Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1588/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakları ilə xx xxxx 1972-ci ildə Qazaxıstan Respublikası Almata şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ******************************* qeydiyyatda olan, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: R.V.Salmanov (sədrlik edən), M.A.Bayramov və A.K.Orucov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddə tinin başlanğıcı 12 dekabr 2016-cı il tarixdən hesablanması və Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi X2 mülki iddiasının təmin edilməsi, maddi ziyan 150.000 (yüz əlli min) manat pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi X2 mülki iddiasının təmin edilməsi, maddi ziyan 90.000 (doxsan min) manat pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi, Zərərçəkmiş şəxs3 mülki iddiasının təmin edilməsi, maddi ziyan 340.000 (üç yüz qırx min) manat pulun Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs3 ödəniməsi, Zərərçəkmiş şəxs4 mülki iddiasının təmin edilməsi, maddi ziyan 77080 (yetmiş yeddi min səksən) manat pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilməsi, zərərçəkmiş şəxs X4 mülki iddiasının təmin edilməsi, maddi ziyan 43941,16 (qırx üç min doqquz yüz qırx bir manat on altı qəpik) manat pulun Təqsirləndirilən şəxs tutularaq K6 ödənilməsi, zərərçəkmiş şəxs X7 mülki iddiasının qismən təmin edilməsi, maddi ziyan 49.500 (qırx doqquz min beş yüz) manat pulun Təqsirləndirilən şəxs tutularaq E6 ödənilməsi, qalan hissədə rədd edilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2018-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və E.Y.Şamayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmü Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X8 43.941,16 manat məbləğində ziyan vurmaqla dələduzluq cinayəti törətməsinə dair ittihamın məzmununda “külli miqdarda” sözləri “xeyli miqdarda” sözləri ilə əvəz edilmişdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmiş, bundan əlavə təkrarən törədilməklə və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, "xxxx" ASC-nin Azadlıq filialının xəzinə şöbəsində xəzinədar vəzifəsində işləyərkən, valyuta mübadiləsini həyata keçirən səlahiyyətli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, 2016-cı ilin iyul ayında valyuta mübadiləsi üçün ona müraciət etmiş tanışı, Bakı şəhər sakini Z ərərçəkmiş şəxs1 inam və etibarından istifadə edərək sonuncunun ABŞ dollarına dəyişmək istədiyi 150.000 manatı 1 ABŞ dollarının 1,5 manat nisbəti ilə 1-2 ay ərzində mübadilə edib 100.000 ABŞ dolları verəcəyini vəd edərək, bundan sonra Zərərçəkmiş şəxs1 sürücüsü X14 ilə göndərdiyi 150.000 (yüz əlli min) manat pulu Bakı şəhəri, ************************ küçəsində yerləşən "xxxx" ASC-nin Azadlıq filialında alıb həmin məbləği özünün şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək, təkrarən, eyni niyyətlə 2016-cı ilin iyul ayında valyuta mübadiləsi üçün ona müraciət etmiş tanışı, Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 inam və etibarından istifadə edərək sərfəli məz ənnə ilə, yəni 1 ABŞ dollarının 1,5 manat nisbəti ilə hissə-hissə mübadilə edəcəyini bildirib, sonuncudan Bakı şəhəri, ************************** küçəsində yerləşən "xxxx" ASCnin Azadlıq filialının qarşısında 120.000 manatı alıb həmin pulun müqabilində ona 80000 ABŞ dolları verəcəyini vəd etdikdən sonra, 2-3 ay ərzində bir neçə dəfəyə Zərərçəkmiş şəxs2 30.000 manat ekvivalentində, cəmi 20000 ABŞ dolları verərək, qalan 90.000 manatı qaytarmayıb özünün şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən, eyni məqsədlə, 2016-cı ilin avqust ayında yaxın münasibətlərdə olduğu Zərərçəkmiş şəxs1 və onun tanışı Zərərçəkmiş şəxs3 inam və etibarından i stifadə edərək, sonuncunun 102.000 manat pulunu ABŞ dollarına dəyişmək üçün Zərərçəkmiş şəxs1 vasitəsilə etdiyi müraciətinə əsasən, həmin məbləğdə pulu 1,7 manat məzənnəsi ilə 60.000 ABŞ dollarına dəyişəcəyini vəd verərək, bir neçə gün ərzində mübadilə edib qaytaracağını bildirməklə Zərərçəkmiş şəxs3 "xxxx" ASC-nin Azadlıq filialında qeyd edilən tarixdə, cəmi 102.000 manat, bundan bir neçə gün sonra isə Zərərçəkmiş şəxs3 238.000 manat pulu ABŞ dollarına dəyişmək barədə yenə də Zərərçəkmiş şəxs1 vasitəsilə etdiyi müraciətə əsasən işlədiyi filialda qeyd edilən məzənnə ilə ABŞ dollarına dəyişmək adı ilə Zərərçəkmiş şəxs3 cəmi 238.000 manat olmaqla, ümumilikdə 340.000 (üç yüz qırx min) manat pul vəsaitini almaqla, heç bir mübadilə əməliyyatı aparmadan özünün şəxsi ehtiyaclarına xərcləməklə Zər ərçəkmiş şəxs3 külli miqdarda ziyan vuraraq, təkrarən, dələduzluq etmişdir. Bununla yanaşı, o, "xxxx" ASC-nin Azadlıq filialında Xəzinə şöbəsinin xəzinədarı vəzifəsindən 01 sentyabr 2016-cı il tarixdə azad olunmasına baxmayaraq, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə məqsədilə, özünü qeyd olunan bank üzrə valyuta mübadiləsini həyata keçirən səlahiyyətli şəxs kimi təqdim edib 2016-cı ilin sentyabr ayında ona valyuta mübadiləsi etmək üçün müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 aralarında olan yaxın münasibətlərə görə ona olan inam və etimadından istifadə edərək, sonuncudan Bakı şəhəri, *************************** küçəsində yerləşən "xxxx" ASC-nin Azadlıq filialında 47.000 ABŞ dollarını (həmin dövrün məzənnəsi ilə 77.080 manat) Azə rbaycan manatına dəyişmək adı ilə alıb həmin məbləği özünün şəxsi ehtiyaclarına xərcləyərək, Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, eyni niyyətlə, "xxxx" ASC-nin Azadlıq filialında Xəzinə şöbəsinin xəzinədarı vəzifəsindən 01 sentyabr 2016-cı il tarixdə azad olunmasına və pul köçürməsi ilə bağlı hər hansı bir səlahiyyətə malik olmadığı halda, özünü xarici ölkələrə pul köçürməsini həyata keçirən səlahiyyətli şəxs kimi təqdim edib, 10 noyabr 2016-cı il tarixdə X3 Dubay şəhərində fəaliyyət göstərən "X17 LTD" şirkətinə aldığı boya məhsullarının dəyərini ödəməkdən ötrü pul köçürməsinin aparılması üçün tanışı X11 müraciət edərkən, sonuncunun inam və etibarından istifadə edərək həmin pulu bank vasitəsilə köçürəcəyini vəd edib, 23. 800 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 39.941,16 manat) və 4000 manat olmaqla cəmi 43.941,16 manatı sonuncunun yaşadığı ünvan 1 ünvanında alıb ələ keçirərək, həmin məbləği özünün şəxsi ehtiyaclarına sərf etməklə, Kamandar Quliyevə külli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bununla yanaşı, o, təkrarən, eyni məqsədlə, "xxxx" ASC-nin Azadlıq filialında Xəzinə şöbəsinin xəzinədarı vəzifəsindən 2016-cı ilin sentyabr ayının 1-də azad olunmasına baxmayaraq özünü qeyd olunan bankın valyuta mübadiləsini həyata keçirən səlahiyyətli şəxsi kimi təqdim edib 11 noyabr 2016-cı il tarixdə saat 11 radələrində əvvəllər dəfələrlə onunla valyuta mübadiləsi etmiş tanışı X13 ona bu məqsədlə müraciət etdikdə, sonuncunun ona olan inam və etibarından istifadə edərək 1 ABŞ dollarının 1,65 ma nat nisbəti ilə axşam saatlarına dəyişib verə biləcəyini vəd verib, E6 Bakı şəhəri, ************************ küçəsində yerləşən "xxxx" ASC-nin Azadlıq filialında 165.000 manat pulu almış, vəd etdiyi vaxtda ona 115.500 manat ekvivalentində 70.000 ABŞ dolları verərək, qalan 49.500 manatı da 14 noyabr 2016-cı il tarixdə 30.000 ABŞ dollarına dəyişərək verəcəyini bildirmiş, bundan başqa həmin vaxt E6 ona tanışı X9 məxsus 90.000 manatı da ABŞ dollarına dəyişmək üçün müraciət etdikdə, 1,68 məzənnəsi ilə həmin əməliyyatı bir neçə gün ərzində yerinə yetirəcəyini vəd edərək qeyd olunan məbləğdə pulu E6 "xxxx" ASC-nin Azadlıq filialında alıb, sonradan özünün şəxsi ehtiyaclarına xərcləyərək, E6 məxsus 49.500 manat və Y6 məxsus 90.000 manat pul vəsaitini ələ keçirib külli miqdarda ziyan vurmaqla, təkra rən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, o, əslində, iş üzrə zərərçəkmiş şəxsləri tanımamış, pulu ibtidai istintaq zamanı adını çəkmək istəmədiyi qohumundan faizlə almış və valyuta mübdiləsi əməliyyatları aparmaqla qazandığı puldan qohumuna hər ay pul vermişdir. Azərbaycan manatının devalvasiyaya uğramasından sonra zərərə düşdüyündən pulları qaytara bilməmişdir. Məhkumun fikrincə, məhkəmə kollegiyası tərəfindən onun cəzasını yüngülləşdirən hallar, yəni ilk məhku mluğu, ailə vəziyyəti kifayət qədər nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə həm məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, həm də təyin edilmiş cəzanın ağır olması mübahisə ed ilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Kassasiya şikayətinin, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə əsassız məhkum edilməsinə dair dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müv afiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs işin hallarında təsvir olu nan dələduzluq cinayətini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X11, X13 və X5 ifadələri, şahidlər X14, X15 və X6 ifadələri, baxış protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublik ası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci ma ddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərən cam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cüml ədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə qanunda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddində cəza təyin etmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı vardır və cəzasını ağırlaşdıran hallar müəyyən edi lməmişdir. CM-nin 59.1.4-cü maddəsinin tələbinə görə cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal hesab edilir və cəza təyini zamanı nəzərə alınmalıdır. Lakin məhkəmələr Təqsirləndirilən şəxs cəza təyin edərkən bu halı nəzərə almayaraq səhvə yol vermişlər. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadl ıqların bərpasına nail olur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin hə yat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəbdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər.. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kasassiya şikayəti qismən təmin edilsin. Məhkum Təq sirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2018-ci tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 10 (on) ildən 9 (doqquz) il 6 (altı) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1588/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1588/2019
20.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver