Məhkəmə qərarları › İş №1(102)-1594/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1594/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1594/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Məhərrəmli Rəşid Ağamirzə oğlunun iştirakları ilə, Lənkəran Ağır Cin ayətlər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 213-1.2.1, 213-1.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023cü il tarixli hökmü ilə isə CM-nin 213-1.2.1, 213-1.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum və onun müdafiəçisi R.A.Məhərrəmli tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə) Məhkum, 27 avqust 1983-cü il tarixdə Yardımlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyul 2008-ci il tarixli hökmü ilə CM-nin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə tədsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 oktyabr 2008-ci il tarixli qərarı ilə həmin hökmlə qəti olaraq təyin edilmiş azadlıqdan cəzasını n müddəti 11 (on bir) ilədək endirilmiş, 22 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 213-1.2.1, 213-1.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə 3 (üç) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin CM-nin 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak midarından artıq 4,681 qram çəkidə narkotik vasitə heroini və 4 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edib üzərində saxlamaqla qanunsuz olaraq Masallı rayonu, Seybətdin dairəsi adlanan ərazinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 11 fevral 2022-ci il tarixdə saat 01:00 radələrində keçirilm iş əməliyyat-axtarış tədbiri zamanı Məhkum yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 02:50 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi olmadan şəxsi istehlakından artıq miqdar təşkil edən qanunsuz olaraq əldə edib əynindəki gödəkçənin sağ yan cibində saxlamaqla daşıdığı 1 ədəd bükümdə 4,681 qram çəkidə narkotik vasitə heroin və 4 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Azərbaycan və İran İslam Respublikasından olan şəxslərlə külli miqdarda 47645,00 manat dəyərində tütün məmulatı üçün nəzərdə tutulmuş aksiz markası ilə markalanmalı olan siqaretləri belə marka olmadan satış məqsədi ilə əldə edib saxlama və satma barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qrupun digər üzvləri istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 47645,00 manat dəyərində 733 ədəd blokda 7330 qutu siqareti əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Yardımlı rayonu ərazisində istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə qrupun digər üzvünə məlumat vermiş, həmin şəxs siqaretləri qeyd edilən ünvandan götürərək Yardımlı rayonun çıxışında Məhkum vermiş, sonuncu həmin siqaretləri əldə edərək Bakı şəhərində topdan satışının həyata keçirilməsi m əqsədi ilə qrupun digər üzvlərinə vermək üçün özünə məxsus “Opel Astra” markalı, **DH-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Masallı rayonu, Seybətdin dairəsi adlanan ərazinin yaxınlığına daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 11 fevral 2022-ci il tarixdə saat 01:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Masallı Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 02:50-də idarə etdiyi “Opel Astra” markalı, **-DH-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib daşımaqla saxladığı külli miqdarda 47645,00 manat dəyərində tütün məmulatı üçün nəzərdə tutulmuş aksiz markası ilə markalanmalı olan üzərində Marlboro Gold Selected Fine Tobaccos sözləri qeyd edilmiş 733 ədəd blokda, ümumilikdə 7330 qutu halında “Marlboro” markalı filtirli siqaretlər belə marka olmadan aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Nəhmətov Rahim Nəhmətulla oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 25 yanvar 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə təmin edilərək Məhkum narkotik vasitələrin qan unsuz dövriyyəsi ilə bağlı törətdiyi əməlində satış məqsədinin olması müəyyən edildiyinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmü Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni hökm çıxarılaraq ona CM-nin 213-1.2.1 və 2131.2.3 maddələri ilə cəza təyini hissəsində dəyişdirilmiş, təqsirləndirilən şəxsə həmin maddələrlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 06 (altı) ayadək artırılmış, o, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, birinci instansiya məhkəməsinin hökmü q alan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi R.A.Məhərrəmli ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Məhkum həmin qərarın ləğv edilərək ona bəraət verilməsini, müdafiəçi Rəşid Məhərrəmli isə göstərilən qərarın ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin olunmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Barəsində çıxarılmış yekun məhkəmə aktlarına istinad edərək apellyasiya instansiyası məhkəməsinin hökmündən narazılığını bildirən və həmin hökmü mübahisələndirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ibtidai araşdırma zamanı polis əməkdaşlarının təsirlərinə məruz qalmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir əməl törətməmiş, lakin buna baxmayaraq qanunsuz olaraq məhkum edilmişdir. Bunlarla bağlı hər hansı mötəbər sübuta əsaslanmayan kassasiya şikayətinin müəllifi onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Müdafiəçi R.A.Məhərrəmli kassasiya şikayətində azadlıq hüququ təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə, CM-nin 234-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir çox normalarına, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tari xli Qanununa, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarına, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında", "Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 04 mart 2011-ci il və 24 dekabr 2021-ci il tarixli Qərarlarına, hazırki iş üzrə birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökmlərə və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara istinad edib Məhkum barəsindəki 25 yanvar 2023-cü il tarixli hökmü mübahisələndirərək həmin şikayətini onunla əsaslandırmışdır ki, həmin hökmdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə cinayət işinin materialları təsdiq edilmir, bu nəticə toplanmış və araşdırılmış sübutlarla uyğunsuzluq təşkil edir, hökm tərtib edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmamış və kobud pozuntulara yol verilmişdir. Həmçinin cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışına yönəlmiş hərəkətlər etməsinə dair sübutlar əldə olunmamış və araşdırılmamış, onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəlmiş hərəkətlərinin nədə ifadə olunması hökmdə göstərilməmişdir. Məhkum mobil telefonu istintaq orqa nında olduğu müddətdə onun telefon əlaqələri də araşdırılmış, lakin sonuncunun narkotik vasitələri satmaq niyyətində olmasına və ya satmasına dair hər hansı məlumatın olması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, Məhkum özü narkotik vasitələrin aludəçisidir, narkomaniya xəstəliyindən əziyyət çəkir və bu hal onun əməlinin tövsif edilməsində xüsusi əhəmiyyət kəsb edir. Məhkum əvvəllər də CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunması onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət etmir. Müdafiəçi həmçinin Məhkum CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirli bilinməsi hissəsində də məhkəmələrin gəldikləri nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, sonuncu aksiz markası ilə markalanmalı ol an tütün məmulatını yalnız daşımış, yəni kuryerlik etmiş, bununla əlaqədar kiminləsə qabaqcadan əlbir olmamış, siqaret satışı ilə məşğul olmamış, onları idxal etməmiş, onun vəzifəsi yalnız həmin məmulatları daşıyaraq sahibinə verməkdən ibarət olmuş və o, bu işi görərkən qazanc əldə etmək niyyəti izləməmiş, bu xüsusat da cinayət işinin materialları ilə təsdiq edilir. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi R.A.Məhərrəmli onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, həm Məhkum, həm də onun müdafiəçisi R.A.Məhərrəmli iddia edirlər ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyini müəyyən edərkən apellyasiya instansiyası məhkəməsi sübutlara qanuna müvafiq qiymət verməmiş, bunun nəticəsində isə s onuncu təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum olunmuş, bu haqda Şirvan Apellyasiya Məhkəməsinin Cİnayət Kollegiyası tərəfindən çıxarılmış 25 yanvar 2023-cü il tarixli hökmün əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, kassasiya şikayətlərinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayə t təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi R.A.Məhərrəmlinin ayrı-ayrılıqda verdikləri şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirən hökmünü cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməs inin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişd ir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qəra rın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarını n tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsir li bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzan ın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzr ə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhə miyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nə zərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin göstərilən tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapa n və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cin ayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bundan başqa, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 m art tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tə rəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə, müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər q anunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həya ta keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin m üddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 125.1 -ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə təsbit edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəy yən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olu nur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, on lar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 3 49.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haq qında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməs i aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəmə sinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bil məz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun 23 sentyabr 2022-ci il tarixli hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə hökmdən verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan və yeni sübutlar tələb edilmədən baxaraq və apellyasiya müraciətləri üzrə dəlilləri yoxlayaraq birinci instansiya məhkəməsinidən fərqli olaraq Məhkum külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin satış məqsədilə törətməsi barədə nəticəyə gəlmiş və buna görə də onun həmin əməllərə görə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi və cəzalandırılması haqda nəticəyə gələrək iş üzrə yeni hökmün çıxarılmasını məqsədə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həm bununla əlaqədar olan, həm də Məhkum CM-nin CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təyin olunmuş cəzanın ağırlaşdrılması haqqında gəldiyi bu nəticələr düzgündür, qanunidir və bu baxımdan həmin nəticələrin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkə mə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə apellyasiya instansiyası məhkəməsinin hökmü ilə müəyyən olunmuş təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 124, 138, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə iclasında verdiyi qismən etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibti dai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda 4,681 qram çəkidə narkotik vasitə heroini və 4 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon dərman preparatını əldə edib üzərində saxlamaqla qanunsuz olaraq Masallı rayonunun Seybətdin dairəsi adlanan ərazinin yaxınlığına daşımış (həmin yerdə o, polis əməkdaşları tərəfindən saxlanılmışdır), həmçinin Azərba ycan və İran İslam Respublikasından olan şəxslərlə külli miqdarda 47645,00 manat dəyərində tütün məmulatı üçün nəzərdə tutulmuş aksiz markası ilə markalanmalı olan siqaretləri belə marka olmadan satış məqsədi ilə əldə edib saxlama və satma barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, bu məqsədlə qrup üzvlərinin aralarında olan cinayətkar razılaşmaya əsasən həmin qrupun digər üzvləri istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 47645,00 manat dəyərində 733 ədəd blokda 7330 qutu siqareti əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Yardımlı rayonu ərazisində istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə qrupun digər üzvünə məlumat vermiş, həmin şəxs siqaretləri qeyd edilən ünvandan götürərək Yardımlı rayonunun çıxışında Məhkum vermiş, sonuncu həmin siqaretləri əldə edərək Bakı şəhərində topdan satışının həyata keçirilməsi məqsədi ilə qrupun digər üzvlərinə vermək üçün özünə məxsus “Opel Astra” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Masallı rayonunun Seybətdin dairəsi adlanan ərazinin yaxınlığına qədər daşımışdır. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, həm ibtidai araşdırma zamanı, həm də birinci instansiyası məhkəməsinin məh kəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək, lakin eyni məzmunda ifadələr verərək göstərmişdir ki, o, bir ildir ki, narkotik vasitə heroindən, heroin tapmadıqda isə metadon dərman preparatlarından istifadə edir. Narkotik vasitələri əsasən Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri də Bakı şəhərində X adlı şəxsdən şəxsi istifadəsi üçün sonuncuya 150 manat məbləğində pul verərək əldə etmişdir. İdarə etdiyi avtomaşında aşkar edilərək götürülmüş siqaretlər isə “İnstqram” sosial şəbəkəsində bir il əvvəl tanış olduğu İran İslam Respublikasının vətəndaşı X adlı şəxsə məxsusdur. Belə ki, X “Watsapp” proqramı vasitəsilə onunla əlaqə saxlayaraq ona adamları vasitə si ilə İrandan Yardımlı rayonuna “Marlboro” markalı siqaretləri keçirəcəyini bildirərək həmin siqaretləri qəbul etməsini və onları Bakı şəhərində onun dediyi şəxslərə verməsini təklif etmiş, bunun da əvəzində pul ala biləcəyini demişdir. O, əvvəlcə Xin təklifi ilə razılaşmasa da, sonradan maddi vəziyyətnin pis olmasına görə onun təklifini qəbul etmiş və razılaşmaya əsasən X ona məlum olmayan vaxtda və şəraitdə siqaretləri öz adamları vasitəsi ilə İrandan Yardımlı rayonuna keçirmiş, oradan başqa bir şəxs həmin siqaretləri götürərək Yardımlı rayonunun mərkəzinə gətirmiş, bundan sonra yalnız adını bildiyi X adlı şəxs siqaretləri təhvil alaraq rayonun girəcəyində ona vermiş, o, da bu malları Xdan götürüb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə X və X adlı şəxslərə vermək, bunun müqabilində isə onlardan 150 manat məbləğində pul almaq məqsədilə 10 fevral 2022-ci il tarixdə axşam vaxtı idarə etdiyi “Opel Astra” markalı **-DH*** dövlət qeydiyyat nişanlı atomobilə yükləmiş və Bakı şəhəri istiqamətində yola düşmüşdür. 11 fevral 2022-ci il tarixdə saat 01 radələrində o, Masallı rayonunun Seybətdin dairəsinin yaxınlığında siqaret çəkmək üçün avtomobili saxlamış və həmin vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, onu idarə etdiyi avtomobillə birlikdə Masallı Rayon Polis şöbəsinə aparmışlar. Orada onun üzərində narkotik vasitə varsa təqim etməsi təklif olunmuş, o, da gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofana bükülmüş narkotik vasitə olan heroini və dörd ədəd metadon həblərini çıxarıb təqdim etmiş və həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı X adlı şəxsdən özü qəbul etmək üçün 150 manata aldığını və heç kimə vermədiyini, satmadığını və sadəcə öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, həmin vaxt həyəcanlı olduğu üçün narkotik vasitələri X adlı şəxsdən aldığını bildirsə də, əslində həmin heroini və metadonu 150 manat pul müqabilində Bakı şəhərində X adlı şəxsdən almış, Xdən isə dediyi ünvana çatdırmaq üçün yalnız siqaret əldə etmişdir. Üzərində şəxsi axtarış aparıldıqdan sonra onun idarə etdiyi “Opel Astra” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş və bunun nəticəsində 7330 ədəd “Marlboro” markalı siqaretlər də aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. O, həmin siqaretləri X adlı şəxsdən götürdüyünü, Bakı şəhərində ta nımadığı və görmədiyi X və X adlı şəxslərə verməli olduğunu, əvəzində isə 150 manat pul alacağını bildirmişdir. Bundan sonra bu barədə də protokol tərtib edilmiş, o da protokolu imzası ilə təsdiq etmişdir. Məhkum cinayət təqibinin bütün mərhələlərində, o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi eyni məzmunlu ifadələrin təhlili göstərir ki, o, heç vaxt, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilərkən, kassasiya şikayətində hər hansı sübuta əsaslanmadan iddia etdiyi kimi, həm saxlanılarkən, həm də sonradan polis əməkdaşlarının ona təsir və ya təziq göstərmələrini, narkotik vasitələrin onun cibinə sonuncular tərəfindən qoyulmasını, yaxud da ona qarşı başqa qeyri-qanuni hərəkətlər edilməsini, ilkin və ibtidai araşdırma zamanı hüquqlarının pozulmasını və ya məhdu dlaşdırılmasını bildirməmiş və buna görə də bu məsələlər məhkəmə araşdırmalarının predmeti olmamışdır. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, Məhkum verdiyi ifadələrində göstərdiyi hallar həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları X5, Şahid2 və Şahid3 ifadələri ilə də təsdiq olunur. Bundan başqa, şəxsi axtarış və baxış aparılması haqqında 11 fevral 2022-ci il tarixli protokollardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 11 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 01:00-da Masallı rayonunun Seybətdin dairəsinin yaxınlığında saxlanılaraq idarə etdiyi “Opel Astra” markalı 77- DH-305 dövlət qeydiyyat nişanlı avtomo billə birlikdə BNMİ-nin CBRŞ-yə gətirilmiş və orada həmin gün saat 02:50-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda - 4,681 qram çəkidə narkotik vasitə heroin və 04 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan narkotik vasitə metadon dərman preparatları, idarə etdiyi avtomaşına keçirilən baxış zamanı isə avtomobilin yük yerindən aksiz markası ilə markalanmamış 7330 ədəd “Marlboro” markalı filtirli siqaretlər aşkar edilərək götürülmüş, həmin istintaq hərəkətlərinin aparılmasında videoçəkilişdən istifadə edilmişdir. Qeyd olunan protokolların məzmunundan həmçinin görünür ki, Məhkum göstərilən istintaq hərəkətlərinin aparılması zamanı da sonradan verdiyi ifadələri ilə üst-üstə dü şən izahat vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş məhkəməkimyəvi ekspertizasının 11 fevral 2022-ci il tarixli 19/180 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Ünvan 2-də yaşayan Məhkum üstündən aşkar olunub götürülmüş 1 bükümdə heroinə bənzər kütlə və 4 ədəd metadona bənzər kütlə...” sözlər və imzalar olan bir zərfdəki, 1 ədəd bükümdə olan kütlə təmiz çəkisi 4,681 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 4 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanlarıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı – 0,16 qramdır. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon adlı dərman Azərbaycan Respublikas ının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin II siyahısının I bəndinə daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 4,681 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 4,631 qram. Metadon 4 ədəd, cəmi tədqiqata sərf edildi – 1 ədəd, qalıq – 3 həb. Həmçinin iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2022-ci il tarixli 9/1402 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, “Marlboro Gold Selected Fine Tobaccos” yazıları olan, ******* 804268 barkodlu 7330 qutu siqaretlərin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 47645,00 (7330x6,50 manat) manat təşkil edir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 aprel 2022-ci il tarixli 1888 nömrəli rəyinə görə, müayinə zamanı Məhkum opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, məcburi müalicətə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Masallı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində 11 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni və əsaslı hesab edilmişdir. İbtidai araşdırma orqanının 22 fevral 2022-ci il tarixli 007-2308-1222 nömrəli əməliyyat tapşırığına verilmiş 18 aprel 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum aşkar edilərək götürülmüş narkotik vasitələri onun s atış məqsədi ilə əldə etməsi, əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması aşkar edilmiş, lakin Məhkum digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələr nə vaxt, kimdən, harada və hansı şəraitdə qanunsuz olaraq əldə etməsi, əvvəllər narkotik vasitələri və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Kassasiya şikayətləri ilə əlaqədar cinayət işnin öyrənilməsi nəticəsində yuxar ıda təsvir edilmiş, habelə digər sübutların qanunsuz yolla əldə edilməsi, yəni həmin sübutların CPM-nin 125.2-ci maddəsinə uyğun olaraq yolverilməz olması müəyyən edilməmiş və həmin sübutların hamısı birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldığından apellyasiya instansiyası məhkəməsi onların təkrarən araşdırılmasını zəruri hesab etməmiş, məhkəmə iclaslarında müdafiə tərəfi də hər hansı əlavə sübutların araşdırılması barədə təşəbbüslə çıxış etməmiş, kassasiya şikayətlərində də bununla bağlı heç bir dəlil irəli sürülməmişdir. Halbuki, CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Kassasiya ş ikayətlərinin məzmunundan göründüyü kimi, belə əsaslandırma da onların müəllifləri tərəfindən aparılmamışdır. Bununla belə apellyasiya instansiyası məhkəməsi həmin sübutların hamısını tədqiq edərək, kassasiya şikayətlərinin dəlilərinin əksinə olaraq onlara CPM-nin 143-146-cı maddələrində nəzərədə tutulmuş qaydada qiymət verərək çıxardığı hökmdə göstərdiyi qənaətə gəlmişdir. Beləliklə şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiyası məhkəməsi Məhkum qarşı irəli sürülmüş ittiham üzrə işin faktiki hallarını müəyyən edərkən yolverilməz sübutlardan istifadə etməmiş, məhkum olunmuş şəxsin həm milli qanunvericilikdə, həm də müdafiəçi R.A.Məhərrəmlinin kassasiya şikayətində istinad etdiyi beynəlxalq müqavilə lərdə nəzərdə tutulmuş hüquqları pozulmamış və onun barəsindəki yekun məhkəmə aktının əsasını yolverilməz sübutlar təşkil etməmişdir. İş materiallarından göründüyü kimi, cinayət təqibinin bütün mərhələlərində Məhkum həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş hüquqları ona izah edilmiş və sonuncuya bu hüquqlardan tam şəkildə, heç bir məhdudiyyət qoyulmadan istifadə etməsi üçün lazımi şərait yaradılmış, ibtidai araşdırma orqanı tərəfindən Məhkum digər hüquqları ilə yanaşı onun müdafiə, o cümlədən özünün seçdiyi müdafiəçilərinin xidmətindən istifadə etmək hüququ da təmin edilərək 11 fevral 2022-ci il tarixdən başlayaraq onun hüquqlarının müdafiəsini Lənkəran rayonu Vəkil bürosunun vəkili X8 və Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili X1 4 tərəfindən həyata keçirilmişlər. Bundan başqa, məhkəmələr də işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin Məhkum Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları tam şəkildə təmin edilmişdir. Müdafiəçi R.A.Məhərrəmlinin kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi Məhkum üzərində aşkar edilərək götürülmüş narkotik vasitələri satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə nəticəyə gələrkən iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş, onun belə məqsədinin olması həmin sübutlarla təsdiq edilməmiş, buna görə sonuncu törətmədiyi cinayətə görə əsassız olaraq təqsirli bilinib məhkum edilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin bu dəlilləri ilə razlaşmayaraq, qeyd edir ki, Məhkum narkotik vasitələri - 4,681 qram çəkidə (külli miqdarda) heroini və 4 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan metadon dərman preparatını qanunsuz olaraq satış məqsədilə əldə etməsinə, daşımasına və saxlamasına görə təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan hissəsi mübahisəsiz sübuta yetirilmiş, sonuncu özü də həmin narkotik vasitələri 150 manat məbləğində pul müqabilində əldə edərək üzərində daşımasını və saxlamasını cinayət təqibinin bütün mərhələlərində etiraf etmiş və məhkəmə kollegiyasının qənaətinə görə, heç yerdə işlməməmiş, özünün deməsinə görə, maddi vəziyyəti zəif olan Məhkum 150 manat pul verərək həmin narkotik vasitələri əldə etməsi, digər tərəfdən isə narkotik vasitələrin iki çeşiddə olması onun bu vasitələri təkcə özünün istifadəsi üçün deyil, həm də onların satışını həyata keçirmək niyyəti ilə əldə etməsinə dəlalət edir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, Məhkum bütün ifadələrində göstərmişdir ki, o, əsasən heroindən istifadə edir, bu narkotik vasitəni tapmayanda isə - metadon həblərini əldə edərək onları qəbul edir. Göründüyü kimi, Məhkum külli miq darda heroinlə yanaşı həm də metadon dərman preparatını da əldə etmişdir, hərçənd onun heroin tapdığı təqdirdə metadonu da almasına heç bir zərurət olmamışdır. Qeyd olunmalıdır ki, bununla bağlı daha bir sübut ibtidai araşdırma orqanına Məhkum narkotik vasitələrin və psixotrop maddələrinin satışı ilə məşğul olması və üzərində aşkar edilərək götürülmüş narkotik vasitələri də satış məqsədilə əldə etməsi barədə verilmiş əməliyyat məlumatıdır (məxviliyin təmin olunması üçün bu məlumatın mənbəyi ibtidai araşdırma orqanına göndərilmiş məktubda açıqlanmamış və bu da “Əməliyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur). Məhkəmə kollegiyası işin müəyyən olunmuş bu hallarından çıxış edərək belə nəticəyə gəlir ki, həmin hallar üzrə toplanmış və araşdırılmış sübutlar Məhkum əməlində məhz CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət edir. Belə ki, həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs maddənin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psi xotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop ma ddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 1 saylı Siyahısın 5-ci və 13-cü bəndlərinə əsasən, müvafiq olaraq heroinin 2 qramdan artıq miqdarı külli miqdar, metadonun şəxsi istehlak miqdarının yuxarı həddi isə 0,02 qram təşkil edir. CM-nin 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə v asitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, çeşidi, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması, dövriyyəsi məhdudlaşdırılmış bu əşyaların ayrı-ayrı bükümlərə yerləşdirilməsi və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə qənaət həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri ü zrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki həmin Qərarın 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdı rlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınm alıdır. Məhkum təqsirli bilindiyi ittihamdan və bu ittihamın arxasında duran sübutlardan görünür ki, onun qanunsuz olaraq əldə edərək saxladığı heroinin miqdarı 2 qramdan, yəni külli miqdardan 2 dəfədən, metadonun miqdarı isə - şəxsi istehlak miqdarından 8 dəfə artıq olmuşdur ki, məhkəmə kollegiyası da yuxarıda təsvir edilmiş hallarla yanaşı bu hallara görə də hesab edir ki, bütün bu hallar və onların arxasında duran mötəbər sübutlar onun əməlinin məhz CM-nin 234.4.3-cü maddəsi ilə tövsifini labüd edir və bu baxımdan apellyasiya instansiyası məhkəməsi təhlil edilən əməlinin həmin maddə ilə tövsif edilməsi, Məhkum isə göstərilən maddə ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən maddi hüquq normasının tətbiqində səhvə, yəni CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol ve rməmiş, bu nəticə isə qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə və bu təcrübənin formalaşdırılması üçün Ali Məhkəmənin Plenumu tərəfindən 04 mart 2011-ci il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə uyğundur. Məhkum həmçinin CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə əsassız olaraq təqsirli bilinərək məhkum olunması barədə müdafiəçi R.A.Məhərrəmlinin kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına, habelə cinayət qanunu normalarının tələbləri nə müraciət etməyi zəruri bilir. Əvvəla, iş üzrə toplanmış və araşdırılmış sübutlarla, o cümlədən Məhkum etirafedici ifadələri ilə müəyyən edilir ki, o, Azərbaycan və İran İslam Respublikasından olan şəxslərlə külli miqdarda 47645,00 manat dəyərində tütün məmulatı üçün nəzərdə tutulmuş aksiz markası ilə markalanmalı olan siqaretləri belə marka olmadan satış məqsədi ilə əldə edib saxlama və satma barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, bu məqsədlə qrup üzvlərinin aralarında olan cinayətkar razılaşmaya əsasən həmin qrupun digər üzvləri istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 47645,00 manat dəyərində 733 ədəd blokda 7330 qutu siqareti əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respubl ikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Yardımlı rayonu ərazisində istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə qrupun digər üzvünə məlumat vermiş, həmin şəxs siqaretləri qeyd edilən ünvandan götürərək Yardımlı rayonunun çıxışında Məhkum vermiş, sonuncu da həmin siqaretləri əldə edərək Bakı şəhərində topdan satışının həyata keçirilməsi məqsədi ilə qrupun digər üzvlərinə vermək üçün özünə məxsus “Opel Astra” markalı **-DH-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Masallı rayonunun Seybətdin dairəsi adlanan ərazinin yaxınlığına qədər daşımışdır. Əvvəla, işin müəyyən edilmiş bu faktiki hallarını təkzib edən heç bir sübut istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə edilməmiş, müdafiəçi R.A.Məhərrəmli tərə findən də belə sübutlar məhkəməyə təqdim edilməyərək onlara kassasiya şikayətində istinad olunmamışdır. CM-nin 213-1.1-ci maddəsinə görə, şəxsin aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satması, satış məqsədi ilə saxlaması, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etməsi onun həmin maddə ilə, bu əməllər külli miqdarda və qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə isə - CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Yuxarıda qeyd edildiyi kimi, Məhkum aksiz markaları ilə markalanmalı olan 47645,00 manat dəyərində “Marlboro” markalı siqaretləri qabaqcadan əlbir olmuş bir qrup şəxs halında və satış məqsə dilə əldə edərək idarə etdiyi avtomaşında saxlamış və daşımış, onları başqa şəxslərə çatırmaq müqabilində qazanc əldə etmək niyyəti izləmiş, həmin siqaretlərin miqdarı isə külli miqdar təşkil etmişdir. Belə ki, CM-nin 213-1-ci maddəsiinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 213-1.1 və 213-1.3-cü maddələrində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2.1 və 213-1.4-cü maddələrində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ başa düşülür Məhkəmə kollegiyası təsvir edilənlərdən çıxış edərək Məhkum təhlil olunan cinayət əməllərini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsini və məhkəmə hökmləri ilə CM-nin 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə də təqsirli bilinib məhkum olunmasını tam qanuni hesab edir, onun bu əməllərinin də başqa cür qiymətləndirilməsi, yaxud bu əməllərə görə cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar görmür və buna görə müdafiəçinin kassasiya şikayətinin bununla bağlı da dəlillərini qəbuledilməz sayaraq məhkumun kassasiya şikayəti ilə yanaşı onun da kassasiya şikayətinin bütövlükdə təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli hökmünün ləğv edilməsini mümkün bilmir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüqu qi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, kassasiya şikayətlərində bu məsələ mübahisələndirilməsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbiri seçilərkən CM-nin 8, 41, 58, 59, 61 və 65-ci maddələrinin tələblərinə əməl edilərək onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən bütün hallar, habelə məhkumun əməllərində cinayətin residivinin olması (CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıra n hal) kifayət qədər nəzərə alınmış, onun barəsində isə qanuni və ədalətli yekun məhkəmə aktlı qəbul edilmiş və bu aktın (25 yanvar 2023-cü il tarixli hökmün) əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Buna görə, bütün qeyd olunanlardan çıxış edib iş üzrə toplanmış və araşdırılmış sübutlara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum CMnin 213-1.2.1, 213-1.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi barədə qənaətə gəlir, apellyasiya instansiyası məhkəməsinin də bu haqda gəldiyi qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan onun barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsini, yaxud da mübahisələndirilən hökmün ləğv edilərək cinayət i şinin yeni apellyasiya baxışına təyin olunmasını, nəticə etibarı ilə isə kassasiya şikayətlərində irəli sürülmüş tələblərin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib kasssiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətlərin təmin olunması barədə Məhkum və onun müdafiəçisi R.A.Məhərəmlinin, kassasiya şikayətlərinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, Məhkum CM-nin 213-1.2.1, 213-1.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli hökmü isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Məhkum və onun müdafiəçisi R.A.Məhərrəmlinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1, 213-1.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar