Məhkəmə qərarları › İş №1(102)-1589/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1589/2025

10.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1589/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə; Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X7, Barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin müdafiəçisi X5 və mülki iddiaçı hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyy at Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Səkinə Zeynalova tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Yasamal Rayon Rayon Məhkəməsinin 1(004)-15/2019 nömrəli, 2 avqust 2019-cu il tarixli (sədrlik edən hakim: Hüseyn Səfərov) hökmü ilə xx xxxxxxx 1958-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin qüvvədən düşmüş sayılması, ona qarşı verilmiş mülki iddiaya xitam verilməsi, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərcin 1306,31 manat (min üç yüz altı manat 31 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməsi, maddi sübut olan 1 (bir) ədəd yaddaş daşıyıcısı (flash drive), Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsi, ev 2 ünvanda yerləşən ofisin inzibati otaqlarından götürülmüş “Servis-C.H”, “Sfera”, “Alyans-Aztex”, “Transport-Servis”, “Transport-Servis-L LTD”, “Ren.Az.Tex”, “İstehsalçı2014”, “Sputnik-12”, “BHL-Servis Co LTD”, “Universal”, “Mar-H LTD”, “Şimşək LTD”, “Pandora Firması”, “Azmaşkom-Tex LTD İ”, “İnşaatçı Kostruktor Şirkəti”, “İnşaat Ekspress İ”, “X2”, “Az.Tur”, “Oskar-2016”, “Azər Türk.LTD XXİ”, “Maş.Tex.Az.Servis”, “Planet-SV”, “Az.Rom.Stell”, "xxxx" MMC-lər və fiziki şəxs X9 fəaliyyəti ilə bağlı mühasibatlıq məlumatlarını özündə əks etdirən sənədlər (o cümlədən, müqavilələr, QMF və VHF-lar, ödəniş tapşrıqları, kassa mədaxil və məxaric orderləri, YGB-lər, hüquqi sənədlər və sair), “Statistik LTD”, “Elitar195”, “Modera Servis”, “Qaf Dağ”, “Kaşmir Nam”, “X20”, “Elit-21”, “Planet-SV”, “Lider-15 LTD”, “Samir-A.Ə”, “Qafqaz-Azər B Şirkəti”, “Azər-B.A.K Servis”, “Təçhizatçı-LTD”, “AzA.Y.- VF-LTD”, “Kommersant-2017”, “Royal Supply”, “Sfera-LTD”, “Aysberq BZ LTD” və "xxxx" MMC-lərə məxsus möhürlər, fiziki şəxs Şahid2 məxsus faksmile (imza peçatı), eləcədə 1 ədəd qara rəngli və üzərində markası qeyd olunmayan kompyuter prosessoru hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılması, maddi sübut olan «AZMAŞKOM-TEX LTD İ» (VÖEN:**********), «TRANSPORT SERVİS-L LTD» (VÖEN:**********), «PLANET-SV» (VÖEN:**********), «TRAYEKTORİYA-NF» (VÖEN:**********), «MERİDİAN-21» (VÖEN:**********), «AZLENMF-LTD» (VÖEN:**********), «KARDAŞ» (VÖEN:**********), «SERVİSC.H» (VÖEN:**********), «BHLSERVİS CO LTD» (VÖEN:**********), «UNİVERSTLM SERVİS» (VÖEN:**********), «MAŞTEX-ASS» (VÖEN:**********), «XƏZƏR-21 LTD» (VÖEN:**********), «TTS-2016» (VÖEN:**********), «TALİSMAN-H.Q.C» (VÖEN:**********), «PANDORA FİRMASİ» (VÖEN:**********), «BİZNESMEN-21» S/N: 018 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Sədrlik edən hakim Zaur Hüseynov. imzaladı, Hakim Əfqan. Ələkbərov imzaladı, X12 imzaladı Məhkəmənin adı: Bakı Apellyasiya Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://emehkeme.gov.az/signed/ShowEdoc?guid=b8230d9631684d238722d6cc02dcb4ab Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 3/51 (VÖEN:**********) «AMET SOLLİTON» (VÖEN:**********), «İSTEHSALÇİ-2014» (VÖEN:**********), «UNİVERSAL-21» (VÖEN:**********), «AZƏR-B.A.K-SERVİS» (VÖEN:**********), «ŞİMŞƏK-LTD» (VÖEN:**********), «AZ.TUR» (VÖEN:**********), fiziki şəxs X9 (VÖEN:**********), «REN.AZ.TEX» (VÖEN:******** **), «TRANSPORT-SERVİS LTD» (VÖEN:**********), «ELMED» (VÖEN:**********), «RUZİ-BƏRƏKƏT FERMER TƏSƏRRÜFATİ» (VÖEN:**********), «SPUTNİK-12» (VÖEN:**********), «TREYDER-1 LTD» (VÖEN:**********), «AZ. EL.SE-N» (VÖEN:**********), «VÜQ.AN.İM-FİRMASİ» (VÖEN:**********), «OSKAR-2016» (VÖEN:**********), «TEX.QUR.SER» (VÖEN:**********), «KAREL 14» (VÖEN:**********), «SSM-62» (VÖEN:**********), «STAL-M-FİRMA» (VÖEN:**********), «İNŞAATÇİKONSTRUKTOR ŞİRKƏTİ» (VÖEN:**********), fiziki şəxs Şahid10 (VÖEN:**********), fiziki şəxs Şahid2 (VÖEN:**********), «SFERA-LTD» (VÖEN:**********), «AYULDUZ-1» (VÖEN:**********), «BİZNES2017» (VÖEN:**********), «LİKMA» (VÖEN:**********), «VEGA-S» (VÖEN:**********), «PLANET-A.Y.» (VÖEN:**********), «ALYANS AZTEX» (VÖEN:**********), «AZƏR TÜRK LTD» (VÖEN:**********) v ə "xxxx" (VÖEN:**********) MMC-lərə məxsus mühasibat və bank sənədlərinin cinayət işinin materiallarında saxlanılması, xüsusi müsadirə tətbiq edilməməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 1(004)15/2019 saylı qərarından təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti, mülki iddiaçılar – Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin müavini Rasim Quliyev (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi), Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fuad Mahmudov (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Naz irliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi), Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi Elnur Mansurov (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi), Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli (hazırda Zərərçəkmiş şəxs3), Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi Əhməd Hüseyn (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi) tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə əlavələr, Azərbaycan Respublikası Baş Prokurorunun mü avini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə əsasən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən hakim Elmar Rəhimov, hakimlər Fərid Əyyubov və Emin Mehdiyevdən ibarət tərkibdə) 01 mart 2023-cü il tarixli, 1(103)-14/2023 saylı qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protestinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 1(004)-15/2019 saylı qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakter li məcburi tədbirin təyin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04 Saylı Ərazi Vergilər İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 Saylı Ərazi Vergilər İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 Saylı Ərazi Vergilər İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 09 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş ümumilikdə mövcud olan 10.944.265,20 manat məbləğində mülki iddiaların baxılmamış saxlanılması, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 213.3-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə icraatın dayandırılması, qərarın icrasının 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 1(102)-1420/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, mülki iddiaçılar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı, 5 saylı, 6 saylı və 9 saylı Ərazi Vergilər İdarələri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndiril ən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023-cü il tarixli qərarının kassasiya protestinə və kassasiya şikayətlərinə əsasən ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Ali Məhkəmənin məhkəmə kollegiyası kassasiya şikayətləri və kassasiya protestinə münasibət bildirərək hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair nəticəyə gəlməmişdən öncə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 485-ci maddəsinin, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarlarına riayət etmədən, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədib-törətmədiyini, əməlində cinayət tərkibinin olub-olmadığını, həmin əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilmədiyini ibtidai istintaq və məhkəmə araşdırılması zamanı toplanılmış sübutları araşdırmamış və tətqiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X1 ibarət tərkibdə) 16 noyabr 2023-cü il tarixli, 1(103)-1575/2023 nömrəli qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, mülki iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə əlavələr, d övlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 1(004)15/2019 saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin yekun qərar çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməllərinin faktiki xarakterini və ictimai təhlukəliliyini dərk etmək imkanından məhrum olmuş şəxs Təqsirləndirilən şəxs barəsində sağalmış hesab edilənədək tibbi xarakterli məcburi tədbirlər - ümumi tipli psixiatriya stasionarında məcburi müalicə tətbiq edilmiş, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Təqsirləndirilən şəxs sağalmış hesab edilənədək cinayət işi üzrə icraat dayandırılmış, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 həvalə edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş ümumilikdə mövcud olan 10.944.265,20 manat məbləğində mülki iddia lar baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2024-cü il tarixli, 1(102)-1149/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, mülki iddiaçılar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı, 5 saylı, 6 saylı və 9 saylı Ərazi Vergilər İdarələri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə olan cinayət işi üzrə barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarının kassasiya pro testinə və mülki iddiaçılar tərəfindən veriilmiş kassasiya şikayətlərinə əsasən ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə Təqsirləndirilən şəxs haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi məsələsinin müəyyən edilməsi ilə əlaqədar sübutların apellyasiya məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 144 və 145-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməməsi qənaətinə gələrək hesab etmişdir ki, həmin pozuntu ilə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərarı verilmiş kassasiya protestinə və kassasiya şikayətlərinə mü nasibətdə ləğv edilməklə, cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-50/2025 saylı, 15 yanvar 2025-ci il tarixli (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə) qərarı ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 1(004)-15/2019 saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, lakin yekun qərar çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməllərinin faktiki xarakterini və ictimai təhlukəliliyini dərk etmək imkanından məhrum olmuş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş Təqsirləndirilən şəxs sağalmış hesab edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Ps ixiatriya Xəstəxanası” X15 və Təqsirləndirilən şəxs yaşadığı yer üzrə psixonevroloji dispanserə həvalə edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Səkinə Zeynalova tərəfindən kassasiya şikayəti verilmişdir. Müdafiəçi və nümayəndə tərəfindən kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İşin halları: Təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Kassasiya protestinin dəlilləri: Döv lət ittihamçısı protestdə qeyd edir ki, hazırki icraat üzrə məhkəmənin yekun qərarının qanunsuz və əsassız olmasına səbəb olan ciddi qanun pozuntularına yol verilmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 18 oktyabr 2024-cü il tarixli, 176 saylı rəyi apellyasiya baxışı zamanı tam olaraq elan edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən apellyasiya protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ləğv edilib geri qaytarılsa da, cinayət işi üzrə apellyasiya protestiqismən təmin edilsə də, faktiki olaraq Təqsirləndirilən şəxs açıq-aşkar azadlıqda olmasına imkan verən qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilmə əsası Təqsirləndirilən şəxs sağalması istiqamətində müsbət irəliləyişin olm ası olsa da, əksinə olaraq məhkəme onun cinayət məsuliyyətinə cəlb edilməsinə deyil, onun azadlıqda qalaraq cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmışdır. Belə ki, məhkəmənin hazırki yanaşması, xüsusilə külli miqdar təşkil edən 10.944.265,20 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış Təqsirləndirilən şəxs gələcəkdə qanuni cəzanı çəkməkdən yayınması ilə nəticələnə biləcəyini göstərir. Göstərilən qaydada qəbul edilən qərar şəxsin qanuni cinayət məsuliyyətindən kənarda qalması ilə nəticələnir. Qanunvericiliyə əsasən psixi pozuntu və ya psixi xəstəlik o zaman şəxsin anlaqsız hesab edilməsi üçün əsas ola bilər ki, hüquqi meyar mövcud olmuş olsun, yəni həmin psixi pozuntu və ya psixi xəstəliklər nəticəsində şəxs öz əməlinin faktiki xarakterini və ictimai təh lükəliliyini (intellektual element) dərk etməsin və onu idarə edə (iradi element) bilməsin. İlk öncə onu qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs psixi vəziyyətinin müəyyən edilməsinə dair keçirilmiş ekpsert tədqiqatının rəyləri bir-biri ilə mahiyyət etibarı ilə kəskin şəkilde fərqlənmiş, eyni ekspertiza mərkəzində eyni şəxs barəsində müxtəlif vaxtlarda keçirilmiş ekpsertiza tədqiqatında ona təyin edilmiş xəstəliklər fərqli olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş stasionar məhkəmə psixatrikekspertizasının 25 avqust 2022-ci il tarixli rəyində Təqsirləndirilən şəxs “Mərkəzi sinirsisteminin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə psixcpatologiyasından əziyyət çəkməsi və onun onun düçar olduğu psixi pozuntunun dalğavari gedişə malikxroniki proses olması və dərinləşməsinin qarşısının alınması üçün nəzarət altında saxlanılması effektivmüalicə üçün onun barəsində ümumi tiplu psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterliməcburi tədbirlərin tətbiq edilməsinin məsləhət görülməsi barədə nəticəyə gəlinsə də, təkrar olaraqkeçirilmiş komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 18 oktyabr 2024-cü il tarixli, 176 saylırəyinə görə Təqsirləndirilən şəxs «Vaskulyar demensiya"dan əziyyət çəkir. Lakin, qeyd edilən rəylərdə Təqsirləndirilən şəxs "Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli)xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə" psixi pozuntunun olması müəyyən edildiyi halda belə, həmin psixi pozuntunun Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimaitəhlükəliliyini dərk etməsini və onu idarə edə bilməsini istisna etməsinə təsiri müəyyən edilməmiş ve əsaslandırılmamışdır. Bu hallar isə qeyd edilən rəyləri şübhə altına alır və kifayət qədərəsaslandırılmadığına dəlalət edir. Bundan başqa, CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspert rəyinin məhkəmə üçün məcburi olmamasına, hər hansı başaqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılması və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməli olmasına baxmayaraq, məhkəmə işin faktikihallarına uyğun olmayan ekspert rəyinə istinad etməklə Təqsirləndirilən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olan şəxs kimi CM-nin 21.3-cü maddəsinin təsiri altına düşməsi müəyyən olun araq və CM-nin 95.0.2cimaddəsinə əsasən ona qarşı ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterliməcburi tədbirlərin tətbiq edilməsi qərarına gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müstəsna olaraq Təqsirləndirilən şəxs psixivəziyyətinin şərh edilməsinə, bütün sübutlar məcmusundan yalnız onun barəsində verilmiş məhkəməpsixiatrik ekspertizalarının mübahisələndirilən rəylərinin təsvir və təhlil edilməsinə həsr olunmuşdur. Bununla da, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, sübutetmənin son mərhələs məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İs üzrə qərarırəsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cü qiymətləndirilməsi məh kəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktlarırhərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilirHər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzresübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilməlidir və heç bir sübut məhkəmə üçürəvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində millməhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqlarırmüdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakimə si orqanınır üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsin qoyur. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onla işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. CPM-nin 271.2.6-cı maddəsinin tələbinə görə ekspertiza aparılmasının xüsusiyyətləri, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin ve digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuşsuallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətliolan hallar barədə qeyd ekspert rəyində göstərilməli, həmçinin CPM-nin 271.3-cü maddəsinə əsasən ekspertin rəyinə ekspertin gəldiyi nəticələri təsdiq edən maddi sübutlar, nümunələr, digər materiallar,habelə fotoşəkillər, sxemlər, cədvəllər əlavə edilməlidir. Apellyasiya icraatı zamanı dövlət ittihamçısı tərəfindən verilmiş iş üzrə təkrar stasionar məhkəme psixatrik ekspertizasının keçirilməsi barədə vəsatətdə, "ekspert rəyinin əsaslandığı mənbələrə konkret ve tam istinadlar göstərilməsi istənilmişdir. Lakin mübahisələndirilən rəylərdə Təqsirləndirilən şəxs "Mərkəzi sinir sisteminin üzvi (damar mənşəli)xəstəliyi, yaddaş və intellektin enməsi, psixi və davranış pozuntuları ilə” formasında psixi xəstəliyinmüəyyən edilməsi kimi gəlinmiş formal nəticədə konkret və birbaşa tədqiqat üsulları və istinad olunan əsasların elmi cəhətdən əsaslılığı təsbit edilməmişdir. Ekspertlər rəyin son vərəqi ndə elmi ədəbiyyatlarınadlarını sadalasa da, konkret olaraq hansı elmi ədəbiyyatın hansı sual üzrə cavablandırılmasında istifadeedilməsi dəqiq olaraq göstərilməmişdir. İş üzrə stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli və digər rəylərde ekspertlər tərəfindən ümumi sözlərlə ifadə olunmaqla cinayət işinin materiallarına, tibbi sənədlərə,anamnestik məlumatlara və müayinə nəticələrinə istinad edilir. Həmin rəylərin əsaslandırıcı hissələrindəkianamnestik məlumatlar və müayinələrin nəticələri demək olar ki, eynidir. Rəylərdə cinayət işinin hansımateriallarından, hansı tibbi sənədlərdən istifadə edilməsi məlum deyil, həmçinin ekspert rəylərinə onun gəldiyi nəticələri təsdiq edən heç bir material əlavə edilməmişdir. Yəni, Təqsirləndirilən şəxs müəyyən edilən psixi pozu ntunun hansı elmi ədəbiyyata, yaxud normativsənədə əsasən psixi xəstəlik növü hesab olunması sual edilsə də, ekspertlər Təqsirləndirilən şəxs psixipozuntunun olması qənaətinə gəlmələri üçün əsas götürdükləri tibbi sənədlər və istintaq materiallarınısadalamaqla kifayətlənmişlər. Beləliklə, faktiki olaraq ekspertiza qarşısında qoyulmuş yuxarıda göstərilənsuala cavab verilməmişdir. Şübhəsiz, bu hal rəyin natamam olmaqla onda boşluqların mövcudluğuqənaətinə gəlinməsi üçün kifayət qədər əhəmiyyətli xüsusatdır. Bundan başqa, Təqsirləndirilən şəxs əməlinin CM-nin 21.3-cü maddəsinin təsiri altına düşməsiqənaətinə gələn ekspertlər, mübahisələndirilən rəylərində onda psixi xəstəliyin yaranma səbəbləri, ifadeformaları, hansı səbəbdən onun barəsində məhz ambulator məcburi müalicə tətbiq edilməsi əsasl arınıkifayət qədər əsaslandırmamış, ekspertiza keçirilməsinin elmi əsasları, tədqiqat üsullarının elmi əsaslılığı,metodologiyası, hansı ədəbiyyatdan istifadə olunması rəylərdə göstərilməmiş, ekspertlərin hansı sübutlaraəsaslanmaları kifayət qədər açıqlanmamışdır. Şərh olunan dəlillər Təqsirləndirilən şəxs barəsindəki stasionar məhkəmə-psixiatrik ekspertizasının 25avqust 2022-ci il tarixli 103 saylı və 02 dekabr 2022-ci il tarixli 146 saylı təkrar stasionar məhkəmə - psixiatrik ekspertizasının rəyinin, həmçinin 18 oktyabr 2024-cü il tarixli 176 nömrəli təkrar komisyonstasionar məhkəmə psixiatrik ekspertizasının rəyinin kifayət qədər əsaslı olmayıb ekspertlərin gəldiyinəticəni şübhə altına alır. İşdən göründüyü kimi, hər üç rəydə ekspertlər rəydə gəldikləri nəticələri əks etdirsələr də, həmi nnəticələr kifayət qədər əsaslandırılmamış, tətbiq edilmiş üsulların etibarlılıq dərəcəsi öz əksini tapmamış,gəlinmiş nəticə ilə bağlı tədqiqat üsulları elmi cəhətdən əsaslandırılmamışdır. Göründüyü kimi məhkəmənin sübut növü kimi qəbul etdiyi rəylərin CPM-nin 127.2 və 271.2.6-clmaddələrində nəzərdə tutulmuş tələblərə cavab verməsi yoxlanılmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs işinə baxılarkən məhkəmə baxışında həkimpsixiatrın iştirakı təminedilməmişdir. Hansı ki, CPM-nin 229.2-ci və 233.6-cı maddəsinə əsasən, şəxsin ruhi və ya digər ağırxəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının məzmununa baxdıqdagörünür ki, məhkəmə faktiki olaraq apellyasiya baxışında müəyyən etdiyi qənaəti qanunvericiliyin təlblərinəistinad etməklə cavablandırmamışdır. Cinayət-Prosessual qanunvericiliyə görə məhkəmə baxışı nəticəsinə dair yekun qərar qanunivə əsaslı olmaqla yanaşı anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən edilmiş hallar, sübutlar məhkəmənin gəldiyi nəticələr məntiqi ardıcıllıqla şərh edilməlidir. Mübahisələndirilən yekun qərar isə mücərrəd xarakter daşıyır. Bakı Apellyasiya Məhkəməsitərəfindən çıxarılmış qərarda məhkəmənin gəldiyi qənaət ümumiyyətlə əsaslandırılmamış,məhkəmənin apellyasiya baxışı zamanı hansı xüsusatı araşdırması və nə müəyyən etməsi qeyrimüəyyəndir. Faktiki olaraq heç bir araşdırma aparılmaması və qəbul edilmiş qərarda gəldiyi qənaətin məhkəmətərəfindən əsaslandırılmaması isə onu göstərir ki, məhkəmənin qərarında gəlinmiş qənaət tamamileəsassızdı r. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən yekun qənaətə gəlinərkən istinad olunan rəylərqiymətləndirilmədən və ondan kənar heç bir sübuta əsaslanmadan özü də kobud prosessual qanunpozuntularına yol verməklə Təqsirləndirilən şəxs barəsində əsassız olaraq CM-nin 21.3-cü maddəsi tətbiq edilmiş və onun barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterliməcburi tədbir tətbiq etməklə onun azadlıqda qalmasına açıq -aşkar şərait yaratmışdır. Məhkəmə kollegiyası tərəfindən hazırki icraatın aparılması zamanı CPM-nin tələbləri kobud surətde pozulmuş, ekspertizaya təqdim edilmiş cinayət işinin materiallarına deyil, qeyri-müəyyən mülahizələre istinad edilməklə verilmiş ekspert rəylərinə əsaslanılmış, qeyd olunanlar məhkəmənin diqqətinə çatdırılsada, həmin r əylərdən kənar heç bir dəlilə əsaslanmadan və bu rəyləri qiymətləndirmədən yekun qərar qəbuledilmişdir. Göründüyü kimi, icraat zamanı aşkar və kobud qanun pozuntusuna yol verilmiş, cinayət işi üzrə faktikiolaraq təkrar ekspert rəyi mövcud olmadığı halda apellyasiya instansiyası məhkəməsi qərarında bu eksperlrəyinə əsaslanmış, bu rəyi CPM-nin müddəalarına müvafiq olaraq qiymətləndirməmiş, prosessualqanunvericiliyin bir çox müddəalarının pozulmasının başa çatmış icraatın etibarsız olması ilə nəticələnməsinəzərə alınmamışdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolegiyası tərəfindən yekun qərar qəbul edilərkənsübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, məhkəməninyekun qərarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Dövlət ittihamç ısı Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin və nümayəndələrin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya proteti təmin edilməməlidir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya ins tansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları norm alarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində ekspert rəylərinin ziddiyətli olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 408, 409, 410, 412 və 416-cı maddəslərində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarının qanu niliyini və əsaslılığını yoxlayıb və kassasiya protestində mübahisələndirilən məsələlərə dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından göründüyü kimi, təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyində məhkəmənin ekspert qarşısında qoyduğu suallara elmi əsaslara istinad edilməklə ətraflı və inandırıcı cavablar verilmiş, təqsirləndirilən şəxsin psixi vəziyyətini simulyasiya etməsi və yamsılamasının inkar edilməsi ilə bağlı ekspertlərin gəldiyi nəticə kifayət qədər əsaslandırılmışdır. Cinayət törətdikdən sonra onun psixi xəstəliyə tutulmaqla barəsində əvvəl ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli tədbir tətbiq edilsə də, uzun müddət ərzində stasionar şəraitdə daim müşahidə alt ında aldığı müalicələrdən sonra psixi vəziyyəti tədricən yaxşılaşması, davranış pozuntularının korreksiya olunması, lakin hazırda medikamentoz yaxşılaşma mərhələsində olmaqla daimi saxlayıcı (qoruyucu) terapiyaya ehtiyacı olduğundan onun barəsində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi məsləhət görülmüşdür. Apellyasiya məhkəməsi apellyasiya şikayətləri və apellyasiya protestinə mahiyyəti üzrə təkrarən baxarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməsi və həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməsi barədə nəticəyə gəlsə də, apellyasiya icraatı zamanı mülki idd iaçılar tərəfindən təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iş üzrə keçirilmiş əlavə komisyon məhkəmə mühasibatlıq ekspertizasının 32136 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən təqsirləndirilən şəxsə elan olunmuş ittiham öz təsdiqini tapır, onun əməlində cinayət tərkibinin olması müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyinə əsasən Yaşar Alahverdiyevin hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı, hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşdüyü barədə qənaə tinə gəlinsə də, nəqədər ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, əlavə-komisyon məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 32136 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulan nəzərdə tutulan cinayət əməlini törətmiş və yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan ictimai təhlükəli əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmuş, ona ittiham olunan ictimai təhlükəli əməlinə münasibətdə anlaqlı hesab edilmiş, tibbi xarakterli məcburi tədbirin tətbiqindən öncə əməlində cinayət tərkibinin əlamətlərinin mövcud olduğu Xüsusi hissədə nəzərdə tutulmuş maddə ilə nəzərdə tutulmuş cin ayət əməlini törətməsi təsdiq edilməli və daha sonra şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyacın olub-olmadığı və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyac olduğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinə əsasən anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1-ci maddəsinə əsasən şəxsin psixi pozuntu su ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən; bu məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə; cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə; cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Həmin Məcəllənin 95-ci maddəsi ilə məhkəmə tərəfindən psixi pozuntusu olan şəxslərə təyin edilə bilən tibbi xarakterli məcburi tədbirlərin növləri müəyyən edilir; məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; ixtisaslaşdırılmış psixiatriya stasion arlarında intensiv müşahidə altında məcburi müalicə. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 08 noyabr 2012-ci il tarixli qərarının 15-ci bəndinin tələbinə əsasən, cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və xüsusi ittiham qaydasında şikayət üzrə işə birinci instansiya məhkəməsində baxılarkən, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşən xəstəliyə düçar olması müəyyən edildikdə, məhkəmə işə baxılmasını davam etdirməklə cinayətlərin törədilib-törədilməməsi, həmin cinayət əməllərində cinayət tərkibinin olub-olmaması və əməllərin təqsirləndirilən şəxs törədibtörətməməsi, təqsirləndirilən şəxsin psixi xəstəliyə tutulub-tutulmaması, xəstəliyin xarakterinin və xəstəlik vəziyyətinin, baş verdiyi vaxtı, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyacın olubolmaması və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyacı olması kimi məsələləri yoxlamalı və araşdırılmış sübutlarla şəxsin ona ittiham edilmiş cinayət əməlini törətməsi və cinayət törətdikdən sonra onun psixi xəstəliyə tutulması və tibbi xarakterli məcburi tədbirin tətbiqinə ehtiyacı olması təsdiq olunduqda, onun haqqında belə tədbirin tətbiq edilməsi, iş üzrə icraatın isə dayandırılması haqqında qərar çıxarır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 noyabr 2013cü il tarixli qərarı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 78-ci maddələrinin şərh edilməsinə dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 dekabr 2014-cü il tarixli qərarına əsasən cinayət törətmiş şəxsdə psixi pozuntu onun barəsində məhkəmənin hökmü çıxarılanadək baş vermişdirsə, o cəzalandırıla bilməz, bu, anlamsız olardı. Şəxsi öz əməlini dərk etmək və ya öz hərəkətlərini idarə etmək imkanından məhrum edən psixi xəstəlik eyni zamanda dövlətin ona hüquq və azadlıqlardan məhrum etmə və ya onların məhdudlaşdırılmasından ibarət olan təsirinin məcburi xarakterini də dərk etməyə imkan vermir. Bu cür şəxslərə münasibətdə məhkəmə yalnız Cinayət Məcəlləsinin 95-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tətbirlər tətbiq edə bilər. Belə şəxsin cinayət məsuliyyətinə cəlb olunması və ona cəzanın təyin olunması məsələsi ən azından o sağalanadək təxirə salınmalıdır. Azərba ycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 485.4-cü maddəsinə əsasən məhkəmə qərarın çıxarılması üçün məhkəmə müşavirə otağına gedir və orada aşağıdakı məsələləri həll edir: 485.4.1. əməlin törədilib-törədilmədiyini; 485.4.2. əməldə cinayət tərkibinin olub-olmadığını; 485.4.3. həmin əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilmədiyini; 485.4.4. şəxsin psixi xəstəliyə tutulub-tutulmadığını, xəstəliyin xarakterini və xəstəlik vəziyyətinin baş verdiyi vaxtı; 485.4.5. şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyacın olub-olmadığını və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyac olduğunu. Həmin Məcəllənin 485.5-ci maddəsinə əsasən şəxs psixi xəstəliyə məhkəmə baxışı mərhələsində tutulduğu halda məhkəmə, həmçinin iş üzrə icraatın d ayandırılması haqqında məsələni həll etməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı müdafiəçinin vəsatətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, verilmiş ekspert rəyinə əsasən hazırda təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi pozuntu ilə əlaqədar öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarında olmadığından, bu məsələ ilə bağlı onun mövqeyinin öyrənilməsi (cinayət təqibinə xitam verilməsinə razı olub-olmaması) mümkün deyil. Bu səbəbdən müdafiəçi tərəfindən irəli sürülmüş vəsatət baxılmamış saxlanılmalı və vəsatətə təqsirləndirilən şəxs tam sağaldıqdan sonra müzakirə edilməklə hüquqi qiymət verilməlidir. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-i n 408, 409, 410, 412 və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində göstərilən dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-50/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar