Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1581/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Neftçala Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli hökmü ilə Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Neftçala Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Samir İdris oğlu) Məhkum, 5 avqust 1995-ci il tarixdə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən Neftçala rayonunun Xıllı qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yaşayan, CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətə, CM-in 69.3-cü maddəsinə əsasən isə onun 10-12 may və 26 iyul 2024-cü il tarixlərdə tutulduğu cəmi 3 (üç) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinin bir gününə bir gün bərabər hesabı ilə hesablanmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, ev 21-də yaşayan Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsi alacağını yalandan vəd edərək on u inandırmaqla 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Ağayev küçəsində yerləşən “Alibaba” restoranı ilə üzbəüz yerləşən çayxanada 1500 (bir min beş yüz) manat pul alaraq vətəndaş Hüseynova sürücülük vəsiqəsi almamış və onun 1500 manat dəyərində pulunu etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri,Yasamal rayonunda yaşayan Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi alacağını yalandan vəd edərək onu inandırmaqla vahid niyyətlə 26 iyul 2023-cü il tarixdə 300 manat xx.xx.2023-cü il tarixdə Neftçala şəhəri, M.Ə.Sabir küçəsində Neftçala rayon Mərkəzi Xəstəxananın qarşısında onun 1200 (bir min iki yüz) manat pulunu vahid niyyətlə ümumilikdə 1500 manat p ulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Zərərçəkmiş şəxs3 sürücülük vəsiqəsi alacağını yalandan vəd edərək onu inandırmaqla 2023-cü ilin sentyabr ayının əvvəllərində 1500 (min beş yüz) manat pulunu Bakı şəhəri, Binəqədi rayonu, Şah Abbas küçəsində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında alaraq vətəndaş Əhmədova sürücülük vəsiqəsi almamış və onun 1500 manat dəyərində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən Neftçala rayonu, 2-ci Qaralı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətə həbs cəzası alan oğlu X5 cəzasının 1/3 hissəsinin azaldılacağını yalandan vəd edərək, onu inandırmaqla 28 aprel 2024-cü il tarixdə X1 yaşadığı Neftçala rayonu, 2-ci Qaralı kəndindəki fərdi yaşayış evinin həyətində 4000 (dörd min) manat pulunu alaraq vətəndaş Rüstəmovanın oğlu X5 cəzasının 1/3 hissəsinin azaltmamış və onun 4000 manat dəyərində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Neftçala Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Bəhmənov Habil Xanoğlan oğl undan ibarət tərkibdə) 13 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, hökm dəyişdirilərək Məhkum CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən məhkum olunmuş şəxsin 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək və 26 iyul 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulduğu cəmi 3 (üç) gün və onun 27 noyabr 2024-cü il tarixdən 13 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 17 (on yeddi) gün ümumilikdə 3 (üç) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla 6 (altı) ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cə zası saxlanılmış, Məhkum cəzasını yaşayış yeri üzrə çəkməsi müəyyən edilərək onun üzərinə cəzanı çəkdiyi müddətdə yaşayış yerini – Neftçala rayonunun Xıllı qəsəbəsindəki yaşadığı evini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəza çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının isə məhkum edilmiş şəxsin yaşayış yeri üzrə Neftçala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-in bəzi normalarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına, “Məhkəmələr tərəfindən ci nayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli Qərarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 178.2.2-ci maddəsi ilə irəli sürülmüş və onun təqsirli bilindiyi ittihama, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yekun qərarında Məhkum ağırlığına görə açıq-aydın ədalətsiz cəza təyin edilməsini onunla əsaslandırmağa çalışmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncuya cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamış və onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olubolma ması müzakirə edilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi ona diqqət yetirməmişdir ki, Neftçala Rayon Məhkəməsi Məhkum şəxsiyyətini, zərər çəkmiş şəxslərin sayını, cəzasını yüngülləşdirən və işin digər hallarını kifayət qədər nəzər alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə cəzanın təyin edilməsini məqsədə uyğun hesab etmiş və bununla hər hansı qanun pozuntusuna və ədalətsizliyə yol verməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum azadlığın məhdudlaşrılması növündə, yəni azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin edilməsini mümkün bilərkən sonuncunun digər dələduzluq əməlləri ilə yanaşı ittihamın sonuncu epizodu üzrə dələduzluq cinayətini əvvəllər məhkum olunmuş şəxsin cəz asının yüngülləşdrilməsi vədi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 4000 manat məbləğində pul vəsaitini ələ keçirməklə həmçinin bu əməlin ədalət mühakiməsinin rəmzi olan məhkəmənin adına xələl gətirməsini və onun fəaliyyətinə “kölgə salmaq” niyyəti ilə törətməsini nəzərindən qaçırmışdır. Bundan başqa, məhkəmə öz nəticəsini Məhkum zərər çəkmiş şəxslərə vurulmuş zərəri tam ödəyərək onlarla barışıq əldə etməsi ilə əsaslandırsa da, kassasiya protesti müəllifinin fikrincə, bu hallar da ona azadlığın məhdudşlaşdırılması cəzasının təyin edilməsini deyil, onun barəsində CM-in 60-ci maddəsinin tətbiq edilməsi və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını şərtləndirmişdir. Qeyd olunanlarla yanaşı, dövlət ittihamçısı İ.H.Əsədov öz müraciətində qeyd etmişdir ki, apel lyasiya instansiyası məhkəməsi Məhkum çəkməli olduğu qəti cəzanın müddətini müəyyən edərkən də səhvə yol vermişdir. Belə ki, məhkəmə Məhkum CM-in 178.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etdikdən sonra CM-in 69.3-cü maddəsinə əsasən, onun 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək və 26 iyul 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulduğu cəmi 3 (üç) gün və onun 27 noyabr 2024-cü il tarixdən 13 fevral 2025-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 17 (on yeddi) gün müddətləri ümumilikdə 2 (iki) ay 20 (iyirmi) gün həddində müəyyən etmək və məhz həmin müddətin bir gününü azadlığın məzdudlaşdırılması cəzasının iki günə bərabər hesabı ilə hesablamaq, məhkumun üzərində isə qəti olaraq 1 (bir) il 6 (altı) ay 10 (gün) müddətə azadlığı nın məhdudlaşdırılması cəzasını saxlamaq əvəzinə, onun tutulması və həbsdə saxlanıldığı ümumi müddəti düzgün olmayaraq 3 (üç) ay müəyyən etmiş və həmin müddətin bir gününü azadlağın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablamaqla məhkum olunmuş şəxsin üzərində səhv olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması barədə qərar qəbul etmiş, bununla da sadə hesablamalarda səhvə yol verərək məhkumun çəkməli olduğu cəzanın müddətini düzgün müəyyən etməmişdir. Şərh olunan dəlilərə əsaslanaraq dövlət ittihamçısı İ.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışı iclasının keçirləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və məhkum olunmuş şəxs Məhkum rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik ed ənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı İ.H.Əsədov həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum iş üzrə cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini, habelə həmin məhkəmənin məhkum olunmuş şəxsin çəkməli olduğu cəza müddətini müəyyən edərkən hesablamalarda səhvə yol verdiyini iddia edərək həmin qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 4 16.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən Şirvan Apellaysiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməs i kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrind ən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və də yişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum cinayət təqibinin bütün mərhələlərində verdiyi etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və şahidlərin ifadələr inə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təkrarən dələduzluq əməllərini törətməsi barədə mötəbər nəticəyə gəlmiş və onun bu əməllərini CM-in 178.2.2ci maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilibyetirilməməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı İ.H.Əsədov tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilərək tə ftiş olunmasına ehtiyac görmür, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması və onun əməlinin CM-in 178.2.2-ci maddəsi ilə tövsif edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə tam razılaşır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum azadlığın məzdudlaşdırılması növündə açıq-aşkar yüngül cəzanın təyin edilməsi barədə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün isə məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-in 178.2.2-ci maddəsində təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməllərinin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş, göstərilən maddənin sanksiyasında isə həmin əməlləri törətmiş şəxsin təqi rliliyi sübuta yetirildikdə onun dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarındırılması müəyyən edilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilən Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma azadlığ ın məhdudlaşdırılması növündə təyin olunmuş cəzanın açıq-aşkar yüngül hesab edilməsi və buna görə məhz bu əsasla 13 fevral 2025-ci il tarixli qərarın ləğv olunması üçün isə əsaslar görmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası, digər qərarlarında olduğu kimi, yenə də xatırladır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə kollegiyası vurğul amağı lazım bilir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət mühakimə icraatının həyata keçirilməsinin başlıca şərti hər hansı cinayət törətdiyinə görə təqsirliliyi müəyyən edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən həmin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən ibarətdir. Bu fəaliyyətin əsaslar ı, qaydaları və prinsipləri isə cinayət və cinayət-prosessual hüquq normaları ilə tənzimlənir ki, məhkəmələr də cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə baxarkən bu normaların tələblərinə əməl etməyə, təqsirkarın barəsində cəza tədbirinin seçilməsi zamanı isə Cinayət Məcəlləsində təsbit edilmiş prinsiplərə, o cumlədən ədalət və humanizm prinsiplərini rəhbər tutmağa borcludurlar. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CM-in Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır (CMin 62-ci maddəsinin tətbiq edilməsi halları i stisna olmaqla). Məhkəmə kollegiyası hesab edir ki, yalnız törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-in Ümumi hissəsinin müddəaları, onlar dan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasında n, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən suiistifadə, ailəyə, işə pi s münasibət, ictimai asayişin pozulması və s.; e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlər mütləq məcmu şəkildə yerinə yetirilməlidir. Yalnız bu halda ədal ətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Bütün qeyd olunanlar isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsi yyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun göstərilən normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun ailə vəziyyətini səciyələndirən, habelə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edi lməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilm əsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktından göründüyü kimi, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən haq lı olaraq həm qanunvericiliyin yuxarıda göstərilən tələblərindən, həm də CM-in 58.1-ci maddəsinə verilmiş təfsirdən çıxış edərək sonuncuya onun təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsinin sanksiyasında alternativ cəzaların müəyyən edilməsini nəzərə alıb ona həmin cəzalardan daha yüngülü növündə - məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir ki, məhkəmə kollegiyası da həmin cəzanı ədalətli və qanuni hesab edərək onun açıqaşkar yüngül cəza olması barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halla r, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkc ə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkə mə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət ə məlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyə n edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş və Plenumun 30 aprel 2021-ci il tarixli Qərarı ilə bir sıra dəyişikliklər edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1ci bəndinin 2 və 3-cü abzaslarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qa nununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndiril ən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbayca n Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixlli Qərarının (Plenumun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliklərlə) 39-cu bəndində məhkəmələrə dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etmələri, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə etmələri tövsiyə edilmişdir. Dövlət ittihamçısı İ.H.Əsədov öz kassasiya protestində Məhku m barəsində cinayət işi üzrə cəzanı yüngülləşdirən halların düzgün müəyyən edilməməsini iddia etsə də, iş materiallarından görünür ki, Məhkum əvvəllər məhkum olunmamış, o, cinayət təqibinin bütün mərhələlərində törətdiyi əməli səmimi etiraf edərək cinayət təqibini aparan orqanla əməkdaşlıq etmiş və törətdiyi əməllərindən peşmançılıq çəkdiyini bildirmiş, yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilir, apellyasiya icraatı zamanı isə bütün zərər çəkmiş şəxslərə vurduğu maddi ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir (CM-in 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşirən hallar). Cinayət işinin materiallarından göründüyü kimi, bütün bu hallar, habelə iş üzrə CMin 61.1-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, CMPin 139.0.5-ci maddəsinin tələb etdiyi kimi, məhkum olunmuş şəxsin həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələri ilə, işə əlavə edilmiş sənədlərlə və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, hər birisinin ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinə ünvanladıqları ərizələri və sonuncuların apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında verdikləri izahatları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, bu halları, habelə Məhkum törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini qiymətləndirib nəzərə alan apellyasiya instansiyası məhkəməsi həm cinayət qanunvericiliyi normalarının tələblərindən, xüsusən də CM-in 58.1-ci madd əsinin müddəalarından, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, həm də Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış etməklə haqlı olaraq sonuncunun azadlıqdan məhrum edilməməklə islah olunmasını mümkün bilərkən və bunun üçün ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə uyğun hesab edib onun islah olunması üçün ona şərait yaradarkən heç də hər hansı qanun pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandığı halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində də heç bir qanun pozuntusu görmür, çünki belə halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması CM-in 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinin tələbləri imkan verir və bu hallar qanunun (CPM-in 1 39.0.5-ci maddəsinin) tələb etdiyi kimi, iş üzrə araşdırılmış sübutlara əsasən müəyyən edilmişdir. Məhkəmə kollegiyasının fikrincə, CM-in 59.2-ci maddəsi məhkəmələrə onlara verilmiş səlahiyyətlərdən sui-istifadə etmədən cəza təyin etmə məsələsini həll edərkən iş üzrə araşdırılmış sübutlarla təsdiq olunduğu halda təqsirkarın törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan, onun şəxsiyyətini səciyyələndirən, məhkumun ailə vəziyyətinə və onun üzvlərinə aid olan istənilən halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına imkan yaradır. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarından göründüyü kimi, həmin məhkəmə məhz bu imkandan itifadə edərək Məhkum şəxsiyyətinə, cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına aid olan halları cəzanı yüngülləşdirən hallar kimi qiymətlən dirməkdə də heç bir qanun pozuntusuna yol verməmiş və tam əsaslı olaraq bu halları da məhkum olunmuş şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi zamanı düzgün olaraq nəzərə almışdır. Həmçinin, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun öz kassasiya müraciətində istinad etdiyi halın – Məhkum Zərərçəkmiş şəxs4 qarşı dələduzluq əməlini törədərkən onun niyyətinin məhkəmələrin fəaliyyətinə xələl gətirməyə yönəldilməsinın apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması barədə dəlilinə cavab olaraq vurğulayır ki, əvvəla iş materialları ilə göstərilən epizod üzrə məhkum olunmuş şəxsin özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə yanaşı onun başqa məqsəd izləməsi - ədalət mühakimisəsinin rəmzi olan məhkəmənin fəaliyyətin ə xələl gətirmək niyyətində olması iş materialları ilə müəyyən edilmir, ibtidai araşdırma orqanı tərəfindən də ona qarşı ədalət mühakiməsi əleyhinə törətdiyi hər hansı əmələ görə ittiham irəli sürülməmiş, təhlil edilən halın cəza təyini zamanı nəzərə alınması isə ümumiyyətlə istisna olunmuşdur ona görə ki, yuxarıda da istinad olunan CM-in 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Daha sonra məhkəmə kolegiyası qeyd eməyi zəruri bilir ki, son dövrdə qanunvericilik sahəsində həyata keçirilən islahatlar, cəzanın məqsədlərinə nail olunmasına yönəlmiş və cinayət qanununda edilmiş bir sıra dəyişikliklər böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətdiklərinə gö rə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin daha sərt cəzalandırılmalarının deyil, onlara qarşı humanist mövqedən çıxış etməyi nəzərdə tutmuşdur. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbi q edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. Bununla yanaşı, həmin Sərəncamın 10-cu bəndində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə tapşırılmışdır ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: 10.1. cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; 10.2. cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbi qi əsaslarının təkmilləşdirilməsi; 10.3. törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; 10.4. azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; 10.5. həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilmə si əsaslarının daha da məhdudlaşdırılması. Həmin tövsiyə və tapşırığa uğun olaraq CM-də bir çox əlavə və dəyişikliklərin edilməsini, o cümlədən azadlığın məhdudlaşdırılması növündə yeni alternativ cəzanın müəyyən edilməsinə və tətbiqinə dair normalar nəzərdə tutulan Qanun layihələri hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuş və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Məhz həmin Qanunla cəza siyasətinin humanistləşdirilməsi istiqamətində CM-in Ümumi və Xüsusi hissələrində bir çox dəyişikliklər edilmiş, o cümlədən CM-in 178.2.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması növündə cəza əlavə edilmişdir. Məh kəmə kollegiyası təsvir edilmiş tövsiyələrdən, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində cinayət qanunvericiliyində edilmiş dəyişikliklərdən və işin müəyyən olunmuş faktiki hallarından, bu halların arxasında duran mötəbər sübutlardan çıxış edərək hesab edir ki, Məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərən bütün hallar heç də mütləq şəkildə ona təqsirli bilindiyi CM-in 178.2.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməli olması barədə qənaətə gəlmək üçün əsas yaratmır. Dövlət ittihamçısı İ.H.Əsədov isə bunun əksinə olan nəticəni, yəni Məhkum mütləq daha ağır növdə - azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu həm kifayət qədər əsaslandıra, həm də kassasiya instansiyası məhkəməsini buna inandıra bilməmişdir. Bu na görə, məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının açıq-aşkar yüngül olması barədə kassasiya protestinin dəlilləri ilə razılşmayaraq və bu dəlilləri qəbul edilməz sayaraq protestin bu hissədə təmin edilməsi üçün heç bir əsas görmür və buna görə hesab edir ki, kassasiya protesti təhlil edilən hissədə təmin olunmamalıdır. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum yekun olaraq ona təyin olunmuş cəzanın çəkməli olduğu hissəsinin müəyyən edilməsi zamanı hesablamalarda səhvə yol verilməsi barədə kassasiya protestinin dəlilini əsaslı sayır və belə nəticəyə gəlir ki, bu hissədə həmin protest təmin edilməklə 13 fevral 2025-ci il tarixli qərar ləğv olunmalı və iş yalnız həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum hazırki iş üzrə məhkəməyədək icraat zamanı 10 may 2024-cü il tarixdən 12 may 2024-cü il tarixədək və 26 iyul 2024-cü il tarixdə, cəmisi isə 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuş, birinci instansiya məhkəməsinin 27 noyabr 2024-cü il tarixli hökmü ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edildikdən sonra isə o, həmin tarixdə həbs olunaraq 13 fevral 2025-ci il tarixədək, yəni 2 (iki) ay 17 (on yeddi) gün müddətində həbsdə saxlanılmış, bununla da ümumilikdə onun tutulması və həbsdə saxlanılması müddəti 2 (iki) ay 20 (iyirmi) gün təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu müddəti səhvən 3 (üç) ay müəyyən edərək CM-in 69.3-cü maddəsinə əsasən həmin müddətin bir gününü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablamaqla 6 (altı) ay müddətin məhkum olunmuş şəxsə təyin edilmiş cəzadan çıxılması və onun üzərində 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması barədə qərar qəbul etmişdır. Halbuki, Məhkum faktiki olaraq 3 (üç) ay deyil, 2 (iki) ay 20 (iyirmi) gün müddətində tutulması və həbsdə saxlanılması nəzərə alındıqda və CM-in 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablandıqda və məhz həmin müddət məhkum olunmuş şəxsə təyin olunmuş cəzadan çıxıldıqda onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 20 (gün) müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlan ılmalı idi. Məhkəmə kollegiyası CMP-in 419-cu maddəsinin tələblərinə əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin yol verdiyi səhvin kassasiya icraatı nəticəsində aradan qaldırılmasını, yəni məhkum olunmuş şəxsin vəziyyətini ağırlaşdıran qərarın qəbul edilməsini mümkün bilmir və buna görə kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi haqda isə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti sonuncuya təyin edilmiş qəti cəzanın müddətinin düzgün müəyyən edilməməsi hissədə qismən təmin edilməli və bu hissədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti qismən təmin edilsin.. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarı məhkum olunmuş şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının qəti müddətinin səhv hesablanması hissəsində ləğv edilsin və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1581/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1581/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver