Məhkəmə qərarları › İş №1(102)-1588/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1588/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1588/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-277/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəb ul etdi. I. İşin halları

1. Məhkum 14 avqust 1977-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 2. 08 may 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 iyun 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfində n müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum İran İslam Respublikasında yaşadığı dövrdə Azərbaycan Respublikasında yaşayan qardaşı X6, həmyerlisi X7, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan “Mehman” adlı şəxs və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehman” adlı şəxs və qeyriləri ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə şəxsiyyəti müəyyən edilməmiş “Mehman” adlı şəxs lə birlikdə istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 1158,001 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 877,497 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib həmin narkotik vasitə və psixotrop maddəni istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək istintaqa məlum olmayan şəxsin vasi təsi ilə Biləsuvar rayonu ərazisində yerləşən körpünün altında yerləşdirib bu barədə Məhərrəm Əliyevə mobil telefon vasitəsilə məlumat verdikdən sonra sonuncu bir ədəd sellofan torbada olan 1158,001 qram çəkidə narkotik vasitə heroini və 877,497 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Məhkum anası X2 yaşadığı Salyan şəhəri, E.Hüseynzadə küçəsi, ev 82 ünvanında yerləşən fərdi yaşayış evinə daşımış, bundan sonra Məhkum külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini satmaq məqsədi ilə «şərti alıcı» Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməliyyat müvəkkili Şahid5 təklif etmiş, bu barədə razılıq əldə edildikdən sonra 18 aprel 2020-ci il tarixdə Məhkum tapşırığına əsasən Ruslan Mehdiyev və Məhərrəm Əliyev evin həyətyanı sahəsindəki toyuq hinində narkotik vasitə heroini bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 532,914 qram, bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 535,516 qram, bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 89,571 qram, psixotrop maddə metamfetamini bir ədəd şəffaf rəngli polietilen torbada 505,002 qram və bir ədəd şəffaf rəngli polietilen torbada 372,495 qram olmaqla ayrı-ayrı bükümlərə bölüb satış üçün əvvəlcədən hazırladıqdan sonra bir ədəd şəffaf rəngli polietilen torbada qablaşdırılan 532,914 qram narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli polietilen torbada qablaşdırılan 505,002 qram psixotrop maddə metamfetamini Ruslan Mehdiyev və Məhərrəm Əliyev birlikdə sonuncunun idarə etdiyi “VAZ 21074” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə daşıyaraq həmin gün saat 20:00 radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən «Kür-Xəzər» Əyləncə mərkəzinin qarşısında əməliyyat qrupunun üzvü Şahid7 iştirakı ilə «şərti alıcı» Şahid5 16.000 (on altı min) manat müqabilində qanunsuz olaraq satmış, bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ruslan Mehdiyev saxlanılıb Regional Şöbədə üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən əməliyyat-axtarış tədbirləri üçün protokollaşdırılmış 16.000 manat pul onun əynindəki göy rəngli gödəkçənin sol iç cibindən, həmçinin 532,914 qram narkotik vasitə heroin və 505,002 qram psixotrop maddə metamfetamin tədbirdə «şərti alıcı» qismində iştirak etmiş Şahid5 təqdim etdiyi bir ədəd tünd rəngli sellofan kisədəki iki ədəd şəffaf rəngli polietilen torbadan aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşları tərəfindən 19 aprel 2020-ci il tarixdə, saat 00:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 535,516 qram və 89,571 qram narkotik vasitə heroin, 372,495 qram psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi Məhkum anası X2 yaşadığı Salyan şəhəri, E.Hüseynzadə küçəsi, ev 82 ünvanında yerləşən fərdi yaşayış evinin arxa tərəfindəki tikilinin arasından, ağacdan asılı vəziyyətdə ola n sellofan torbada üç ədəd şəffaf rəngli polietilen torbalarda aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum 16 sentyabr 2020-ci il tarixdə saat 10:56-da müəyyən edilmiş sənədlər olmadan İran İslam Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin 2-ci «Biləsuvar» sərhəd zastavasının 24-cü sahəsində mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar keçməklə Azərbaycan Respublikasına daxil olmuş və həmin gün saat 11:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən sərhəddən 2500 metr məsafədə Cəlilabad rayonu, Gülməmmədli kənd istiqamətində saxlanılmışdır. Bundan başqa Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olara q şəxsi istehlak miqdarından artıq miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 0,915 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum 24 sentyabr 2020-ci il tarixdə saat 19:00-da Cəlilabad rayonu, Qarazəncir kəndində saxlanılaraq Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 0,915 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofan bü kümdə qablaşdırılmış vəziyyətdə əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 0,991 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum 09 yanvar 2021-ci il tarixdə saat 18:30-da Salyan şəhəri, T.Xəxlilbəyli küçəsində saxlanılaraq Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 0,991 qram narkotik vasitə heroin bir ədəd kağız bükümdə qablaşdırılmış vəziyyətdə əynindəki şalvarın ön sol cibindən aşkar edilərək götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-394/2021 nömrəli, 01 dekabr 2021ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.1, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respub likası CMnin 234.4.1 və 234.4.3-cü maddələri 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 16 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsi və ona daha yü ngül cəza verilməsini xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-277/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-394/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.3,206.2-ci maddəsinə tövsif olunması, həmin maddə ilə təqsirli bilinərək ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-394/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının və Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən qismən toplanılmaqla qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, birinci instansiya məhkəməsinin hökmünün apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəm ələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 1(106)-277/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfində n yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngül ləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institu tunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilm əsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Məhkəmə kollegiyası Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

24. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hal olaraq himayəsində üç azyaşlı uşağının olması, cəzanı ağırlaşdıran hal olaraq isə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə münasibətdə cinayəti təkrar törətməsini nəzərə alıb, ona təqsirli bilindiyi müvafiq maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında cəza təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

25. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsir inin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-277/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-277/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar