Məhkəmə qərarları › İş №1(102)-1592/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1592/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1592/2022 16.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X6 və onun nümayəndəsi Müdafiəçi3, Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlə r Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X6 nümayəndəsi Müdafiəçi3, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X13 və X7 ibarət tərkibdə) 22 sentyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Suraxanı ray onu, Əmircan qəsəbəsi, TBağırov küçəsi ev 5-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə tutulduğu v ə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 1 fevral 2021-ci il tarixdən hesablanması, zərərçəkmiş şəxsin hüquqi varisi X6 mülki iddiasının qismən təmin edilməsi, mülki iddianın 5.000 manat məbləğində maddi ziyanla bağlı hissəsi 2.000 manat məbləğində, həmçinin mülki iddianın 100.000 manat məbləğində mənəvi ziyanla bağlı hissəsi 2.000 manat məbləğində qismən təmin edilərək cəmi 4.000 manat təqsirləndirilən şəxs Məhkum alınaraq zərərçəkmiş şəxsin hüquqi varisi X8 ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X10 və X4 ibarət tərkibdə) 06 dekabr 2021-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şika yəti təmin edilməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X6 müdafiəçinümayəndələri X12 və Müdafiəçi3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunmuşdur. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü "Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublik asının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi” hissəsində dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası artırılaraq ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona təyin olunmuş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaq yolu ilə Məhkum qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmçinin qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2010-cu il tarixdən rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs 30 yanvar 2021-ci il tarixdə saat 00:40 radələrində yaşadığı ünvan 1 ünvanında özünə məxsus mobil telefonda “İnstagram” sosial şəbəkəsində tanımadığı "Qaqaş Seyfəlov” adlı profildəki kişi ilə telefonla mesajlaşdığını görüb onu əllə və təpiklə döyərək onurğanın, sol baldırın, sol çənə bucağı nahiyəsinin qançırları, sol bazu oynağının və döş qəfəsinin ön səthinin, sol bazunun, sağ əlin ön səthinin qançırları, sağ sağrı nahiyəsinin, sağ bazunun, hər iki diz oynağının, sol qalça daragı nahiyəsinin, hər iki baldırın, döş qəfəsinin ön səthinin, hər iki çiyinüstü nahiyənin qançırları ilə müşayiət olunan, yetirildiyi anda həyat və sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən və hər iki kürək nahiyəsinin şişkinlik və qançırı (hematoması) ilə müşayiət olunan, yetirilən anda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirmişdir. Bundan başqa o, 1 fevral 2021-ci il tarixdə saat 18 radələrində yaşadıqları həmin ünvanda yenidən “İnstagram” hesabının kodunu arvadı Zərərçəkmiş şəxs soruşmuş, lakin sonuncu yenə ona kodu demədiyi üçün onu qəsdən öldürmə k məqsədilə əllə və təpiklə Zərərçəkmiş şəxs döyərək başın yumuşaq örtük toxumalarına qansızmalar, boyunun, burunun, hər iki saidin, sol əlin, sol qulaqarxası nahiyənin, alının, sağ alt göz qapağı nahiyəsinin, sol gözün qançırları, sağ almacıq nahiyəsinin şişkinlik və qançırı, sol ayağın qançırı ilə müşayiət olunan, yetirildiyi anda həyat və sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, sonra isə cinayətkar niyyətinə tam nail olmaq üçün evin mətbəxindən gündəlik istifadə etdikləri məişət bıçağını götürmüş, bunu görən Zərərçəkmiş şəxs evin həyətinə qaçmış və o, Zərərçəkmiş şəxs həyətdə tutaraq əlində olan bıçaqla qısqanclıq zəminində döş qəfəsinin daxilə nüfuz etməyən 2 ədəd deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasın a səbəb olan yüngül dərəcəli, sonra isə qabırğanın, hər iki agciyərin, ürəyin zədələnməsi, döş qəfəsinin daxilə keçən hər biri ayrı- ayrılıqda və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan 5 ədəd saglamlıga ağır zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə biləvasitə səbəbli əlaqəli olan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum heç zaman ailəsinin dağılmasını belə arzulamamış, pis və neqativ vərdişlərdən uzaq, ailəcanlı olmaqla, daim ailəsinin, 2 azyaşlı uşaqlarının gündəlik dolanışığının təmin edilməsi ilə məşğul olmuşdur. Dəfələrlə zərərçəkmiş şəxsə “İnstagram” vasitəsilə yazışmalara son qoymasını bildirmiş, hətta həmin halın qarşısının alınması və bir daha təkrarlanmaması üçün o, 30 yanvar 2021-ci il tarixdə, zərərçəkmiş şəxsin anası X9 da öz yaşadıqlar evə dəvət edərək, məsələnin birlikdə həll edilməsinə yetərincə çalışmışdır. Məhkum heç də zərərçəkmiş şəxsi həyatdan məhrum etməyi arzulamamış və məlum cinayət hadisəsi yalnız zərərçəkmiş şəxsin ailə münasibətlərinə zidd, “İnstagram” “İnstagram” sosial şəbəkəsi vasitəsilə olan hərəkətləri səbəbindən baş vermişdir. Bakı Apelliyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, onun iki azyaşlı uşaqlarının öz ata-anasının himayəsində qalmasını, epilepsiya xəstəliyindən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun ilk dəfə cinayət törətməsini və könüllü olaraq polisə təslim olmasını, atası Şahid2ağa oğlunun İ Qarabağ döyüşlərinin iştirakçısıAzərbaycan Respublikasının müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi tam nəzərə almadığından cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri, yəni humanizm prinsipi nəzərə alınmaqla, Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti minimum həddədək azaldılmalıdır. Müdafiəçi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 120.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Apelliyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarını dəyişdirərək, Məhkum cəzasını yüngülləşdirərək həmin maddənin sanksiyası həddində nəzərdə tutulmuş ən aşağı həddə azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsi n hüquqi varisinin nümayəndəsi kassasiya şikayətində qeyd edilir ki, təqsirləndirilən şəxsə ittiham düzgün verilməmiş, işin faktiki halları ətraflı araşdırılmamışdır. Belə ki, təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin əlamətləri olduğundan cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa (ağır) ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə birinci instansiya məhkəməsində vəsatət vermiş, lakin vəsatəti əsassız olaraq təmin edilməmişdir. İstintaq orqanı tərəfindən istintaqın obyektiv aparılmaması və iş üzrə təqsirləndirilən şəxsin əməlinin istintaq orqanı tərəfindən düzgün tövsüf olunmaması məhkəmə iclasında mötəbər sübutlarla təsdiq olunsa da, məhk əmə verilmiş ittiham üzrə ittiham hökmü çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi də təqsirləndirilən şəxsin əməllərində daha ağır ittihamın olmasına diqqət yetirməyərək işi birinci instansiya məhkəməsinə göndərməyib və verilən ittiham çərçivəsində işə baxmışdır. Zərərçəkmiş şəxsin barəsində tərtib edilmiş məhkəmə tibbi ekspertiza rəyinə görə, zərərçəkmiş şəxsin bədənində ümumilikdə 7 ədəd deşilmiş-kəsilmiş yara, baş hissəsində və bədənin müxtəlif yerlərində çoxsaylı xəsarətlər aşkar edilmişdir. Təqsirləndirilən şəxsin niyyəti xüsusi amansızlıqla Zərərçəkmiş şəxs öldürmək olub. Belə ki, evdə ona çoxsaylı əl və təpik zərbələri vurub, lakin hirsi soyumayıb, Fəridə onun əlindən həyətə qaçıb, təqsirləndirilən şəxs də onun arxasınca gedərək bıçaqla 7 zərbə endirib və hadisəni törətdikdən sonra on a heç bir kömək etməyib. Hətta təqsirləndirilən şəxsin ailəsi də Fəridəyə kömək etməmişdir. Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsi heç bir səbəb olmadan, xüsusi amansızlıqla və azyaşlı uşaqlarının gözləri qarşısında qətlə yetirib. Hadisə vaxtı F. Qasımovanın azyaşlı uşaqları, Məhkum anası və qardaşı arvadı da evdə olmuşlar. Lakin heç biri mərhum zərərçəkmiş şəxsin ölümünün qarşısını almaq üçün müdaxilə etməyib və hadisədən sonra da dərhal təcili tibbi yardıma zəng etməyiblər. Verilmiş ifadələrdən və ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən əvvəllər də döyülüb. Bu da onun təqsirləndirilən şəxs tərəfindən mütəmadi zorakılığa məruz qalmasını təsdiq edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Bakı Ağır Cinayətlər məhkəməsində vəsatət verərək CPM-nin 318.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə CMin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Məhkum olunmuş şəxsə təyin olunan cəza həddən artıq yüngüldür. Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs əvvəlcə əl, təpik zərbələri ilə döyüb, onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib, bundan ürəyi soyumayaraq bıçaqla zərərçəkmiş şəxsə 7 bıçaq zərbəsi vurub və onu xüsusi amansızlıqla öldürüb. Bundan sonra o, polisə və təcili tibbi yardıma zəng etməyib, əvəzində atasına zəng edib. Atası onun ifadəsinə görə 10 dəqiqə sonra gəlib, zərərçəkmiş şəxsin hüquqi varisi də onlara gələrkən təcili tibbi yardım gəlməmiş və zə rərçəkmiş şəxs həyətdə qalmaqda davam edib, ona ilkin yardım göstərilməyib və yarımcan halda həyətdə saxlanılmışdır. Bu hallar da göstərir ki, məhkum əməlindən səmimi peşman olmayıb və hadisə baş verdikdən sonra da zərərçəkmiş şəxsə hər hansı ilkin yardımlar etməmişdir. Ona görə də məhkumun təqsirini könüllü etiraf etməsi kimi hal mövcud deyil və bu məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alına bilməz. Bakı Apellyasiya Məhkəməsi öz qərarında CM-nin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halların olmasını tamamilə nəzərə almamışdır. Baxmayaraq ki, məhkəmənin məhkumun cəzasını 06 ay müddətinə artırması cəzanın ağırlaşdırılması demək deyil. Bununla da məhkəmə cəzanın məhkumun islah edilməsi, sosial ədalətin bərpa edilməsi, digərlərini cinayət törətməkdən çəkindirmək üçün kifayət edib-etməməsinə lazımi əhəmiyyəti verməmişdir. Mülki iddianın təmin edilməməsi əsassızdır. Apellyasiya Məhkəməsi mülki iddianın təmin edilməməsi ilə bağlı ümumiyyətlə hər hansı arqument göstərməmişdir. Zərərçəkmiş şəxsin dəfni ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi maddi ziyan çəkmişdir. Belə ki, zərərçəkənin dəfn edilməsi, ona yas verilməsi, qəbir daşının düzəldilməsi və s hallarla bağlı maddi zərər çəkib. Təbii ki, maddi ziyan 5000 manatdan çoxdur, lakin zərərçəkmiş şəxsin 5000 manat maddi zərərlə bağlı pul tələb etməsi daha ağlabatan və realdır. Zərərçəkmiş şəxsin hüquqi varisi qızının ölümü ilə bağlı mənəvi sarsıntı və iztirab keçirmişdir. İşin hallarından görünür ki, zərərçəkmiş şəxsin hü quqi varisi hadisə yerinə gələrkən qızının qan içində həyətdə uzandığını görmüş, ona təqsirləndirilən şəxs və qohumları tərəfindən kömək edilməmiş,, təcili tibbi yardım gec çağırılıb, qızına çoxsaylı zərbələr endirilib. Bütün bunlar zərərçəkmiş şəxsin hüquqi varisində mənəvi iztirab və sarsıntı yaradıb. Buna görə də o, mənəvi ziyanla bağlı 100.000 manat pulun tutulmasını tələb edir. Zərərçəkmiş şəxsin ölümü ilə bağlı cinayət işi açılsa da, cinayət işi üzrə obyektiv araşdırma aparılmamış, əməl CM-nin 120.2.4-cü maddəsinə tövsif edilməli olsa da, CMnin 120.1-ci maddəsi ilə cinayət işi açılmış və və iş məhkəməyə həmin maddə üzrə ittihamla verilmişdir. Məhkəmə iclasında da zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün işin ibtidai araşdırma ya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etsə də, vəsatət təmin edilməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə CM-nin 120.1-ci maddəsində 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəzanın verilməsini xahiş etsə də məhkəmə təqsirləndirilən şəxsə minimal həddə cəza təyin etmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarını ləğv edərək cinayət işini yenidən baxılması üçün təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçinin, özləri tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, müdafiəçinin kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin qismən, cəza təyini ilə bağlı hissəsinin təmin olunması, müdafiəçinin kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, k assasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sü buta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin və zərərçəkmiş şəxsin hüquqi v arisinin nümayəndəsinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə tələb irəli sürmüşdür. Kassasiya məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxs ə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qayta rılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Kons titusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasın da məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan s onra - BMT) Baş Assambleyasının 29 noyabr 1985-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri”nə müvafiq olaraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orqanlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin edilməsini də tələb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24 may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan funksiyaların həyata keçirilməsini tələb etmək olmaz. “Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivli k və qərəzsizlik prinsipinə müvafiq olaraq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. “Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası”na görə hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o, məhkəmə iclasının gedişinə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bunun nəticəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır. Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr işə verilmiş ittiham dax ilində baxmışdır. CPM-in 318.2-ci maddəsi təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatətinin təmin olunmasınu məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinin bu barədə dəlilləri əsaslı deyil. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətlərində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik də rəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq madd ələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həm in cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictima i təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılması ndan və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apell yasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmamış və qeyd etmişdir ki, Məhkum şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, Məhkum törətdiyi cinayət əməllərini etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, könüllü olaraq polisə təslim olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və epilepsiya xəstəliyindən əziyyət çəkməsini onun barəsində cəzanı yüngülləşdirən hallar və Məhkum əməlində Azərbaycan Republikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır, lakin Məhkum Azərbayc an Respublikasının Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq yüngül cəza təyin edilmişdir Apellyasiya məhkəməsi Məhkum Cinayət 66.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş cəzanın və buna müvafiq olaraq CM-in 120.1 və 128-ci maddələri ilə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq təyin edilmiş cəzanın həddinin qaldırılması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna görə də kassasiya məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə müdafiəçinin, həm in cəzanın ağırlaşdırılması barədə isə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətlərinin dəlillərini əsassız sayır, məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin dəyişdirilməsinin (ağırlaşdırılması və ya yüngülləşdirilməsi) islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4- cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Pl enumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tari xli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsir i baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilən cəzanın həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin dəyişdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətlərinin bu barədə dəlilləri əs assızdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətində mülki iddianın təmin edilməməsinə dair dəlillərini də məhkəmə kollegiyası əsassız sayaraq qeyd edir ki: CPM-in 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə qarşı verilən maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiadır. Maddi ziyan dedikdə, cinayət nəticəsində hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə itirilmiş gəlir başa düşülür. Mənəvi ziyan dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi z iyan bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olan qeyri-əmlak xarakterli hüquq pozuntusudur. Cinayət mühakimə icraatında mülki iddia Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li Qərarında qeyd edilir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən, nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb et mək hüququ vardır”. Məhkəmə kollegiyası, məhkəmələrin zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinin dəymiş ziyanın əsas məbləğinin mülki iddianın mənəvi ziyan hissəsində formalaşmış ümumi məhkəmə təcrübəsini nəzərə almaqla iddia tələbinin qismən təmin edilməsi, məhkum olunmuş şəxs Məhkum maddi zərərin əvəzi olaraq 2000 manat və mənəvi ziyan 2000 manat pul tutulması, iddianın qalan hissədə təmin edilməməsi barədə mövqeyinin haqlı olduğu qənaətinə gəlir. Belə ki, məhkəmələr tərəfindən mülki iddiaya baxılarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiy a şikayətinə münasibətdə mülki iddianın tam təmin edilməsi üçün əsaslar mövcud oimadığından göstərilən şikayətin bu barədə dəlilləri əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkuma cəza təyini və mülki iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikay ətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X6 nümayəndəsi Müdafiəçi3 və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 120.1-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar