Məhkəmə qərarları › İş №1(102)-1587/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1587/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1587/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Salmanlı Mirkəbir Əliheydər oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(099)478/2021 nömrəli (hakimlər: Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 7 oktyabr 1975-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, XXX-də qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, CM-in 228.1-ci maddəsi ilə ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 28 mart 2021-ci il tarixdən hesablanması, məhkə mənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunması, ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmiş, iş üzrə ekspertiza xərci və maddi sübutlar ilə bağlı məsələlər də öz həllini tapmışdır. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Şükürov Ədalət Müslüm oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Abdullayev İlkin Qismət oğlu və Əliyev Əhmədov İsmayıl Həmid oğlundan ibarət məhkəmə tərkibində) 26 may 2022-ci il tarixli 1(106)-114/2022 nömrə li qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmünə görə Məhkum, qanunsuz olaraq yivli odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etmiş və saxlamış, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımış, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə, satış məqsədi ilə külli miqdarda narkotik va sitəni qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Belə ki, Məhkum məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd 483595 nömrəli, Çexoslovakiya dövlətində istehsal olunmuş, 7,65 mm kalibrli texniki cəhətdən saz, atəş üçün yararlı odlu yivli silah olan VZOR-70 modelli tapança, həmin silahın komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 7,65 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş 7,65 x 17 mm kalibirli Brauning konstruksiyalı və həmin kalibrli digər silahlardan atəş üçün nəzərdə tutulmuş və atəş açmaq üçün yararlı döyüş sursatı olan 5 (beş) ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 9 x 18 mm kalibirli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı həmin kalibrli silahlardan atəş üçün nəzərdə tutulmuş və atəş açmaq üçün yararlı döyüş sursatı olan 16 (on altı) ədəd patron, habelə, külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə, satış məqsədi ilə külli miqdarda, 2089,937 qram çəkidə narkotik vasitə olan heroini əldə edib Cəlilabad rayonu, Hasıllı kəndində yerləşən özünə məxsus olan fermanın həyətindəki bağçada torpağın altında gizlətməklə saxlamış, bundan başqa, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 5,036 qram çəkidə narkotik vasitə tiryəki əldə edib, üzərində saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının məlumat əsasında keçirdiyi əmə liyyat-axtarış tədbirləri nəticəsində 28 mart 2021-ci il tarixdə saat 23 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi “VAZ-21015” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə 5,036 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, bundan sonra, sorğu zamanı külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı fermanın həyətində torpağın altında gizlətməklə saxladığını bildirmiş 29 mart 2021-ci tarixdə saat 19 radələrində ona məxsus Cəlilabad rayonu, Hası llı kəndində yerləşən fermanın həyətinə baxış keçirilərkən daş hasarın yanındakı şam ağacının dibində torpağa basdırılmış bir ədəd ağ rəngli plastik qabın içərisində 12 (on iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 101,108 qram, 94,688 qram, 100,878 qram, 27,132 qram, 102,800 qram, 188,596 qram, 184,935 qram, 272,801 qram, 209,529 qram, 275,609 qram, 290,293 qram, 241,568 qram olmaqla ümumilikdə külli miqdarda, 2089,937 qram narkotik vasitə heroin, habelə, qeyd edilən bir ədəd VZOR-70 modelli tapança, həmin silahın komplekt hissəsi olan bir ədəd daraq, 5 (beş) ədəd 7,65 x 17 mm kalibrli, 16 (on altı) ədəd 9 x 18 mm kalibirli patron aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydə r oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum hüquqları pozulmuş, onun barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, Məhkum narkotik vasitəyə heç bir aidiyyəti yoxdur, heç zaman narkotik vasitəsinin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs Məhkum öz ifadələrindən və iş materiallarından aydın olur ki, narkotik vasitələri və silahı özünə məxsus fermada gizlətməmiş, həmin narkotik vasitələri və silahı Xin xahişi və istəyi ilə həmin fermada Məhkum xəbəri olmadan Şahid5 basdırmışdır. Bu xəbəri bilən Məhkum bərk əsəbləşmiş və bu barədə könüllü olaraq polisə məlumat vermişdir. Əgər məlumatı olub hər hansı səbəbdən bu barədə hüquq mühafizə orqanlarına məlumat verilmirsə şəxsin əməlini göstəri lən maddələrlə deyil bilib xəbər verməmə və s. maddələrlə məsuliyyətə cəlb edilməsi müzakirə oluna bilər. Həmçinin, əgər Məhkum Şahid5la hər hansı əlbirliyi mövcud olmuşsa bu hal təkzib olunmaz sübutlarla aşkara çıxarılıb sübut olunmalı idi, bu halı isə ibtidai istintaq və ya məhkəmə istintaqı sübut edə bilməmiş, formal mülahizələrə əsaslanaraq şəxsi həmin ittihamda təqsirli bilmişdir. Məhkum narkotik vasitəsinin və silahın könüllü şəkildə orada olmasını göstərməsini və polis orqanlarına bildirməsini məhkəmə nəzərə almamışdır. Məhkəmə nəinki ciddi nöqsanları, qanun pozuntularını nəzərə almamış, eyni zamanda təqsirləndirilən şəxsə maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddini təyin etməklə cəzanın məqsədinə, yəni şəxsin islah olunması və sosial ədalətin bərpasına hesabl anmış meyarları heçə saymışdır. Belə ki, təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində xəstə övladlarının olmasını, evi dolandıran yeganə şəxs olmasını, özünün infakt keçirməsini, ürək xəstəliyindən əziyyət çəkməsini, sağlamlıq durumunun ağır vəziyyətdə olmasını, cəmiyyətdə müsbət xarakterizə olunan şəxs olmasını, ictimai həyatda faydalı iş əmsalını nəzərə almadan ən yuxarı cəzanı təyin etmişdir. Qeyd olunanlara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Salmanlı Mirkəbir Əliheydər oğlu çıxış edərək, ibtidai istintaq və məhkəmə istintaqı zamanı kobud pozuntulara yol verildiyini, şahid ifadələrinin qanuni şəkildə araşdırılmadığı nı, əməliyyat axtarış tədbirlərində kobud pozuntulara yol verildiyini, iş materiallarında əlbirliklə bağlı heç bir sübutun olmadığını bildirib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respubl ikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun o laraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, cəza təyini zamanı yüngülləşdirici hallar nəzərə alınmamış, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cina yət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələ b edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 26 may 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq yivli odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə və saxlama, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CP M-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. İş materiallarında olan 28 mart 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, vəkil Mehman Mütəllimovun iştirakı ilə videoçəkiliş aparılmaqla Məhk um üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Məhkum əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə tiryək olduğunu, həmin narkotiki 2020-ci ilin avqust ayında mərhum qohumu Rizvan adlı şəxsdən almasını, istifadə etmək məqsədilə üzərində gəzdirməsini bildirmişdir. Bundan başqa Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 29 mart 2021-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, vəkil Mehman Mütəllimov və Məhkum iştirakları ilə 29 mart 2021-ci il tarixdə Cəlilabad rayonu, Hasıllı kəndində yerləşən özünə məxsus olan fermanın həyətyanı bağ sahəsinə video çəkiliş aparılmaqla baxış keçirilmişdir. İlkin olaraq Məhkum yaşadığı evdə və həyətyanı bağ sahəsində, yaxud da həyətdə yerləşən digər yerlərdə narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet gizlədibsə, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmişdir. Məhkum də həyətyanı bağ sahəsində, hasarın yanından, şam ağacının dibindən torpağın altında bir ədəd plastik qabın içərisində müxtəlif çəkilərdə olan bükümlərdə narkotik vasitə gizlətməsini bildirmişdir. Məhkum təqdim etdiyi yer qazılıb baxılarkən torpağın altından bir ədəd ağ rəngli plastik qab aşkar olunmuşdur. Həmin plastik qab açılıb baxıldıqda içərisində 13 ədəd bükümün olması müəyyənləşdirilmişdir. Aşkar edilmiş bükümlər açılıb baxıldıqda 12 ədəd bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Bundan başqa bir ədəd qara rəngli sellofan torbanın içərisindən üzərində «VZOR 70 CAL 766, MADE İN CHECHOSLOVAKİA» sözləri yazılmış bir ədəd odlu silaha bənzər predmet, həmin silahın üzərindən bir ədəd sandıqçaya bənzər predmet, sandıqçanın içərisindən 5 ədəd patrona bənzər predmet, əlavə olaraq başqa bir bükümün içərisindən 16 ədəd patrona bənzər predmetlər aşkar edilərək götürülmüşdür. Qeyd olunanlardan əlavə qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 Xin fermasından aşkar olunan narkotik vasitələrin və odlu silahın Xə məxsus olmaması, mərhum X xahişi ilə onun tərəfindən X məxsus fermada gizlədildiyi barədə ifadə v ersə də, Şahid5 ibtidai istintaq zamanı 29 mart 2021-ci ildə şübhəli şəxs kimi müdafiəçinin iştirakı ilə vermiş olduğu ifadəyə nəzər yetirildikdə müəyyən olunur ki, onun Məhkum üzərində hər hansı narkotik maddənin olmasından, həmçinin Məhkum məxsus fermanın həyətində narkotik maddələrin və ya hansısa silahın və patronların mövcüd olmasından onun heç bir məlumatı olmamışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Şahid5 və təqsirləndirilən şəxs Məhkum aşkar edilən narkotik vasitə və odlu silahın Məhkum məxsus olmaması, mərhum Xə məxsus olması və onun xahişi ilə Şahid5 tərəfindən fermada basdırılaraq gizlədilməsi barədə göstərdikləri xüsusatlar cinayət işinin faktiki hallarına uyğun olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq Məhkum müdafiə xarakteri daşıyar aq onu məsuliyyətdən yayındırmaq məqsədi kimi qiymətləndirilmiş və sübut kimi qəbul edilməmişdir, əksinə ibtidai istintaq dövründə müdafiəçilərinin iştirakı ilə vermiş olduqları ifadələri isə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla üst-üstə düşdüyündən sübut kimi qəbul etməkdə əsaslı olmuşdur. Müdafiəçi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərin ə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tu tulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı tam etirafedici, məhkəmə baxışı zamanı isə qismən etirafedici ifadələri, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokollar, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cü mlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onl ar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə ç ıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasit ə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələ ndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum və müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qan ununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların (əməlini qismən etiraf etməsi, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması) olması, ağırlaş dıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsini n qərarı dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarı Məhkum müdafiəçisi Salmanlı Mirkəbir Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar