Məhkəmə qərarları › İş №1(102)-1582/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1582/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1582/2025 30.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, bəraət almış şəxs X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2025-ci il tarixli 1(106) - 87/2025 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instans iyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Hacıqabul Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli 1(071) - 11/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim O.T.Bayramov) X6 (xx xx xx 1957-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış,` XX12 sürücülük məktəbində təlim ustası işləmiş, ünvan3ndə qeydiyyatda olmaqla həmin kənddə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2025-c i il tarixli 1(106) - 87/2025 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər Y.X.Həşimov və H.X.Bəhmənovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 7 oktyabr 2024-cü il tarixli 1(071) - 11/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2025-ci il tarixli 1(106) - 87/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: İttiham aktına əsasən, X7 xx xx xx 2023-cü il tarixdə saat 12 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinin sürücü təhlükə yaranan andan tədbir görməklə avtomobili toqquşma yerinə çatmadan dayandırmalı olmasına dair tələblərini pozaraq ayıq vəziyyətdə xx.xx.2019-cu il tarixli AC913557 saylı “ABCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə HV və MHM-nin XX12 filialının mülkiyyətində olan “X15” markalı **-xx xx xx -*** dövlət qeydiyyat nişanlı avtomobillə XXX13-XXX14 avtomobil yolu ilə ünva19 istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən yuxarıda göstərilən qaydalara əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib yol hərəkəti qaydalarını pozaraq onunla əks hərəkət yolunda ünvan5 istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 xx xx xx 2018-ci il tarixli AE-129250 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə X2 mülkiyyətində olan “XXX16” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin sürücünün avtomobili öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olmasına dair tələblərini pozaraq idarəetməni itirib onun hərəkət zolağına qayıtması nəticəsində hər iki avtomobil toqquşmuş, nəticədə onun ehtiyatsızlığından “XXX16” markalı xx xx xx dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 başın küt travması nəticəsində baş beyinə subdural qansızma ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər v urmaya aid xəsarətlər yetirərək onun ölümünə və özünün idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sol dirsək nahiyyəsinin sınığı, hər iki mil-bilək oynaqlarının qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı nəticəsində isə müəyyən edilmişdir ki, xx xx xx 2023-cü il tarixdə saat 12 radələrində X7 etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə HV və MHM-nin XX12 filialının mülkiyyətində olan “X15 ” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə XXX13-XXX14 avtomobil yolu ilə ünvan20 istiqamətində 50 km/sa at sürətlə hərəkətdə olarkən, əks hərəkət yolunda ünvan21 istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan qeydiyyat şəhadətnaməsi ilə X4 mülkiyyətində olan “xxxxxx” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməyərək idarəetməni itirib əvvəlcə yolun sağ hərəkətsiz hissəsinə, sonra isə ani anda sol tərəfə, yəni “X15 ” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxması nəticəsində hər iki avtomobil toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən ölmüş, “X15” markalı **xxxxxx-*** dövlət qeydiyyat niş anlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 isə az ağır xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi “xxxxx” markalı **-xxxxx-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozulması, yəni avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətinin təmin edilməməsi və idarəetmənin itirilməsi səbəbindən baş vermiş, təhlükənin yaranma anından toqquşma anına kimi 2 saniyə vaxtın keçməsi nəzərə alınmaqla, X15 ” markalı **xxxxx-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələlərinə uyğunsuzluq olmamı şdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əsassız və qanunsuz olaraq bəraət verilmiş, buna baxmayaraq həmin hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı kassasiya protestində bəraətin əsassız və qanunsuz olduğunu təsdiq edən hallar kimi məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyini, o cümlədən bəraət hökmü çıxarılarkən məhkəmə baxışında təyin olunmuş ziddiyyətli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyinin əsas götürüldüyünü, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların isə, o cümlədən ibtidai istintaqda keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 avqust 2023-cü il tarixli 8/2046 nömrəli və əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 sentyabr 2023-cü il tarixli 8/2681 nömrəli rəylərinin, yol-nəqliyyat hadisəsinin videogörüntüsünün, digər materialların nəzərə alınmadığını göstərmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2025-ci i l tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlay ır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən 143-146-cı maddələrinin tələblərini pozmaqla X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əsa ssız və qanunsuz olaraq bəraət verdiyini, lakin həmin hökmün apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanıldığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edi r. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 41.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində həmin şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cin ayətin əlamətlərinin, əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət təqibi orqanı tərəfindən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərə tutulmuş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla avtomobili idarə edən şəxsin yol hərəkəti qaydalarını pozması cinayətinin törədilməsində təqsirləndirilmişdir. Maddənin dispozisiyasından da göründüyü kimi, bu cinayət ehtiyatsızlıqdan törədilən əməl kimi təsbit edilmişdir. Odur ki, sözügedən cinayətin obyektiv və s. cəhətlərinə aid hallarla yanaşı, ehtiyatsızlıqdan törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən zəruri əlamətlər də baxılan işin sübutetmə predmeti kimi çıxış edir və Cinayət-Prosess ual Məcəllənin 139, 145, 146-cı maddələrinin tələblərinə əsasən, onların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Məcəlləsinin 26.1-ci maddəsinə əsasən “cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır”. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur (CM, maddə 26.2). Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli n əticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur (CM, maddə 26.3). İttihama görə X6un ehtiyatsızlığına dəlalət edən hal odur ki, o, hərəkəti üçün təhlükənin yarandığını gördüyü anda yolun qarşı hərəkət istiqamətinə çıxan Zərərçəkmiş şəxs1 idarə etdiyi “xxxxxx” markalı avtomobillə toqquşmanın və bundan törəyən ictimai təhlükəli nəticənin (Zərərçəkmiş şəxs1 ölümünün) qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, avtomobilinin tam dayanması (toqquşmanın qarşısının alınması) üçün zəruri olan hərəkətləri yerinə yetirməmişdir. Yəni, o, hazlrki qərarın “İşin halları” bölməsində təsvi r edilmiş şəkildə avtomiobili idarə etməsinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdir. Cinayət təqibi orqanının ittihamın əsasına qoyduğu bu qənaət onun ekspertiza idarəsinə göndərdiyi tam, hərtərəfli və obyektiv araşdırılmayan faktiki hallar barədə məlumatlar əsasında verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 avqust 2023-cü il tarixli 8/2046 rəyinə və əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 sentyabr 2023-cü il tarixli rəyinə əsaslanır. Belə ki, ekspert sürücü X6un Zərərçəkmiş şəxs1 idarə etdiyi “xxxxxx” markalı avtomobillə toqquşmanın qarşısını almağa texniki imkanının olması (müvafiq olaraq onun tərəfindən “Yol hərəkəti haqqında” Az ərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması) haqqında nəticəyə gələrkən ondan çıxış etmişdir ki, hərəkət üçün təhlükə “xxxxxx” markalı avtomobilin öz hərəkət istiqmətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola, yəni X6un avtomobilinin hətəkət zolağına istiqamətləndiyi anda yaranmış, həmin andan avtomobillərin toqquşma anına qədər 3 saniyə vaxt keçmiş, bu səbəbdən təhlükənin yarandığı anda “X15 minik-təlim” markalı avtomobilin toqquşma yerinədək olduğu məsafə, sürət 40 km/saat olduqda 41,6 metr, 50 km/saat olduqda isə 31,8 metr təşkil etməklə, X6 tərəfindən zəruri hərəkətlər yerinə yetirildiyi halda onun tam dayanması üçün tələb olunan, müvafiq olaraq 23,3 metr və 31,8 metr məsafədən artıq olmuşdur. Lakin, müstəntiq Təhlükəsiz Şəhər Xidm ətinin kameraları vasitəsi ilə qeydə alınmış videogörüntüyə əsasən “xxxxxx” markalı avtomobilin öz hərəkət istiqmətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola - X6un avtomobilinin hətəkətdə olduğu zolağa istiqamətləndiyi, yəni sonuncu avtomobilin hərəkəti üçün təhlükənin yarandığı andan avtomobillərin toqquşma anınadək 2 saniyə vaxtın keçməsinə baxmayaraq, əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasını təyin edərəkən ekspertə təqdim etdiyi məlumatlar sırasında həmin vaxtı 3 saniyə olaraq göstərmiş və ekspert tərəfindən hesablamalar həmin yanlış məlumat əsasında aparılmışdır. Bunları məhkəmə istintaqının gedişində müəyyən edən birinci instansiya məhkəməsi 14 fevral 2024-cü il tarixli qərarı ilə təkrar məhkəmə yol nəqliyyat hadisələri ekspertizası təyin etmiş və qərarda eksp ertiza zamanı tədqiq edilməli olan məlumatlar sırasında Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə qeydə alınmış videogörüntüyə əsaslanan halı - “xxxxxx” markalı avtomobilin öz hərəkət istiqmətinə nəzərən yolun sağ ehtiyat hissəsində olarkən sola - X6un avtomobilinin hətəkətdə olduğu zolağa istiqamətləndiyi (sonuncu avtomobilin hərəkəti üçün təhlükənin yarandığı) andan avtomobillərin toqquşma anınadək 2 saniyə vaxtın keçdiyini qeyd etməklə, ekspertiza qarşısında məhz bu müddət nəzərə alınmaqla X6un yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olub-olmamasını aydınlaşdırmaq vəzifəsini qoymuşdur. Təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 1 aprel 2024-cü il tarixli 8/663 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təhlükə yarandığı andan avtomobillərin toq quşma anına qədər 2 saniyə vaxt keçməsi əsas götürülməklə təhlükənin yarandığı anda X6un idarə etdiyi “X15 ” markalı avtomobilin toqquşma yerinədək olduğu məsafə, sürət 40 km/saat olduqda 22,2 metr, 50 km/saat olduqda isə 27,8 metr təşkil etməklə, X6un avtomobili tam dayandırması üçün tələb olunan müvafiq olaraq 23,3 metr və 31,8 metr məsafədən az olmuş, bu səbəbdən sürücü X6un hadisənin qaçışını almağa texniki imkanı və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə uyğunsuzluq olmamış, “xxxxxx” markalı avtomobilin sürücüsünün hərəkətləri ilə həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri arasında isə uyğunsuzluq olmuşdur. Məhkəmənin müəyyən edilmiş saydığı və ekspertizaya təqdim etdiyi faktiki hallar barədə məlumatlar, o cümlədən təhlükənin yarandığı andan toqquşma anınadək 2 saniyə vaxtın keçməsi haqqında məlumat cinayət-prosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, biri digəri ilə uzlaşan sübutların məcmusuna əsalanır. Belə ki, birinci instansiya məhkəməsində aparılan məhkəmə istintaqının gedişində Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə qeydə alınmış videogörüntüyə baxış keçirilmiş və baxış zamanı aşkar edilmişdir ki, sürücü Zərərçəkmiş şəxs1 idarəetməni itirdikdən sonra “xxxxxx” markalı avtomobil öz hərəkət istiqmətinə nəzərən yolun sağ ehtiyat hissəsinə çıxmış və orada olarkən sola - X6un avtomobilinin hətəkətdə olduğu zolağa istiqamətləndiyi anda videgörüntünün 1-ci dəqiqəsinin 42-ci saniyəsi, X6un avtomobilinin hə rəkət zolağında avtomobillərin toqquşma anında isə videgörüntünün 1-ci dəqiqisəinin 44-cü saniyəsi qeydə alınmış, yəni sürücü X6 üçün təhlükə yarandığı andan toqquşma anınadək 3 saniyə deyil, 2 saniyə vaxt keçmişdir. “xxxxxx” markalı avtomobilin gözlənilmədən – ani olaraq yolun özünə aid hərəkət istiqamətindəki ehtiyat hissədən X6un avtomobilinin hərəkətdə olduğu qarşı hərəkət istiqamətinə çıxmasını yalnız X6 ifadələrində göstərməmiş, bu mühüm xüsusatı hadisə vaxtı “X15 minik-təlim” markalı avtomobildə olmuş sərnişin (sağlamlığına az ağır zərər vurulduğu üçün zərərçəkmiş qismində tanınmış) Zərərçəkmiş şəxs2 da ibtidai istintaqda və məhkəmədə dindirilərkən təsdiq etmişdir. Məhkəmənin yol-nəqliyyat hadisələri ekspertizasının yeni məlumat əsasında aparılmasını ekspertə təklif etməsi işin həqi qi halları ilə yanaşı, ehtiyatsızlığı səciyyələndirən əlamətlərlə də uzlaşır. Çünki, ehtiyatsılığın formalarından biri təqsirkarın öz əməlinin ictimai təhlükəli nəticələr verə bilcəyini görməsini, digəri isə ictimai təhlükəli nəticələri görməli olduğunu və görə biləcəyini (belə imkana malik olmasını) ehtiva edir. X6 isə, hər bir sürücü digər yol hərəkəti iştirakçısının, o cümlədən başqa avtomobilin sürücüsünün yol hərəkəti qaydalarına uyğun şəkildə davranacağını ağlabatanlıqla gözlədiyi kimi, yolun digər hərəkət istiqaməti hissəsində hərəkətdə olan “xxxxxx” markalı avtomobilin qarşı (X6un avtomobilinin olduğu) hərəkət istiqamətinə keçəcəyini öncədən (müvafiq şərait yaranmaya qədər) görə bilməzdi. Bunu görmək imkanını, o, yalnız həmin avtomobil yolun qarşı hərəkət hissəsinə istiqamətləndi yi, yəni toqquşma anından 2 saniyə əvvəl əldə etmişdir. Bu səbəbdən cinayət xarakterli ehtiyatsızlığın olub-olmaması (X6un avtomobillərin toqquşmasının və bundan irəli gələn ictimai təhlükəli nəticənin qarşısını almağa texniki imkanının olub-olmaması) da birinci və apellyasiya instansiyası məhkəmələri hesab etdikləri kimi, məhz həmin müddət (2 saniyə) əsas götürülməklə müəyyən olunmalı idi. Bu səbəbdən, eləcə də təkrar məhkəmə yol nəqliyyat hadisləsi ekspertizasının təyin edilməsi, keçirilməsi, onun rəyinin tədqiq edilməsi, qiymətləndirilməsi zamanı cinayətprosessual qanunun tələblərinə, o cümlədən CPM-in 127, 331-cü maddələrinə və XXXV fəslinin müddaəalarına əməl olunduğundan, qeyd olunan (məhkəmənin təqdim etdiyi yeni faktiki haldan) çıxış etməklə verilmiş – X6un yol-nəqliyyat hadisəsini n qarşısını almağa texniki imkanının olmaması və onun “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaması haqqında 1 aprel 2024-cü il tarixli 8/663 nömrəli rəy şübhəli, qanunla uzlaşmayan məlumatların tədqiqatına əsaslanan sübut kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılmış digər materiallarla bağlı da sübutların tədqiqinə dair cinayətprosessual qanunun 143-146-cı maddələrinin tələblərini pozduqlarını, bu və ya digər materialın tədqiqindən imtina etdiklərini, öz nəticələrini əsaslandırarkən yoxlanılmayan, yolverilməz sübutlardan istifadə etdiklərini göstərən hallar mövcud deyil (sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların hamısının yeni dən təsvir və şərh edilməsinə zərurət görmür). Belə olan halda, birinci instansiya məhkəməsinin X6un yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olmamasından və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmamasından çıxış etməklə ona bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmü ilə razılaşması əsassız və qanunsuz nəticələr, bu nəticələrin mübahisələndirilməsinə dair kassasiya protesti isə əsaslı müraciət kimi qiymələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və və ədalətliliyi prinsipinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid bir i digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi də cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Təhlükəsiz Şəhər Xidmətinin videokameraları vasitəsi ilə əldə olunmuş yol-nəqliyyat hadisənin baş vermə hallarını əks etdirən məlumatlar, bu məlumatlar əsasında məhkəmə baxış ı zamanı keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının nəticələri, X6un ifadəsində verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin ona bəraət verməsi (apellyasiya instansiyası məhkəməsinin bununla razılaşması) Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozisiyası və Cinayət Məcəlləsinin 26-cı maddəsi ilə ehtiva olunan tələblərlə yanaşı, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarına, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara uyğun gələn nəticə kimi özünü göstərir. Təsvir edilənlər məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən, o cümlədən kassasiya protestində qeyd olunan 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxs X6un çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X3 barəsində olan 28 fevral 2025-ci il tarixli 1(106) - 87/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X3 barəsində olan 28 fevral 2025-ci il tarixli 1(106) - 87/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar