Məhkəmə qərarları › İş №1(102)-1584/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1584/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1584/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum müdafiəçisi Xanlarov Ramil Mikayıl oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-324/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Xanla rov Ramil Mikayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamışdır. 2. 07 mart 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 28 mart 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiy a məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qohumu Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından suiistifadə edib, sonuncuya özünün yalandan Yevlax Toxumçuluq İdarəsində bölgə müdiri işlədiyini bildirib, xaricdən gələn, istixanalar üçün gübrə dərmanların pulunu Bakı şəhərində yerləşən şirkətə köçürdükdən sonra həmin pulun miqdarında dərmanların Yevlax Toxumçuluq İdarəsinin anbarına boşaldılacağını, bundan sonra həmin dərmanları işlədiyi bölgədə yerləşən müxtəlif istixanalara satıb, 15 gün ərzində pulu əldə edib, qoyulan pulun 30 faizi məbləğində əlavə qazanc əldə edəcəyini yalandan vəd verib inandıraraq, vahid niyyətlə əhatə olunan qəsdlə 05 noyabr 2021 -ci il tarixdə ünvan 2 ünvanda yerləşən «Moskva» Univermağının yaxınlığında Zərərçəkmiş şəxs 50.000 (əlli min) manat, 20 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən «Moskva» Univermağının yaxınlığında Zərərçəkmiş şəxs 40.000 (qırx min) manat, 2021-ci ilin noyabr ayının sonunda Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 1-ci yaşayış massivi 32 ünvanında yerləşən «Bazar Store» mağazasının yaxınlığında Zərərçəkmiş şəxs 10.000 (on min) manat pul alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 100.000 (yüz min) manat məbləğində külli miqdarda maddi ziyan vurmuşdur.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1040/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayə t əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmiş, iş üzrə mülki iddia təmin edilməklə mülki cavabdeh Məhkum vurulmuş maddi zərərin əvəzi olaraq 100.000 manat (yüz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390 (üç yüz doxsan) manat, ümumilikdə 100.390 (yüz min üç yüz doxsan) manat məbləğində pul vəsaitinin tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmış, maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Xanlarov Ramil Mikayıl oğlu apellyasiya şikayəti verib, mə hkəmə istintaqının bərpa edilməsi və hökmün ləğv edilməsi, mülki iddia tələbinin rədd olunması və Məhkum əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-324/2024 nömrəli, 21 fevral 2024-cü tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1040/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi X3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir. Müdafiəçi onları təkrarlam aqla qeyd edmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayət üzrə heç bir araşdırma aparmamış, müdafiə tərəfinin verdiyi vəsatətlərin heç birini təmin etməmiş və formal olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Halbuki, məhkəmə istintaqı zamanı Məhkum qarşı irəli sürülmüş ittiham sübutlarla öz təsdiqini tapmamış, ittihamdan fərqli olaraq Məhkum 05 noyabr 2021-ci il tarixdə günorta saatlarında, 20 noyabr 2021-ci l tarixdə və 2021-ci ilin noyabr ayının sonunda Bakı şəhərində olmadığı müəyyən edilmişdir. İbtidai istintaq orqanı cinayət işi üzrə zərərçəkmiş şəxsin, onun qardaşının, atasının, anasının, dostlarının və iş yoldaşlarının ifadələri ilə ittihamı möhkəmləndirməyə çalışmışdır. Həmin şahidlərin üçü zərərçəkmiş şəxsin birinci dərəcəli yaxın qohumlar ıdır. Digər şahidlər isə zərərçəkmiş şəxsin dostları və iş yoldaşlarıdır. Buna görə də onlar zərərçəkmiş şəxsin xeyrinə ifadələr vermişlər. Lakin iş üzrə əlavə şahid qismində dindirilmiş Şahid11, Şahid 12 və Şahid 13 ifadələri ilə iş üzrə dindirilmiş digər şahidlərin ifadələri təkzib olunmuşdur. Məhkumun əməlində cinayət tərkibi olmadığından, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-324/2024 nömrəli, 21 fevral 2024-cü tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məh kəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində məhkəmənin iş üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyi, Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-324/2024 nömrəli, 21 fevral 2024-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3 -cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmadığına dair müdafiəçinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, birinci instansiya məhkəməsi ibtidai istintaq dövründə toplanmış və məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutları istinad edilən mad di və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun təqsiri zərərçəkmiş şəxsin, şahidlərin məhkəməyədək və məhkəmə istintaqında verdikləri ifadələri, “diskə və yazışmalara baxış keçirilməsi haqqında” protokollar, “whatsapp” ani mesajlaşma sistemində yazışmalara aid çıxarış, məhkəmə qətnaməsi və həmin qətnamənin qüvvəsində saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı və işdə olan digər təkzibolunmaz mötəbər sübutların məcmusu ilə müəyyən edilir. Belə olan halda məhkəmə haqlı olaraq Məhkum özünümüdafiə xarakterli ifadəsini həqiqə tə uyğun olmaqla ittihamı təkzib edən sübut növü kimi qəbul etməmişdir.

23. Məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında yuxarıda sadalanan sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla nəzərdən keçirib, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli olması qənaətinə gəlmişdir.

24. Müdafiəçi kassasiya şikayətində şahidlərin əksəriyyətinin zərərçəkmiş şəxsin yaxını olmaqla, həmin ifadələrin mötəbərliyini şübhə altına almış və şahid ifadələrininn müdafiə tərəfindən vəsatəti əsasında dindirilmiş əlavə ş ahidlərin ifadələri ilə təkzib olunduğuna dair iddialar irəli sürmüşdür.

25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyədək və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş həmin şəxslərin ifadələrində hər hansı ziddiyyət, mübahisəli hallar müəyyən edilməmiş, əksinə şahidlərin ifadələrində bildirdikləri xüsusatlar cinayət işinin materiallarında olan digər sübutlarla uzlaşdığından, bu ifadələr işin faktiki hallarının düzgün müəyyən edilməsinə imkan yaratmaqla, Məhkum ona ittiham edilən cinayətin törədilməsində təqsirini birmənalı təsdiqləyir. Məhkəmə araşdırması dövründə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahidlərin ifadələrində göstərdikləri xüsusatlara münasibətsə isə nəzərə alınır ki, həmin ifadələr cinayət işi materiallarında olan di gər sübutlarla təsdiq olunmadığından, mötəbər sübut kimi qəbul edilə bilməz.

26. Məhkumun müdafiəçisinin məhkəmələr tərəfindən çoxsaylı vəsatətlərinin əsassız olaraq təmin edilmədiyinə dair kassasiya şikayətinə qaldırdığı məsələyə gəldikdə, məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Avropa Məhkəməsinin çoxsaylı qərarlarıa görə, 6-cı maddənin 1-ci bəndi məhkəmələr üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoysa da, bu vəzifə hər bir qaldırılan məsələnin ətraflı cavablandırılmasını tələb edən şərt kimi başa düşülməməlidir (Kikabidze Gürcüstana qarşı, № 57642/12, § 62, 16 noyabr 2021-ci il). Qərarların əsaslandırması vəzifəsinin tətbiqi dərəcəsi o nların mahiyyətindən asılı olaraq fərqli ola bilər və işin halları nəzərə alınmaqla müəyyən edilməlidir (Zayidov Azərbaycana qarşı (No. 2), № 5386/10, § 91, 24 mart 2022-ci il).

27. Hazırki halda isə kassasiya şikayətinin müəllifi aşağı instansiya məhkəmələri tərəfindən verilən vəsatətlərin təmin edilməməsindən şikayətlənsə də, həmin vəsatətlərin nə dərəcədə əsaslı olduğunu və təmin edildiyi halda baxılan cinayət işinin nəticəsinə necə təsir edə biləcəyini təsvir etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə də əsassız hesab edir.

28. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozunt u aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası C PM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

30. Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-324/2024 nömrəli, 21 fevral 2024-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Xanlarov Ramil Mikayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-324/2024 nömrəli, 21 fevral 2024-cü tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar