Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1588/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2 021-ci il tarixli, 1(104)-16/2021 nömrəli qərarından məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 02 aprel 1965-ci il tarixdə Qazax rayonu Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Dağkəsəmən kəndində yaşamışdır.
2. Məhkum2 20 aprel 1988-ci il tarixdə Qazax rayonunun Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Dağkəsəmən kəndində yaşamışdır.
3. Məhkum3 18 aprel 1994-cu il tarixdə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, or ta təhsilli, subay, Ağstafa rayonu Dağkəsəmən kəndində yaşamışdır. 4. 14 noyabr 2018-ci il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.2.1-ci maddəsi ilə, Məhkum3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1, 20.08.2017-ci il tarixdə saat 21 radələrində yaşadığı Dağkəsəmən kəndi ərazisində yerləşən ona məxsus “RET” petrol yanacaq doldurma məntəqəsinin həyətində oğlu olan həmkəndlisi Məhkum3 və qardaşı oğlu olan həmkəndlisi Məhkum2 ilə bir qrup halında, o və qardaşı oğlu Məhkum2 yumruq və təpiklə yanacaq doldurma məntəqəsinə gəlmiş həmkəndli si Müdafiəçi sifətindən və ayağından vuraraq sol gözün alt səthində qançır və sol baldırın sıyrığı, oğlu Məhkum3 isə yanacaq doldurma məntəqəsində olan yanğın zamanı istifadə olunacaq silah qismində istifadə edilən əşya olan bel ilə kürəyindən və əlindən vuraraq sonuncuya sol kürəkaltı nahiyənin və sağ əlin göstərici barmağının sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə vətəndaşların dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ictimai yer hesab olunan küçədə olan şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq göstərərək, cəmiyyət də hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri edib qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. 6. 25 dekabr 2018-ci il tarixdə Ağstafa rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1, Məhkum2 və Məhkum3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
7. Ağstafa Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 1(015)-20/2020 nömrəli hökmü ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına, Məhkum3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi il ə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edillmiş, Məhkum3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası bir il sınaq müddəti ilə şərti hesab edilmişdir.
8. Hökmdən təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 birlikdə apelyasiya şikayəti verib hökmün ləğv edilməsini və onların barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxslər apelyasiya şikayətini belə əsaslandırmışlar ki, onlara qarşı ittiham irəli sürülməsi əsassız və qanunsuz olmuşdur. Onların zərərçəkmiş şəxslə aralarında həmin hadisədən əvvəl onlara məxsus yanacaqdoldurma məntəqəsindən oğurluq edilməsi ilə bağlı mübahisələri olmuş, bu hal iş üzrə tərəflərin izahatları ilə təsdiq edilmişdir. Hadisə baş verən zaman zərərçəkmiş və onun yanında olan şəxs mübahisə olduğunu bildiyi halda yanacaqdoldurma məntəqəsinə gəlmiş, avtomobildən düşüb onlara yaxınlaşmış, zərərçəkmiş şəxsdən şikayət etmələrini onlara irad tutub şikayətlərinə son qoyulmasını tələb etmişdir. Zərərçəkmiş şəxsi otağa dəvət edib dərhal polis şöbəsinə məlumat vermişlər. Polis əməkdaşları hadisə yerinə gəlib zərərçəkmiş şəxsin yanında olan şəxsi polis şöbəsinə apardıqlarından, zərərçəkmiş şəxs buna qarşı çıxmış, gedib bıçaq götürüb Məhkum1 hücum etmiş, Məhkum3 əlinə bel alıb onun qanunsuz hərəkətlərinin qarşısını almaq üçün əl nahiyəsindən zərbə endirmişdir. Hadisənin məhz bu formada baş verməsini hadisə yerində olan polis əməkdaşları və zərərçəkmiş şəxsin yanında olan şəxs də təsdiq etmişlər. Göründüyü kimi mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanm ış, eyni zamanda tərəflər arasında əvvəllər mübahisə mövcud olduğundan təqsirləndirilən şəxslərin əməlinin xuliqanlıq cinayəti kimi qiymətləndirilməsi doğru olmamışdır. Onların eqoizmi nümayiş etdirib özlərini başqalarının fövqündə qoymaq kimi istəyi olmamışdır.
9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2021-ci il tarixli, 1(104)-16/2021 nömrəli qərarı ilə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağstafa Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli 1(015)-20/2020 nömrəli hökmü apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 10.Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2021-ci il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 tərəfindən ayrı-ayrılıqda kassasi ya şikayətləri verilmişlər. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
11. Məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə apellyasiya şikayətlərinin dəliləri eyni olmuş, məhkum edilmiş şəxslər onları təkrarlamaqla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2021-ci il tarixli, 1(104)-16/2021 nömrəli qərarının ləğv edilməsini, təqsirli bilindikləri maddə ilə əməllərində cinayət tərkibinin əlamətləri olmadığına görə onlara bəraət verilməsini xahiş edirlər.
12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bu ndan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı b ir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkumlar kassasiya şikayətlərində onların əməlində cinayət tərkibinin olmadığını qeyd edərək onlara bəraət verilməsini xahiş edərək, fakti ki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
18. Odur ki, məhkəmə kollegiyası məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Məhkum edilmiş şəxslərin onlara hökmlə istinad edilən (apellyasiya inst ansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətmələri birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
20. Məhkum1, Məhkum2, Məhkum3 qeyd olunan əməli törətmələrinin mübahisələndirilməsi üzrə dəlilləri onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və iş üzrə toplanmış digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum1, Məhkum2, Məhkum3 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddəsi dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1, Məhkum2, Məhkum3 əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onların təqsirli bilinməsini və cəzalandırılmalarını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəy ə gəlmişdir.
22. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CinayətProsessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1, Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci, Məhkum3 əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi, onların bu maddə ilə təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmü r. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM -nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
24. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1, Məhkum2, Məhkum3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2021-ci il tarixli, 1(104)-16/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 01 mart 2021-ci il tarixli, 1(104)-16/2021 nömrəli qərarı onlar tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.