Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1586/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2024-cü il tarix li qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 1(099)-73/2022 saylı hökmü ilə (hakimlər Oruc Cəlilov (sədrlik edən), Xamməd Nuriyev və Əli Əliyevdən ibarət tərkibdə), xx xxx 1980 - ci il tarixdə Şamaxı rayonunun 2-ci Udulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşaqları olan, heç yerdə işləməyən, məhkumluğu ödənilmiş, Hacıqabul rayonunun 2-ci Udulu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 221.3-cü maddəsi ilə CPM-in 42.1.4-ü maddəsinə əsasən təqsir liliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və o, CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq isə onun 07 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 02 avqust 2021-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olması müddəti, yəni cəmi 6 (altı) ay 25 (iyirmi beş) gün təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmaqla qəti olaraq 2 (iki) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) 04 avqust 2022-ci il tarixli 1(106)-381-2022 saylı hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2022ci il tarixli 1(099)-73/2022-ci il saylı hökmü ləğv edilərək yeni ittiham hökmü çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə təqsirdli bilinərək, ona CM-in 126.2.4-cü maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3- cü maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şir van Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(106)-381-2022 saylı hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və digər müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli 1(102)-223-2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 1(106)-381-2022 saylı hökmü ləğv edilərək cinayət işi yenidən apellyasiya məhkəməsində baxılmağa təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Samir Mayılov və İlkin Abdullayevdən ibarət tərkibdə) 23 fevral 2024-cü il tarixli 1(106)-15/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3- cü maddəsi ilə bəraət verilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 1(099)-73/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəa hökmdən xaric edilmiş, Məhkum 7 iyul 2021-ci il tarixdən 2 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı, eləcə də 2 avqust 2021-ci il tarixdən 2 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olma müddəti, yəni cəmi 6 (altı) ay 25 (iyirmi beş) gün, həmçinin Məhkum 4 avqust 2022-ci il tarixdə n 18 mart 2023-cü il tarixədək həbsdə qaldığı 7 (yeddi) ay 14 (on dörd) gün, ümumilikdə 1 (bir) il 02 (iki) ay 9 (doqquz) gün ona təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, B.C.Cəbrayılovun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” ləğv edilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalında dərhal həbs edilmiş, B.C.Cəbarılova təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 23 fevral 2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 5 iyul 2021-ci il tarixdə, sa at 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Hacıqabul rayonunun 2-ci Udulu kəndində, evinə elektrik cəryanın verilməsi ilə bağlı elektrik kartına 5 manat yükləməsinə baxmayaraq, elektrik sayğacına kartda olan pulun yüklənməyərək kart bloklandığından, kartının bloklanmasını açmaq məqsədi ilə yaşadığı ərazidə olan elektrik enerjisinin verilməsini təmin edən transformatordan elektrik cərəyanının verilməsini açarla bir neçə dəfə ayırıb-birləşdirməklə (işıqları söndürüb-yandırmaqla) elektrik cərəyanının verilməsində fasilələr yarandığına görə narahat olan həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs küçəyə çıxıb işıqları söndürüb-yandıran şəxsin onun (Məhkum) olduğunu bilib ona iradını bildirib nəyə görə işıqları söndürüb-yandırdığını soruşarkən sonuncunun nalayiq if adələr işlətməsi və bu səbəbdən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə, daha sonra əlbəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs boynundan tutub özünə tərəf çəkib ona bir dəfə yumruq zərbəsi vurması və bunun qarşılığında Zərərçəkmiş şəxs onun ağız, burun, döş qəfəsi və bədənin başqa nahiyələrinə bir neçə dəfə möhkəm yumruq zərbələri vurması nəticəsində sağ almacıq sümüyü üzərinin qançırı, boyun nahiyəsinin sol yan hissəsinin sıyrığı, burun yəhərinin sol yan hissəsinin qançırı, alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası, gövdənin arxa səthində sol kürək tini nahiyəsinin qançırı, döş qəfəsinin sağ hissəsində 5-ci 6-cı qabırğalar nahiyəsinin qançırları, burun sümüyünün yerdəyişməyən sınığı xəsarətləri, o cümlədən alt dodağın iç səthinin əzilmiş-cırılmış yaras ı və burun sümüyünün yerdəyişməyən sınığı xəsarətlərinin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına görə qisas almaq niyyəti ilə üzərində olan kəsici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs qulaq nahiyəsinə bir dəfə vurub ona qəsdən sol qulaq seyvanının 1/3 hissəsinin kəsilməsi xəsarəti kimi sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaqla Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadələrində göstərmişdir ki, 5 iyul 2021-ci il tarixdə axşam saatlarında yaşadığı Hacıqabul rayonu İİ Udulu kəndində bağını suvarmaq üçün sayğaca plastik kartı vasitəsi ilə pul yükləmək istəsə də alınmamış, bu barədə "Azərişıq ASC"-nin əməkdaşı olan Şahid7 zəng edib bildirmişdir. Şahid7 ona transfarmatoru yandırıb söndürməsini, bundan sonra bəlkə düzələcəyini, düzəlməsə rayon mərkəzinə aparıb aidiyyatı üzrə rəsmi müraciət etməsini demişdir. О da həmin transfarmatorun yaxınlığında yaşayan Zakir Məlikovun ***-***-**-** saylı mobil nömrəsinə zəng edib transfarmatorun işığını söndürüb-yandırmasını ondan xahiş etmişdir. X3 Atakişiyevin evində olduğunu, evə gec gedəcəyini bildirmişdir. О da təxminən bir kilometr məsafədə yerləşən transfarmatorun yanına gəlib işığı söndürüb-yandırmış, sonra plastik kart vasitəsi ilə pul yükləmək üçün sayğacın olduğu yerə qayıdarkən “üç yol” adlanan yerdə, Zər ərçəkmiş şəxs həyətinin qarşısındakı yolda onun qarşısına çıxan, sonuncunun qohumu Şahid3 transfarmatorun işığını yandırıb-söndürməsini ona irad tutaraq onu söymüş və ard-arda burnunun üstünə iki yumruq zərbəsi vurmuşdur. Onun arxasınca gələn diqər qohumu Əlifağa Atakisiyev də hadisəyə müdaxilə edərək onun başının arxasından yumruqla vurmuş, sonra ora gələn həmin şəxsin qohumlarından olan İbadət və Rahib adlı şəxslərdə onun doyülməsində iştirak etmişdir. Nəhayət, yaxınlıqdakı evin sahibi olan Sükür Atakisiyev də ora gələrək onu yumruqla vurub dodağını partlatmış, yerə yıxıb sinəsinin üstündə oturmuş, onu boğduğundan nəfəs almaqda çətinlik çəkmiş, belə davam edərsə öləcəyindən qorxub boğulmaqdan qurtarmaq üçün Sükür Atakisiyevin sol qulağının onun ağız nahiyəsinə yaxın yerdə olmasından isti fadə edərək həmin nahiyəsini dişləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ağrıdan qışqıraraq onu buraxmışdır. Yalnız bundan sonra onu döyən digər şəxslər də Zərərçəkmiş şəxslə məşğul olaraq ondan əl çəkmişlər. Şükür Atakisiyevdən basqa digər şəxslərə zor tətbiq etməmiş, onlara xəsarət yetirməmişdir. Həmin vaxt hadisə yerinə gələn həmkəndlisi Mirzağa və bacısı oğlu Amil onu yaxınlıqdakı evlərinə gətirmişlər. Həmin hadisə zamanı burnu sınmış, dodaq nahiyəsinin iç hissəsi partlamış, başından, sinəsindən və başqa yerlərindən xəsarətlər almışdır. Zərərçəkmiş şəxs qulağını onlar tərəfindən döyülərkən və boğulmaqdan qurtulmaq üçün özünü müdafiə edərkən məcburiyyət qarşısında dişləmişdir. Bundan əlavə, hadisə zamanı üzərində bıçaq və digər kəsici alət olmamışdır. Bundan əlavə, cinayət işində olan məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 251 saylı 11 rəyində (rəyin tərtibinin başlanğıc tarixi xx.xx.2021-ci il, qurtarma tarixi xx.xx.2021-ci il ) göstörilmişdir ki, Məhkum məhkəmə tibbi müayinəsi zamanı sağ almacıq sümüyü üzərinin qançırı, boyun nahiyəsinin sol yan hissəsinin sıyrığı, burun yəhərinin sol yan hissəsinin qançırı, alt dodağın iç səthinin əzilmiş -cırılmış yarası, gövdənin arxa səthində sol kürək tini nahiyəsinin qançırı, döş qəfəsinin sağ hissəsində 5-ci, 6-cı qabırğalar nahiyəsinin qançırı, burun sümüyünün yerdəyişməyən sınığı kimi xəsarətlər aşkar edilmişdir. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bi lər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlərdən sıyrıq və qançırlar sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası, burun sümüyünün yerdəyişməyən sınığı isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Belə olan halda, Məhkum hücum edən şəxslərin 3 nəfər olması, onun tək müdafiə olunması, Məhkum 7 xəsarət, onun isə Zərərçəkmiş şəxs cəmi bir xəsarəti ona qarşı davam edən ictimai təhlükəli qəsdin gedişi zamanı törətməsi, Məhkum aldığı xəsarətin, ona hücum edən şəxsin yetirdiyi xəsarətə bərabər olmamaqla, zəruri müdafiə həddini aşmaması nəzərə alınaraq onun əməlində cinayət tərkibi yoxdur. Məhkumun müdafiəçisi məhkəmə iclasında çıxış edərək məhkəmə koll egiyasından cinayət işində cinayət tərkibinin və mötəbər sübutların olmadığını və məhkumun 4 azyaşlı övladının olduğunu nəzərə alınmasını, kassasiya şikayətinin təmin olunmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və məhkumun barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum müdafiəçisinin çıxışı ilə tam razı olduğunu bildirdi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və onun barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellya siya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul ed ir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmi ş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiə tərəfi məhkuma bəraət verilməli olmasını iddia edərək və barəsində olan məhkəmə qərarlarını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edi r. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uy ğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olun muş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstit usiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbayc an Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya şikayəti ilə müraciət etmiş tərəfə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, gəldiyi nəticə əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, müdafiəçinin iştirakı i lə keçirilən məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə məhkəmə-tibbi-kriminalistik ekspertizası təyin edilərək rəy alınmışdlır. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 07 noyabr 2023-cü il tarixli T794/2023 saylı rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol qulaq seyvanının 1/3 hissəsinin toxuma defekti ilə müşayiət olunan kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət iti uclu və ya kənarlı alətin təsirindən yaranmış, yetirilmə müddəti 05 iyul 2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Lakin qeyd olunan xəsarət sifətdə asimmetriya yaratdığından silinməz hesab edilir. İstər Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə, istərsə də m əhkəmə-tibbi ekspertizası zamanı qulaq seyvanında olan yaranın dişlə deyil, iti alətlə yetirilməsi qeyd edilmişdir. Göründüyü kimi, iş üzrə keçirilmiş əlavə-məhkəmə tibbi-kriminalistik ekspertimzanın rəyi ilə də zərərçəkmiş Zərərçəkmiş şəxs aldığı xəsarətin dişləmə nəticəsində deyil, iti uclu alətlə yetirilməsi, həmin xəsarətin sifətdə asimmetriya yaratdığından silinməz hesab edilməsi qeyd edilmişdir ki, bu da müdafiəçinin göstərdiklərinin iş materialları ilə təsdiqini tapmadığını göstərir. Bundan əlavə, müdafiəçi məhkumun digər şəxslər tərəfindən döyülməsini iddia etsə də, lakin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu üzrə Məhkumə xəsarətlərin digər şəxslər tərəfindən deyil, məhz zərərçəkmiş şəxs tərəfindən yetirilməsi müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiy a şikayətinin həmin dəlilini əsassız hesab edir. Bundan əlavə, müdafiə tərəfi məhkumun hadisə zamanı zəruri müdafiə vəziyyətində özünü müdafiə etdiyini və zərərçəkmiş şəxsə də xəsarəti zəruri müdafiə vəziyyətində yetirdiyini iddia etmişdir. Məhkəmə kollegiyası işin hallarını təhlil və tədqiq edərək belə nəticəyə gəlir ki, hadisə zamanı Məhkum münasibətdə zəruri müdafiə vəziyyəti yaranmamışdır. Zəruri müdafiə vəziyyətinin yaranmasına dəlalət edən cinayət işi üzrə heç bir sübut mövcud deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlili də əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünü və həddini də müzakirə edərək belə nəticəyə gəlir ki, məhkuma təyin edilmiş cəza həm növü, həm də həddi baxımından qanuni və əsaslı olmaqla məhkum tə rəfindən törədilımiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla onun islah olunmasına kifayət edəcək səviyyədədir. Məhkumun cəzasını yüngülləşdirən hallar isə apellyasiya instansiyası tərəfindən nəzərə alınmış və məhkuma maddənin sanksiyasının aşağı həddinə yaxın cəza təyin etmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsaslar tapmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1586/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1586/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver