Məhkəmə qərarları › İş №1(102)-1583/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1583/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1583/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X4, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi2, Məh kum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən Gültəkin Əsədova) 06 sentyabr 2022-ci il tarixli, 1(005)-316/2022 nömrəli hökmü ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ev 6A-0137də qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci m addəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum mülkiyyətindəki texniki cəhətdən saz vəziyyətdə olan “X8” minik markalı, Az **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ verən «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə 06 noyabr 2021-ci il tarixdə, saat 06:18-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissə sinin tələblərini pozmaqla, yəni yolda müəyyən edilmiş 90 km/saat sürətdən artıq saatda 95 km/saat sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə metronun «20 Yanvar» stansiyası istiqamətinə yolun sol kənarından sağa doğru 3-cü hərəkət zolağı ilə idarə edərkən 152 metr məsafədə piyada X5 yolu soldan sağa keçmək üçün hərəkət hissəsinə daxil olmaqla hərəkət üçün təhlükə yarandığından və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və sürücü Məhkum həmin tələbləri yerinə yetirməklə yol- nəqliyyat hadisənin qarşısını almağa texniki imkanı olsa da, o tələblərə riayyət etməyib yol hərəkəti qaydalarını pozması Ziya Bünyadov prospektinin 120 ünvanda yerləşən tikilinin qarşısı hissəsində piyada X6 avtomobilin sol yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş H.Ə.Məmmədovun baş beyinin əzilib dağılaraq evakuasiya edilməsi ilə müşayiət olunan kəllə tağı, kəllə əsası və üz skelet sümüklərinin, yuxarı və aşağı ətraf sümüklərinin, döş qəfəsinin, onurğanın və çanaq, sol bud sümüyünün yuxarı 1/3-nin, sol diz oynağı, sağ bud sümüyünün yuxarı, sağ bazu, sağ körpücük sümüklərinin, sağ dirsək oynağı sümüklərinin çoxsaylı qəlpəli açıq, sol bud sümüyünün orta üçdə birinin, sağ bud sümüyünün orta üçdə birinin, sağ bud sümyünün aşağı üçdə birinin, sağ bazu sümüyünün orta üçdə birinin, sol said sümüklərinin orta üçdə birinin, sol körpücük sümüyünün qapalı sı nıqları, burun daxili üzvlərinin əzilib dağılmaları, xaricə tökülmələri, bədənin çoxsaylı qançır və sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ölməsinə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Emin Mehdiyev) 29 mart 2023-cü il tarixli 1(103)-94/2023 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 1(005)-316/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəkili Müdafiəçi2 və məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təm in edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəkili Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin l(103)-94/2023 saylı 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində daha ədalətli, yəni onun törətdiyi əmələ görə daha sərt cəza növü təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxı şına təyin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarında hansı əsaslara söykəndiyi qeyri-müəyyən, ağlabatan olmamaqla reallıqdan uzaq, müəyyən prosessual yaradıcılıq nəticəsi kimi göstərilməyə çalışılmış cəza təyini barədə qənaəti tamamilə əlaqəsiz əsaslarla izah edilmişdir. Cinayət kollegiyası cəza təyininə dair cinayət qanunu normalarının tələblərinə, eləcə də formalaşmış ümumi məhkəmə təcrübəsinə hüquqi tənzimetmə üslubunda yanaşmamış, əsaslandırması absurd olmaqla, sübut etmə predmetinə dair CPM-nin 139.0.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə kollegiyası CM-in 60.1-ci maddəsinin məzmununu düzgün şərh etməyərək bunun nəticəsi kimi cinayət qanunu normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, CM-in 60.1-cİ maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən CM-in 60.1-ci maddəsinin tətbiq edilməli olması lakin tətbiq edilmədiyi barədə məhkəmə kollegiyasının istinad etdiyi CM-nin 59.1.12-ci maddəsinin məzmunundan görünür ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Göründüyü kimi, qanunverici həmin normanı sırf zərərçəkmiş şəxsin mənafeyinə uyğun olaraq, onunla və ya yaxın qohumu olan hüquqi v arisi ilə barışıq əldə edilməsinə münasibətdə yüngülləşdirici hal kimi qəbul etmiş və bu halı ictimai-təhlükəli əməlin nəticələrinin aradan qalxmasına hesablamışdır. Həmin normanın məzmunundan birmənalı aydın olur ki, bu maddənin tətbiqi üçün əsaslar kompleks şəkildə mövcud olmalı, biri digərini tamamlamaqla səbəbli əlaqədə olmalıdır. Hazırkı işdə isə CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün halların mövcud olmadığı aşkardır. Apellyasiya instansiyası məhkəməsi cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin cəza təyini hissəsində gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, həmin dəlillərin əsassız olmasını ümumi ifadələrlə qeyd etmişdir. Belə olan hal da məhkəmə kollegiyasının apellyasiya protesti ilə mübahisələndirilən hissələrdəki dəlillərinə müvafiq hüquqi qiymət vermədiyi, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti təkrarlamaqla əsassız qərar qəbul etdiyi aydın olur. Apellyasiya məhkəməsinin cəzanı yüngülləşdirən halları müəyyən edərkən əsaslandığı məlumatlar cinayət işinin həqiqi halları ilə uzlaşmır və cinayət-prosessual qanunun tələblərinə müvafiq qaydada yoxlanılmayan sübutlardan irəli gəlir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinə əsasən zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərmək və digər bu kimi tədbirləri yerinə yetirmək yol-nəqliyyat hadisəsi törətmiş sürücün vəzifəsi olaraq təsbit edilmişdir. Həmçinin həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 4-cü bəndində təsbit edilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Hazırkı iş üzrə yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Məhkum tərəfindən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hərəkətlərin hər hansı birini etdiyi müəyyən edilməmişdir. Məh kum hadisə baş verdikdən dərhal sonra “təcili tibbi yardım" maşını çağırmalı olduğu halda bunu etməmiş, zərərçəkmiş şəxsi səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməmiş, özünün nəqliyyat vasitəsi ilə aparmamışdır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin mənası baxımından qanunla yol-nəqliyyat hadisəsi törətmiş sürücünün vəzifəsi olaraq təsbit edilmiş tədbirlərin yol-nəqliyyat hadisəsi törətmiş Məhkum tərəfindən yerinə yetirilməli olmasına diqqət yetirməyən məhkəmə kollegiyası hadisədən sonra onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini də nəzərə almamışdır. Bundan başqa Məhkum ölmüş zərərçəkmiş şəxsin ailəsinə köməklik edərək barışmağa cəhd etməsi də, CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallara aid edilməməlidir. Belə ki, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən halların sırasına daxildir. Yəni, Qanun təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməyə cəhd etməsi deyil, barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutur. Hazırki halda isə məhkum iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmişdir. Digər tərəfdən, iş materiallarında Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini təsdiq edən hər hansı rəsmi məlumat mövcud deyildir. Əksinə, zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya məhkəməsində Məhkum azadlıqda olmasından narazılığını bildirmiş, istər apellyasi ya şikayətində, həmçinin apellyasiya baxışı zamanı ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Bundan başqa, məhkəmə Məhkum ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, əməlin zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə almamış, bu məsələlərə, ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası yekun qərarında təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını vurğulasa da, işdən də görünür ki, Məhkum davranışında belə hərəkətlər müəyyən edilməmişdir. Məhkəmə onun məsuliyyətini yüngülləşdirmək üçün yalnız yekun qərarın e lan olunduğu sonuncu məhkəmə iclası zamanı əməlindən peşmançılıq keçirməsini formal olaraq bildirməsini təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda tam haqsız olmuş, “səmimi peşmanlıq” anlayışına hüquqi müstəvidən deyil, daha çox məişət üslubunda ifadə olunan məna baxımından yanaşmış, bununla CM-in 59.2-ci, habelə CPM-in 139.0.5-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə Məhkum təyin edilmiş cəzanın onun islah olunması baxımından yetərli olması qənaətinə gələrkən səhvə yol vermiş, habelə onun şəxsiyyətinə münasibətdə gəldiyi nəticə dürüst olmamışdır. Belə ki, məhkumun törətmiş olduğu əmələ münasibəti onun islah yolunda olubolmamasını şərtləndirir. İşin mübahisələndirilməyən hallarına əsasən, Məhkum cinayət əməlini törətməsini, təqsirli olduğunu etira f etməmiş, bununla məsuliyyətdən kənarda qalmağa çalışmış, müvafiq olaraq cinayət törətməsindən peşmançılıq çəkdiyini bildirməmişdir. Yalnız sonuncu apellyasiya baxışında yekun qərar qəbul edilərkən iş üzrə təyin olunmuş “Kompleks məhkəmə video-texniki və məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın rəyi ilə bir daha törətmiş olduğu əməldə təqsirli olması təsdiq olunduğundan, fakt qarşısında qalıb ifşa olunduğu üçün formal olaraq peşman olduğunu, üzr istədiyini bildirmişdir. Bu da onun islah yolunda olmadığına dəlalət edir. Məhkum törətdiyi cinayət əməlini nə birinci, nə də apellyasiya intansiyası məhkəmələrində etiraf etməmiş, özünü təqsirli bilməmişdir. Bu da onun şəxsiyyətini xarakterizə etməklə onun ictimai-təhlükəli olmasına bir daha dəlalət edir. Əməlini etiraf etməyən və peşman çılıq çəkməyən şəxsə məhkəmənin cəza təyini zamanı göstərdiyi “humanistlik” səbəbi anlaşılmayan mövqedir. Yekun qərardan görünür ki, apellyasiya məhkəməsinin “humanist" mövqe sərgiləməsinə təsir edən hallardan biri də, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş qəbzə əsasən Məhkum tərəfindən 24 fevral 2023-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X3 bank hesabına 22.000 manat məbləğində pul vəsaitinin köçürülməsi olmuşdur. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, zərərçəkmiş şəxsin hüquqi varisi hələ 4 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, 1 noyabr 2022-ci il tarixli məhkəmə iclası zamanı müdafiəçi tərəfindən təklif edilmiş həmin hərəkəti təhqir olaraq qəbul etdiklərini, hər hansı məbləğdə maddi tələblər inin olmadığını, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş etmişlər. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi eyni mövqeyi apellyasiya məhkəməsinin yekun qərarı elan olunan son proses zamanı da, qeyd olunan ödəniş qəbzinin elan oldunduğu 29 mart 2023-cü il tarixli məhkəmə iclasında təkrarən bildirmiş, hətda onunla bərabər məhkəmə prosesində iştirak edən mərhum Həbib Məmmədovun övladları da, qeyd olunan məsələyə kəskin etiraz edərək həmin pulu qəbul etmədiklərini, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Lakin məhkəmə kollegiyası yekun qərar qəbul edərkən qeyd olunanları nəzərə almamışdır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı verilmişdir. Həmin siyahıda apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsind ə cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı hallar yoxdur. Bununla belə, həmin Məcəllənin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum barəsində CM-nin 59.1.1-59.1.14-cü maddəl ərində göstərilməmiş halların cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi əsaslandırılmamışdır. Apellyasiya Məhkəməsinin yekun qərarını təhlil etdikdə görünür ki, məhkəmə kollegiyası CM- in 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və cəzanın məqsədlərini müstəsna olaraq cəzanın müddəti ilə müqayisə etmiş, Məhkum cəzasını çəkməli olduğu müəssisənin növünə isə əhəmiyyət verməmiş, məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin cəzanın və cəzaçəkmə müəsisəsinin növünün təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrə uyğun olub-olmadığını lazımınca araşdır mamışdır. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəkili Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə apellyasiya məhkəməsi tərəfindən kompleks məhkəmə video-texniki və məhkəmə yol nəqliyyat hadisələri ekspertizası keçirilmiş və Məhkum yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki imkanı olması barədə rəy verilmişdir. Bundan sonra o, ən müxtəlif yollara əl atmış, hətta yekun qərar qəbul edilənə kimi özünü sığortalamaq məqsədi ilə zərərçəkmişin varisinin ünvanına poçtla 22.000 manat pul göndərmişdir. Zərərçəkmişin hüquqi varisi Məmmədova Zəhra həmin pulu qəbul etməkdən imtina etmişdir (həmin sənəd kassasiya şikayətinə əlavə olunur). Öncə nəzərə almaq lazımdır ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə ittiham elan e dərkən onun cinayət əməli düzgün tövsif edilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin əməlində təkcə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibi deyil, həmçinin həmin Məcəllənin 264-cü maddəsinin də tərkibi vardır. Belə ki, hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkənə köməklik etməyə heç bir təşəbbüs göstərməmiş, yalnız hadisə yaxınlığında olmuş vətəndaş Rüstəmova Elmira adlı qadın Azərbaycan Respublikası DİNnin 102 çağrı Mərkəzinə və Təcili Tibbi yardıma zəng etmişdir. Bu barədə o, ifadə versə də məhkəmə bu fakta heç bir hüquqi qiymət verməmiş, hətta hökmdə onun dindirilməsi göstərilməmişdir. Həmin fakt videogörüntüdən də aydın öz əksini tapmışdır. İstintaq orqanı və məhkəmə həmin hala heç bir hüquqi qiymət verməmiş, nəticədə məhkumun faktiki qəsdən törətdiyi cinayət əməlinə görə cəzadan kənarda qalmış, məsuliyyətə cəlb edilməmişdir. Müdafiə tərəfi hesab edir ki, hər iki instansiya məhkəməsi həmin fakta heç bir hüquqi qiymət verməmişdir. Nəzərə almaq lazımdır ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, yeni cinayətlərin törədilməsinin qarşısnıı almaq məqsədi ilə tətbiq edilir.Təsadüfi deyil ki, məhkum istintaq zamanı məhkəmədə özünü təqsirli hesab etməmiş, səmimi peşmançılığını bildirməmişdir. Məhkum hadisədən sonra zərərçəkənə heç bir tibbi və ya digər yardım göstərməmiş (təcili tibbi yardıma kənar şəxs zəng etmişdir) zərərçəkənin hüquqi varisi ilə heç bir barışığa cəhd etməmişdir. Bütün bu hallar Məhkum yüngül cəza təyin edilməsinə hüquqi əsas vermir. Nəzərə almaq lazımdır ki, zərərçəkmiş ailə başçısı olmaqla ailənin yecanə dolandıra nı olmuşdur. Zərərçəkmişin hüquqi varisi 1-ci instansiya məhkəməsində məkumla heç bir barışığın olmaması ona heç bir maddi və mənəvi yardım göstərmədiyini, hətta dəfn mərasiminə belə gəlmədiyini bildirmiş və ona ən sərt cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin və kassasiya şikayətinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törəd ilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 20 03-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdı r. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd e tməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası (üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Göründüyü kimi məhkəmələr tərəfindən məhkuma təqsirli bilindiyi CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın yuxarı həddindən bir il az müddətdə azadlıqdan məhrum etmə cəzası təyin olmuş, bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. B eləliklə, məhkəmə kollegiyası cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, nəticəyə gəlir ki, Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya protesti və kassasiya şikayətinin bu barədəki dəlilləri ilə razılaşmaq olmur. Hökm və qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın həcmi müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını kifayət qədər nəzərə almışdır. İş materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində və kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas ve rmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Odur ki, kassasiya protesti və kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Həmçinin, məhkəmə kollegiyası kassasiya protestinin məhkəmələrin CM-in 60.1-ci maddəsinin şərh edilməsində və tətbiqində səhvə yol verməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza CM-in 60.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməmişdir. Bundan əlavə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi2 kassasiya şikayətinin digər bir d əlili ondan ibarətdir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olduğu halda o, qanunsuz olaraq həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. İşdən görünür ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Məhkum qarşı Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və həmin maddə ilə o məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından isə dövlət ttihamçısı və ya zərərçəkmiş şəxs tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qaldırılmamışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə məhkumun əməlində CM-in 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin olması müəyyət edilmir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili də əsassızdır. Azərbaycan Respublikası CPM- in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası cnayət işnin materialları araşdıraraq apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək üçün heç bir əsas müəyyən etməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protest və şikayət təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli Məhkum haqqındakı qərarının kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar