/19 saylı kredit müqaviləsinə əlavə edilmiş kredit verilməsi hüququ verən rəsmi sənəd olan 2497/19/G saylı girov müqaviləsinin və 2497/19 saylı qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya Elşən Qarayev tərəfindən təqdim edilmiş qızıl-zinət əşyalarının dəyərinin 16.429 manat təşkil etməsi barədə məlumatlar da xil edib öz imzası ilə təsdiq edib Elşən Qarayevə 11.500 (on bir min beş yüz) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Elşən Qarayev tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 6 sentyabr 2021-ci il tarixə qədər 9.247,49 manat (doqquz min iki yüz qırx yeddi manat qırx doqquz qəpik) əsas, 1.827,05 manat (bir min səkkiz yüz iyirmi yeddi manat beş qəpik) faiz borcu olmaqla, cəmi 11.074,54 manat (on bir min yetmiş dörd manat əlli dörd qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 8.818,64 manat (səkkiz min səkkiz yüz on səkkiz manat altmış dörd qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 2.255,90 manat (iki min iki yüz əlli beş manat doxsan qəpik) məbləğ ində, eyni niyyətlə, 9 sentyabr 2019-cu ildə 10.000 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Məmmədli Xəyal Rusxad oğlu tərəfindən girov qismində təqdim edilmiş həmin dövrə faktiki dəyəri 5.362,80 manat təşkil edən 123 qram çəkidə qızılzinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2637/20 saylı kredit müqaviləsinə əlavə edilmiş kredit verilməsi hüququ verən rəsmi sənəd olan 2637/20 saylı qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 14.285 manat təşkil etməsi barədə məlumatlar daxil edərək öz imzası ilə təsdiq edib Xəyal Məmmədliyə 10.000 (on min) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Xə yal Məmmədli tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il tarixə qədər 6.235,24 manat (altı min iki yüz otuz beş manat iyirmi dörd qəpik) əsas, 2.308,88 manat (iki min üç yüz səkkiz manat səksən səkkiz qəpik) faiz borcu olmaqla, cəmi 8.544,12 manat (səkkiz min beş yüz qırx dörd manat on iki qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 6.705,50 manat (altı min yeddi yüz beş manat əlli qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 1.838,62 manat (bir min səkkiz yüz otuz səkkiz manat altmış iki qəpik) məbləğində, eyni niyyətlə, 2 oktyabr 2019-cu ildə 10.000 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş of isinə müraciət edən İsmayılova Pakizə Həmid qızı tərəfindən girov qismində 73,14 qram çəkidə, 3.986 manat dəyərində qızıl-zinət əşyaları təqdim edildiyi halda qiymətləndiricinin iştirakını təmin etmədən özü həmin qızıl-zinət əşyalarını yoxlayaraq girov qismində təqdim edilmiş qızılzinət əşyalarının dəyərinə nisbətdə daha yüksək məbləğdə kredit ayrılması üçün 2711/19 saylı kredit müqaviləsinə əlavə edilmiş kredit verilməsi hüququ verən rəsmi sənəd olan 2711/19/G saylı girov müqaviləsinə və 2711/19 saylı qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə biləbilə yalan məlumatlar, yəni guya girov qismində 250,02 qram çəkidə, 14.286 manat məbləğində, habelə cinayətdən xəbərsiz olan tanışı Nəsibov Niyazi Əzim oğlunun həmin vaxta artıq bağlanmış 1006 saylı kredit müqaviləsi üzrə qaytarılmış qızılz inət əşyalarını guya qəbul etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edib Pakizə İsmayılovaya 10.000 (on min) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Pakizə İsmayılova tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il tarixə qədər 7.869,22 manat (yeddi min səkkiz yüz altmış doqquz manat iyirmi iki qəpik) əsas, 3.881,51 manat (üç min səkkiz yüz səksən bir manat əlli bir qəpik) faiz borcu olmaqla, cəmi 11.750,73 manat (on bir min yeddi yüz əlli manat yetmiş üç qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 3.986 (üç min doqquz yüz səksən altı) manat təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 7.764,73 manat (yeddi min yeddi y üz altmış dörd manat yetmiş üç qəpik) məbləğində, eyni niyyətlə, 16 oktyabr 2019-cu ildə 2.375 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Abbasova Venera Məhəmməd qızı tərəfindən girov qismində təqdim edilmiş və həmin dövrə faktiki dəyəri 567,17 manat təşkil edən 13,19 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2743/19 saylı kredit müqaviləsinə əlavə edilmiş kredit verilməsi hüququ verən rəsmi sənəd olan 2743/19/G saylı girov müqaviləsinə və 2743/19 saylı qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 3.393 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq etməklə Venera Abbasovaya 2.375 (iki min üç yüz yetmiş beş) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Venera Abbasova tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il tarixə qədər 2.065,74 manat (iki min altmış beş manat yetmiş dörd qəpik) əsas, 692,11 (altı yüz doxsan iki manat on bir qəpik) faiz borcu olmaqla, cəmi 2.757,85 manat (iki min yeddi yüz əlli yeddi manat səksən beş qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 718,85 (yeddi yüz on səkkiz manat səksən beş qəpik) manat təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 2.039 manat (iki min otuz doqquz) məbləğində, eyni niyyətlə, 29 noyabr 2019-cu ildə 9.100 manat məbləğində kredit ayrılması üçün “Fine x Kredit” BOKT ASC-nin baş ofisinə müraciət edən Məhəmmədov Ramil İsmayıl oğlu tərəfindən girov qismində təqdim edilmiş və həmin dövrə faktiki dəyəri 3.967,08 manat təşkil edən 94,23 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2824/19 saylı kredit müqaviləsinə əlavə edilmiş 2824/19/G saylı girov müqaviləsinə və 2824/19 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununu şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 13.000 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edib Ramil Məhəmmədova 9.100 (doqquz min bir yüz) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Ramil Məhəmmədov tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə 06 sentyabr 2021-c i il tarixə qədər 9.100 manat (doqquz min bir yüz) əsas, 3.459,60 manat (üç min dörd yüz əlli doqquz manat altmış qəpik) faiz borcu olmaqla, cəmi 12.559,60 manat (on iki min beş yüz əlli doqquz manat altmış qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 5.135,53 (beş min bir yüz otuz beş manat, əlli üç qəpik) manat təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 7.424,07 manat (yeddi min dörd yüz iyirmi dörd manat altmış qəpik) məbləğində, eyni niyyətlə, 16 dekabr 2019-cu ildə 7.355 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Sadıqov Ehtiram Əlibala oğlu tərəfindən girov qismində təqdim edilmiş faktiki dəyəri 3.703,59 manat təşkil edən 86,13 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2878/19 saylı kredit müqaviləsinə əlavə edilmiş 2878/19/G saylı girov müqaviləsinə və 2878/19 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 10.507 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Ehtiram Sadıqova 7.355 (yeddi min üç yüz əlli beş) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Ehtiram Sadıqov tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il tarixə qədər 7.155 manat (yeddi min bir yüz əlli beş) əsas, 3.407,79 manat (üç min dörd yüz yeddi manat yetmiş doqquz qəpik) faiz borcu olmaqla, cəmi 10.5 62,79 manat (on min beş yüz altmış iki manat yetmiş doqquz qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 4.694,08 (dörd min altı yüz doxsan dörd manat, səkkiz qəpik) manat təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 5.868,71 manat (beş min səkkiz yüz altmış səkkiz manat yetmiş bir qəpik) məbləğində, eyni niyyətlə, 19 dekabr 2019-cu ildə 3.580 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Cavadov Nicad Qüdrət oğlu tərəfindən girov qismində təqdim edilmiş faktiki dəyəri 2.503,92 manat təşkil edən 58,64 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2885/19 saylı kredit müqaviləsinə əlavə edilmiş 2885/19/G saylı girov müqaviləsinə və 2885/19 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 5.114 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Nicad Cavadova 3.580 manat (üç min beş yüz səksən) məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Nicad Cavadov tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə 06 sentyabr 2021-ci il tarixə qədər 3.580 manat (üç min beş yüz səksən) əsas, 1.262,52 (bir min iki yüz altmış iki manat əlli iki qəpik) faiz borcu olmaqla, cəmi 4.842,52 manat (dörd min səkkiz yüz qırx iki manat əlli iki qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 3.195,88 manat (üç min bir yüz doxsan beş manat səksən səkkiz qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 1.646,64 manat (bir min altı yüz qırx altı manat altmış dörd qəpik) məbləğində, eyni niyyətlə, 20 dekabr 2019-cu ildə 11.190 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Manaşirov Ramin Borisoviçin girov qismində təqdim etdiyi, 150 qram çəkidə olan və həmin dövrə faktiki dəyəri 6.450 manat təşkil edən 23 ədəd qızıl-zinət əşyasını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2886/19 saylı kredit müqaviləsinə əlavə edilmiş 2886/19/G saylı girov müqaviləsinə və 2886/19 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya girov qismində qoyulmuş qızıl-zinət əş yalarının sayının 32 ədəd, çəkisinin 209,70 qram, dəyərinin 15.895 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Ramin Manaşirova 11.190 (on bir min bir yüz doxsan) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Ramin Manaşirov tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il tarixə qədər 9.501,53 manat (doqquz min beş yüz bir manat əlli üç qəpik) əsas, 2.624,77 manat (iki min altı yüz iyirmi dörd manat yetmiş yeddi qəpik) faiz borcu olmaqla, cəmi 12.126,30 manat (on iki min bir yüz iyirmi altı manat otuz qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 8.175 (səkkiz min bir yüz yetmiş beş) manat təşkil etməklə yaranmış borcu qarş ılamaması ilə əlaqədar 3.951,30 manat (üç min doqquz yüz əlli bir manat otuz qəpik) məbləğində, eyni niyyətlə, 20 dekabr 2019-cu ildə 4.150 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Əliyeva Ülviyyə Üzeyir qızı tərəfindən girov qismində təqdim etdiyi və həmin dövrə faktiki dəyəri 1.712 manat təşkil edən 40 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2887/19 saylı kredit müqaviləsinə əlavə edilmiş 2887/19/G saylı girov müqaviləsinə və 2887/19 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya qızıl-zinət əşyalarının dəyərinin 5.927 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Ülviyyə Əliyevaya 4.150 (dörd min bir yüz əlli) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Ülviyyə Əliyeva tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il tarixə qədər 4.000 manat (dörd min) əsas, 2.048,58 manat (iki min qırx səkkiz manat əlli səkkiz qəpik) faiz borcu olmaqla, cəmi 6.048,58 manat (altı min qırx səkkiz manat əlli səkkiz qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 2.180 (iki min yüz səksən) manat təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 3.868,58 manat (üç min səkkiz yüz altmış səkkiz manat əlli səkkiz qəpik) məbləğində, eyni niyyətlə, 29 dekabr 2019-cu ildə 1.040 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC- nin baş ofisinə müraciət edən Fəziyev Müşfiqə İsrəfil qızı tərəfindən girov qismində təqdim etdiyi 3 qram çəkidə olan və həmin dövrə faktiki dəyəri 131,10 manat təşkil edən 1 ədəd üzüyü qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2903/19 saylı kredit müqaviləsinə əlavə edilmiş 2903/19/G saylı girov müqaviləsinə və 2903/19 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin üzüyün çəkisinin 6 qram, dəyərinin 1.486 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Müşfiqə Fəziyevaya 1.040 (bir min qırx) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Müşfiqə Fəziyeva tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il t arixə qədər 852,68 manat (səkkiz yüz əlli iki manat altmış səkkiz qəpik) əsas, 509,45 manat (beş yüz doqquz manat qırx beş qəpik) faiz borcu olmaqla, cəmi 1.362,13 manat (bir min üç yüz altmış iki manat on üç qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 163,50 manat (bir yüz altmış üç manat əlli qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 1.198,63 manat (bir min bir yüz doxsan səkkiz manat altmış üç qəpik) məbləğində, eyni niyyətlə 30 dekabr 2019-cu ildə 14.000 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Nəsibov Niyazi Əzim oğlu tərəfindən girov qismində təqdim edilmiş 202,90 qram çəkidə olan və həmin dövrə faktiki dəyəri 9.130,5 manat təşki l edən qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2908/19 saylı kredit müqaviləsinə əlavə edilmiş 2908/19/G saylı girov müqaviləsinə və 2908/19 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının çəkisinin 210,64 qram, dəyərinin 20.001 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Niyazi Nəsibova 14.000 (on dörd min) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Niyazi Nəsibov tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il tarixə qədər 13.520 (on üç min beş yüz iyirmi) manat əsas, 3.631,88 manat (üç min altı yüz otuz bir manat səksən səkkiz qəpik) faiz borcu o lmaqla, cəmi 17.151,88 manat (on yeddi min bir yüz əlli bir manat səksən səkkiz qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 11.058,05 manat (on bir min əlli səkkiz manat beş qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 6.093,83 manat (altı min doxsan üç manat səksən üç qəpik) məbləğində, eyni niyyətlə, 7 yanvar 2020-ci ildə 23.600 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Quliyeva Leyla Şahlar qızı tərəfindən girov qismində təqdim edilmiş və həmin dövrə faktiki dəyəri 18.168,75 manat təşkil edən 402 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 2912/20 saylı kredit müqaviləsinə əlavə edilmiş 2912/20/G saylı girov müqaviləsinə və 2912/20 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 33.717 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Leyla Quliyevaya 23.600 (iyirmi üç min altı yüz) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Leyla Quliyeva tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il tarixə qədər 21.966,80 manat (iyirmi bir min doqquz yüz altmış altı manat səksən qəpik) əsas, 6.340,66 manat (altı min üç yüz qırx manat altmış altı qəpik) faiz borcu olmaqla, cəmi 28.307,46 manat (iyirmi səkkiz min üç yüz yeddi manat qırx altı qəpik) məbləğində pulu ödəməməklə girov qi smində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 21.909 manat (iyirmi bir min doqquz yüz doqquz) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 6.398,46 manat (altı min üç doxsan səkkiz manat qırx altı qəpik) məbləğində, eyni niyyətlə, 25 fevral 2020-ci ildə 1.000 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Abbasova Venera Məhəmməd qızı tərəfindən girov qismində təqdim edilmiş həmin dövrə faktiki dəyəri 626,88 manat təşkil edən 13,06 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 3045/20 saylı kredit müqaviləsinə əlavə edilmiş 3045/20/G saylı girov müqaviləsinə və 3045/20 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bi lə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 1.429 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Venera Abbasovaya 1.000 (bir min) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Venera Abbasova tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə ümumiyyətlə ödəniş etməməklə 06 sentyabr 2021-ci il tarixə qədər 1.000 (bir min) manat əsas, 284,08 manat (iki yüz səksən dörd manat səkkiz qəpik) faiz borcu olmaqla, cəmi 1.284,08 manat (bir min iki yüz səksən dörd manat səkkiz qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 711,77 manat (yeddi yüz on bir manat yetmiş yeddi qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 572,31 manat (beş yüz yetmiş iki manat otuz bir qəpik) məbləğində, eyni niyyətlə, 25 fevral 2020-ci ildə 3.500 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Şükürova Elnurə Akif qızı tərəfindən girov qismində təqdim edilmiş həmin dövrə faktiki dəyəri 1.396,80 manat təşkil edən 29,10 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 3047/20 saylı kredit müqaviləsinə əlavə edilmiş 3047/20/G saylı girov müqaviləsinə və 3047/20 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 5.000 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Elnurə Şükürovaya 3.500 (üç min beş yüz) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Elnurə Şükürova tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il tarixə qədər 3.350 (üç min üç yüz əlli) manat əsas, 1.159,21 manat (bir min bir yüz əlli doqquz manat iyirmi bir qəpik) faiz borcu olmaqla, cəmi 4.509,21 manat (dörd min beş yüz doqquz manat iyirmi bir qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 1.585,95 manat (bir min beş yüz səksən beş manat doxsan beş qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 2.923,26 manat (iki min doqquz yüz iyirmi üç manat iyirmi altı qəpik) məbləğində, eyni niyyətlə, 22 may 2020-ci ildə 16.500 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ün vanda yerləşən baş ofisinə müraciət edən Əliyev Elmar Eldar oğlu tərəfindən girov qismində təqdim edilmiş faktiki dəyəri 5.099 manat təşkil edən 101,98 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 3146/20 saylı kredit müqaviləsinə əlavə edilmiş 3146/20/G saylı girov müqaviləsinə və 3146/20 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 23.571 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Elmar Əliyevə 16.500 (on altı min beş yüz) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Elmar Əliyev tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il t arixə qədər 13.974 (on üç min doqquz yüz yetmiş dörd) manat əsas, 5.757,05 manat (beş min yeddi yüz əlli yeddi manat beş qəpik) faiz borcu olmaqla, cəmi 19.731,05 manat (on doqquz min yeddi yüz otuz bir manat beş qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 5.557,91 manat (beş min beş yüz əlli yeddi manat doxsan bir qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 14.173,14 manat (on dörd min bir yüz yetmiş üç manat on dörd qəpik) məbləğində, eyni niyyətlə, 22 may 2020-ci ildə 41.450 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Kərimova Sevil Mirağa qızı tərəfindən girov qismində təqdim edilmiş faktiki dəyəri 21.470,50 manat təşkil edən 429,41 q ram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 3147/20 saylı kredit müqaviləsinə əlavə edilmiş 3147/20/G saylı girov müqaviləsinə və 3147/20 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 58.927 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Sevil Kərimovaya 41.450 (qırx bir min dörd yüz əlli) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Sevil Kərimova tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə bir müddət ödənişlər etməklə 06 sentyabr 2021-ci il tarixə qədər 41.318,25 manat (qırx bir min üç yüz on səkkiz manat, iyirmi beş qəpik) əsas, 6.715,94 manat (altı min yeddi yüz on beş manat dox san dörd qəpik) faiz borcu olmaqla, cəmi 48.034,94 manat (qırx səkkiz min otuz dörd manat doxsan dörd qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 23.402,85 manat (iyirmi üç min dörd yüz iki manat səksən beş qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 24.631,34 manat (iyirmi dörd min altı yüz otuz bir manat otuz dörd qəpik) məbləğində, eyni niyyətlə, 15 iyul 2020-ci ildə 14.900 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Əhmədova Gülnarə Bilal qızı tərəfindən girov qismində təqdim edilmiş faktiki dəyəri 10.787,39 manat təşkil edən 206,26 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 3196/20 say lı kredit müqaviləsinə əlavə edilmiş 3196/20/G saylı girov müqaviləsinə və 3196/20 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 21.287 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Gülnarə Əhmədovaya 14.900 (on dörd min doqquz yüz) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Gülnarə Əhmədova tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə 06 sentyabr 2021-ci il tarixə qədər 14.900 (on dörd min doqquz yüz) manat əsas, 1.513,44 manat (bir min beş yüz on üç manat qırx dörd qəpik) faiz borcu olmaqla, cəmi 16.413,44 manat (on altı min dörd yüz on üç manat qırx dörd qəpik) məbləğində pulu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zin ət əşyalarının faktiki dəyərinin 11.241,17 manat (on bir min iki yüz qırx bir manat on yeddi qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 5.172,27 manat (beş min bir yüz yetmiş iki manat iyirmi yeddi qəpik) məbləğində, eyni niyyətlə, 19 dekabr 2020-ci ildə 10.260 manat məbləğində kredit ayrılması üçün “Finex Kredit” BOKT ASC-nin eyni ünvanda yerləşən baş ofisinə müraciət edən Qasımova Şəhla Həsən qızı tərəfindən girov qismində təqdim edilmiş həmin dövrə faktiki dəyəri 2.791,33 manat təşkil edən 59,39 qram çəkidə qızıl-zinət əşyalarını qiymətləndiricinin iştirakını təmin etmədən özü yoxlayaraq 3032/20 saylı kredit müqaviləsinə əlavə edilmiş 3032/20/G saylı girov müqaviləsinə və 3032/20 saylı girov əşyaların qiymətləndirmə aktının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan m əlumatlar, yəni guya həmin qızıl-zinət əşyalarının dəyərinin 14.657 manat təşkil etməsi barədə məlumatlar daxil edib öz imzası ilə təsdiq edərək Şəhla Qasımovaya 10.260 (on min iki yüz altmış) manat məbləğində kredit ayrılmasına və qeyd edilən məbləğin Şəhla Qasımova tərəfindən götürülməsinə nail olaraq götürdüyü kredit üzrə 06 sentyabr 2021-ci il tarixə qədər 8.740 manat (səkkiz min yeddi yüz qırx) əsas borcu ödəməməklə girov qismində qəbul edilmiş qızıl-zinət əşyalarının faktiki dəyərinin 3.236,75 (üç min iki yüz otuz altı manat yetmiş beş qəpik) manat təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 5.503,25 manat (beş min beş yüz üç manat, iyirmi beş qəpik) məbləğində, həmçinin, eyni niyyətlə, Əzizova Aysel Zəfər qızı ilə bağlanmış 23 oktyabr 2018-ci il tarixli 8.570 manat məbl əğində pul vəsaitinin kredit qismində götürülməsinə dair 1740/18 saylı kredit müqaviləsi üzrə kredit borcunun tam bağlanmamasına baxmayaraq, girov qismində qəbul edilmiş 215,06 qram qızıl-zinət əşyalarından 11.227 (on bir min iki yüz iyirmi yeddi) manat dəyərində 206 qramını Aysel Əzizovaya qaytarmaqla, 06 sentyabr 2021-ci il tarixə qədər 2.291,33 manat (iki min iki yüz doxsan bir manat otuz üç qəpik) əsas, 1.012,56 manat (bir min on iki manat əlli altı qəpik) faiz borcu olmaqla, cəmi 3.303,89 manat (üç min üç yüz üç manat səksən doqquz qəpik) məbləğində pulu ödəməməklə girov qismində qalmış qızıl-zinət əşyalarının faktiki dəyərinin 490,50 manat (dörd yüz doxsan manat əlli qəpik) təşkil etməklə yaranmış borcu qarşılamaması ilə əlaqədar 2.813,39 manat (iki min səkkiz yüz on üç manat otuz doqquz qəpik) məbləğində,qeyd edilən qaydada 19 nəfərə verilmiş kreditlər üzrə 149.260,26 manat (yüz qırx doqquz min iki yüz altmış manat iyirmi altı qəpik) məbləğində kreditin təminatsız qalmasına, habelə,adları qeyd olunan bütünlükdə həmin şəxslərin və özünün götürdüyü kreditlər üzrə 6 sentyabr 2021-ci il tarixə 644.361,59 manat (altı yüz qırx dörd min, üç yüz altmış bir manat, əlli doqquz qəpik) əsas, 226.480,56 manat (iki yüz iyirmi altı min dörd yüz səksən manat əlli altı qəpik) faiz borcu olmaqla, cəmi 870.842,15 manat (səkkiz yüz yetmiş min səkkiz yüz qırx iki manat, on beş qəpik) məbləğində pul vəsaitinin ödənilməməsi ilə hüquqi şəxs olan “Finex Kredit” BOKT ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitlərinin geri qa ytarılmasının təmini üzrə əmlak hüquqlarına, kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib təşkilatın normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində tamah niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, “Finex Kredit” BOKT ASC-nin idarə heyəti sədrinin 01 fevral 2019cu il tarixli 10 saylı əmri ilə “Finex Kredit” BOKT ASC-nin kredit departamentinin direktoru və idarə heyətinin üzvü vəzifəsində işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat və təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi-məsul vəzifəli şəxs kimi ASC-nin müşahidə şurası sədri tərəfindən təsdiq edilmiş 07 may 2014-cü il tarixli “Finex Kredit” BOKT ASC-də “Qızıl və qızıldan hazırlanmış zinət əşyalarının girovu ilə kreditlərin verilməsi təlimatı”nın 1.3, 3.1 və 3.9-cu bəndlərinə əsasən qızıl və qızıldan hazırlanmış zinət əşyalarının girovu ilə istehlak kreditlərin verilməsinin həmin təlimata uyğun aparılmalı olması və qızıl-zinət əşyalarının Müşahidə Şurası tərəfindən təyin olunmuş və BOKT-la bağlanmış əməkdaşlıq müqaviləsi əsasında fəaliyyət göstərəcək müvafiq lisenziyaya malik qiymətləndirici tərəfindən qiymətləndirilməsi, kreditin qaytarılmasının təminatı olaraq qızıl-zinət əşyaları, qızıl sikkələr, qızıl yubiley nişanları, Rusiya və Belçika istehsalı olan brilliantlar qəbul edilməli olmasına baxmayaraq, “Finex Kredit” BOKT ASC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə edərək mənimsəmə yolu ilə talamaq məqsədi ilə ASC-nin Sumqayıt filialında kassir əməliyyatçı işləyən cinayətdən xəbərsiz Bədəlov Elşən Qoşadxan oğlunu guya girov qismində qızılzinət əşyaları qoymaqla, ödəniş edilmədikdə heç bir risk olmamasına inandıraraq onun adına kredit müqavilələri bağlanmaqla ayrılacaq kredit məbləğlərini sonuncunun götürüb özünə təqdim etməyə dair razılığını aldıqdan sonra kredit müqavilələrinə təminat qismində hər hansı girov təqdim etmədiyi halda öz cinayətkar niyyətini pərdələmək, kredit müqavilələrinin qanuni bağlanması görüntüsü yaratmaqla müqavilənin icraya yönəldilməsinə nail olub pul vəsaitini ələ keçirmək məqsədilə ASC-nin Sumqayıt filialının səlahiyyətli vəzifəli şəxsləri ilə sövdələşmə klə təhriki əsasında həmin şəxslər tərəfindən 14 yanvar 2020-ci il tarixdən 14 iyul 2020-ci il tarixədək olan müddətdə filialın Sumqayıt şəhəri, 30-cu məhəllə, bina 5/8-də yerləşən inzibati binasında Elşən Bədəlovun adına tərtib edilmiş kredit müqavilələrinin məzmununa guya həmin müqavilələrə görə verilmiş kredit məbləğlərinə təminat qismində girov qəbul edilməsi ilə əlaqədar girov müqavilələrinin bağlanmasına dair bilə-bilə yalan məlumatlar tamah və şəxsi niyyətlə daxil edilib həmin şəxslərin imzaları və “Finex Kredit” BOKT ASC-nin Sumqayıt filialının möhürü ilə təsdiqlənib, mənimsəmə cinayətkar məqsədinə uyğun olaraq cinayətin predmeti olan pul vəsaitinin özünə təqdim edilməsi üçün vəzifə saxtakarlığı yolu ilə tərtib edilmiş müqavilələr əsasında ayrılan pul vəsaitinin Elşən Bədəlovun “ Azərpoçt” MMC-dən verilmiş plastik kartına köçürülmədə və ödəniş tapşırığı əsasında “AFB Bank” ASC-nin Sumqayıt filialına göndərmədə ifadə olunan həmin şəxslərin maneələri aradan qaldırıb lazımi şərait yaratmaqla etdikləri köməkçiliklə pul vəsaitlərini qeyd edilən qaydada əldə etmiş Elşən Bədəlovdan almaqla, o cümlədən, “Finex Kredit” BOKT ASC-nin Sumqayıt filialının direktoru və kredit mütəxəssisi vəzifəsində işləmiş övladı Müslümzadə Tülpanə Müslüm qızını vəzifə saxtakarlığına təhriki əsasında sonuncu tərəfindən Elşən Bədəlovla “Finex Kredit” BOKT ASC-nin Sumqayıt filialı adından imzalanmaqla rəsmi sənəd hesab olunan 14 yanvar 2020-ci il tarixli 14.000 manat məbləğində, 14 fevral 2020-ci tarixli 6.000 manat məbləğində, 17 fevral 2020-ci il tarixli 10.000 manat məbləğində, 22 iyun 2020-ci il tarixli 5.000 manat məbləğində, 30 iyun 2020-ci il tarixli 5.000 manat məbləğində, 14 iyul 2020-ci il tarixli 2.000 manat məbləğində, cəmi 42.000 manat məbləğində kreditin verilməsi üzrə 6 kredit müqaviləsinin məzmununa guya həmin müqavilələrə görə verilmiş kredit məbləğlərinə təminat qismində girov qəbul edilməklə girov müqavilələri bağlanması barədə bilə-bilə yalan məlumatlar tamah və şəxsi niyyətlə daxil edilib Tülpanə Müslümzadə tərəfindən imzası və “Finex Kredit” BOKT ASC-nin Sumqayıt filialının möhürü ilə təsdiqlənib, sonuncunun maneələri aradan qaldırıb ayrılmış kredit məbləğlərinin özünə təqdim olunmasını təmin etmək üçün lazımi şərait yaratmada ifadə olunan köməkçiliyi ilə Elşən Bədəlovun adına açılmış 9032510000196676 saylı adsız “Azərpoçt” plastik kartına Tülpanə Müslümzadən in istifadəsində olan kompyuter vasitəsi ilə 14 yanvar 2020-ci il tarixdə 14.000 manat, 14 fevral 2020-ci il tarixdə 9032510000130709 saylı adsız “Azərpoçt” plastik kartına 6.000 manat, 14 iyul 2020-ci il tarixdə 9032510000011123 saylı adsız “Azərpoçt” plastik kartına 2.000 manat pul vəsaitini elektron sistem vasitəsilə daxil etməsindən sonra qeyd olunan pul vəsaitinin sistemə daxil edildiyi gün Sumqayıt şəhərində yerləşən “Azərpoçt” bankomatları vasitəsilə Elşən Bədəlovun nağdlaşdırıb Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən “Finex Kredit” BOKT ASC-nin ofisində özünə təqdim etməsi ilə, həmçinin, Tülpanə Müslümzadənin eyni xarakterli köməkçiliyi ilə Elşən Bədəlovun adına 17 fevral 2020-ci il tarixdə 10.000 manat məbləğində pul vəsaitini 000325 saylı ödəniş t apşırığı, 22 iyun 2020-ci il tarixdə 5.000 manat məbləğində pul vəsaitini nömrəsi istintaq tərəfindən müəyyən edilməyən ödəniş tapşırığı, 30 iyun 2020-ci il tarixdə 5.000 manat məbləğində pul vəsaitini 000375 saylı ödəniş tapşırığı əsasında “AFB Bank” ASC-nin Sumqayıt filialına Elşən Bədəlovun adına göndərməklə sonuncu tərəfindən həmin pul vəsaitinin çıxarılaraq qeyd edilən ünvanda yerləşən “Finex Kredit” BOKT ASC-nin ofisində özünə təqdim edilməsi ilə, qeyd edilən qaydada Tülpanə Müslümzadənin köməkçiliyi ilə cəmi 42.000 manat məbləğində, həmçinin, “Finex Kredit” BOKT ASC-nin Sumqayıt filialının direktoru Şirinov Ceyhun Vaqif oğlunu vəzifə saxtakarlığına təhriki əsasında sonuncu tərəfindən Elşən Bədəlovla “Finex Kredit” BOKT ASC-nin Sumqayıt filialı adından imzalanmaqla rəsmi sənəd hesab olunan 03 iyul 2020-ci il tarixli 5.000 manat məbləğində və 13 iyul 2020-ci il tarixli 6.500 manat məbləğində, cəmi 11.500 manat kreditin verilməsi üzrə 2 kredit müqaviləsinin məzmununa guya həmin müqavilələrə görə verilmiş kredit məbləğlərinə təminat qismində girov qəbul edilməklə girov müqavilələri bağlanması barədə bilə-bilə yalan məlumatlar tamah və şəxsi niyyətlə daxil edilib Ceyhun Şirinov tərəfindən imzası və “Finex Kredit” BOKT ASC-nin Sumqayıt filialının möhürü ilə təsdiqlənib, sonuncunun maneələri aradan qaldırıb ayrılmış kredit məbləğlərinin özünə təqdim olunmasını təmin etmək üçün lazımi şərait yaratmada ifadə olunan köməkçiliyi ilə Elşən Bədəlovun adına 03 iyul 2020-ci il tarixdə 6.500 manat məbləğində pul vəsaitini 000379 saylı ödəniş tapşırığı və 13 iyul 2020-ci il tarixdə 5.000 manat məbləğində pul vəsaitini 000389 saylı ödəniş tapşırığı əsasında “AFB Bank” ASC-nin Sumqayıt filialına göndərməklə Elşən Bədəlov tərəfindən həmin pul vəsaitinin çıxarılaraq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən “Finex Kredit” BOKT ASC-nin ofisində özünə təqdim edilməsi ilə, qeyd edilən qaydada Ceyhun Şirinovun köməkçiliyi ilə cəmi 11.500 manat məbləğində, ümumilikdə qeyd edilən qaydada Tülpanə Müslümzadə və Ceyhun Şirinovun köməkçiliyi ilə 8 kredit müqaviləsi üzrə cəmi 53.500 (əlli üç min beş yüz) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, Tülpanə Müslümzadə və Ceyhun Şirinovu vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə rəsmi sənədlərə b ilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-74/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli hökmü ilə Fəziyev Müslüm İsrəfil oğlunun Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2, 313 və 32.4,313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidar ə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 313 və 32.4,313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla və əlavə cəzanı birləşdirməklə qəti olaraq 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 0 9 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə Müslümzadə Tülpanə Müslüm qızı və Şirinov Ceyhun Vaqif oğlu da təqsirli bilinib məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Fəziyev Müslüm İsrəfil oğlu və müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsini və Fəziyev Müslüm İsrəfil oğlu barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.
8. Həmçinin, hökmdən məhkum edilmiş şəxs Müslümzadə Tülpanə Müslüm qızı apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsini və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin təxirə salınması barədə qərar qəbul edilməsini, daha sonra, apellyasiya b axışı zamanı isə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını, bu mümkün olmadıqda isə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1548/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-74/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Fəziyev Müslüm İsrəfil oğlu tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasi ya müraciətlərinin dəlilləri, etirazlar
11. Kassasiya şikayəti və ona əlavədə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki yekun qərar qəbul edilərkən işdə olan sübutlar cinayətprosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1548/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
12. Zərərçəkmiş hüquqi şəxs “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmadr Cəmiyyəti ka ssasiya şikayətinə etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normaların tətbiqi ilə bağlı pozuntulara yol verilmədiyini nəzərə alıb, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1548/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edilmişdir. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşk il etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məs ələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum Fəziyev Müslüm İsrəfil oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq etmədiyini, nəticədə onun əməlində cinayət tərkibinin olduğuna dair səhv nəticəyə gəldiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMn in 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1548/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət işinin materiallarından müəyyən edilir ki, Fəziyev Müslüm İsrəfil oğluna ittiham verilmişdir ondan ötəri ki o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş cəmi 235.528,71 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyinən istif adə etməklə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs qismində tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa biləbilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmçinin kredit müqaviləsi, girov müqaviləsi, qiymətləndiricinin iştirakını və qiymətləndirmə aktının tərtibini təmin etmədən cəmi 870.842,15 manat məbləğində pul vəsaitinin ödənilməməsi ilə hüquqi şəxs olan “Finex Kredit” BOKT ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitlərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına, kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib, təşkilatın normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə ağır nəticə lərə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
20. İttihamın təsdiqi qismində ibtidai istintaq orqanı faktiki olaraq yalnız çoxsaylı şahid ifadələrinə istinad etmiş, məhkəmələr də həmin şahid ifadələrini irəli sürülmüş ittiham üzrə şəxsin təqsirini müəyyən edən mötəbər sübut kimi qəbul etmişlər.
21. Belə ki, məhkum və zərərçəkmiş şəxs istisna olmaqla, məhkəmə icraatı zamanı 30 nəfər şəxs şahid qismində dindirilmişdir. Onlardan: - Məmmədova Fəridə Arif qızı bildirmişdir ki, bir müddət əvvəl “Finex” BOKT-a getdikdə ona məlum olmuşdur ki, 7250 manat məbləğində götürdüyü 1778/18 saylı kredit müqaviləsi üzrə qoyduğu brilliant qaşlı qızıl üzük seyfdə yoxdur. “Finex” BOKTun direktoru Rəşad Qasımovdan bu barədə soruşduqda sonuncu qızıl üzüyünü Müslümün onun oğurladığını demişdir. O, bildirmişdir ki, üzüyün itməsinə yaxud oğurlanmasına görə cavabdeh Rəşad Qasımovun özüdür. Rəşadın bankında qızıl oğurlandığı üçün o, niyə qızılı Müslümdən tələb etməlidir. - Məmmədov Zabit Rüstəm oğlu bildirmişdir ki, “Finex” BOKT-dan 0969/18 saylı, 13 fevral 2018-ci il tarixli müqavilə üzrə 19760 manat məbləğində kredit götürmüş, qızılları Rəşad Qasımov yoxlamış, 480,5 qram çəkidə qızıl-zinət əşyaları girov qoymuşdur. 08 yanvar 2018-ci il tarixli, 0910/18 saylı, 11550 manat məbləğindəki müqaviləni Rəşad Qasımovla bağlamış, qızıllara Rəşad Qasımov baxış keçirmişdir. Bu müqavilə üzrə 5 ədəd qızıl-zinət əşyaları girov qismində qoymuşdur. 10 aprel 2018-ci il tarixli, 1138/18 saylı, 3370 manat məbləğindəki müqaviləni Rəşad Qasımovla bağlamış, qızılları Rəşad Qasımov yoxlamış, girov qismində qızıldan 2 cüt sırğa, 2 ədəd sep kulonla, 2 ədəd üzük, 1 ədəd üzük, 1 ədəd oval üzük, 1 ədəd qızıl oval komplekt, 3 ədəd sep kulonla, 1 ədəd kulonu, cəmi 88,60 qram çəkidə qızıl-zinət əşyalarını girov qoymuşdur. Sonradan “Finex Kredit” ASC BOKT-a gedəndə öyrənmişdir ki, qızıllar yerində olsa da aşkar edilmiş qızılın çəkisi 22,63 qramdır, əlavə olaraq 1 ədəd qızıl klon aşkar edilmişdir, həmin qızıl kulon onun əvvəllər “Finex Kredit” ASC BOKT-la bağladığı 1940 manat məbləğindəki müqavilə üzrə girov qoyulmuş əşyadır. Şahid Məmmədov Zabit Rüstəm oğlu ona verilən suallara cavab olaraq bildirmişdir ki, qızıllara hər dəfə Rəşad baxıb götürmüşdür. Qızılların qiymətləndirilməsinə görə heç kimə pul verməmişdir. - Sadıqov Ehtiram Əlibala oğlu bildirmişdir ki, he ç kimdən qızılların yüksək qiymətləndirilməsini xahiş etməmişdir. 16 dekabr 2019-cu il tarixli, 2878/19 saylı - - - - - kredit müqaviləsi imzalanıb ona 24 ay müddətinə, 38 faizlə 7355 manat məbləğində kredit verilmiş, pulu “Günay Bank” ASC-nin 5 saylı filialından tam məbləğdə özü götürmüşdür. Qızılların Müslüm tərəfindən qiymətləndirməsi məsələsi olmamışdır. İsmayılova Pakizə Həmid qızı bildirmişdir ki, birinci dəfə krediti Rəşad Qasımovdan götürmüş və girov qoyduğu qızılları Rəşad müəllim qiymətləndirmişdir. O, bir neçə dəfə 210 qram, 70 qram qızıllar girov qoyaraq kredit götürmüşdür. Sonrakı 12500 manat dəyərində qızılı Müslüm Fəziyev qiymətləndirmişdir. Həsənova Lalə Zakir qızı bildirmişdir ki, 2016-cı ilin noyabr ayından hal-hazıradək “Finex Kredit” BOKT ASC-də xəzinədar vəzifəs ində işləyir. Rəşad Qasımov onun dayısı oğludur və “Finex Kredit” BOKT ASC-də idarə heyətinin sədridir. Şahid Həsənova Lalə Zakir qızı ona verilən suallara cavab olaraq bildirmişdir ki, qızıllar o zaman müştəriyə qaytarılır ki, müştəri krediti tam ödəyirdi. Qızıllar kassada olmuş, Müslümün kassaya girməyə ixtiyarı olmamışdır. Kərimov Cavidan İslam oğlu bildirmişdir ki, Kərimova Sevil Mirağa qızı onun anasıdır. Anası Sevil Kərimova 22 may 2020-ci il tarixdə “Finex” BOKT-dan kredit götürmüşdür. Lakin kreditin məbləği və təminat olaraq hansı əşyaların və ya əmlakın qoyulduğunu bilmir. Əliyev Fariz Hacıbaba oğlu bildirmişdir ki, 19 aprel 2018-ci il tarixdə “Finex” BOKT-un Nəsimi rayonunda yerləşən ofisinə gedərək qızıl-zinət əşyalarını girov qoymaqla kredit götürmək üçün müraciət etmişdir. O ö zünə məxsus 1 ədəd qızıl qolbağı, 2 ədəd qızıl sepi, 3 ədəd qızıl üzüyü, 2 ədəd kulon qolbağı, 1 ədəd qızıl saatı, 1 cüt qızıl sırğanı girov üçün təqdim etmiş, qızıllar qiymətləndirici Rəşad Qasımov tərəfindən Müslüm Fəziyevin və onun iştirakı ilə yoxlanılmış, cəmi 5858 manat dəyərində qiymətləndirilmişdir. Bu barədə qiymətləndirmə aktı tərtib edilmiş, hər üçü tərəfindən imzalanmışdır. Məmmədov Elvin Qurban oğlu bildirmişdir ki, 2016-cı ilin avqust ayında yenidən pula ehtiyacı olduğundan “Finex” BOKT-a gedərək eyni qaydada Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsi, bina 3, mənzil 304-ü təminat kimi qoyulmaqla kredit ayrılması üçün ərizə ilə müraciət etmişdir. Müslüm Fəziyev sənədlərlə tanış olduqdan 24 faizlə 36 ay müddətinə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kre dit götürmüşdür, aralarında 0490/16 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin vaxt həmçinin ipoteka müqaviləsinin bağlanılmasını da zənn etmişdi. Müslümə inandığına görə təqdim etdiyi sənədləri oxumadan imzalamışdır. 2020-ci ilin 14 oktyabr tarixində “Unibank”a kredit üçün müraciət etdikdə həmin təşkilatdan ona məlumat verilmişdir ki, “Finex” BOKT-a 50 min ABŞ dollarından çox borcu və gecikməsi vardır və ona görə ona kredit verilə bilməz. O da Müslüm Fəziyevin yanına getdikdə sonuncu direktor Rəşad Qasımovun yanına girdikdən sonra yanına qayıdıb onun “Finex” BOKT-a kredit borcunun olmaması barədə möhürlü arayış təqdim etmişdir. O, həmin arayışı Unibankın Xırdalan filialına təqdim etsə də ona kredit ayrılmasından imtina edilmişdir. Buna baxmayaraq Müslümün ona verdiyi arayışa görə rahat olmuş və hesab etmişdir ki, onun “Finex” BOKT-a borcu yoxdur. Bir müddət sonra yenə də narahat olduğuna görə Rəşad Qasımovun yanına getmişdir. Arayışı ona göstərdikdə Rəşad ona arayışın saxta olduğunu, belə bir arayış vermədiyini, onun Müslümə verdiyi ödənişləri sonuncunun kassaya mədaxil etməyib xərclədiyini, ona görə də borcunun bağlanmamış qaldığını, bu barədə prokurorluq orqanlarına müraciət etdiyini demişdir. O, Müslüm Fəziyevlə bu barədə danışdıqda sonuncu Rəşad Qasımovun dediklərinin düzgün olmadığını, ona verdiyi pulları kassaya mədaxil etdiyini, lakin Rəşad Qasımovun onunla düşmənçilik etdiyinə görə bu məsələni onun üstünə yıxdığını, eyni zamanda borcunun bağlandığı halda Rəşad Qasımovun ondan icazəsiz Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva - - - - - küçəsi, bina 3, mənzil 304-ü Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ipoteka yüklü etdiyini bildirmişdir. Bununla bağlı o, təkrarən Rəşad Qasımovla danışdıqda sonuncu bunu etiraf etmişdir, borcu olduğuna və Müslüm əslində ipoteka müqaviləsi bağlamadığına görə evini bağlanmamış borcun təminatı kimi şirkətin xeyrinə ipoteka ilə yüklü etmişdir. O, Rəşad Qasımov və Müslüm Fəziyevdən şikayətçi olmuşdur. Müslüm Fəziyevə, o cümlədən “Finex” BOKT-da işləyən hər hansı digər şəxsə kredit verilməsi müqabilində, yaxud kredit nağdlaşdırıldıqdan sonra maddi və ya sair nemət vəd etməmiş və verməmişdir. Şahid Məmmədov Elvin Qurban oğlu ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2 dəfə kredit götürmüş, 2016-cı ilin iyun və avqust aylarında götürmüşdür. Əvvəlki krediti aprel ayı götürmüş, iyun ayında ödəmiş, y əni 2 ay 20.000 ABŞ dollarını ödəyib, yenidən kredit götürmüşdür. Sonra ona məlum olmuşdur ki, Rəşad sənədləri saxtalaşdırmışdır. Rəşad ona əvvəlcə demişdir ki, Müslüm bunu edib, lakin o, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində müracət edəndən sonra ona məlum olmuşdur ki, Müslüm bunu etməyib, Rəşad Qasımovun imzası ilə evinə həbs qoyulması barədə müraciət olunmuşdur. Ağayeva Elmira Nazim qızı bildirmişdir ki, Müslümü və nümayəndə Rəşadı tanıyır, onlar ona bir neçə dəfə “Finex” BOKT-dan kredit ayırmışlar. Rəşad isə ona hazırda imkan verməmişdir ki, o, krediti ödəsin və qızıllarını götürsün. Onun 2014-cü ildən bir neçə krediti olmuşdur. Həm Rəşad, həm də Müslümdən kreditlər götürmüş, qızılları Rəşad da Müslüm də baxıb qiymətləndirmişlər. Hazırda 21.000 manat borcu qaldığı deyilir, lakin R əşad ona yeni qrafik vermir ki, o, pulları ödəyib qızılları girovdan çıxarsın. Onun 8-9 krediti olmuş, ona girovsuz, yəni qızılsız kredit verilməmişdir. Həsənov Davud Daməd oğlu bildirmişdir ki, 27 iyun 2019-cu ildə “Finex Kredit” BOKT-a müraciət etmiş və özünə məxsus cəmi 126,93 qram həcmində qızıl-zinət əşyalarını girov qoyaraq 36 ay müddətində 18 faizlə qaytarmaq şərti ilə 3000 ABŞ dolları həcmində kredit götürmüşdür. Krediti ona Müslüm Fəziyev vermiş, Müslümə hər hansı məbləğdə pul verməmiş, kredit məbləği tam həcmdə özünə çatmışdır. Quliyeva Leyla Şahlar qızı bildirmişdir ki, 07 yanvar 2020-ci il tarixdə “Finex Kredit” BOKT-un Nəsimi rayonunda yerləşən baş ofisinə gedərək kredit götürülməsi üçün müştəri qismində müraciət etmişdir. Bu zaman özünə məxsus qızıldan olan 6 ədəd qolbağı, 8 ədəd üzüyü, 4 ədəd sepi, 3 ədəd kulonu və 17 ədəd sırğanı girov qismində təqdim etmiş, qızıllar qiymətləndirici Tural adlı şəxs və Müslüm tərəfindən yoxlanılmış, bu barədə Müslüm qiymətləndirmə aktı tərtib etmişdir. Qızılların dəyəri 33717 manat olaraq müəyyən edilmiş, akt qiymətləndirici, Müslüm və onun tərəfindən imzalanmışdır. Bundan sonra 07 yanvar 2020-ci il tarixli, 2912/20 saylı kredit müqaviləsi imzalamışlar, o 24 ay müddətinə, 36 faizlə 23600 manat məbləğində kredit götürmüş, pulu “Azər-Türk Bank”dan çıxarmışdır. Müslümə heç bir halda özünə çatacaq pul verməmişdir. Alməmmədova Fəridə Elsevər qızı bildirmişdir ki, “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı ASC-nin Baş ofisində mühasib vəzifəsində işləmişdir. Onu ibtidai istintaq zamanı ifadə verməyə çağırmışlar və “Finex Kredit”- də kredit müqavilələrinin verilmə qaydaları barədə soruşulmuşdur. O da bu barədə ifadə vermişdir. Üzərindən uzun müddət keçdiyi üçün ifadəsini hazırda tam xatırlamır. Qızılların girov qoyulması və alınması proseslərində iştirak etməmişdir. Yoxlama nəticəsində qızılların yoxa çıxmasını sonradan müəyyən etmişlər. Qasımova Şəhla Həsən qızı bildirmişdir ki, Müslüm Fəziyevi əvvəllər “Finex Kredit” BOKT-dan kredit götürərkən tanımışdır. “Finex Kredit” BOKT ASC-də bir neçə dəfə krediti olmuş və vaxtında tam həcmdə bağlamışdır. O, sahibkarlıqla məşğul olmaq üçün 30 yanvar 2020-ci il tarixdə “Finex Kredit” BOKT-un Nəsimi rayonunda yerləşən baş ofisinə gedərək kredit götürülməsi üçün müştəri qismində müraciət etmişdir. - - - Özünə məxsus qızıldan olan 2 ədəd qolbağı, 2 ədəd üzüyü, 3 ədəd əşyada n ibarət 1 ədəd dəsti, 3 ədəd kulonu və 1 cüt sırğanı girov qismində təqdim etmişdir, qızılların kim tərəfindən yoxlanıldığını indi xatırlamır. 30 yanvar 2020-ci il tarixli, 2986/20 saylı kredit müqaviləsi imzalayaraq o, 24 ay müddətinə, 32 faizlə 12.000 manat məbləğində kredit götürmüş, pulu “Bank Respublika”nın Nəsimi filialından çıxarmışdır. Sonra 19 fevral 2020-ci il tarixdə yenidən sahibkarlıqla məşğul olmaq üçün pula ehtiyacı olduğu üçün “Finex Kredit” BOKT-a müraciət etmiş, bu dəfə özünə məxsus qızıldan olan 2 ədəd üzüyü, 1 ədəd kulonu və 3 ədəd əşyadan ibarət olan 1 ədəd dəsti girov qismində təqdim etmişdir. Qızılların kim tərəfindən yoxlanıldığını indi xatırlamır. 19 fevral 2020ci il tarixli, 3032/20 saylı kredit müqaviləsi imzalanmış, o, 24 ay müddətinə, 32 faizlə 10260 manat məb ləğində kredit götürmüş, pulu “Bank Respublika”nın Nəsimi filialından çıxarmışdır. Hümbətov Səbuhi Tofiq oğlu bildirmişdir ki, hazırda borclu olduğu kredit müqavilələri üzrə girovda təxminən lom qiyməti ilə 220000, normal qaydada dəyərləndirilsə 280.000 manatlıq qızıl əşyası vardır. Borcu isə 210.000 manat ətrafındadır. Kreditlərin müqavilə nömrələrini və tarixlərini dəqiq xatırlamır, müqavilələrin heç biri isə ona verilməyib. Müqavilələrin hamısı onun tərəfindən imzalanıb. Təxminən 210.000 manat borcu olduğunu qəbul etmişdir. Onun tərəfindən Müslüm Fəziyevə əlbəəl, yaxud digər formada heç bir ödəniş edilməyib, ona kredit müqaviləsinin bağlanması yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişdir. Kredit müqavilələrini Müslüm Fəziyevlə bağlamışdır, qızılları Müslüm Samir Qasımov la birgə yoxlayıb, əşyaları Müslüm Fəziyevə vermişdir, o isə kassaya təhvil verməsi üçün Samir Qasımova vermişdir. 28 yanvar tarixdə 20.000 manat kreditə pul verilmiş, buna görə qızıllar təqdim etmişdir, qızılların qeydiyyatı və aktı olmuşdur. 20.000 manatlıq qızılı Müslüm qiymətləndirmişdir. 30 aprel tarixdə pul götürəndə 80.000 faiz borcu olmasını Rəşad ona demiş, lakin onun hesabına görə isə borc daha az olmuşdur. Müslüm 20.000 pul əsas məbləğə ona görə verib ki, aprel ayında kredit müddəti bitdiyinə görə yenilənmə olmuşdur. 16.000 manat pulu Müslümə rüşvət kimi və ya başqa məqsədlə pul verməmişdir. Ona kassadan nağd pul verilməyib, pulu «Günay Bank»dan götürmüşdür. Müslümün yanına kredit götürməyə gedəndə onun kassaya girməyini, oradan qızıl götürməyini görməmişdir. Qızılları ona Samir təhvil vermişdir. Müslümə 16.000 manat pulu şəxsi borc kimi vermişdir, Müslüm həmin borcun müəyyən hissəsini qaytarmış, qalan hissəsini isə Müslümdən istəmir. Cavadov Nicad Qüdrət oğlu bildirmişdir ki, hazırda qızıl-zinət əşyaları “Finex” BOKTdır. Bütün kredit əməliyyatlarını Müslümlə aparmış, qızılları Müslüm qiymətləndirmiş, girov qızılları götürdüyü kreditin pulunu qarşılamışdır. O, özü Müslümdən xahiş etmişdir ki, qızılları bir az yüksək qiymətləndirsin. Müslüm əvvəlcə razılaşmamış, lakin daimi müştərisi olduğu üçün sonradan razılaşmışdır. O, birinci dəfə kredit almağa gedəndə qızılları “Turanbank”dan girovdan çıxarıb gətirmişdir, qızıllara Rəşad Qasımov da baxmışdır. Namazova Ləman Aydın qızı bildirmişdir ki, Müslüm Fəziyevi və Rəşad Qasımovu tanıyır. İlk dəfə kredit üçün Rəşad Qasım ovun yanına getmiş, krediti Rəşad ona vermişdir. Sonra Rəşad onu Müslüm Fəziyevə yönləndirmişdir. “Finex Kredit” ASC-də 4 kreditləri olmuşdur. Təkrar kredit götürdüyü zaman pandemiya düşmüş və krediti ödəyə bilməmişdir. Sonradan borcunun çoxaldığını öyrənmişdir. Sonralar Müslümlə əlaqə yaratmaq istəyəndə onun işdən çıxdığını demişlər. Qızıllara baxış keçiriləndə qızılların çoxunun yerində olmadığı müəyyən olunmuş, ona demişlər ki, ola bilsin ki, Müslüm qızılları götürüb. Ona Rəşad demişdir ki, Müslümün barəsində şikayət yaza bilər, o da Müslümün qızılı götürdüyünə əmin olmadığı üçün ondan şikayət etməmişdir. Qızılları Müslüm onun yanında təhvil almış və qablaşdırıb, sonra - - kassaya vermişdir. Lakin indi qızıllarının kim tərəfindən götürülməsini bilmir, ona görə də Müslümə qarşı şikay əti yoxdur. Məmmədov Nizami Fərzulla oğlu bildirmişdir ki, Müslüm Fəziyev onun dostu olmuş və sonuncunu yaxşı adam kimi tanımışdır. Müslüm “Finex” BOKT-un Nəsimi rayonunda yerləşən ofisində işləmişdir. Müslümə nə vaxt müracət etmişdirsə sonuncu ona kredit vermişdir. Sumqayıt filialdan onun adına olan krediti o özü götürmüş və Müslümə vermişdir. Bunu dost olduğu üçün etmişdir. İndi olsa yenə də edərdi və onun Müslümə qarşı heç bir şikayəti yoxdur. Şahid Məmmədov Nizami Fərzulla oğlu bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdir. Zeynalov Vüqar Famil oğlu bildirmişdir ki, “Finex Kredit” BOKT ASC-də kreditin verilməsində ciddi nöqsanlar olmuş və bu nöqsanların işlədiyi dövrdə birbaşa şahidi olmuşdur. Müslüm Fəziyev şirkətin səhmdarlarından olan Azad Cavadov un tələbə yoldaşı olmuş və sonuncunun təşəbbüsü ilə 2016-cı ildə “Finex Kredit” BOKT ASCdə əvvəlcə kredit mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Müslüm 2019-cu ildə kredit departamentinin direktoru vəzifəsinə təyin edilmiş, eyni dövrdə də şirkətin idarə heyətinin üzvü seçilmişdir. Həmin dövrdən o da maliyyə departamentinin direktoru kimi idarə heyətinin üzvü olmuşdur. Müslüm Fəziyev kredit departamentinin direktoru kimi idarə heyətinin kredit sahəsinə cavabdeh olan üzvü olmuşdur. “Finex Kredit” BOKT ASC-də aparılmış yoxlama nəticəsində aşkar edilmiş yoxlamalar idarə heyətinin sədrinin səhlənkarlığı, Müslüm Fəziyevin isə ona verilmiş xüsusi imtiyazlardan yararlanaraq vəzifəsindən sui-istifadə etməsi nəticəsində əmələ gəlmişdir. Müslüm Fəziyev “Finex Kredit” BOKT ASC-də kredit sahəsini tam ələ keçirmişdir. O, maliyyə departamentinin direktoru kimi dəfələrlə Rəşad Qasımova Müslüm Fəziyevə etibar etməməsini, kredit verilərkən sənədləşməyə nəzarətin gücləndirilməsini təklif etsə də Rəşad ona Müslüm Fəziyevin işinə qarışmamasını, ona və departamentinin işçilərinə tələb kimi irəli sürmüşdür. Buna səbəb o olmuşdur ki, Müslüm Fəziyev təşkilata çoxlu sayda müştəri cəlb etmişdir. Hər həftənin birinci günü müşahidə şurasının üzvlərinin iştirakı ilə iclas olmuşdur. Həmin iclaslarda, habelə digər vaxtlarda Müslüm həmişə təşkilatı işdən çıxmaqla və müştəriləri özü ilə başqa təşkilata aparmaqla hədələmişdir. Ona görə də Rəşad Qasımov həmişə ona demişdir ki, Müslüm getsə özü ilə kredit portfelini də aparacaq, ona görə də Rəşad tərəfindən Müslümə qeyri-rəsmi müstəsna səlahiyyətlər verilmiş dir. Hətta bir dəfə BOKT-da olan “Azerloan” sisteminə daxil olmaq hüququ olan Müslüm Fəziyevə maliyyə departamentinin sənədlərinə baxması üçün icazənin məhdudlaşdırılmasını tələb etsə də bu tələb Rəşad Qasımov tərəfindən rədd edilmişdir. 2018-ci ildə Müslüm Fəziyev, Rəşad Qasımov və o, iclasda olanda Müslüm Rəşada narazıçılıq etmişdir ki, sonuncu çox vaxt işdə olmur və müştərilərin kredit müqaviləsinin bağlanması proseduru ləngiyir. Eyni zamanda əsas möhürü özü ilə birlikdə sənədləşmə üçün başqa təşkilatlara apardığı üçün müqavilələri möhürləyə bilmir. Həmin vaxt Rəşad Qasımov tapşırmışdır ki, sırf kredit müqavilələri üçün yeni möhür hazırlansın və qısa müddət sonra müqavilələr üçün yeni möhür hazırlanaraq Müslümə verilsin. Eyni zamanda Rəşad göstəriş vermişdir ki, Müslümə imza hüququ veri lsin, buna görə notariat kontoruna getmişlər və bununla da Rəşad Müslümə ödəniş tapşırıqlarına öz adına qol çəkmək, həm də qeyri-rəsmi olaraq Rəşad işdə olmadığı halda müqavilələri möhürləmək və imzalamaq səlahiyyəti vermişdir. Müslüm Fəziyev çox vaxt özü Rəşad Qasımovun əvəzinə öz imzası ilə müqavilələri imzalayır, möhürləyir, maliyyə departamentinin əməkdaşları kimi ona və Fəridə Alməmmədovaya müqaviləni göstərmişdir. Əsas möhür ancaq Fəridədə olmuş və sonuncu ödəniş tapşırığını möhürləmiş və vətəndaş krediti götürmüşdür. O bunun qanunsuz olmasını, Müslümün faktiki olaraq qeyri-rəsmi idarə heyətinin sədrinin səlahiyyətlərinə malik olmasını bildirsə də Rəşad Qasımov buna mane olmuşdur. Bununla belə Rəşad Qasımova müqavilələr barəsində Müslüm tərəfindən şifahi qaydada məlumat verilmişdir. Filiallarda verilmiş kreditlər isə xüsusi yaradılmış “Whatsapp” qrupunda qızılların şəkilləri və müqavilənin detalları göndərilmiş, təsdiqi ya Rəşad ya da Müslüm vermişdir. Bundan sonra vətəndaşa kredit ayrılmışdır. Baş ofis verilmiş kreditlər bu qrupa göndərilməmişdir. Qeyri-rəsmi verilmiş bu səlahiyyətlər Müslümün sui-istifadəsinə gətirib çıxarmışdır. Müslüm hər kredit müqaviləsinə görə bonus almış, hesab edir ki, qanunsuz kreditlərin verilməsi bununla da bağlı olmuşdur. - Şükürova Elnurə Akif qızı bildirmişdir ki, o, özü Müslümdən xahiş etmişdir ki, ona kredit götürməsində köməklik göstərsin. Hazırda girov qoyduğu qızıllar “Finex” BOKT-dır və götürə bilməmişdir. - Rəhimov Emin Rasim oğlu bildirmişdir ki, hal-hazırda “Finex Kredit” BOKT-da 1 ədəd aktiv krediti vardır, həmin krediti dos tu və dayısı oğlu Asim Əliyev üçün götürmüşdür. Asim 02 may 2019-cu il tarixdə ona zəng edərək “Finex Kredit” BOKT ASC-dən onun adına kredit götürmək istədiyini demiş, ona öz qızıl-zinət əşyalarını girov qoyduğunu və onun yerinə krediti ödəyəcəyinə söz vermişdir. O Asimlə razılaşmış və 02 may 2019-cu il tarixdə “Finex Kredit” BOKT-un baş ofisinə gedərək 8930 manat məbləğində 2274/19 saylı kredit müqaviləsi bağlamışdır. Müqaviləni özü imzalamışdır, pulu bankdan özü almış və Asimə vermişdir. Girov qızıllar Asimə məxsus olmuşdur. - Hümbətov Yaqub Tofiq oğlu bildirmişdir ki, hal-hazırda da “Finex” BOKT-la 2 ədəd aktiv krediti vardır. Hər kredit müqaviləsi üzrə özünə məxsus qızıl-zinət əşyalarını girov qoymuşdur. Kreditlərin məbləği 14350 manat və 10135 manat olmuşdur. Müslüm Fəziyevə əlbəəl ya xud digər formada heç bir ödəniş etməmişlər. Müslümə kredit müqaviləsinin bağlanması yaxud digər məqsədlər üçün hər hansı məbləğdə pul verməmişlər. Kredit müqavilələrini Müslüm Fəziyevlə bağlamışdır. Qızılları Müslüm Samir Qasımovla birgə yoxlamış, əşyaları Müslüm Fəziyevə vermişdir, o isə kassaya təhvil verməsi üçün Samir Qasımova vermişdir. Kredit verilməsi müqabilində yaxud digər məqsədlərlə Müslüm Fəziyev yaxud “Finex” BOKT-un digər əməkdaşı ondan heç nə istəməyib və girov qoyulmuş qızıl-zinət əşyaları da ona qaytarmayıblar. Onun əvvəllər krediti olmuş, əvvəlki kreditini ödəmiş və girov qızıllarını Müslüm ona qaytarmışdır və heç bir problem yaşamamışdır. - Abbasova Venera Məhəmməd qızı bildirmişdir ki, Müslüm Fəziyev yaxud “Finex” BOKT-un digər əməkdaşı ondan heç nə istəməyib, oda heç nə vəd etməmiş və verməmişdir. Qızıl üzük rəfiqəsinə aid olduğu üçün o, özü Müslümdən xahiş etmişdir ki, ödəniş aparmaq şərti ilə üzüyü ona qaytarsın.
22. Təsviri verilən şahid ifadələrinin məzmunundan müəyyən edilir ki, onlardan: - 8 nəfəri onlara münasibətdə məhkum Fəziyev Müslüm İsrəfil oğlunun hər hansı qanunsuz əməl törətmədiyini və sonuncu barədə heç bir şikayətlərinin olmadığını; - 3 nəfəri onlara aid maliyyə vəsaitinin ayrılmasına dair sənədləşmədə Fəziyev Müslüm İsrəfil oğlu ilə yanaşı cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Qasımov Rəşad Şöhrət oğlunun da iştirak etməsini; - 4 nəfəri onlara aid epizod üzrə qanunsuz hərəkətin Qasımov Rəşad Şöhrət oğlu tərəfindən törədilməsini və yaxud məhz onun vəzifə səlahiyyətlərini aşmaqla cinayətin törədilməsinə şərai tin yaradılmasının səbəbkar olduğunu bildirmişlər.
23. Cinayət işinin mahiyyəti üzrə həll edilməsi üçün əhəmiyyət daşıyıcı ifadə verən və əvvəlki paraqrafda qeyd edilən şahidlərlə yanaşı: - 3 şəxs törədilməsi ittiham edilən əməllərin bilavasitə şahidi olmadığından, birbaşa işin mahiyyətinə aid olmayan və yaxud yalnız dolayı sübut əhəmiyyət daşıyan məlumat bildirmiş; - 8 şəxs məhkum Fəziyev Müslüm İsrəfil oğlunun hər hansı qanunsuz əməl törətməsinin şahidi olmadığını göstərmiş; - 1 şəxs “Finex Kredit” BOKT ASC-də işin təşkili ilə bağlı ümumi məlumat vermişdir.
24. Göründüyü kimi, zərərçəkmiş şəxsin nümayəndəsi Qasımov Rəşad Şöhrət oğlu istisna olmaqla məhkəmə araşdırmaları dövründə ifadə vermiş 30 nəfər şəxsdən yalnız 3-ü bilavasitə məhkum Fəziyev Müslüm İsrəfil oğluna qarşı ittihamın tə sdiqinə yönəlmiş ifadə vermiş, eyni sayda şahid cinayəti Müslüm Fəziyevin Rəşad Qasımovla birgə, daha 4-ü isə hətta cinayətkar əməllərin məhz sonuncu tərəfindən təkbaşına törətdiyini bildirmişlər. Dindirilən bütün digərlər şəxslər ifadələrində məhkum M.İ.Fəziyevin onlara qarşı hər hansı qanunsuz hərəkət etdiyinin şahidi olmadığını göstərmişlər.
25. Bu məqamda məhkəmə kollegiyası xatırladır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün topladığı məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011-ci il).
26. Oxşar mövqedən çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında da qeyd edilir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan y aratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, § 33, 24 dekabr 2021-ci il).
27. Hər iki yüksək məhkəmənin hüquqi mövqeyi nəzərə alındıqda belə nəticəyə gəlmək olur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin edilməsi məqsədilə məhkəmələr bir qayda olaraq bilavasitə onlar qarşısında verilən ifadələrə üstünlük verməl i, qəbul etdiyi məhkəmə aktlarını ibtidai istintaq dövründə əldə edilmiş ifadələr üzərində qurduqda, etdiyi seçimi mütləq əsaslandırmalıdırlar.
28. Baxılan cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktlarından, o cümlədən hazırda mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarından isə aşkar edilir ki, məhkəmələr şahid ifadələrinin təkcə təsvirini verməklə kifayətlənmiş, onların hər hansı formada qarşılıqlı təhlil edilməsini təmin etməmiş, bu ifadələrə heç bir hüquqi qiymət vermədən yekun nəticəyə gəlmiş, yuxarıda qeyd edilən kəskin ziddiyyətli məqamlara izah verməmiş, eyni növdən olan bir sübutun digərindən üstünlüyünə dair müvafiq qənaətini əsaslandırmamışlar.
29. Halbuki, Azərbaycan Respublikası CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzl i münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir
30. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası məhkəmələrin istintaq orqanının müəyyən etdiyi, məhkum Fəziyev Müslüm İsrəfil oğlunun törətdiyi cinayət əməllərinin nəticəsi olaraq vurulmuş maddi zərərin məbləğinə münasibət bildirilmədiklərini də baxılan iş üzrə əlavə məhkəmə araşdırmasını tələb edən amil kimi qəbul edir.
31. Belə ki, verilmiş ittihamdan görünür ki, iş üzrə vurulmuş 870.842,15 manat məbləğində mühüm zərərin böyük hissəsini fiziki şəxlər və məhkumun özü tərəfindən götürülmüş kreditlər üzrə yaranan borc təşkil edir. Həmin borcun hesablanmasının zərərçəkmiş hüquqi şəxs “Finex Kredit” BOKT AS C-nin özünün əldə etdiyi mütəxəssis rəyinə əsaslanmasına baxmayaraq, bu borcun dəqiq və mübahisəsiz miqdarının müəyyən edilməsi üçün istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə icraat zamanı müvafiq ekspertizanın keçirilməsi təmin edilməmişdir.
32. Cinayət işinin materiallarında olan “Finex Kredit” BOKT ASC tərəfindən verilmiş kreditlər əsasında ziyanın araşdırılmasına dair “Capital Audit” şirkəti tərəfindən tərtib olunmuş 11 yanvar 2021-ci il tarixli rəydə aparılmış audit zamanı Müslüm Fəziyev tərəfindən kredit müqavilələrinə ASC tərəfindən möhür vurulmadığı halda imza olunaraq kreditlərin verilməsi, kredit borcu tam ödənilmədiyi halda girov qoyulmuş qızıl əşyaların vətəndaşlara qaytarılması, ASC-nin rəhbərinin məlumatı olmadan müqavilələri özü imzalayıb və möhür vurmaqla kreditlə r verməsi, girov qoyulmuş qızıl-zinət əşyalarının yüksək qiymətləndirilməsi faktları aşkar olunmuş, "Finex Kredit" BOKT ASC-də Kredit üzrə Mütəxəssis və Kredit Departamentinin Direktoru vəzifəsini icra etmiş Fəziyev Müslüm İsrəfil oğlu müvafiq qanunların tələblərini yerinə yetirməyərək, vəzifə səlahiyyətlərindən suiistifadə etməklə 2018-2020-ci illər ərzində müxtəlif qanunsuz üsullarla vətəndaşlara kreditlərin verilməsinə şərait yaratmaqla ümumilikdə 01.01.2021-ci il tarixə 219.679,16 manat vaxtı keçmiş əsas kredit, 186.066,10 manat vaxtı keçmiş faiz, 291.120,81 manat cərimə olmaqla ümumi cəmi 696.866,07 manat vaxtı keçmiş borc yaratmaqla “Finex Kredit” ASC-yə ziyan vurulması göstərilmişdir.
33. Qeyd edilən bu halla bağlı məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası CPM-nin 9 6.1-ci maddəsinə əsasən mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir.
34. Eyni Məcəllənin 97.1-ci maddəsinə görə isə, ekspert elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında materialların tədqiqinin aparılması üçün cinayət prosesini həyata keçirən orqan və ya onun tələbi ilə ekspert müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilmiş şəxsdir.
35. Qanunvericiliyin tələblərindən göründüyü kimi, mütəxəssis in fikrindən istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün istifadə edilir. Onun verdiyi fikri, yəni mütəxəssisin rəyi ekspert rəyini əvəz etmir. Ekspert isə müvafiq sahələr üzrə xüsusi biliklərdən istifadə etməklə rəy verməyə qadir olan şəxsdir.
36. Hazırki halda vurulmuş maddi ziyanın, əsas borc və faizlərin müəyyən edilməsi xüsusi bilik tələb edən sahəyə aid olduğundan, həmin ziyanın müəyyən edilməsi üçün mütəxəssisin rəyi ilə kifayətlənmək düzgün deyildir, ziyana aid məbləğin müəyyən edilməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin alındığı halda mümkündür.
37. Digər tərəfdən, qeyd edilən mütəxəssis rəyində ümumi cəmi vaxtı keçmiş borc kimi qey d edilmiş 696.866,07 manat məbləğin hesablanması da mübahisəli hesab edilməlidir ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
38. Həmin Məcəllənin 467-ci maddəsində isə müəyyən edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
39. İstinad edilən maddi mülki-hüquq normalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, 219.679,16 manat vaxtı keçmiş əsas kredit borcu üzrə 291.120,81 manat məbl əğində dəbbə pulunun (cərimənin) hesablanması mülki normalara və formalaşmış müvafiq məhkəmə təcrübəsinə zidd olan nəticə kimi qəbul edilməlidir.
40. Bütün yuxarıda qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək xatırlatmağı zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.
41. Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsində isə müəyyən edilir ki, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.
42. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 353.2 və 353.2.1 maddələrinin ümumi məzmununa görə, ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir, apellyasiya instansiyası məhkəməsinin hökmü isə həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.
43. Həmçinin, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə istinadla vurğulayır ki, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırıb obyektiv qiymət versin və baxdığı işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Belə ki, ədalətli məhkəmə araşdırılması ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müdd əalar olmamalıdır (“Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 12 aprel 2017-ci il).
44. Təsvir edilənlərə yekun verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən hökmü sübutlar və sübutetməyə dair normalarla müqayisə edilməklə yoxlanıldıqda, bu məhkəmə aktının həmin cinayətprosessual normaların, xüsusilə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına, eləcə də həmin Məcəllənin 349.5.3-cü maddəsində təsbit olunmuş məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərinə cavab vermədiyi müəyyən olunur.
45. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyib Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin tələblərini pozmaqla, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.
46. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, qeyd edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1548/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Y uxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum Fəziyev Müslüm İsrəfil oğlu tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1548/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.