Məhkəmə qərarları › İş №1(102)-1589/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1589/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1589/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum2 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmamış, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2də yaşamış, hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.A.Əliyev) Məhkum2 - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 oktyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. B irinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), İ.Q.Abdullayev və T.S.Kərimov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tanışı Məhkum1 ilə öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması və daşıması ilə bağlı 16 oktyabr 2020-ci il tarixdə razılığa gələrək, qrupun şəxsiyyəti məlum olmayan üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilmiş 1 ədəd bağlamada külli miqdarda 480,0 qram narkotik vasitə olan tiryək, 1 ədəd torbada külli miqdarda-yaş halda 475,0 qram və quru halda 332,5 qram narkotik vasitə olan heroin, 1 ədəd torbada külli miqdarda-yaş halda 460,0 qram və quru halda 322,0 qram narkotik vasitə olan heroin, bir ədəd kibrit qutusunda 2 ədəd bükümdə 0,485 qram və 0,087 qram olmaqla cəmi 0,572 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd bükümdə 0,468 qram narkotik vasitə olan heroinin Ələt-Astara avtomobil yolunun Salyan rayonunun ə razisindən keçən hissəsində, həmin yoldan ayrılaraq Salyan rayonu Şorsulu kəndinə və Biləsuvar rayonuna getmək üçün quraşdırılmış körpünün üzərindəki yol istiqamətlərinə dair məlumatlar yazılmış dəmir lövhənin yanında gizlədilməsi barədə Məhkum1 məlumat verməsindən sonra aralarında olan razılaşmaya və ümumi niyyətə uyğun olaraq o, tanışı Məhkum1lə birlikdə 17 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi “BMV-535” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib orada avtomobili saxladıqdan sonra Məhkum1 avtomobildən düşüb gizlədilmiş yerdən qeyd olunan narkotik maddələri və psixotrop maddəni götürüb avtomobilə gətirib satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb idarə etdiyi avtomobillə daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsas ən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara-Ələt avtomobil yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində yerləşən “Hacıoğlu” restoranın qarşısında onlar saxlanılmış və idarə etdiyi “BMV-535” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Salyan RPŞ-nin duracağına aparılıb avtomobilinə baxış keçirilərkən avtomobilin qabaq sağ oturacağının altında üzəri yapışqanlı lentlə bağlanmış 1 ədəd polietilen bağlamada külli miqdirda-480,0 qram narkotik vasitə olan tiryək, 1 ədəd plastmas qabın içərisində külli miqdarda-yaş halda 475,0 qram və quru halda 332,5 qram narkotik vasitə olan heroin,1 ədəd plastmas butulka kəsiyinin içərisindəki polietilen torbada külli miqdarda-yaş halda 460,0 qram və quru halda 3 22,0 qram narkotik vasitə olan heroin, həmçinin avtomobilin qabaq qapısının içəri hissəsində bir ədəd kibrit qutusunun içərisində 2 ədəd bükümdə ayrıayrılıqda 0,485 qram və 0,087 qram olmaqla cəmi 0,572 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd polietilen kəsiyi bükümündə 0,468 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarının dəyişdirilməsi və himayəsində bir övladının olması, ilk dəfə məhkum olunması və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla təyin olunmuş cəzasının azaldılması xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum2 ərizə ilə Azərbaycan Respublika sı Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Məhkum2 və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya ş ikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum2 kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: M əhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar