Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1592/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-512/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum xx xxxxxx 1990-cı il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 23 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 yanvar 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfind ən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı “X17” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X17” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraci ət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs3 inam və etibarını qazanmış, övladının xaricdə ali təhsil almasında köməklik göstərməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs3 övladı X8 Türkiyə Respubikasının Samsun şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” universitetində “tibb” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ölkədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim etdiyi vəsait hesabına 4 illik təhsil haqqı və yataqxana xərclərinin ödənişini həyata keçirəcəyinə dair yalan vəd verib aldatmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda pulu ələ keçirmək və sonuncuda tam əminlik yaradıb öz cinayətkar əməllərini pərdələmək və həqiqi niyyətini gizlətmək üçün 11 iyul 2019-cu il tarixdə ünvan 2 ünvanında “X14’’-in 7-ci mərtəbəsində yerləşən ofisdə formal otaraq tərtib edilmiş müqavilə bağlayaraq həmin vaxt 3500 manat, daha sonra isə hissə-hissə olaqla 3000 manat pul vəsaitini 2019-cu ilin sentyabr ayında ünvan 2 ünvanında “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisdə Zərərçəkmiş şəxs3 alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonunc uya ümumilikdə 6500 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı “X17” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X17” təhsil şirkətinin icr açı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs2 inam və etibarını qazanmış, övladının xaricdə ali təhsil almasında köməklik göstərməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 övladı X1 Türkiyə Respubikasının Samsun şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” universitetində “İngilis dili müəlliməsi” ixtisası üzrə tə ləbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ölkədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim etdiyi vəsait hesabına 4 illik təhsil haqqı və yataqxana xərclərinin ödənişini həyata keçirəcəyinə dair yalan vəd verib aldatmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək və sonuncuda tam əminlik yaradıb öz cinayətkar əməllərini pərdələmək və həqiqi niyyətini gizlətmək üçün 02 avqust 2019-cu il tarixdə ünvan 2 ünvanında “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisdə formal otaraq tərtib edilmiş müqavilə bağlayaraq həmin vaxt 1800 manat, daha sonra isə 2019-cu ilin avqust ayında hissə-hissə olaqla 1200 manat pul vəsaitini ünvan 2 ünvanında “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisdə Zərərçə kmiş şəxs2 alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı “X17” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reye strinə daxil edilməyən “X17” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs1 inam və etibarını qazanmış, övladının xaricdə ali təhsil almasında köməklik göstərməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 övladı X6 Türkiyə Respubikasının Samsun şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” univer sitetində “Mamalıq” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ölkədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim etdiyi vəsait hesabına 4 illik təhsil haqqı və yataqxana xərclərinin ödənişini həyata keçirəcəyinə dair yalan vəd verib aldatmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda 2019-cu ilin avqust ayında ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ünvan 2 ünvanında “X14”-in 7-ci mərtəbəsində yerləşən ofisdə Zərərçəkmiş şəxs1 ümumilikdə 3300 manat alıb ələ keçirərək sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəma nətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı “X17” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X17” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfin dən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə X7 və Zərərçəkmiş şəxs5 Fərhad qızının inam və etibarını qazanmış, özü və həyat yoldaşı Zərərçəkmiş şəxs5 xaricdə ali təhsil almaqda, həmçinin İstanbul şəhərində ev almaqla bağlı köməklik göstərməsi üçün ona müraciət etmiş Ə.F.X2 Samsun şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” universitetində “Güzel Sanatlar” ixtisası üzrə, həyat yoldaşı Zərərçəkmiş şəxs5 Fərhad qızını isə həmin universitetdə “Tibb” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ölkədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim edəcəyi vəsait h esabına ilik təhsil haqqı və digər xərclərinin ödənişini həyata keçirəcəyinə, eləcə də İstanbul şəhərində ev almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib onları aldatmış, zərərçəkmiş şəxslərə məxsus külli miqdarda pulu ələ keçirmək və onlarda tam əminlik yaradıb öz cinayətkar əməllərini pərdələmək və həqiqi niyyətini gizlətmək üçün ilk olaraq Zərərçəkmiş şəxs5 ilə, daha sonra isə Zərərçəkmiş şəxs4la formal otaraq tərtib edilmiş müqavilə bağlamış, zərərçəkmiş şəxslərin ona tam güvənlərinin yaranmasına əmin olduqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020ci ilin yanvar ayının əvvəllərindən 29 noyabr 2022-ci il tarixədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda müxtəlif yerlərdə, yəni Zərərçəkmiş şəxs5 2020-ci ilin yanvar ayının əvvəllərində ünvan 3 ünvanında “X14”-in 7-ci mərtəbəs ində yerləşən ofisdə 6000 manat, 04 may 2020-ci il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs4 500 manat, daha sonra həmin ünvanda istintaqa məlum olmayan tarixlərdə Zərərçəkmiş şəxs5 hissə-hissə olmaqla üç illik təhsil haqqının ödənilməsi adı ilə 12600 manat, təhsil aldığı müddətdə semestr imtahanlarının yazılması adı ilə hissə-hissə olmaqla 12000 manat, daha sonra Universitetin ödənilməmiş üç illik təhsili haqqı üçün 5000 manat, həmin ünvanda 17 iyun 2020-ci il tarixdə 1100 manat, “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq Universitetin iki illik təhsil haqqının ödənilməsi üçün hissə-hissə 500 manat olmaqla 2000 manat, 26 aprel 2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Land Park” otelində ev almaq adı ilə 31000 manat, daha sonra Zərərçəkmiş şəxs5 2022-2023-cü tədris ilinə dair Universitetə köçürülməsi, həmin tədris ilinin özünün iştirakı olmadan başa vurulması adı ilə hissə-hissə olmaqla onun atası şahidin adına olsada öz istifadəsində olan 4127********005 nömrəli bank kart hesabına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi “Araz” marketdə yerləşən “E-Manat” post terminalından 390 manat, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Nazim” marketdə “E-Manat” post terminalından 450 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Nazim” marketdə “E-Manat” post terminalından 220 manat, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “E-Manat" post terminalı vasitəsi ilə 885, 2000, 2000, 2000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Nazim” Marketdə “E-Manat” post terminalından 400 manat, xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “E-Manat” post terminalı vasitəsi ilə 1500 manat olmaqla cəmi 9845 manat və İstanbul şəhərində guya aldığı evin pulunun qalan hissəsinin ödənilməsi adı ilə 29 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 anası Şahid1 vasitəsi ilə göndərdiyi 5000 manat pulu ünvan 6 ünvanında yerləşən 3 saylı “ASAN” xidmətin qarşısında alıb ələ keçirmiş, bununlada təkrarən tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 Fərhad qızına məxsus ümumilikdə 65445 manat və zərərçəkmiş şəxs X3 məxsus ümumilikdə 19600 manat olmaqla cəmi 85045 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1263/202 4 nömrəli, 10 dekabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 avqust 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini, ittiham üzrə ümumi ziyanı tam ödədiyini və ziyanın 50 faizi məbləğində dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad e dilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-512/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1263/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi, zərərçəkmiş şəxslərlə barışdığından, dəymiş ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Məhkum Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsini tətbiq etməklə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi qərara alınmış, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edil mişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilib-ödənilməməsini dəqiqləşdirmədən, həmin ərizələrin zərərçəkmiş şəxslərin iradə ifadəsini əks etdiribetdirməməsini yoxlamadan, məhkəmədə iştirak etməyən şəxslərin adından göndərilmiş ərizələrə əsas götürüb, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş şəxs tərəfindən natamam ödənilmiş pul məbləğini iş üzrə vurulmuş ümumi ziyan kimi qəbul etmiş və həmin ziyanın 50 faizi məbləğində dövlət büdcəsinə ödəniş edilməsinə i stinad edib əsassız olaraq şəxsi cinayət məsuliyyətindən və cəzadan azad etmişdir. Qeyd edilənləri nəzərə almaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-512/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunması xahiş edilmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibed ilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmənin Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədiyini və şəxsin əsassız olaraq cinayət məsuliyyətindən azad olunduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutu lmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan müraciət kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-512/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarını yoxlayaraq, araşdırma nəticəsində kassasiya protestini əsaslı hesab edib aşağıdakıları qeyd edir.
17. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsinin tətbiq edilməsinin mümkün olmadığına dair gəldiyi nəticəsini birinci instansiya məhkəməsi onun əvvəllər də talama c inayətinin törətməsi, əməlində cinayətlərin residivinin olması və əməlindən peşman olmaması kimi şəxsiyyətini xarakterizə edən halların nəzərə alması ilə əsaslandırmışdır (cild 5, səh. 197).
18. Həqiqətən, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Məhkum ilk dəfə Səbail rayon Məhkəməsinin 23 mart 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, daha sonra isə Xətai Rayon Məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətə azad lıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra 21 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, səh. 221-223).
19. Eləcə də, cinayət işinin materiallarından müəyyən edilir ki, hazırkı cinayət birinci instansiya məhkəməsində icraatda olduğu dövrdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Məhkum barəsində təqibi aparılan başqa - onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirlməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir (cild 5, səh. 101-102).
20. Birinci instansiya məhkəməsinin təsviri verilən hüquqi mövqeyinin əksinə olaraq, Məhkum şikayəti əsasında cinayət işi üzrə yeni araşdırma aparan apellyasiya instansiyası məhkəməsi onun barəsində Azərbaycan R espublikası CM-nin 73-1.3-cü maddəsinin tətbiqini mümkün hesab etmişdir.
21. Belə qənaətə gələrkən, Məhkum əməlində cinayətlərin residivinin mövcudluğu ilə bağlı hala münasibətdə apellyasiya instansiyası məhkəməsi cinayət qanunvericiliyində residivin bilavasitə nəzərə alınmalı olmasına dair mövqenin yalnız cəza təyini məsələlərində nəzərdə tutulmalı olduğunu göstərmişdir.
22. Məhkum törətdiyi əməlindən peşman olmamasına münasibətdə isə apellyasiya instansiyası məhkəməsi peşmanlıqla bağlı müddəaların Azərbaycan Respublikası CM-nin 72-ci maddəsində əks olunduğunu, həmin maddənin məzmununa görə cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma hərəkətlərinin icrasının həm də səmimi peşmanlığı ehtiva etdiyini qeyd etmişdir.
23. Azərbaycan Respublikası CM -nin 72 və 83-cü maddələrinin eyni Məcəllənin 73-1.3cü maddəsi ilə əlaqəli şəkildə təfsirinə dair apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşan məhkəmə kollegiyası bununla belə qeyd edir ki, həmin mövqedən çıxış edərək Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsinin tətbiq edilməsinə dair qərarını verən məhkəmə, həmin qərarı qəbul edərkən baxılan cinayət işinin hallarını kifayət qədər nəzərə almamışdır.
24. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-m əcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır.
25. Cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin labüdlüyünə baxmayaraq, həmin şəxslərin qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir. Cinayət məsuliyyətindən azad etmə şəxsin törətdiyi cinayətə görə dövlət adından mühakimə edilməsindən və barəsində ittihamedici hökmün çıxarılmasından, habelə cəzanın tətbiq edilməsindən imtina etməklə azad edilməsidir. Belə azad etməyə əsas verən hallar, onun şərtləri və qaydaları cinayət və cinayət-prosessual qanunvericilikləri ilə müəyyənləşdirilir.
26. Baxılan cinayət i şinin hallarına tətbiq edilməli olan maddi və prosessual cinayət hüquqi normalardan, o cümlədən, Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsindən görünür ki, Cinayət Məcəlləsinin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.
27. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsində təsbit edilmiş qaydaya görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlan ılmaya və ya ona xitam verilə bilər.
28. Eyni Məcəllənin 43.3-cü maddəsinə əsasən isə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.
29. İstinad edilən normalardan göründüyü kimi, qanunverici Azərbaycan Respublikası CM-nin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinin tətbiq edilməsi imkanını məhkəmələrin vəzifəsi yox, hüququ kimi müəyyən etmiş və bunun edilməsini bir sıra şərtlərin icrası ilə əlaqələndirmişdir.
30. Lakin onu da nəzərə almaq lazımdır ki, təkcə Azərbaycan Respublika sı CM-nin 731.3-cü maddəsində sadalanan şərtlərin icra edildiyini əsas götürməklə təqsirkarın cinayət məsuliyyətindən azad edilməsi barədə qərarın çıxarılmasını mübahisəsiz nəticənin verilməsi kimi qəbul etmək olmaz.
31. Cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir.
32. Təfsir edilənlərə əsaslanmaqla cinayət iş inin müəyyən edilmiş hallarına, o cümlədən, hazırkı baxışın predmetini təşkil edən cinayətlərin törədilməsindən əvvəl və sonrakı dövrə aid olan Məhkum davranışına, eləcə də apellyasiya instansiyası məhkəməsinin mübahisəsi aparılan qərarı çıxarılarkən onun cinayət qanunu qarşısında müşayiət olunan mövcud hüquqi vəziyyətinə nəzər yetirdikdə, həmin qərarın Məhkum islah olunmasına müsbət təsirinin mümkünlüyü, eləcə də cinayətkar fəaliyyətinin davamının kəsilməsi baxımından qəbul edilməsinin əsaslılığı sual doğurur.
33. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cinayət işinin materiallarında olan məhkumluq haqqında arayışdan, eləcə də məhkəmə aktlarının surətlərindən (cild 1, səh. 242-267) müəyyən edilir ki, Məhkum əvvəllər də ardıcıllıqla mahiyyətcə eyni müqabildən olan dələduzluq cinayətlərini tö rətmiş - 2012-ci ildə 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cərimə cəzasına məhkum edilsə də, qısa müddət keçdikdən sonra 2013-cü ildə yenidən Cinayət Məcəlləsinin eyni maddələri ilə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə 2017-ci ildə azad olunsa da, 2019-cu ildə artıq baxılan iş üzrə ittiham edildiyi cinayətləri törətmişdir.
34. Məhkumluq haqqında arayışdan, eləcə də iş materiallarında olan cinayət işinin ayrılması haqqında qərardan (cild 1, səh. 1-10) həmçinin görünür ki, baxılan cinayət işi 28 aprel 2023-cü il tarixdə daha əvvəl, 28 avqust 2020-ci tarixdə başlanılmış digər cinayət işindən ayrılmış, birinci cinayət işi üzrə icraat əvvəl 30 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından, daha sonra isə 03 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndiyindən dayandırılmış, yalnız barəsində axtarış elan edilmiş Məhkum 19 may 2022-ci il tarixdə Makedoniya Respublikasında tutulub Azərbaycan Respublikasına ekstradisiya edilməsindən sonra icraat təzələnmiş və istintaq hərəkətləri davam etdirilmişdir.
35. Bununla yanaşı, həmçinin yuxarıda qeyd edildiyi kimi, Məhkum cinayətkar fəaliyyəti hazırkı baxışın predmetini təşkil edən cinayət işi ilə bitməmiş, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarının qəbul edilməsi ilə nəticələnən məhkəmə araşdırması aparıldığı dövrdə ona aid eyni mahiyyətli iş üzrə cinayət təqibi davam etmiş və həmin işdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.
36. Beləliklə, cinayət işinin müəyyən edilmiş hallarının məcmusu nəzərdən keçirildikdə belə nəticəyə gəlmək mümkündür ki, apellyasiya instansiyası məhkəməsi qanunla verilən hüququndan istifadə etməklə Məhkum cinayət məsuliyyətindən azad edilməsinə dair qərarını qəbul edərkən, həmin halların müqayisəli təhlilini yetərli dərəcədə həyata keçirməmiş, yalnız Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsində siyahısı verilən məcburi şərtlərin icra edildiyinə əsaslanmış, lakin təqsirkarın şəxsiyyətini səciyyələndirən xüsusatları nəzərə almaqla onun islah olunmasına, tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına dair cinayət qanunvericiliyinin vəzifələrinin təmin edilməsinə kifayət qədər diqqət yetirməmişdir.
37. Halbuki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
38. Eləcə də, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
39. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi b arədə qərarını çıxararkən, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə yönəlmiş və müvafiq hallarla əsaslandırılmış dəlillər üzrə mübahisə doğurmayan cavab verilməsini tələb edən vəzifəsini icra etməmiş, işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyərək Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin tələblərini pozmuş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.
40. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
41. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-512/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
42. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam ödənilib-ödənilməməsinin dəqiqləşdirilmədiyi, həmin ərizələrin zərərçəkmiş şəxslərin iradə ifadəsini əks etdirib-etdirməməsinin yoxlanılmadığına dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, protestlə mübahisəsi edilən qərar ləğv edilib yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıldığından, hazırki araşdırma üzrə bu dəlillərə münasibət bildirilməsinə zərurət yaranmır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-512/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.