Məhkəmə qərarları › İş №1(102)-1587/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1587/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1587/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən), Roman Ələkbərli və Elmin Rüstəmov) 1(100)-54/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1990-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, ona təyin olunmuş 1 (bir) ay 10 (on) ay müddətə azadlıqdan məhrume tmə cəzası onun 04 noyabr 2021-ci il tarixdən 06 sentyabr 2023-cü tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzasını çəkmiş hesab olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi olmadan şəxsi istehsal miqdarından artıq olduğundan yeni, külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 635 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 23.30-da Ağdaş rayo nu Qolqəti kəndində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinə dəvət olunub orada 05 noyabr 2021-ci il tarixdə saat 02:00-da üzərinə şəxsi axtarış keçirilərkən sol əlindəki bir ədəd ağ-qara rəngli polietilen torbada külli miqdarda 635 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayev) 31 yanvar 2024-cü il tarixli 1(104)-53/2024 nömrəli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli 1(100)-54/2023 nömrəl i hökmü apellyasiya protestinə əsasən ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, yeni hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 04 noyabr 2021-ci il tarixdən 06 serntyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 10 (on) ay 2 (iki) gün hazırki hökmlə təyin edilmiş cəzaya hesablanmış və üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının hökmünün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi barədə qərar çıxarılmasını, əməliyyat-axtarış tədbirini həyata keçirən polis əməkdaşlarının Məhkum yaşadığı evə basqını və digər qanunsuz davranışları nəzərə alınaraq barələrində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə tədqiq sübutlara düzgün qiymət verməmiş və işin hallarını nəzərə almamış, nəticədə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması barədə səhv nəticəyə gəlmişdir. X2, X4, X6 və X1 şahid ifadələri belə özü-özlüyündə təqsirləndirilə n şəxs Məhkum verilmiş ittiham üzrə tam şəkildə bəraət verilməsini zəruri etmişdir. Ümumiyyətlə məhkəmə hökmlərinə diqqət yetirildikdə açıq-aşkar görünür ki, yuxarıda qeyd olunan şahid ifadələri ilə yanaşı əldə olunan telefon anten məlumatlarına obyektiv hüquqi qiymət verməyə məhkəmələrin cəsarətləri çatmamışdır. Məhkəmə tərkibi faktiki olaraq, şahid ifadələri ilə yanaşı telefon anten məlumatlarını və sair sübutların məcmusuna qiymət verməyərək hərtərəfli, tam və obyektiv məhkəmə araşdırmasının həyata keçirilməsini təmin etməmişdir. Halbuki, müdafiə tərəfinin təşəbbüsü ilə çağırılaraq dindirilmiş şahidlərin ifadələrindən görünür ki, təqsirləndirilən şəxs Məhkum arvadı Gülnar Cəfərova faktiki olaraq onunla birlikdə polis tərəfindən tutularaq Gəncə şəhərinə gətirilmiş, qeyd olunan xüsusat Gü lnar Cəfərovanın telefon anten məlumatları ilə tam təsdiq olunur. Bütün bu göstərilən hallar baxımından kassator hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair məhkəmənin tamamilə yanlış olaraq gəldiyi qənaət nəinki işin həqiqi hallarına uyğun gəlmir, hətta məhkəmənin öz hökmündə sübutlara münasibətdə verdiyi qiymətləndirmə ilə də, açıq-aşkar ziddiyyət təşkil edir. Kassasiya şikayətində qeyd edilən bütün hallara əsaslanaraq kassator hesab edir ki, həm ibtidai araşdırma, həmdə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir və Məhkum əməlində cinayət tərkibinin olmadığı tam şəkildə təsbit olun ur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin ha lları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkum barəsində qəbul edilmiş apellyasiya məhkəməsinin ittiham hökmü əsassızdır. Kassator hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmamış, lakin apellyasiya məhkəməsi sübutların düzgün qiymətləndirməməsi və nəzərə almaması nəti cəsində məhkumun təqsirliliyi barədə əsassız və səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakı qeyd edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişlər ki, həmin sübutların məcmusu ilə məhkumun qanunsuz olaraq 635 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi və saxlaması təsdiq edilmişdir. Həmin nəticəyə gələrkən, apellyasiya məhkəməsi sübutların məcmusuna qiymət vermiş, Məhkum cinayətin törədilməsi barədə ifadələri digər sübutlarla təkzib edildiyindən həqiqətə olmayan, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Məhkəmələr işin bu halları müəyyən edərkən şahid ifadələrinə, şəxsi axtarış və götürmə haqqında protokola, maddi sübuta, məhkəmə-bioloji ekspertizasının rəyinə və digər sübutlara istinad etmiş, həmin sübutları qiymətləndirmiş, onları mümkün və mötəbər sübutlar kimi qəbul etmiş və bununla əlaqədar öz mövqeyi hökmdə əsaslandırmışlar. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara nəzər salıb məhkumun qanunsuz olaraq 635 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi və saxlamasının sübutlarla təsdiq olunması barədə gəldikləri nəticə əsaslı hesab edir və kassasiya şikayətinin işin bu halının sübutlarla təsdiq olunmaması barədə dəlillərlə razılaşmır. İbtidai istintaq orqanı və apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişlər ki, Məhkum 635 qram qurudulmuş marixuananı satmaq məqsədi ilə əldə etmiş və saxlamış və onun əməli CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkum tərəfindən 635 qram qurudulmuş marixuananı əldə edilməsi və saxlanmasının sübutlarla təsdiq olunması barədə mövqeyi ilə razılaşsa da, onun əməlinin tövsifi barədə məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehs al etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 139.0.3-cü maddəsinin tələblərinə görəcinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd olunduğu kimi cinayət işi üzrə ibtidai araşdırma zamanı toplanmaqla, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum məlum olmayan mənbədən 635 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaql a daşımış, 04 noyabr 2021-ci il tarixdə, saat 23:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə sol əlindəki bir ədəd ağ-qara rəngli polietilen torbadadan aşkar edilərək götürülmüşdür. Lakin, nə ibtidai araşdırma orqanı, nə də apellyasiya instansiya məhkəməsi Məhkum ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin onu satmaq olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kol legiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, şərti və ya həqiqi alıcı ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarında Məhkum tərəfindən belə hərəkətlərin törədilməsi müəyyən edilməmiş, cinayət işinin halları da onun narkotik maddəni satmaq məqsədini təsdiq etmir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə, apellyasiya instansiyası məhkəməsi tərəfindən onu həmin maddə ilə təqsirli bilinməsi barədə məhkəmə hökmünün çıxarılmasına baxma yaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə icraatı zamanı onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya onda bu niyyətin olmasını təsdiq edən heç bir sübut əldə etməmiş və heç bir hal müəyyən edilməmişdir Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, onun 635 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi öz-özlüyündə onun həmin narkotik vasitənin satmaq məqsədini ehtiva etmir, cinayət işi üzrə məhkumun satış məqsədinin olmasına dəlalət edən digər hallar da müəyyən edilməmişdir. Məhkum ibtidai istintaqın ilkin mərhələsində satış məqsədi haqqında verdiyi ifadələrə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, məhkumun onda olan narkotik vasitəni satmaq məqsədini təsdiq edən digər sübutlar olmadan ittihamın əsasını təşkil edən işin bu halı yalnız onun ilkin etirafedici ifadəsinə əsasən müəyyən edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs Məhkum üzərinə şəxsi axtarış keçirilərkən, həmçinin ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədinin olmasını bildirsə də, ibtidai istintaqın sonrakı mərh ələsində və məhkəmə istintaqları zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulduğunu, onda heç bir marixuananın olmamasını, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmiş, axtarış zamanı üzərində aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmişdir. Məhkum tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilmiş şahidlər tərəfindən Məhkum üzərindən aşkar ed ilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Məhkum ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən onun istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Məhkum narkotik və psixotrop vasitələrin satışı ilə məşğul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır. Aşkar edilmiş narkotik vasitənin miqdarı da (bir ədəd ağ-qara rəngli polietilen torbada 635 qram) məhkumun həmin narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsi və saxlamasını təsdiq edən hal kimi bir mənalı qəbul edilə bilməz. Apellyasiya instansiyasında məhkəmə araşdırması zamanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir digər məlumat və ya sübu t müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, Məhkum tərəfindən onun üzərindən aşkar edilmiş bir ədəd polietilen torbada 635 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edilməsi, üzərində saxlanması, daşınması iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası CM-in 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıra n cinayət qanununun geriyə qüvvəsi yoxdur. Cinayət törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin redaksiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələrin istehlak miqdarından artıq miqdarda əldə edilməsinə və saxlanılmasına görə cinayət məsuliyyəti CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Hazırda qüvvədə olan CM-in 234-cü maddəsinin redaksiyasında həmin əməlin külli miqdarda törətməsinə görə daha ağır cinayət məsuliyyəti CM-in 234-1.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. 234-1.1-ci maddə Cinayət Məcəlləsinə Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516-VİQD qanunu ilə əlavə edilmiş, həmin qanun 20 may 2022-ci il tarixdə mətbuatda dərc edilmişdir. Azərbaycan Respublikası CM-in 10.4-cü maddəsini n tələblərinə görə Məhkum törədildiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cəlb edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası qənaətə gəlir ki, Məhkum ondan aşkar olunub götürülmüş 635 qram marixuananı satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham və onun barəsində həmin maddə ilə çıxarılmış ittiham hökmü yalnız ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan R espublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 349.3-cü m addəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-i n 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində törədilmiş cinayəti n xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ic timai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakte rinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkuma Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin ediləcək cəzanın növü və həcmi müzakirə edərək, onun şəxsiyyəti və işin digər halları ilə yanaşı məhkəmə kollegiyası onun tərəfindən qanunsuz əldə edilmiş və saxlanmış narkotik vasitənin miqdarını nəzərə alır və ona CM-in 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini və onun həmin cəzanı real çəkməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifi ndə səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2024-cü il tarixli 1(104)-53/2024 nömrəli hökmü dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə qaldığı 1 (bir) il 10 (on) ay 2 (iki) gün müddət cəzaya hesablansın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2024-cü il tarixdən hesablansın. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2024-cü il tarixli 1(104)-53/2024 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar