Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1587/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun Məhkum2 iştirakları ilə xx xxxxx 1978-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1ndə qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206. 3.2 və 228.2.1-ci maddələri ilə, xx xxxxx 1978-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1ndə qeydiyyatda olmaqla yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2 və 228.2.1-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), D.H.İmanov və M.Ə.Bağırov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 206.3.2 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək CM-in 206.3.2-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat cərimə cəzası, CM-in 228.2.1-ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum1 qəti olaraq 3000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 206.3.2 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilərək CM-in 206.3.2-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat cərimə cəzası, CM-in 228.2.1-ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzasın a məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum2 qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), Ç.B.Məmmədov və T.A.Muxtarov) apellyasiya protesti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-in 206.3.2ci maddəsi əsasında təyin edilmiş cərimə cəzası dəyişdirilərək onun barəsində CM-in 62-ci maddəsinin tətbiqi saxlanılmaqla 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 228.2.1-ci maddəsi ilə təyin edilmiş cərimə cəzası, barəsində CM-in 62-ci maddəsinin tətbiqi saxlanılmaqla 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-in 66.3-cü maddəsinin tələbinə əsasən Məhkum1 CM-in 206.3.2 və 228.2.1-ci maddələri ilə təyin olunmuş cəzalar qismən toplanılaraq onun üzərində qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi əsasında təyin edilmiş cərimə cəzası dəyişdirilərək onun barəsində CM-in 62-ci maddəsinin tətbiqi saxlanılmaqla 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 228.2.1-ci maddəsi ilə təyin edilmiş cərimə cəzası, barəsində CM-in 62-ci maddəsinin tətbiqi saxlanılmaqla 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CMin 66.3-cü maddəsinin tələbinə əsasən Məhkum2 CM-in 206.3.2 və 228.2.1-ci maddələri ilə təyin olunmuş cəzalar qismən toplanılaraq onun üzərində qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum1 partlayıcı maddələri tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə barədə 2019-cu ilin oktyabr ayının əvvəllərində Qazax şəhərində tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə Məhkum1 idarə etdiyi «VAZ 21013» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Məhkum2 isə idarə etdiyi «VAZ 2105» markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 oktyabr 2019cu ildə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan keçməklə Gürcüstana getmiş, həmin tarixdə Gürcüstanın Tbilisi şəhərində yerləşən istintaqa məlum olmayan mənbədən 15 bağlamada ümumilikdə 3003,5 qram çəkidə, hamarlüləli odlu ov silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan patronların və kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə edilən bilən partlayıcı maddə hesab olunan tüstüsüz barıtı Məhkum2la birlikdə əldə edib, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Məhkum1 idarə etdiyi «VAZ 21013» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində rezin örtüy ün altında gömrük nəzarətindən gizlədib saxlayaraq Gürcüstandan Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 21 radələrində Qazax rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkum2 partlayıcı maddələri tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə barədə 2019-cu ilin oktyabr ayının əvvəllərində Qazax şəhərində tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə Məhkum1 idarə etdiyi «VAZ 21013» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Məhkum2 isə idarə etdiyi «VAZ 2105» markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 oktyabr 2019-cu ildə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan keçməklə Gürcüstana getmiş, həmin tarixdə Gürcüstanın Tbilisi şəhərində yerləşən istintaqa məlum olmayan mənbədən 15 bağlamada ümumilikdə 3003,5 qram çəkidə, hamarlüləli odlu ov silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan patronların və kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə edilən bilən partlayıcı maddə hesab olunan tüstüsüz barıtı Məhkum1la birlikdə əldə edib, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Məhkum1 ida rə etdiyi «VAZ 21013» markalı, 57BG328 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində rezin örtüyün altında gömrük nəzarətindən gizlədib saxlayaraq Məhkum1 tərəfindən Gürcüstandan Azərbaycan Respublikasına daşımasına və həmin tarixdə saat 21 radələrində Qazax rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Dövlət ittih amçısı qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı məhkumlara cəza təyininə dair hissədə əsassızdır. Belə ki, məhkəmə CM-in 206.3.2 və 228.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş Məhkum1 və Məhkum2 onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəsizlik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, birgə icraçılıqla qaçaqmalçılıq yolu ilə 3003,5 qram çəkidə barıtı Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirməklə biri ağır, digəri isə az ağır cinayətlər kateqoriyasına aid cinayətlər törətmiş təqsirləndirilən şəxslərə əsassız olaraq yüngül cəza təyin etmişdir. Dövlət ittihamçısının fikrincə, təqsirləndirilən şəxslərin barəsində CM-in 62-ci maddəsinin tətbiqinə əsas olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiy ası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum2 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, yalnız məhkumlara təyin edilən cəzanın yüngül olması qeyd edilir. Azərbaycan Respublikası CM-in 206.1-ci maddəsinə əsasən: “Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsicinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “ Azərbaycan Respublikası CM-in 206.3-cü maddəsi ilə həmin Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə əsasən: “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdəüç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olma lıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəməl ər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuli yyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum еdilmiş şəхslərə Məhkum1 və Məhkum2 cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətini düzgün nəzərə alm ış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzalarının qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61 və 62-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 barələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, əvvəllər məhkum olmamalarını, törətdik ləri cinayət əməlindən peşman olmalarını, hər birinin himayəsində üç uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, həmçinin Məhkum1 cinayətin açılmasına və onun digər iştirakçısının ifşa edilməsinə fəal köməklik göstərməsi cəzalarını yüngülləşdirən hallar kimi və cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə məhkumların barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu düzgün olaraq onların hər birinə münasibətdə müstəsna hallar kimi nəzərə almış, eyni zamanda onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxs iyyətlərini nəzərə almaqla CM-in 62-ci maddəsini tətbiq etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərba ycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə t ətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 CM-in 206.3.2 v ə 228.2.1-ci maddələri ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası qanunidir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla yanaşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni ap ellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şər h edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1587/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1587/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver