Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-159/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi Nəcəfov Raqib İbrəhim oğlunun və onun nümayəndəsi Nümayəndə iştira kları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2021-ci il tarixli, 1(106)-692/2021 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Nəcəfov Raqib İbrəhim oğlu və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 08 avqust 1985-ci il tarixdə Hacıqabul (Qazı-Məmməd) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində mama-ginekoloq vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Hacıqabul şəhəri, Koroğlu küçəsi, ev 44 ünvanda yaşayır. 2. 27 iyun 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində mama-ginekoloq vəzifəsində işləməklə vəzifəli şəxs olaraq 27 yanvar 2020-ci il tarixdə, saat 09:00-da Hacıqabul RMX PHŞ-nin doğum şöbəsinə “39-40 həftəlik hamiləlik, vaxtında İ doğuşun İ başlanğıc dövrü, FMA (2 il sonsuzluq)” diaqnozu ilə daxil olmuş Həsənova Aytac Raqib qızına təyin edilmiş diaqnoza uyğun olaraq doğuşun təbii yolla idarə olunması taktikası seçərək, həmin tarixdə saat 13:35-də sonuncunun təbii yolla doğuşunu idarə etmiş, lakin Həsənova Aytac Raqib qızında təbii doğuşdan sonra yaranmış p atoloji vəziyyət, yəni doğuş yollarının, cırılmış yaralarına vaxtında adekvat müalicə taktikası seçməli olmasına, qanaxmanın dayandırılması üçün intensiv müalicə, qan və qan komponentlərinin köçürülməsindən sonra əməliyyatönü tədbirlər, cərrahi hemostaz və tibbi göstəriş olduğu halda, cərrahiyyə əməliyyatının aparılması təmin edilməli olmasına baxmayaraq, öz işinə vicdansız və laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, Səhiyyə Nazirliyinin 10.05.2011-ci il tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Zahılıq dövrünün qanaxmaları üzrə kliniki protokolun tələblərini kobud surətdə pozub təbii doğuşdan sonra yaranmış patoloji vəziyyət, yəni doğuş yollarının, cırılmış yaralarına vaxtında adekvat müalicə taktikası seçməli, qanaxmanın dayandırılması üçün int ensiv müalicə, qan və qan komponentlərinin köçürülməsindən sonra əməliyyatönü tədbirlər görməli olduğu halda, bunları etməmiş, habelə təbii doğuşdan sonra baş vermiş qanaxma mənbəyi olan doğuş yollarının cırılmış yaralarını düzgün qiymətləndirməməmiş, Həsənova Aytac Raqib qızının barəsində doğuşdan sonra apardığı müayinələrin adekvat olmamış, qanaxmanın olmasına qarşı vaxtında adekvat tədbirlər görməyərək qan itkisinin miqdarının, qadının kliniki vəziyyətini düzgün qiymətləndirməmiş, itirilmiş qan lazımı həcmdə bərpa olunmamış, cərrahi yardım gecikdirilmiş və nəticədə ehtiyatsızlığından zərərçəkmiş şəxs Aytac Həsənovanın doğuşdan azad olduqdan sonra, təbii doğuş zamanı doğuş yollarında, cırılmış yaralarla əlaqədar kəskin qanitirməsi və posthemorragik şok inkişaf etdiyindən 27 yanvar 2020-c i il tarixdə saat 17 radələrində ölməsinə səbəb olmuşdur.
4. Hacıqabul Rayon Məhkəməsinin 1(071)-78/2020 nömrəli, 27 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında mama-ginekoloq vəzifəsi tutmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən himayəsində olan sonuncu uşağı - 21.10.2014-cü il təvəllüdlü Ağazadə Səid Fariz oğlu on dörd yaşına çatanadək, hökm üzrə əsas cəzanın çəkilməsi 21.10.2028-ci il tarixədək təxirə salınmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltiza m qətimkan tədbirinin hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməsi və hökmün icrasının Hacıqabul Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir.
5. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Nəcəfov Raqib İbrəhim oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilərək təqsirləndirilən şəxsə ittihamla elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməsi və hökmdən Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair əsasların çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qızı Aytac Həsənova sağlam olmuş, səhhətində heç bir narahatlıq və şikayəti olmamış, hamiləlik dövrü normal və qaydasında keçmiş, heç bir problemi olmamışdır. Sonradan öyrənmişdir ki, qızı həkim Məhkum səhlənkarlığı səbəbindən vəfat etmişdir. Hesab edir ki, qızı Aytacın ölümünə səbəb Hacıqabul MRX-nın doğum şöbəsinin mama-ginekoloqu Məhkum, həmin şöbənin müdiri, baş mama-ginekoloq Rəfiqə Həmzəyeva olmuşdur. Çünki mama-ginekoloq qızı A.Həsənovada baş vermiş qanaxmanı vaxtında aşkar etməmiş, R.Həmzəyeva və xəstəxana rəhbərliyi baş vermiş hadisəyə nəzarət etməmiş, digər tibb işçiləri məsuliyyətli olmamışlar. Məhkəmə təqsirləndirilən şəxsə ittihamla elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına möhlət verməkdə əsaslı olmamışdır. Əslində, məhkəmə işdə olan kifayət qədər ağırlaşdırıcı halların olmasını nəzərə alaraq vermiş cəzanın təxirə salmalı deyildi.
6. Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 20 avqust 2021-ci il tarixli, 1(106)-692/2021 nömrəli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin 1(071)78/2020 nömrəli 27 avqust 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Nəcəfov Raqib İbrəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2021-ci il tarixli, 1(106)-692/2021 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Nəcəfov Raqib İbrəhim oğlu və onun nümayəndəsi Nümayəndə birgə kassasiya şikayəti vermişlər. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
8. Zərərçəkmiş şəxsin hüquqi varisi Nəcəfov Raqib İbrəhim oğlu və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini apellyasiya instansiyası məhkəməsi q arşısında qaldırdığı eyni dəlillərlə əsaslandırmışlar. Şikayətin müəllifləri Şirvan Apelyasiya Məhkəməsinin təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20.08.2021-ci il tarixli, 1(106)692/2021 nömrəli qərarının ləğv edilərək təqsirləndirilən şəxsə ittihamla elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməsi və hökmdən Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinin tətbiq edilməsinə dair əsasların çıxarılınası barədə yeni qərar qəbul edilməsini xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.
11. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əm əl edilib-edilməməsi yoxlanılır.
12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Zərərçəkmiş şəxsin hüquqi varisi Nəcəfov Raqib İbrəhim oğlu və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətində məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın yüngül cəza olduğunu, onun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Nəcəfov Raqib İbrəhim oğlunun və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-ninnin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il t arixli, “Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
17. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsi).
18. Cəzanı ağırlaşdıran halların dairəsini isə Az ərbaycan Respublikası CM-nin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.
19. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir.
20. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
21. Qeyd olunan qanun normasının məzmunundan göründüyü kimi, qanunverici Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqinə törədilmiş cinayətin xarakteri, ağırlıq və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi şəraitindən asılı olaraq məhdudiyyət müəyyən etməmiş, yalnız həmin maddənin şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərə tətbiq olunmasına istisnalar müəyyən etmişdir.
22. Kassasiya şikayətində irəli sürülmüş dəlillər qeyd olunan cinayət-hüquqi normaları baxımından nəzərdən keçirildikdə, onların əsassız olduğu müəyyən o lunur.
23. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmələr Azərbaycan Respublikası CM-nin 58.3 və 79.1-ci maddələrinin tələblərini gözləməklə, Məhkum himayəsində üç azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, etdiyi əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına və ana qayğısına ehtiyacı olan azyaşlı uşaqlarının həyat şəraitinə təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsini tətbiq etmiş, bununla Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə riayət etmişlər.
24. Qeyd olunan səbəblərdən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən təxirə salınmasının həddindən artıq yüngül tədbir olması və Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmələrin Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz.
25. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi ilk qərarlarından başlayaraq dəfələrlə qeyd etmişdir ki, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qə bul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (bax, məsələn, Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).
26. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
27. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsas lara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2021-ci il tarixli, 1(106)-692/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi Nəcəfov Raqib İbrəhim oğlunun və onun nümayəndəsi Nümayəndə birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2021-ci il tarixli, 1(106)-692/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.