Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1590/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(106)-30/2023 nömrəli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş birgə kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 1(017)-19/2022 nömrəli hökmü ilə (hakim: E.B.Quliyev) xx xxxxx 1977-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan, hal hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən onun əvvəlki hökmlə təyin edilmiş cəzanın vaxtından əvvəl şərti azad edildiyi 04 ay 18 gün hissəsi hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2021-ci il tarixdən hesablanmış, xx xxxx 1991-ci il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, məhkum olunmuş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələr ində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 03 aprel 2021-ci il tarixdən hesablanmışdır. Eyni zamanda Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 1(017)19/2022 nömrəli qərarı ilə, 27 avqust 1984-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta t əhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkum edilmiş, Ağcabədi şəhəri, B.Sərdarov küçəsi ev 16-da qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində CM-in 194-ci maddəsi ilə cinayət təqibinə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.1 və 9.1-ci bəndləri tətbiq olunmaqla CPM-in 43.3-cü maddəsinə əsasən xitam verilmiş və o, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmündən və Təqsirləndirilən şəxs barəsində CM-in 194.1-ci maddəsi ilə olan cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə dair həmin məhkəmənin 23 sentyabr 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), K.S.Bəşirov və İ.Q.Abdullayev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və mübahisələndirilən məhkəmə aktları apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şə xs2 birgə kassasiya şikayəti vermişdir. İşin halları: Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 1(017)-19/2022 nömrəli hökmünə əsasən Məhkum1 özgənin əmlakını ələ keçirmək məqsədilə 20 yanvar 2019-cu il tarixdə saat 20 radələrində X2 məxsus saxlanc yeri hesab edilən Mingəçevir şəhəri, Naxçıvan küçəsi 77 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin hasarından aşaraq evin ikinci mərtəbəsində yerləşən pəncərənin dəmir barmaqlıqlarını əlamətləri istintaqa məlum olmayan özü ilə götürdüyü dəmir parçası ilə vurub yerindən qopararaq pəncərədən qanunsuz olaraq evə daxil olub yataq otağındakı dəmir seyfin qapısını özü ilə götürdüyü həmin dəmir parçası ilə güc tətbiq etməklə açıb, seyfin içərisində olan 9000 (doqquz min) manat dəyərində qızıl-zinət əşyalarını, 15810 (on beş min səkkiz yüz on) manat məbləğində 9300 ABŞ dollarını və 1230 manat nağd pul vəsaitini oğurlamaqla zərərçəkmiş şəxs Rafiq Cəbrayılova cəmi 26040 (iyirmi altı min qırx) manat maddi ziyan vurmaqla özgə əmlakını gizli və əvəzsiz olaraq talamışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 06 avqust 2020ci il tarixdə gecə saat 03 radələrində Bərdə rayonu, Hacallı kənd sakini X5 məxsus saxlanc yeri hesab edilən həmin kəndin ərazisində yerləşən "Oyun zalı”-nın dəmir qapısının üzərində olan 2 ədəd qıfılı əlamətləri istintaqa məlum olmayan özü ilə götürdüyü dəmir parçası ilə güc tətbiq etməklə sındırdıqdan sonra həmin dəmir qapıdan sonrakı taxta materialından hazırlanmış qapının da üz ərində olan qıfılı dəmir parçası ilə güc tətbiq edərək sındırmaqla qanunsuz olaraq zala daxil olub oradan Özbəkistan istehsalı olan 01 ədədi 250 manat dəyərində 110 sm diaqonallı 04 ədəd "Shivaki" markalı plazma televizor və 01 ədədi 180 manat dəyərində 04 ədəd "Playstation 3 Supersilim" markalı oyun konsolunu oğurlayıb Səbuhi Novruzova cəmi 1720,00 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli və əvəzsiz olaraq talamışdır. Bundan əlavə Məhkum1 təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək üçün tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında vəzifə bölgüsü aparıb 23 mart 2021-ci il tarixdə gecə saat 02 radələrində Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kəndin ərazisində yerləşən saxlanc yeri hesab edilən “Y usif” adlı marketin qapısının üzərində olan kilidi əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə güc tətbiq etməklə sındırıb qanunsuz olaraq marketə daxil olmuş, marketin daxilində giriş hissədə qoyulmuş, içərisində qızıl-zinət əşyaları saxlanılan vitrinin şüşəsini əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə sındırıb Məhkum2lə birlikdə Zərərçəkmiş şəxs1 bacısı Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 3 ədəd, 750 əyarlı, hər biri 1,5 qram çəkidə və 140 manat dəyərində olmaqla cəmi 420 manat məbləğində kişi üçün nəzərdə tutulmuş qızıl üzükləri, 1 ədəd, 750 əyarlı, 4 qram çəkidə 380 manat dəyərində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, 5 ədəd, 750 əyarlı, hər biri 1,5 qram çəkidə və 140 manat dəyərində olmaqla cəmi 700 manat məbləğində qadın üçün nə zərdə tutulmuş qızıl üzükləri, 50 ədəd, 585 əyarlı, hər biri 1,5 qram çəkidə və 110 manat dəyərində olmaqla cəmi 5500 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 10 ədəd, 585 əyarlı, hər biri 4 qram çəkidə və 300 manat dəyərində olmaqla cəmi 3000 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, 07 ədəd, 585 əyarlı, hər biri 3 qram çəkidə və 225 manat dəyərində olmaqla cəmi 1575 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, üzük, boyunbağı və sırğadan ibarət 4 dəst, 585 əyarlı, hər bir dəst 8 qram çəkidə və 600 manat dəyərində olmaqla cəmi 2400 manat məbləğində qızıl dəstini, 25 cüt, 585 əyarlı, hər biri 3 qram çəkidə və 225 manat dəyərində olmaqla cəmi 5625 manat məbləğində olan qızıl sırğanı, bundan əlavə marketdə olan kassa aparatının aşa ğı hissəsində yerləşən pulun saxlanılması üçün nəzərdə tutulmuş hissədən Zərərçəkmiş şəxs1 məxsus 10000 (on min) manat nağd pul vəsaiti və 56 manat dəyərində olan qəpik pulları oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 19600 manat məbləğində, Zərərçəkmiş şəxs1 isə 10056 manat maddi ziyan vurmaqla özgə əmlakını gizli və əvəzsiz olaraq talamışdır. Həmçinin həmin hökmlə əsasən Məhkum2 tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 06 avqust 2020-ci il tarixdə gecə saat 03 radələrində Bərdə rayonu, Hacallı kənd sakini X5 məxsus saxlanc yeri hesab edilən həmin kəndin ərazisində yerləşən “Oyun zalı”nın dəmir qapısının üzərində olan 2 ədəd qıfılı Məhkum1 əlamətləri istintaqa məlum olmayan özü ilə götürdüyü dəmir pa rçası ilə güc tətbiq etməklə sındırmasından sonra həmin dəmir qapıdan sonrakı taxta materialından hazırlanmış qapının da üzərində olan qıfılı dəmir parçası ilə güc tətbiq edərək sındırmaqla qanunsuz olaraq zala daxil olub oradan Özbəkistan istehsalı olan 01 ədədi 250 manat dəyərində 110 sm diaqanallı 04 ədəd "Shivaki" markalı plazma televizor və 01 ədədi 180 manat dəyərində 04 ədəd "Playstation 3 Supersilim" markalı oyun konsolunu oğurlayıb Səbuhi Novruzova cəmi 1720,00 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli və əvəzsiz olaraq talamışdır. Bundan başqa, Məhkum2 təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək üçün tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında vəzifə bölgüsü aparıb 23 mart 2021-ci il tarixdə gecə saat 02 radələrin də Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kəndin ərazisində yerləşən saxlanc yeri hesab edilən “Yusif” adlı marketin qapısının üzərində olan kilidi Fikirət Gülmmədovun özü ilə götürdüyü əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə güc tətbiq etməklə sındırmasından sonra qanunsuz olaraq marketə daxil olmuş, marketin daxilində giriş hissədə qoyulmuş, içərisində qızıl- zinət əşyaları saxlanılan vitrinin şüşəsini Məhkum1 əlamətləri istintaqa məlum olmayan dəmir parçası ilə sındırmış və hər ikisi birlikdə Zərərçəkmiş şəxs1 bacısı Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 3 ədəd, 750 əyarlı, hər biri 1,5 qram çəkidə və 140 manat dəyərində olmaqla cəmi 420 manat məbləğində kişi üçün nəzərdə tutulmuş qızıl üzükləri, 1 ədəd, 750 əyarlı, 4 qram çə kidə 380 manat dəyərində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, 5 ədəd, 750 əyarlı, hər biri 1,5 qram çəkidə və 140 manat dəyərində olmaqla cəmi 700 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 50 ədəd, 585 əyarlı, hər biri 1,5 qram çəkidə və 110 manat dəyərində olmaqla cəmi 5500 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl üzükləri, 10 ədəd, 585 əyarlı, hər biri 4 qram çəkidə və 300 manat dəyərində olmaqla cəmi 3000 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, 07 ədəd, 585 əyarlı, hər biri 3 qram çəkidə və 225 manat dəyərində olmaqla cəmi 1575 manat məbləğində qadın üçün nəzərdə tutulmuş qızıl boyunbağını, üzük, boyunbağı və sırğadan ibarət 4 dəst, 585 əyarlı, hər bir dəst 8 qram çəkidə və 600 manat dəyərində olmaqla cəmi 2400 manat məbləği ndə qızıl dəstini, 25 cüt, 585 əyarlı, hər biri 3 qram çəkidə və 225 manat dəyərində olmaqla cəmi 5625 manat məbləğində olan 25 cüt qızıl sırğanı, bundan əlavə marketdə olan kassa aparatının aşağı hissəsində yerləşən pulun saxlanılması üçün nəzərdə tutulmuş hissədən Zərərçəkmiş şəxs1 məxsus 10000 (on min) manat nağd pul vəsaiti və 56 manat dəyərində olan qəpik pulları oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 19600 manat məbləğində, Zərərçəkmiş şəxs1 isə 10056 manat maddi ziyan vurmaqla özgə əmlakını gizli və əvəzsiz olaraq talamışdır. Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 1(017)-19/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs yaxın dostluq və tanışlıq münasibətində olduğu Məhkum1 ilə Məhkum2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərə k 23 mart 2021-ci il tarixdə gecə saat 02 radələrində Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kəndin ərazisində yerləşən saxlanc yeri hesab edilən "Yusif” adlı marketdən Zərərçəkmiş şəxs1 bacısı Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs2 məxsus çoxlu sayda qızıl-zinət əşyalarını oğurlayıb taladıqlarını bilərək baş vermiş oğurluq hadisəsi barədə heç kimə məlumat verməməsi qarşılığında Məhkum1 və Məhkum2 bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl bilərzik və iki ədəd qızıl üzüyü qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin qızılları əldə edib, sərəncam verməklə, istintaqla müəyyən edilməsi mümkün olmayan vaxtda və ünvanda tanımadığı şəxs (şəxslərə) 2000 (iki min) manata sataraq gəlir əldə edib özünün şəxsi ehtiyacları üçün xərclə mişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələrə dair mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Tərəflərindən məhkəməyə vəsatət verilərək təqsirləndirilən şəxslərin əməllərində daha ağır cinayətin əlamətlərinin olması bildirilsə də, vəsatətə düzgün hüquqi qiymət verməmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılamışdır. Məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə oğurluq cinayət hər üç məhkum edilmiş şəxs tərəfindən törədildiy i halda, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs CM-in 194.1-ci maddəsi ilə təqsirli bilinmişlər. Halbuki sonuncuların əməlləri Cinayət Məcəlləsinin 177.3-cü maddəsi ilə tövsif edilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kas sasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə kassasiya şikayətində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 194.1-ci maddəsində göstərilən qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə cinayətini deyil, bundan daha ağır, o cümlədən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər - Məhkum1 və Məhkum2 b irlikdə Cinayət Məcəlləsinin 177.3-cü maddəsində nəzərdə tutulmuş mütəşəkkil dəstə tərəfindən oğurluq törətdiklərini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxslərin birgə kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2 023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə kassasiya şikayətindən görünür ki, onların irəli sürdüyü – Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 194.1-ci, Məhkum1 və Məhkum2 həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4cü maddələrində göstəriləndən daha ağır - Cinayət Məcəlləsinin 177.3-cü maddəsində nəzərdə tutulmuş mütəşəkkil dəstə tərəfindən oğurluq törətdikləri barədə iddiaları məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin müəyyən etdiyi hüdudlardan açıq-aşkar kənara çıxır və prosessual qərarların preyudisial əhəmiyyətindən bəhs edən cinayət-prosessual qanunun 65.1-ci mad dəsinin tələbləri, bu normanın təfsiri üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsində isə təsbit olunmuşdur ki, “cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digə r yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında məhkəmənin konkret şəxs barəsində cinayət işinə birinci instansiya qaydasında baxarkən məhkəməyə verilməyən və barəsində məhkəməyədək icraatda cinayət təqibini istisna edən qərar çıxarıldığı şəxsin cinayət törətməsindən çıxış etməklə onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə məsələni həll etməsini, məhkəmə hakimiyətinə xas olmayan (cinayət-prosessual qanunla ittiham tərəfinə aid edilmiş) ittiham funksiyasını üzərinə götürməsi k imi qiymətləndirmiş və bunu Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, o cümlədən CPM-in 318.1 və 65.1-ci maddələrinin tələbləri nöqteyi-nəzərindən yolverilməz hesab etmişdi. Qeyd olunan normaların tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, istər birinci və apellyasiya instansiyası məhkəmələri, istərsə də kassasiya instansiyası məhkəməsi ittihamın hüdudlarından kənara çıxmaq, təqsirləndirilən şəxsin ittihama daxil edilməyən cinayət əməlinə və yaxud baxılan işdə təqsirləndirilən şəxs qismində cəlb edilməyən şəxsin təqsirlilik məsələsinə baxmaq, xüsusilə də həmin əməl və yaxud şəxs barəsində cinayət təqibinə xitam verilməsinə (cinayət işinin başlanılmasının rədd edilməsinə) dair ibtidai istintaq orqanının ləğv edilməmiş qərarı olduğu halda, həmin əmələ və ya xud şəxsə münasibətdə araşdırma aparmaq səlahiyyətində deyillər və bu səbəbdən də təqsirləndirilən şəxsin ittihama daxil edilməyən cinayət əməlini törətməsi, məhkəməyə verilməyən şəxsin cinayətin iştirakçısı olması barədə dəlillərdən çıxış etməklə baxılan (məhkəmə baxışının predmetini təşkil edən) ittihama münasibətini müəyyənləşdirə bilməzlər (eynilə kassasiya məhkəməsi belə dəlilləri onun kassasiya müraciətinə münasibətini formalaşdıran dəlillər kimi nəzərdən keçirməyə haqlı deyil). Hazırki cinayət işinin materiallarından isə görünür ki, ibtidai istintaqın gedişində müstəntiqin 22 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərarı ilə Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə iştirakı sübuta ye tirilmədiyinə görə həmin maddələrlə onun barəsində cinayət təqibinə xitam verilmiş və cinayət təqibini istisna edən həmin qərar nə prokuror, nə də məhkəmə nəzarəti qaydasında müvafiq məhkəmə tərəfindən ləğv edilməmişdir. Baxılan işdə cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsində, Məhkum1 və Məhkum2 qarşı isə Cinayət Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi barədə ittiham irəli sürülmüşdür. Həmçinin Azərbaycan Respublikası CPM-in 391-8.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə d air məsələyə baxılmasına yalnız Azərbaycan Respublikası Baş prokuroru, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti əsasında yol verilir və bu hal yalnız apellyasiya instansiya məhkəməsinin ilkin baxış iclasının predmetinə daxil olan məsələ olduğundan həmin baxış zamanı müzakirə oluna bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi barədə, Məhkum1 və Məhkum2 Cinayət Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddəsi ilə məhkum olunmalarına dair Ağcabədi Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökm və qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya insta nsiyası məhkəməsində baxılarkən Azərbaycan Respublikası Baş prokuroru tərəfindən birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair vəsatət verilməmişdir. Belə olduğu təqdirdə işə baxan apellyasiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin təmin edilməsi, məhkum edilmiş şəxslər, həmçinin məsuliyyətdən azad edilmiş şəxs barəsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət əməli üzrə ittihamın irəli sürülməsindən ötrü birinci instansiya məhkəməsinin hökmünün və qərarının ləğv edilərək işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. Odur ki, məhkəmə kollegiyası zər ərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs, Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 177.3-cü maddəsində nəzərdə tutulmuş mütəşəkkil dəstə tərəfindən oğurluq cinayətini törətmələri barədə dəlillərini mübahisələndirilən məhkəmə qərarının ləğvini və yaxud dəyişdirilməsini mümkün edən dəlillər kimi qəbul etmir. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı, o cümlədən 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, zərərçəkmiş şəxslərin birgə kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsasl ara görə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(106)-30/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 1(106)-30/2023 nömrəli qərarı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №1(102)-1590/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1590/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver