Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1590/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, məhkum Təqsirləndirilən şəxs və məhkum H.Həsənovun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 noyabr tarixli, 1(106)-574/2019 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X2 (sədrlik edən), X12 və X5 ibarət tərkibdə) 2024-cü il 15 mart tarixli 1(099)-76/2024 nömrəli hökmü ilə, xx xxx 1995-ci ildə Bərdə rayonu, Körpüqıran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, Laçın rayonu, Qarakeçdi kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Taxa Körpü adlanan ərazidə ye rləşən məcburi köçkünlər qəsəbəsində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 19 fevral 2023-cü il tarixdən hesablanması, xx xxxxxx 1994-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Ağcabədi şəhəri, Səməd Vurğun küçəsi, ev 176-da qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ndə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 19 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X4 və X6 ibarət tərkibdə) 2024-cü il 19 noyabr tarixli, 1(106)-574/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 15 mart tarixli 1(099)-76/2024 nömrə li hökmü cəza təyin edilməsi hissədə dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Təqsirləndirilən şəxs və Məhkum ayrı-ayrılıqda təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək Təqsirləndirilən şəxs 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 15 mart tarixli 1(099)-76/2024 nömrəli hökmü digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən Təqsirləndirilən şəxs tanışı Məhkum ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək məlum ol mayan tarixdə, vaxtda və mənbədən Saatlı rayonu, Sarıcalar kəndində yerli icra nümayəndəliyinin inzibati binasının yaxınlığında, avtomobil yolunun kənarındakı yararsız vəziyyətdə olan tikilinin yaxınlığına atılmış polietilen bağlamanın içərisində olan 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda - 2010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 1 (bir) ədəd polietilen bükümdə külli miqdarda - 2055 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 19 fevral 2023-cü il tarixdə saat 20:45-də əldə etmişlər, həmin vaxtı əməliyyat-axtarış tədbiri həyata keçirən Saatlı rayon polis şöbəsinin əməkdaşları onları saxlayaraq Saatlı rayon polis şöbəsinin inzibati binasına gətirib, 19 fevral 2023-cü il tarixdə saat 22:45-də göstəril ən polietilen bağlamaya baxış keçirərkən həmin külli miqdarda narkotik vasitələri aşkar edib götürmüşlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, verilmiş ittihama əsasən 1 ədəd polietilen bağlamanın içərisindən iki ədəd polietilen bağlamanın yəni, həm marixuana, həmdə heroinin aşkar olunması qeyd olunsa da, təqsirləndirlən şəxslərin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş video görüntüdən görünür ki, həmin bağlama açılır və bağlamanın içərisindən yalnız 1 ədəd polietilen bağlama çıxır, digər ikinci polietilen bağlama isə polis əməkdaşı tərəfindən stolun üstünə qoyulur. Həmin video görüntüyə baxarkən qeyd olunan xüsusat tam aydın ol sa da, ittiham tərəfi qara rəngli bağlamanın içərisində iki ədəd bağlamanın olduğunu bildirir. Lakin görüntü hər şeyi aydın göstərir. Təqsirləndirilən şəxslər videogörüntü tədqiq olanan zaman polis əməkdaşı tərəfindən stolun ütünə qoyulan ikinci bağlamanın otaqda olan şkafdan götürüldüyünü, bağlamadan yalnız bir bükümün çıxdığını bildirmişlər. Bu isə onu göstərir ki, verilmiş ittiham tamamilə formal xarakter daşıyır. Təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həmdə məhkəmə istintaqı zamanı verdiyi həqiqəti əks etdirən ifadəsinə məhkəmə qərəzli olaraq, tənqidi yanaşmış və Məhkum məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitələr götürmək üçün Saatlı rayonu, Sancalar kəndinə getməsindən xəbəri olmaması, polis əməkdaşları tərəfindən ona və Təqsirləndirilən şəxs fiziki işgəncələr verilməsi, polis əməkdaşları tərəfindən silahdan istifadə edilməsi, şəxsi axtarış zamanı otaqda birinci onun olması, sonra isə Azəri gətirmələri, Azər gəldikdən sonra isə otağa torbanı (bağlama) gətirmələri, Azər otağa girəndə əlində torbanın olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü və Təqsirləndirilən şəxs müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirmiş və ifadəsinin qeyd edilən hissəsini mötəbər sübut hesab etməmiş, Məhkum məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də özü və Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdməsi qənaətinə gəlmişdir. Məhkəmənin təqsirləndirilən şəxs Məhkum ifadəsinin b ir hissəsinə sübut, əsas hissəsinə isə mötəbər sübut kimi yanaşmaması məhkəmənin qərəzli və ittihama meylli mövqeyinin göstəricisidir və Məhkum ifadəsi digər təqsirləndirilən şəxsin, şahidlərin, tibbi ekspertizaların rəyləri, digər istintaq hərəkətlərinin protokolları ilə uyğunluq təşkil edir və həmin sübutlarla məcmu halında və ayrı-ayrılıqda obyektiv qiymətlənirilməli idi. Lakin məhkəmə heç bir əsas olamadan onun ifadəsinə tənqidi yanaşmış və sübut kimi qəbul etməmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülmələri ilə bağlı məhkəmənin müvafiq sorğusuna Saatlı RPŞ-nin rəisi Azər Tağıyevin xx.xx.2023-cü il tarixli cavab məktubunda, xx.xx.2023-cü il tarixində Saatlı RPŞ-nə gətirilən Məhkum bədəni üzərində heç bir xəsarət aşkar olunmadığından, tibbi ya rdım kitabında qeydiyyat aparılmadığı bildirilmişdir. Buna baxmayaraq, Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli cavab məktubunda Məhkum xx.xx.2023-cü il tarixində təcridxanaya gətirildiyini, ilkin tibbi müayindən keçirilərək adına tibbi kartoçka açıldığını və təqdim edilmiş X19 sənədlərində bədəni üzərində xəsarətlərin olduğu, sol saidin bayır səthində yaraların aşkarlandığı qeyd edilmişdir. Həmçinin qeyd olunan sənəddə digər Təqsirləndirilən şəxsdə eyni tarixdə təcridxanaya daxil olduğu və müayinəsi zamanı bədənin üzərində çoxsaylı xəsarətlərin olması aşkar edilmişdir. Göründüyü kimi Saatlı RPŞ 19 fevral tarixində təqsirləndirilən şəxslərin şöbəyə gətirilən zaman hər hansı bir xəsarətlərinin olmadığını bildirsə də, 2 gün polis şöbəsində saxlandıqdan sonra təcridxanaya etap o lunduqdan sonra ilkin müayinə zamanı təqsirləndirilən şəxslərin bədənləri üzərində çoxsaylı xəsarətlərin aşkar edilməsi və bununla bağlı tibbi ekspertizanın müvafiq rəyinin olması onların polis şöbəsində döyülmələrini, işgəncələrə məruz qalmalarını və Təqsirləndirilən şəxs etirafedici ifadələr almalarını sübut edir. Təqsirləndirilən şəxslərin döyülmələri ilə bağlı ifadələrində göstərdikləri mötəbər sübutlara təsdiq edildiyi halda məhkəmə təqsirləndirilən şəxslərin işgəncələrə məruz qalmaları ilə bağlı göstərdiklərinin işin halları ilə təsdiq edilmədiyini qeyd etmişdir. Bundan əlavə, cinayət işinin materiallarında və ittiham tərəfinin şahidlərinin məhkəmədə vermiş olduğu ifadələrində bir sira ziddiyətlər yaranmışdir. Şahidlər təqsirləndirlən şəxslərin saxlanılması, onların saxlanılan vaxtı olduqları yerlər, narkotik vasitə olan bağlamanı götürüb-götürməmələri, hal şahidləri ilə bağlı fərqli ifadələr vermişlər. Kassasiya şikayətində göstərilənlərə əsasən Məhkum müdafiəçisi Müdafiəçi1 Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 noyabr tarixli 1(106)574/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, narkotik vasitə istifadəçisidir və bu əməlini səmimi etiraf edərək özünü təqsirli bilir. Lakin polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki zorakılıq göstərilmiş, bununla da onların elan etdiyi əsassız ittihamları qəbul etməyə məcbur olmuşdur. Bununla yanaşı, o bu halları məhkəmə iclaslarında bildi rsə də, nə birinci instansiya, nə də apelyasiya məhkəməsi onun ifadələrinə və təqdim etdiyi sübutlara məhəl qoymamışdır. Belə ki, o, Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə olunmuş, orada üzərində olan döyülmə izləri qeydə alınmış, bu döyülmə izləriylə bağlı tibbi kartoçka məhkəmələrə təqdim olunmuş, lakin məhkəmələr tərəfindən işin halları düzgün, obyektiv və qərəzsiz olaraq araşdırılmadığından bu sübutlara da qiymət verilməmiş və barəsində əsassız hökm çıxarılmışdır. Bununla yanaşı, məhkəmələr onun səmimi peşmançılığını, ailəli olmasını, himayəsində 1 azyaşlı övladının olmasını, ailənin tək gəlir gətirəni olmasını, Qarabağ müharibəsinin iştirakçısı olmasını və Ali Baş Komandan tərəfindən müxtəlif medallarla təltif olunmasını da yüngülləşdirici hallar kimi nəzərə almamışd ır. Kassasiya şikayətində göstərilənlərə əsasən məhkum Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 noyabr tarixli 1(106)574/2024 nömrəli qərarının ləğv edilməsini və barəsində yüngülləşdirici hallar nəzərə alınaraq təqsirli olduğu maddələr üzrə daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və məhkum H.Həsənovun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum e dilmələrinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 19 noyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən k assasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Digər məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın ağırlığını və cəzasını yüngülləşdirən halların nəzərə alınmadığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraci əti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mən əvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzə rində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin və məhkumun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış və qiymətləndirilmiş və məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kass asiya şikayətlərinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətmələri iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti və onların cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutul muş həddə, ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanı, onların cinayət əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumların təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onlar barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəç i1 və məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 15 mart tarixli 1(099)-76/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum və Təqsirləndirilən şəxs barələrində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 noyabr tarixli, 1(106)-574/2019 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1590/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1590/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver