Məhkəmə qərarları › İş №1(102)-1586/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1586/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1586/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X3 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X.A.Nuriyev (sədrlik edən), N.F.Quliyev və A.Ə.Musayevdən ibarət tərkibdə) 26 oktyabr 2020-ci il tarixli hökmü ilə 17.02.1969-cu ildə İmişli rayonunun doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Şəhər Məhkəməsinin 28.06.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 93-5-ci maddəsinin 4-cü hissəsi və 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bil inərək 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin 09.07.2013-cü il tarixli qərarına əsasən 10.07.2013-cü il tarixdə cəzadan 8 (səkkiz) ay 2 (iki) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 15 noyabr 2019-cu il tarixdən hesablanması, həmçinin Zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş 81414,6 manat məbləğində maddi ziyanı təqsirləndirilən şəxs Məhkumndan mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunmuşdur. Şirvan Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: X7 (sədrlik edən), X10 və X1 ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, əmisioğlu və kürəkəni Zərərçəkmiş şəxs ilə qohumluq münasibətlərindən istifadə edərək, külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək niyyəti ilə ona xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olub qazanc əldə edəcəklərini vəd edib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmi ş şəxs 06 oktyabr 2015-ci il tarixdə İmişli rayonunun Buludlu kəndində 2000 (iki min) manat pulu, bir neçə gün sonra İmişli rayonunun Buludlu kəndində 2000 (iki min) manat pulu, 2015-ci ilin oktyabr ayının ortalarında İmişli rayonunun Buludlu kəndində 1000 (min) manat pulu, 17 mart 2016-cı il tarixdə İmişli rayonunun Buludlu kəndində Zərərçəkmiş şəxs oğlu Əlişükür Vahabzadə vasitəsilə göndərdiyi 8000 (səkkiz min) manat pulu, Zərərçəkmiş şəxs 27 mart 2016-cı il tarixdə İmişli rayonunun Buludlu kəndində 13800 (on üç min səkkiz yüz) manat pulu, 30 mart 2016-cı il tarixdə Bakı şəhəri Şərifzadə küçəsində Zərərçəkmiş şəxs yaşadığı 162 nömrəli evin yaxınlığında 6000 (altı min) manat pulu, 17 may 2016-cı ildə İmişli rayonunun Buludlu kəndində Zərərçəkmiş şəxs oğlu Eltun Vahidli vasitəsilə göndərdi yi 21046,2 (iyirmi bir min qırx altı manat iki qəpik) manat dəyərində 14000 (on dörd min) ABŞ dollarını və 10000 (on min) manat pulu, Zərərçəkmiş şəxs 13 iyun 2016-cı il tarixdə Bakı şəhəri Beynəlxalq avtovağzalın yaxınlığında 9068,4 (doqquz min altmış səkkiz manat dörd qəpik) manat dəyərində 6000 (altı min) ABŞ dollarını, 16 iyun 2016-cı il tarixdə Bakı şəhəri Şərifzadə küçəsində 162 nömrəli evin yaxınlığında 10000 (on min) manat pulu, 17 iyun 2016-cı il tarixdə İmişli rayonunun Buludlu kəndində Zərərçəkmiş şəxs qohumu X4 vasitəsilə göndərdiyi 2500 (iki min beş yüz) manat pulu alaraq, ümumilikdə Zərərçəkmiş şəxs 85414,6 (səksən beş min dörd yüz on dörd manat altı qəpik) manat məbləğində külli miqdarda pulunu ələ keçirmiş və vədinə əməl etməyərək ələ keçirdiyi pulu xırdabuynuzlu heyvanları n alqı-satqısına deyil şəxsi məsrəflərinə xərcləməklə, dələduzluq edərək zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli 1(106)260/2021 saylı qərarı məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın ağırlğına görə əsassız olduğu üçün dəyişdirilməli, Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd etmək istəyirəm ki, apellyasiya instansiya məhkəməsi Məhkum təyin edilmiş cəzanı yüngülləşdirən zaman Məh kum zərər çəkmişlə barışmasını, zərər çəkmiş şəxsin təqsirləndirlən şəxsdən heç bir şikayətinin və tələbinin olmamasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, ailə vəziyyətini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirici hal kimi qəbul etədə, lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 1(099)234/2020 saylı hökmü dəyişdirilmədən saxlamışdır. Hesab edirəm ki, iş üzrə yüngülləşdirici halları nəzərə alaraq hüquqlarını müdafiə etdiyim şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi mümkündür. Məhkum törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkum ailədə yeganə qazanc gətirən şəxsdir. Bundan əlavə bildirmək istəyirəm ki, Məhkum zə rərçəkmişə vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmamasını, ziyanı tam səkildə ödəmişdir, bu barədə notariat kontoru tərəfindən təsdiq olunmuş ərizəsi vardır. Müdafiəçi qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2021-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin ed ilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, ba rəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir fak tın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsini əsas götürərək hesab edir ki, məhkuma təyin olunmuş cəza yüngülləşdirilməlidir. Belə ki, İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, Məhkum qarşı hər hansı bir iddia, şikayət və tələbləri yoxdur. Azərbaycan Respubli kası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsas ən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına y ol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayəti n ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, ci nayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, Məhkum cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada, himayəsində əlil uşağının olmasını isə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, əvvəllər ağır cinayət törətməsini, məh kumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətməsininin cinayətlərin təhlükəli residivini yaratmasını Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Apellyasiya məhkəməsi Zərərçəkmiş şəxs təqdim etdiyi Məhkum tərəfindən ona dəymiş ziyan tam ödənilməsinə dair ərizəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirici hal kimi qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarını-törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini, Azərbaycan Respublikası CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onun barəsində şərti məhkum etmə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmədiyini, lakin, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finl andiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəz ərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2021-ci il tarixli qərarı dəyişdirilsin. Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 8 (səkkiz) ildən 7 (yeddi) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar