Məhkəmə qərarları › İş №1(102)-1588/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1588/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1588/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Həsənli Tural Ramiz oğlunun iştirakları ilə x xxxx 1988-ci ildə Göygöl rayonu, Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhk um olunmuş, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla, ünvan 1də yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.4-cü maddəsi ilə, xx xxxxxxxx 1988-ci ildə Tovuz rayonu, Məşədilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ADAUda müəllim işləmiş, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu, AKTA-nin tədris korpusunda qeydiyyatda olmaqla ünvan 2də yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023cü il tarixli 1(104)-42/2023 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi, Göygöl rayon Vəkil Bür osunun vəkili Həsənov Namiq Bayram oğlu tərəfindən və Məhkum müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Heydərov Nadim Nadir oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 1(100)-53/2022 nömrəli hökmü ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən), F.N.Mahmudov və N.T.Əliyev) Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, ona həmin cəza ilə Gəncə Apellyasiya Məhkəməsinin 7 iyul 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 6 (altı) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə qəti cəzası qismən toplanmaq yolu ilə ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 24 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum - Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, ona həmin cəza ilə Gəncə Apellyasiya Məhkəməsinin 7 iyul 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 3 (üç) il 8 (səkkiz) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə növündə qəti cəzası qismən toplanmaq yolu ilə ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 28 yanvar 2021-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 20 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən, işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 1(104)-42/2023 nömrəli qərarı ilə (hakimlər: R.M.Cə fərov (sədrlik edən), T.A.Muxtarov və S.B.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021ci il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il 7 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası CMin 66.5-ci maddəsinə əsasən, qismən toplanılmaqla, ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs və Məhkum CM-in 178. 4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər, ona görə ki, Təqsirləndirilən şəxs tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, 2018-ci ilin mart ayından 2019-cu ilin yanvar ayının 26-a qədər olan müddət ərzində, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb, sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinin qarşısında etibarından sui-istifadə etmə və aldatma yolu ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 hissə-hissə, ümumilikdə vahid niyyətlə xeyli miqdarda - 46500 (qırx altı min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, təkrarən, 2018-ci ilin iyun ayından 2019-cu ilin yanvar ayınadək olan müddət ərzində, günü məlum olmayan tarixlərdə müxtəlif növ bitki toxumları alıbsataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb, sonuncu dəfə Gəncə şəhəri “Dubay bazarı” ərazisində etibarından sui-istifadə etmə və aldatma yolu ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 hissə-hissə, ümumilikdə vahid niyyətlə külli miqdarda 146000 (yüz qırx altı min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, tanışı Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb, xx.xx.2018-ci il tarixdə 200.000 (iki yüz min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 340.000 (üç yüz qırx min) manat, xx.xx.2018-ci il tarixdə 150.000 (yüz əlli min) manat, xx.xx.2019-cu il tarixdə 212.500 (iki yüz on iki min beş yüz) manat, xx.xx.2019-cu il tarixdə 150.000 (yüz əlli min) manat, xx.xx.2019-cu il tarixdə 44.000 (qırx dörd min) manat, xx.xx.2019-cu il tarixdə 30.000 (otuz min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 51.000 (əlli bir min) manat, xx.xx.2019-cu il tarixdə 50.000 (əlli min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 85.000 (səksən beş min) manat, sonuncu dəfə isə xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən evdə 20.000 (iyirmi min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 34.000 (otuz dörd min) manat və 10.000 (on min) manat, ümumilikdə 1.076500 (bir milyon yetmiş altı min beş yüz) manat almaql a, etibar qazanmaq, guya malqara alqı-satqısı ilə məşğul olmalarını göstərmək məqsədi ilə aldığı həmin pulun xx.xx.2019-cu il tarixdə 200.000 (iki yüz min) manatını, xx.xx.2019-cu il tarixdə 15.000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 25.500 (iyirmi beş min beş yüz) manatını, xx.xx.2019-cu il tarixdə 165.000 (yüz altmış beş min) manatını, xx.xx.2019-cu il tarixdə 30.000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 51.000 (əlli bir min) manatını, xx.xx.2019-cu il tarixdə 50.000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 85.000 (səksən beş min) manatını, ümumilikdə 526.500 (beş yüz iyirmi altı min beş yüz) manatını qaytarmaqla, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə xüsusilə külli miqdarda 550.000 (beş yüz əlli min) ma nat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, 2018-ci ilin mart ayından 2019-cu ilin yanvar ayının 26-a qədər olan müddət ərzində, günü məlum olmayan tarixlərdə iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb, sonuncu dəfə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinin qarşısında etibarından sui-istifadə etmə və aldatma yolu ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 hissə-hissə, ümumilikdə vahid niyyətlə xeyli miqdarda 46500 (qırx altı min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra o, tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək adı ilə yalan vədlər verməklə inandırıb, xx.xx.2018-ci il tarixdə 200.000 (iki yüz min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 340.000 (üç yüz qırx min) manat, xx.xx.2018-ci il tarixdə 150.000 (yüz əlli min) manat, xx.xx.2019-cu il tarixdə 212.500 (iki yüz on iki min beş yüz) manat, xx.xx.2019-cu il tarixdə 150.000 (yüz əlli min) manat, xx.xx.2019-cu il tarixdə 44.000 (qırx dörd min) manat, xx.xx.2019-cu il tarixdə 30.000 (otuz min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 51.000 (əlli bir min) manat, xx.xx.2019-cu il tarixdə 50.000 (əlli min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 85.000 (səksən beş min) manat, sonuncu dəfə isə xx.xx.2019cu il tarixdə ünvan 1 ünvanında yerləşən evdə 20.000 (iyirmi min) ABŞ dolları - həmin dövrün məzənnəsinə uyğun olaraq 34.000 (otuz dörd min) manat və 10.000 (on min) manat, ümumilikdə 1.076500 (bir milyon yetmiş altı min beş yüz) manat almaqla, etibar qazanmaq, guya mal-qara alqı-satqısı ilə məşğul olmalarını göstərmək məqsədi ilə aldığı həmin pulun xx.xx.2019-cu il tarixdə 200.000 (iki yüz min) manatını, xx.xx.2019-cu il tarixdə 15.000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 25.500 (iyirmi beş min beş yüz) manatını, xx.xx.2019-cu il tarixdə 165.000 (yüz altmış beş min) manatını, xx.xx.2019-cu il tarixdə 30.000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 51.000 (əlli bir min) manatını, xx.xx.2019-cu il tarixdə 50.000 ABŞ dollarını - həmin dövrün məzənnəsinə uyğun olaraq 85.000 (səksən beş min) manatını, ümumilikdə 526.500 (beş yüz iyirmi altı min beş yüz) manatını qaytarmaqla, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs1 hissə-hissə, ümumilikdə vahid niyyətlə xüsusilə külli miqdarda 550.000 (beş yüz əlli min) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə, yaxud cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apell yasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 91.5, 121, 135 və 143-146-cı maddələrinin tələblərini pozmuş, cinayət işini tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə toplanmış sübutları biri-biri ilə əlaqəli və müqayisəli şəkildə təhlil etməmiş, iş üzrə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin əməli sübuta yetməmişdir. Məhkəmənin hökmü yalnız cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələri və qanunsuz yolla əldə edilmiş sübutlar əsasında çıxarılmışdır. Cinayət işinin materiallarından açıq aydın görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın heç bir hüquqi əsası yoxdur və b u ittiham ona qərəzli şəkildə verilmişdir. Müdafiəçi hesab edir ki, Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X10 İmanquliyev arasında mülki hüquq münasibətləri olmuş, iqtisadi və ticari əlaqələrin fonunda təşəkkül tapan bu əməllər aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, yəni dələduzluq kimi qiymətləndirilə bilməz. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında dindirilmiş təqsirlənd irilən şəxs Məhkum ona Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, verilmiş mülki iddianı isə qəbul etməyərək ifadəsində göstərmişdir ki, 2016-cı ildən Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat Uçotu və Audit Kafedrasında müəllim vəzifəsində çalışmış, müəllimlikdən əlavə Gəncə şəhəri ərazisində və digər rayonların ərazilərində topdan toxum satışı ilə məşğul olmuşdur. Eyni zamanda, Gəncə şəhəri, Gülüstan qəsəbəsində toxum və yem satmaq üçün icarəyə götürdüyü anbarı olmuşdur. Gəncə şəhər sakini, əslən Göygöl rayonunun Topalhəsənli kəndindən olan Təqsirləndirilən şəxs uşaqlıq dövründən, 3-cü sinifdən tanımış, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs ilə onun münasibəti normal olmuş, aralarında əda vət və düşmənçilik olmamış, birbirilərinə gediş-gəlişləri olmuşdur. Təqsirləndirilən şəxs özü əvvəllər iribuynuzlu malların alqı-satqısı ilə məşğul olmuşdur. X10i isə universitet vaxtlarından tanımış, onunla ailəvi gediş-gəlişi olmuş, münasibətləri həmişə yaxşı olmuşdur. Bu hadisələrdən əvvəl o, X10lə birlikdə şərikli süpürgə toxumunun alveri ilə məşğul olmuşdur. X10 bu məqsədlə ona 12000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra X10 Bakıda onu maşın alan zaman aldatdıqlarını, təcili olaraq həmin süpürgə toxumlarını sataraq pulu götürməli olduqlarını ona demiş, lakin qış ayları olduğundan və süpürgə toxumlarının satış vaxtı mart-aprel ayları olduğundan həmin toxumları satmamış, özündə olan puldan, dost və tanışlarından pul almaqla, 12000 manat pulu X10ə vermişdir. Sonradan həmin toxu mları satıb 8000 manatı qazanc formasında X10ə vermişdir. Həmin toxum alveri təxminən 2017ci ildə olmuşdur, o, X10in pulunu qaytarmış və əlavə olaraq ona 8000 manat qazanc vermişdir. Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməklə, onun 46500 manat məbləğində pulunu əldə etməsinə dair verilmiş ittihamı qəbul etmədiyini, həmin pullardan xəbərinin olmadığını, həmin məsələlərdə əlaqəsinin olmadığını, həmin məsələlərin X10lə Təqsirləndirilən şəxs arasında olduğunu göstərmişdir. Bundan başqa, ifadəsində Təqsirləndirilən şəxsla birgə Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməklə, 550000 manat məbləğində pulu ələ keçirmələrilə əlaqədar verilmiş ittihamları da qəbul etmədiyini, həmin pulların alınmasında və verilməsində iştirakının olmadığını, Şamil həkimin pulu Təqsirləndirilən şəxsə verdikdən 1 ay son ra ona bu barədə dediyini, Zərərçəkmiş şəxs1 onun tanışı olsa da, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında olan pul alışverişində iştirak etmədiyini, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsdən sonra X10ə görə tanıdığını göstərmişdir. Həmçinin ifadəsinə əlavə olaraq göstərmişdir ki, onun Gülüstanda anbarı olmuş, X10lə Təqsirləndirilən şəxs həmin yerdə təsadüfi olaraq tanış olmuşlar. Heç bir cinayət əməli törətmədiyindən ona qarşı verilmiş mülki iddianı da qəbul etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində Məhkumla bağlı göstərmişdir ki,.... o, kürəkəni (Zərərçəkmiş şəxs3 Kamaləddin oğlu) ilə bu məsələ ilə bağlı dəfələrlə söhbət etmiş, kürəkəni də Məhkum çox inandığını, güvəndiyini, X də öz növbəsində Təqsirlə ndirilən şəxsə çox inandığını, güvəndiyini və Məhkum ilə tez-tez əlaqə saxladığını, heç bir problem olmadığını bildirmişdir. Bir gün Təqsirləndirilən şəxs evə gəlib X10ə çatacaq aylıq qazanc pulunu verəndə yenə onunla xeyli söhbət edərək, ona Xin işi dağıtmaq istədiyini, onlara işləməyə imkan vermədiyini bildirmişdir. Nəhayət ki, o, kürəkəninin xətrinə guya Təqsirləndirilən şəxsin və Məhkum yaratdığı işə köməklik edəcəyinə razılaşmışdır. O, Məhkum və Təqsirləndirilən şəxsdən şikayət etmişdir. O, Məhkum pul verməmiş, Məhkumonların Təqsirləndirilən şəxsə inanmaqlarında böyük rol oynamışdır. Belə ki, onlar məhz Məhkum görə Təqsirləndirilən şəxsə inanmış və MəhkumTəqsirləndirilən şəxsin dediklərinin hamısını təsdiq etmiş, Məhkumdə işin içində olduğunu, birbaşa malları aldığını və satdığını, bü tün işlərdə iştirak etdiyini, hesabda 2 800 000 manat pul olduğunu deyərək, bir çox vədlər vermiş, Məhkum Təqsirləndirilən şəxsə işlə bağlı pul vermələrini istəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində Məhkumla bağlı göstərmişdir ki, Məhkum ilə Gəncə Aqrar Universitetində tələbə olarkən tanış olmuşdur. 2017-ci ilin sentyabr ayında o, Məhkum ilə Gəncə şəhərində görüşəndə Məhkum ona şərikli olaraq toxum işi ilə məşğul olmağı təklif etmişdir. Həmin vaxtlar Məhkum toxum mağazası və anbarı olmuş, Məhkumilə birgə toxum anbarına və mağazasına baxaraq söhbət etmiş, Məhkum ona ətraflı məlumat vermişdir. O, bir müddət düşünmüş və real iş olduğunu görmüş, bir neçə gün sonra Məhkum 12 500 manat pul vermişdir. Həmin pulla Məhkum Salyan rayonunda n yonca, Qazax rayonundan isə süpürgə toxumlarını alıb anbara yığmışdır. 2018-ci ilin əvvəllərində Məhkum yoldaşının xəstəliyi ilə əlaqədar İrana getdiyini deməsinə görə bir müddət Məhkum ilə əlaqə saxlaya bilməmişdir. Sonradan bunun yalan olduğunu və sadəcə, Təqsirləndirilən şəxsin onunla əlaqəsini təmin etmək məqsədi ilə İrana getmək yalanını deməsini bilmiş, həmin ərəfələrdə onunla Məhkum dostu Təqsirləndirilən şəxs əlaqə saxlamağa başlamış və Məhkum problemləri olduğunu, başının bərk qarışıq olduğunu və onun Məhkum ilə aldığı toxumları Təqsirləndirilən şəxs satacağını və ona çatacaq payı hissə-hissə göndərəcəyini bildirmişdir. 2018-ci ilin yanvar, fevral aylarında Təqsirləndirilən şəxs ona bir neçə dəfə 2000 manat pulu bankla göndərmiş, Məhkumi mart ayında guya İrandan qayıtdıqdan sonr a ona çatacaq qalan pulu da vermişdir. Ümumilikdə Məhkum və Təqsirləndirilən şəxs ona 18000 manat pul qaytarmışlar. O, hər dəfə Gəncəyə gələndə Məhkum ilə görüşüb söhbət etmişlər. 2018-ci ilin mart ayında o, yenə Gəncəyə gəlmiş, Məhkum ilə görüşəndə onu Təqsirləndirilən şəxs ilə yaxından tanış etmiş, Təqsirləndirilən şəxs ilə 22 ildən artıq dost olduqlarını, məktəb illərindən bir-birini tanıdıqlarını, Təqsirləndirilən şəxsin heyvan işi ilə məşğul olduğunu, başına gələn məsələlərdə, çətin günlərdə Təqsirləndirilən şəxsin həmişə onun yanında olduğunu, ona dəstək olduğunu və çox inanıb güvəndiyini demişdir. 2018-ci ilin mart ayının sonları Məhkum ona zəng vuraraq xeyli söhbət etmiş və artıq toxum işi ilə məşğul olmadığını və bütün toxumlarını, maşınlarını satıb Təqsirləndirilən şəxslə cins, iri buynuzlu heyvan alışı-satışı işinə başladıqlarını bildirmiş və ona da bərabər işləməyi təklif etmişdir. İlk öncə ondan 40000 manat pul istəmiş və aylıq dövriyyəyə uyğun hər ay ona 4000 manat verəcəyini vəd etmişdir. O, Məhkum çox inandığı üçün həmin məbləği borc tapıb Məhkum və Təqsirləndirilən şəxsə vermiş və hər gün demək olar ki, Təqsirləndirilən şəxsə zəng edib, işlərin nə yerdə olduğunu maraqlanmış, Təqsirləndirilən şəxs də hər dəfə ona problem olmadığını, hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona çatan hər ayın pulunu evə qaynatasıgilə verdikcə qaynatası X ilə tanış olub ünsiyyət qurmuş, hər dəfə X onlara işləməyə imkan verməməsini, hər ayın qazanc məbləğini artıqlaması ilə götürdüyünü və onların qazanclarını götürə bilməmələrini demiş v ə qaynatasına şəriklik təklif etmişdir. xx.xx.2017ci il ildə 12500 manat Məhkum vermiş, xx.xx.2018-ci ilə qədər 18000 manat hissə-hissə geri qaytarılmışdır. O və qaynatası X10 real olaraq mal-qara alverində iştirak etmədiyi halda, nə üçün onları aldatdığını, nə üçün yalandan bütün ticarətdə iştirak etdiyini ona bildirdiyini Məhkum soruşmuş, Məhkum isə Təqsirləndirilən şəxsə inandığı üçün onlara o cür məlumat verdiyini demiş və özünü təmizə çıxarmaq istəmişdir. İş materiallarından, zərərçəkmiş şəxslərin və Məhkum ifadəsindən görünür ki, Məhkum Zərərçəkmiş şəxs3 ilə aralarında işgüzar münasibət olmuşdur, onlar yonca və süpürgə toxumu alqı-satqısı ilə məşğul olmaq istəmişlər və X10 bununla bağlı Məhkum 12.500 manat pul vermişdir. Həmin pulla Məhkum Salyan rayonundan yonca, Qazax rayonundan is ə süpürgə toxumlarını alıb anbara yığmışdır. Lakin toxumlar hələ satılmamış X10 pulunu geri istəmiş və Əli hissə-hissə X10ə 18000 manat pul qaytarmışdır, yəni onun verdiyi pulu və əlavə qazanc pulu. Bundan sonra, Məhkum mağazasında Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə tanış olmuşlar və Təqsirləndirilən şəxs lə mal-qara satışı ilə məşğul olmağa başlamışdır. Məhkum X10dən pul alıb Təqsirləndirilən şəxsə verməmişdir. Bundan sonra X10 və Təqsirləndirilən şəxs özləri iş qurmuşlar və Məhkum onların işinə qarışmamışdır. Zərərçəkmiş şəxs3 ifadəsində göstərir ki, guya ilk dəfə 40000 manat pulu Məhkum və Təqsirləndirilən şəxsə vermişdir, lakin bu həqiqətə uyğun deyil, əgər o, Məhkum yanında pulu Təqsirləndirilən şəxsə verirsə o demək deyil ki, pulu Məhkum və Təqsirləndirilən şəxsə vermişdir. Məhkum X10dən yalnız 12500 manat pul götürmüş və əvəzində ona 18000 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Məhkum pul verməmişdir. Zərərcəkmiş şəxslər hər ikisi bildirmişlər ki, Məhkum çox inandıqları, ona güvəndikləri üçün Təqsirləndirilən şəxsə pul vermişlər, onlar hesab etmişlər ki, MəhkumTəqsirləndirilən şəxs ilə şərikdir və ona görə də Məhkum şikayət etmişlər. Lakin Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, kürəkəni X10 Təqsirləndirilən şəxslə iş qurduqdan sonra Təqsirləndirilən şəxs dəfələrlə onların evinə gəlib, X10ə çatacaq aylıq qazanc pulunu verəndə Təqsirləndirilən şəxslə xeyli söhbətlər etmişlər, bu məsələ ilə bağlı dəfələrlə kürəkəni X10lə də söhbət etdikdən sonra kürəkəninin xətrinə Təqsirləndirilən şəxslə iş qurmağa, kömək etməyə razılıq ver mişdir. Bu onu göstərir ki, Zərərçəkmiş şəxs1 Məhkum yox, əsasən Təqsirləndirilən şəxsə və kürəkəni X10ə inanmışdır. Lakin məhkəmə kollegiyası bunlara hüquqi qiymət verməmiş, yalnız zərərçəkmiş şəxslərin mülahizələrinə, birinci iş üzrə telefon danışıqlarına, Təqsirləndirilən şəxs birinci iş üzrə vermiş olduğu ifadəsinə və hazırki işə əlavə edilmiş telefon danışıqlarına əsaslanaraq Məhkum barəsində ittiham hökmü çıxarmışdır. Hazırki iş üzrə Zərərçəkmiş şəxs3lə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqları dinlənilərkən müəyyən edilir ki, X10 Zərərçəkmiş şəxs1 çatası pulu geri istədikdə, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək, pulu qayataracağına söz verir, lakin həmin danışıqlarda Məhkum tərəfindən X10dən və yaxud Zərərçəkmiş şəxs1 pul alınması barədə heç bir söhbətlər getmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul etmişdir. Məhkəmə belə qənaətə gəlməkdə haqlı olmamışdır. Məhkum əməlində dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmək niyyəti olmamışdır. Müdafiəçi hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinə düzgün hüquqi qiymət verməmiş və işin faktiki hallarını tam araşdırmamışdır. Məhkum əməlində cinayət tərkibi olmadığından ona həmin ittihamla bəraət hökmü çıxarılmalı idi. İş kassasiya instansiya məhkəməsind ə baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası Məhkum ərizəsini, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Məhkum tərəfindən verilmiş ərizənin nəzərə alınması, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi T.Həsənlinin, Məhkum tərəfindən verilmiş ərizənin nəzərə alınması, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin t əmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalı, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının pr edmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kass asiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin məhkum tərəfindən geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Məhkum X3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə, yaxud cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsinə əsasən: “178.4. Bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə — on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olm alıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqla rı səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilm iş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onla rın mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələ rkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamla təqsirli bilməsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələri, şahidlər Şahid1, Şahid6 və Şahid5 ifadələri, iş materiallarında olan Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işində olan səsyazmalarına dair “Baxış keçirilməsi haqqında” 18 sentyabr 2020-ci il tarixli pr otokollar, Zərərçəkmiş şəxs3 Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət edərək, araşdırma materiallarına əlavə edilməsi üçün Təqsirləndirilən şəxs ona göndərdiyi Məhkum isə doğru kimi təsdiqlədiyi videoları, şəkilləri, Təqsirləndirilən şəxs qaynatası Zərərçəkmiş şəxs1 evində qaynatasından xx.xx.2018-ci il tarixdə 200000 (iki yüz min) ABŞ dolları məbləğində pul sayıb götürərkən çəkdiyi şəkli, həmçinin Təqsirləndirilən şəxsin səsyazmalarını, Təqsirləndirilən şəxslə “WhatsApp” sosial şəbəkəsi ilə olan yazışmalarına dair “baxış keçirilməsi haqqında” 15 sentyabr 2020-ci il tarixli protokol, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin büt ün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsi nə yönəlmiş olsun. Həmin qərarın 6-cı bəndinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai t əhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əml akını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qayta rmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, izahatlar, protokolları, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsas lar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı işə baxan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmə onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yeku n məhkəmə qərarları qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayəti ndə onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414 və 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 1(104)-42/2023 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar