Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1593/2025 01.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və Məhkum müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Qazı-Məmməd (hazırda Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, iş ləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-34/2025 nömrəli 7 mart 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.N.Hüseynov (sədrlik edən və məruzəçi), E.Q.Məmmədov və N.H.Məmmədov) 1(099)-29/2024 nömrəli 7 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onun 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edil məsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 4 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Eyni hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-34/2025 nömrəli 7 mart 2025-ci il tarixli qərarı ilə (hakimlər E.İ.Əliyev (sədrlik edən), H.X.Bəhmənov (məruzəçi) və Y.X.Həşimov) apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına görə Məhkum satış məqsədi ilə qanunsuz olaraq 5,672 qram çəkidə külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamini istintaqa və məhkəməyə məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, ayrıayrılıqda 3,214 qram, 1,175 qram və 1,283 qram olmaqla 3 ədəd bükümlərə qablaşdıraraq, həmin metamfetaminin 1,175 qram və 1,283 qram olmaqla 2 ədəd bükümünü 26 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Hacıqabul-Şirvan yolunda olan körpünün yanında tanışı Təqsirləndirilən şəxs 15 manat müqabilində satmış, qalan 3,214 qram çəkidə psixotrop maddə metamfetamini isə üzərində saxlamaqla daşımış və Şirvan şəhər X4 mübarizə qrupunun əməkdaşları tərəfində n keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 dekabr 2022-ci il tarixdə, saat 00:15 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yolun kənarında hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 3,214 qram olan külli miqdar psixotrop maddə metamfetamin əynində olan boz rəngli şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, məhkuma bəraət verilməsi xahiş olunur. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, təqsirləndirilən şəxslə polis nəfəri Etibarın ifadələri arasında ziddiyyət olduğu halda, onların üzləşdirilməsi keçirilməmişdir. 2 nəfər təqsirləndirilən şəxslərə, ifadələri arasında ziddiyyət olduğu halda dövlət tərəfindən 1 vəkil təyin edilməsi də CPM-nin tələblərinin, onların müdafiə hüquqlarının pozulması, istintaqın qərəzliliyi, səthi, ittihamyönümlü istintaqın göstəricisidir. Polislərin ifadələri də bir-birinə zidd olduğu halda üzləşmələri keçirilməyib. Məhkum 3 saylı İstintaq təcridxanasına daxil olarkən 2 ayağında və kürəyində xəsarətlərin, yəni tibbi kitabçada qeyd edilən “hər iki aşağı ətrafın və kürək nahiyəsinin qançırları“ müəyyən edilməsi və bu barədə xx.xx.2022-ci il tarixli VK 1672 saylı vəkil sorğusuna cavab veriləndən sonra bu rəsmi məlumatlar əsasında Şirvan Şəhər Prokurorluğunda səthi y oxlama aparılmış və əsaslandırılmamış xx.xx.2023-cü il tarixli 306C-22 nömrəli rədd qərarı qəbul edilmişdir və məhkəmə nəzarəti qaydasındakı şikayəti əsasında prokurorun özü tərəfindən ləğv edilsə də, yenidən 18 fevralda eyni qərar təkrar qəbul edilmişdir ki, ondan da vəkil tərəfindən xx.xx.2023-cü ildə məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Prokuror, vəkilin iştirakı olmadan təqsirləndirilən şəxs Əliyev Rəfaeli dindirmiş və ekspertə təqdim etmədən rəy alaraq qərar qəbul etmişdir. Dəfələrlə verilmiş vəsatətlərə baxmayaraq xəstəlik tarixçəsini yazan, müayinə aparan tibb işçiləri dindirilməmişdir. xx.xx.2022-ci ildə xəsarətlər yetirildiyi halda Rafael 27 gün sonra, xx.xx.2022-ci ildə müayinədən keçirilib. Dəfələrlə, vaxtında ibtidai istintaqda verilən vəsatətlərə baxmayaraq nə TŞK kamera görüntüləri, nə tutulduğu yerdəki - Hacıqabul marketin üstündəki kamera görüntüləri götürülməmiş, vaxt uzatmaq üçün səlahiyyətsiz icra qurumuna formal və vaxt uzatmaq məqsədilə sorğu göndərilmiş və müsbət cavab alınmamışdır. Məhkum tutan və polisə aparan polis əməkdaşlarının telefonlarının anten məlumatları, sms yazışmalarına qiymət verilməmişdir ki, Şirvan polis əməkdaşı Hacıqabulda tutulan şəxsin işini aidiyyəti pozmaqla qərəzli aparmış, ona xəsarət yetirməklə sənədləri imzalatmışdır. Sənədləri, onu aldadıb imzaladıblar ki, atan səni gözləyir həyətdə, imzala get. Həqiqəti müəyyən etmək üçün şahidlər və onu tutan polis əməkdaşları üzləşdirilməmişdir. Dəfələrlə Baş Prokurorluğa, rayon prokuroruna edilən müraciətlərinə cavab verilməmişdir. Rayon prokurorluğu məhkəmə sorğusuna bilə- bilə polisi müdafiə etmək məqsədilə yanlış, həqiqətə uyğun olmayan və bir-birinə zidd cavab vermişdir. Polis sıravisi Şahid6 ağır cinayətlər məhkəməsində yalan ifadə verməsi ki, Rafaeli tanımır, iş materialları ilə uzlaşmır. Şirvan Prokurorluğu 1 il sonra öz qərarını dəyişməsi, Şirvan məhkəməsinin qərarının qüvvədə olmasına ziddir. Məhkum Hacıqabul şəhərində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə gecə saat 22 radələrində Hacıqabul marketin qabağında, kameranın altında həmin dükandan çıxarkən saxlanılmışdır. Onu Hacıqabul polisləri Sirvan şəhəri ilə sərhəd olan körpunun altına gətirmişlər və zəng edərək Şirvan şəhər Polis şöbəsinin əməliyyaçısı kmi özünü təqdim edən, əslində müvəqqəti saxlama yerinin polis nəfəri, Şahid6 və onunla gələn idmançı qamətli şəx sə təhvil vermişlər. Göstərilən şəxsin, özünü əməliyyat müvəkkili kimi təqdim etməklə, prokurorluqda izahatı alınsa da, ilk saxlayan polislərin izahatları alınmamışdır. Məhkum özü ona konfidensial görüşdə İT-da səmimi olaraq izahat verərkən bildirmişdir ki, Şirvan Şəhər Prokurorluğuna etap olunub və işgəncə ilə əlaqədar o, polis tərəfindən döyüldüyünü bildirib, ancaq ondan Şirvan şəhər Prokurorluğunda bununla əlaqədar heç bir izahat almayıblar. Vəkili də bu proseslərə cəlb olunmayıb. Rədd qərarında isə göstərilib ki, təqsirləndirilən şəxsdən izahat alınıb. Bu materialda Rafaelin imzasının saxtalaşdırılması faktı yoxlanılmayıb. Hacıqabul Rayon Polis şöbəsiniun polis nəfərləri Şahid9 və Şahid8 adlı əməkdaşları tərəfindən üstünə baxış keçiriləndən sonra, gecə saatlarında üzərində narkotik vas itə olmadan Hacıqabul Marketin qarşısında TŞK kamerasının altında saxlanılmış və Şirvan Şəhəri ilə sərhəddə yerləşən körpünün altında Şirvan polis şöbəsinin Şahid6 adlı əməkdaşına zəng edərək Şirvan şəhər Polis Şöbəsinin ağ Niva maşınında gəlmiş Şahid6 və onunla 1 nəfər idmançıya maddi sübutsuz təhvil verdikləri halda, şəxsi narkotik vasitə satmaq ittihamı ilə həbs edilməsi düzgün araşdırılmamışdır. Görüntüdə görünür ki, bükümdə heç 0,1 qram da narkotik yoxdur, formal çəkilişdir, nə də ki, möhürlənib bağlanmır. Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən şəxsdən etiraf almaq məqsədilə qəddar, qeyri-insani ləyaqəti alçaldan rəftarla güclü fiziki ağrı və psixi istirablar verilməklə, döyülərək və ona dubinkanı göstərərək, onunla nalayiq hərəkətlər edəcəklərinə şəxsi qorxudaraq inandır maqla, bir bükümdə 3,2 qram metamfetamin - narkotik vasitələrin ona məxsus olmasını video çəkilişdə də etiraf etməsini və ifadə verməsini tələb etməklə buna nail olmuşlar. Hacıqabul şəhərində Məhkum saxlayan 2 polisin telefon anten məlumatları xx.xx.2022-ci il saat 22:43 Hacıqabulda və xx.xx.2022-ci il saat 23:14-də Şirvanla sərhəddə olduqlarını, yəni Hacıqabul marketin qabağında Məhkum saxlanılmasını və sərhəddə Şirvan polisinə təhvil verilməsini sübut edir. Cinayət işinin materiallarına cəlb edilmiş sənəd, sübutlardan və müdafiə tərəfinin çoxsaylı vəsatətlərindən, ərizələrindən görünür ki, təqsirləndirilən şəxsin izahatı ilə istintaq, məhkəmə və müdafiə tərəfinin təşəbbüsü ilə cinayət işinə cəlb olunmuş şahidlərin ifadələri arasında kəskin ziddiyət yaranmışdır. Əməliyyat nəticəsində Məhk um saxlanılmışdır. Rafaeli saxladıqdan sonra üzərində narkotik vasitələrin olması şübhəsi ilə Şirvan ŞPŞ-də təhqiqat bölməsinə gətirmiş və şübhəli şəxs qismində tutulmuşdur. Araşdırma üzrə Şahid1, X1 Babayevlə eyni məzmunlu izahat vermişlər. Eyni zamanda 30 mart 2023-cü il tarixli İttiham aktına əsasən şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, “04 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Hacıqabul rayonu, H.Həmidov küçəsi, ev 116-da qeydiyyatda olmaqla yaşayan Əliyev X11 şəhər ərazisində qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlayır”. Məhkəmə və prokurorluq hüquqi qiymət verməli, polis nəfəri Şahid6 barəsində Cinayət Məcəlləsinin Maddə
297. Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə maddəsilə cinayət işi qaldırılmalıdır. Videoçəkilişlə axtarış və götürmə zamanı görünür ki, “aşkar olunan” əşya nə açılıb baxılmır, nə də ki, tərəzidə çəkilmir və möhürlənmir. Burada şübhə yaranır ki, 2 qramdan artıq çəkidə narkotik vasitə polislər tərəfindən qəsdən qoyulmuşdur. Bundan başqa Rafaelin döyülməsi, Etibar ilə Rafaelin üzləşdirilməməsi, iki nəfərə, ifadələri arasında ziddiyyətlərin olduğu halda bir vəkilin verilməsi, videoda görünür ki, Rəfaildən guya götürülən əşya nə açılmır, nə də ki, çəkilmir. Polislərin ifadələri bir-birinə ziddir və birbirini təstiqləmir. Hacıqabul polislərinin anten dairələri xx.xx.2022-ci il saat 21-də körpünün yanını göstərir, Hacıqabulda isə Ziya Bünyadov küçəsi ümumiyyətlə yoxdur, arayış təqdi m edilib. Rafaeli Hacıqabul polisləri heç nəsiz Hacıqabul Marketdən çıxanda saxlayıblar. Şahid6 məhkəmədə yalan ifadə verməsinə qiymət verilmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi5, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə t əqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daş ıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayət in tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əh əmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X10rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandı qları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdır manın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquql arı da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkumun tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəb dən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Şirvan ŞPŞ-nin istintaq bölməsinin “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 18 fevral 2023-cü il tarixli qərarından görünür ki, 27 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və barəsində Şirvan ŞPŞ-nin istintaq bölməsində başlanılmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2,458 qram psixatrop maddə olan metamfetamini tanışı Məhkum əldə etməsini ifadəsində göstərdiyi üçün ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir. Məhkəmə qərarl arında olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 4 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum həmin tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə qərarlarında olan “Baxış keçirilməsi haqqında” 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən müəyyən olunmuşdur ki, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 26 noyabr 2022-ci il tarixdə saat 16:21:13-də zəng olunaraq 83 saniyə, saat 17:08:14-də zəng olunaraq 16 saniyə, saat 17:17:10-da zəng olunaraq 19 saniyə, Təqsirləndirilən şəxs istifadəsində o lmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 26 noyabr 2022-ci il tarixdə saat 16:49:39da zəng olunaraq 21 saniyə, saat 21:10:25-də zəng olunaraq 85 saniyə müddətində danışıqlar aparılmışdır. Baxış zamanı Məhkum istifadəsində olmuş mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi arasında 2022-ci ilin sentyabr ayından dəfələrlə ayrı-ayrı vaxtlarda danışıqların olması müəyyən olunmuşdur. Həmçinin baxış zamanı Məhkum mobil telefon nömrəsinin 4 dekabr 2022-ci il tarixdə Hacıqabul rayonu ərazisində anten dairəsində olması müəyyən olunmamış, Məhkum mobil telefon nömrəsi sonuncu dəfə Hacıqabul anten dairəsində 3 dekabr 2022-ci il tarixdə saat 21 radələrində qeydə alınmış, həmin m üddətdən sonra Məhkum mobil telefon nömrəsi Şirvan anten dairəsində qeydə alınır. Həmçinin məhkəmə qərarlarında olan “Baxış keçirilməsi haqqında protokoldan” görünür ki, Məhkum üzərindən aşkar olunmuş mobil telefon «Samsung A50» markalı olmaqla mobil telefonun qarşı hissəsi sensor ekrandan ibarətdir, telefonun arxa tərəfi göy rəngdə olmaqla yuxarı sol hissəsində fotoşəkil çəkmək üçün fotokamerası vardır, ortada böyük hərflərlə «SAMSUNG» yazılmışdır. Telefon işlək vəziyyətdədir, orta hissədən deformasiyaya uğramasına baxmayaraq mobil telefonu işə saldıqda işləməsi müəyyən olunur. Mobil telefon işə salındıqda xüsusi şifrə daxil olunaraq mobil telefona daxil olunmuşdur. Mobil telefonun «WhatsApp» mobil tətbiqində olan yazışmalara baxış zamanı Məhkum istifadəsində olan mobil telefon nömrəsi il ə istintaqa şəxsiyyətləri məlum olmayan şəxslər arasında narkotik vasitələrin alqı-satqısı ilə bağlı yazışmaların olması müəyyən olunmuşdur. Həmçinin baxış zamanı Məhkum mobil telefonunda «X15» adı altında ***-*****-** mobil telefon nömrəsi qeydiyyata alınmış və istintaq zamanı həmin mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs məxsus olması iş materialları ilə müəyyən edilir. Məhkumlə «X15» adlı istifadəçi, yəni Təqsirləndirilən şəxs arasında psixotrop maddənin alışı ilə bağlı 26 noyabr 2022-ci il tarixdə saat 22 radələrində yazışmaların olması müşahidə olunur. Həmin yazışmaların fotoşəkilləri çəkilərək protokola əlavə olunması üçün çap edilmişdir. Həmçinin mobil telefonun daxil olan və çıxan zənglər bölməsinə baxış aparılan zaman Məhkum istifadəsində olmuş mobil telefon nömrəsi ilə T əqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 26 noyabr 2022-ci il tarixdə saat 16:21, saat 16:49, saat 17:08, saat 17:17 və saat 21:10-da telefon danışıqların olması müəyyən olunmuşdur. Məhkəmə qərarlarında olan Məhkəmə-kimyəvi ekspertizasının 4 dekabr 2022-ci il tarixli 18/1286 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Məhkum üzərindən…” sözləri və imzalar olan kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 3,214 qram olan maddə kustar üsulla hazırlanmış metamfetamindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2023-cü il tarixli 18/168 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş Məhkum üzərindən götürülmüş 1 bükümdə, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 bükümdə, cəmi 3 ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Cinayət işinin materiallarına əlavə olunmuş Şirvan şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X6 18 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Məhkum Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına daxil olarkən bədəni üzərində qançır xəsarətlərinin aşkar olunması ilə bağlı Şirvan şəhər prokurorluğunda aparılan araşdırma zamanı Məhkum döyülməsi xüsusatı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 6 fevral 2023-cü il tarixli, PHŞ-6-41/2-45/2023 nömrəli məktubunda göstərilmişdir ki, Əliyev X5 RMX PHŞ-nin konsultativ-poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. Məhkəmə qərarlarında olan Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 yanvar 2023-cü il tarixli, 134 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Məhkum psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zaman ı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni: - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL-10955/23 nömrəli və 6.11.2023-cü il tarixli BKC/LGL-11247/23 nömrəli məktublarla müşaiyət olunan 1 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 23:23:37-dan saat 23:52:36-dək “İn-style Shirvan/"ünvan 2 ünvanında olan antenin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrədən müxtəlif mobil nömrələrə “Qaqa mənə bir az limon duzu Verde catiram taksiynenəm sənə vzv atanda çıx”, “Qaqa sen ALLAH 3 ayri ayri ele yarilarin. Yaxşı təmiz olsunda hamsibu boyda yol gellem sene arxayınam. 40 deqe ins ALLAH cataram”, “Qaqa pul sohbetinə göre qalmsiq butoy isdeyirdk qalsin sabah asirdarıq”, “Yervu de masnanam helim pulmu gotrum mal lazim deyil”, “Menim üçün kola asirda bilərsən butov nəsədə pas atacam ama qiram lazim bütöv yaxşı qiram”, “Qaqa o alınırsa qalsın 10 m cet əmələ gəlir?” kimi smslər yazılmışdır. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli BKC/LGL-1989/23 nömrəli məktubla müşaiyət olunan 1 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Məhkum adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 22:28:05-də ***-***-**-** saylı nömrəyə “Şirvandayam gəlirəm birazdan” sms yazılmışdır. xx.xx.2022 tarixdə 02-42 nömrəsinə yazılıb “ qaqa 02 düzəlir, imkan elə gəl...”. Həmin mobil nömrə xx.xx.2022-ci il tarixdə saat 21:16:17-dan saat 21:44:08-dək “LSVN3686 Shirvan Energetik//Shirvan/ “ ünvanında olan antenin, həmin gün 21:48:23-də (MOC)“Herbi shehercik Haajigabul/"Hacıqabul şəh., H. Əliyev küç., Hacıqabul rayon prokurorluğu 350 metr şərqə"/Hajigabul” ünavnında, saat 21:52-13-də (GPRS) “Shirvan Energetik/"ünvan 3 ünvanında, saat 22:11:42-də (MOC) “Shirvan Energetik/"ünvan 4 ünvanında, saat 22:41:29-dan saat 23:14:56-dək (GPRS) “Shirvan_Chiraq_Petrol / /Shirvan/” ünvanında, saat 00:29:26-da (GPRS) “İn-style Shirvan/"Şirvan şəhəri, H.Əliyev prospekti 35 "/Shirvan/” ünvanında olan antenin əhatə dairəsində olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL-12/24 nömrəli məktubla müşaiyət olunan 1 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Şahid9 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrə 03 dekabr 2022- ci il tarixdə saat 23:00:18-dən 04 dekabr 2022-ci il, saat 00:41:03-dək “Hajigabul-2/"Hacıqabul rayonu, Ziya Bünyadov küç, Şəhər giriş tablosunun arxası"/Hajigabul/” anteninin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrə əvvəlki tarixlərdə də orada olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL-12/24 nömrəli məktubla müşaiyət olunan 1 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Şahid8 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrə 03 dekabr 2022-ci il tarixdə saat 22:43:16-dan 22:54:20-dək “Hajigabul-2/"Hacıqabul rayonu, Ziya Bünyadov küç, Şəhər giriş tablosunun arxası"/Hajigabul/” anteninin əhatə dairəsində olmuşdur. Həmin mobil nömrə əvvəlki tarixlərdə də orada olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli BKC/LGL-4644/ 24 nömrəli məktubla müşaiyət olunan məlumatlardan görünür ki, "xxxx" MMC-yə aid “Hajigabul-2” adlı anten Hacıqabul rayonu, Ziya Bünyadov küç, Şəhər giriş tablosunun arxası ünvanında yerləşir və həmin antendən Hacıqabul rayonu ərazisindən Şirvan şəhəri istiqamətində olan körpüyədək məsafə 255,8 metrdir. "xxxx" MMC-yə aid “Hajigabul” adlı anten Hacıqabul şəhəri, R.İbrahimov küç, X2 ünvanında yerləşir və həmin antendən “Hajigabul-2” adlı antenədək məsafə 5395,8 metrdir. "xxxx" MMC-yə aid “Shirvan_Chiraq_Petrol” adlı anten Şirvan şəhəri, H.Əliyev prospekti, SunStore ilə üzbəüz ünvanda yerləşir. Həmin antendən “Hajigabul-2” adlı antenədək olan məsafə 5236,76 metrdir. "xxxx" MMC-yə aid “İn-style Shirvan” adlı anten ünvan 10 ünvanında yerləşir. Həmin antendən “Hajigabul-2” adlı antenədək olan məs afə 7128,5 metrdir. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid1 və Şahid4 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması ya lnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236- cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkumun əməlində CM-in 234.4.3-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkumun əməlini CM-in 234.4.3-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymət ləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesa b edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıq da və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respu blikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdədə qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab e dir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsind ə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)34/2025 nömrəli 7 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.