Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1582/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM -in) 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2023-cü il tarixli, 1(003)-86/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinin hərəkətsiz saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(103)631/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası.Ədliyyə Nazirliyi Penit ensiar Xidmət Müalicə Müəssisəsində müalicə almaq cəza çəkir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim: X3) 24 fevral 2023-cü il tarixli, 1(003)-86/2023 hökmü ilə Məhkum CM-in 178.2.4, 310, və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinməsi, CM-in 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 310-cu maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Quba Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum CM-in 178.2.2-ci maddəsi ilə t əyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmənin əvvəlinin 14 oktyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılmasının nəzərə alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir
3. Həmin hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti vermişlər.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X2 оğlundаn ibаrət məhkəmə tərkibində) 29 fevral 2024-cü il tarixli, 1(103)-631/2024 nömrəli qərarı ilə Məhkum CM-in 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-86/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli hökmündən məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün hərəkətsiz saxlanılması, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə, məhkum edilmiş Məhkum apellyasiya şikayətinin iş materiall arı ilə birlikdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılması, izah olunması ki, təyin edilmiş müddət ərzində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələbləri yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayətinin verilməmiş hesab ediləcəyi və baxılmamış saxlanılacağı qərara alınmışdır.
5. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(103)-631/2024 nömrəli qərarından məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
6. Məhkum kassasiya şikayətinin dəlilləri qismində ona hökmün surətinin imzası ilə vaxtında verilməməsini qeyd edərək, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
8. Qərardan kassasiya protesti verilməmişdir. Proses iştirakçılarının çıxışları:
9. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. III.Hüquqi məsələlər:
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir.
12. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxı lması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.
13. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir.
14. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.
15. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.
16. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir.
17. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3.1-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması haqqında qərar qəbul edə bilər.
18. Həmin Məcəllənin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetiri lmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır..
19. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)86/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli hökmü məhkum edilmiş Məhkum tərəfindən 27 mart 2023-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilməsinə baxmayaraq, məhkum edilmiş tərəfindən apellyasiya şikayəti 07 yanvar 2024-cü il tarixdə tərtib edilmiş, hökmdən məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti 23 yanvar 2024cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin dəftərxanasına daxil olmuş, yəni apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
20. Bununla da, apellyasiya instansiya məhkəməsi məhkum tərəfindən 20 (iyirmi) günlük prosessual müddətin ötürülməsi qənaətinə gəlmiş, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyindən və buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırılmadığından apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli qərarı ilə hərəkətsiz saxlanılmışdır.
21. Göründüyü kimi, Məhkum tərəfindən verilmiş söz ügedən kassasiya şikayəti qanunla nəzərdə tutulan prosessual müddət ötürməklə verməklə yanaşı, ötürülmüş müddətin bərpası üçün ərizə ilə müraciət etməmişdir.
22. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2023-cü il tarixli, 1(003)- 86/2023 nömrəli hökmündən qanunla müəyyən olunmuş müddəti buraxmaqla apellyasiya şikayəti verdiyindən və qərarı çıxarmış birinci instansiyası məhkəməsi qarşısında buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmadığından, apellyasiya məhkəmə kollegiyasının apellyasiya şikayətini hərəkətsiz saxlanılması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.
23. Bununla da, apellyasiya instansiyası məhkəməsi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş və hə min məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən hər hansı bir pozuntuya yol verməmişdir.
24. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2023-cü il tarixli, 1(003)-86/2023 nömrəli hökmündən verilmiş apellyasiya şikayətinin hərəkətsiz saxlanması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(103)-631/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
25. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2023-cü il tarixli, 1(003)-86/2023 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin hərəkətsiz saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(103)-631/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.