Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1594/2025 16.09.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxxx 1987-ci ildə Neftçala rayonu, Günəşli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, x kəndində qeydiyyatda olan və tutulanadək orada yaşamış, Neftçala Rayon Məhkəməsinin 1(053)-87/2022 nömrəli iş üzrə 31 avqust 2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi il ə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla və əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 1(106)-1094/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Neftçala Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 1(053)-74/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: C. T.Qədimov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 21 iyul 2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 1(106)-1094/2024 il tarixli qərarı ilə, (hakimlər: Y.X.Həşimov (sədrlik edən), E.İ.Əliyev və S.F.Həsənov) Neftçala Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şir van Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qanunsuz olaraq bir ədəd 919648 nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ-də 1976-cı ildə istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan «AK-74» modelli yivli odlu silahı, bir ədəd «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqçanı (darağı) və 14 ədəd 5,45x39 mm kalibrli, həmin kalibrə malik «AK-74», «AKS-74», «AKS-74U» modelli avtomatlarda «RPK-74» əl pulem yotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə (atəşə) yararlı olan döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş patronları əldə edib Neftçala rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisində bir ədəd parçaya bükülmüş vəziyyətdə qanunsuz saxlamış, 21 iyul 2024-cü il tarixdə saat 13.50 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilən zaman, evin zirzəmisindən bir ədəd parçaya bükülmüş vəziyyətdə 919648 nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ-də 1976-cı ildə istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan «AK-74» modelli yivli odlu silah, bir ədəd «Kalaşnikov» konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı sandıqça (daraq) və 14 ədəd 5,45x39 mm kalibrli, həmin kalibrə malik «AK-74», «AKS-74», «AKS-74U» modelli avtomatlarda «RPK-74» əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə (atəşə) yararlı olan döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş patronlar aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr cəza təyin edərkən işin əhəmiyyətli hallarına, o cümlədən Məhkum məhkəmə istintaqı zamanı qeyri-səmimi ifadələr verməsinə, ona münasibətdə yüngülləşdirən halların olmamasına, əksinə əməlində cəzasını ağırlaşdıran hal hesab edilən cinayətin residiv olmasına baxmayaraq sonuncuya yüngül cəza təyin etmişlər. Kassasiya protestinin müəllifi iddia edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən cinayət qanununun normalarına, eləcə də Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrinə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normaları nın tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın l əğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cina yət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin mü vafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər han sı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalanmış cinayət - hüquqi normalarını baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda kassasiya protestində istinad edilmiş cəzanın həcmi ilə bağlı dəlillər in əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 3 ay (CM 55.2-ci maddədən çıxış edərək) olmaqla yuxarı həddi isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, eyni zamanda azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza növü olan islah işləri (iki ilədək müddətə), azadlığın məhdudlaşdırılması cəzası (bir ildən üç ilədək müddətə) nəzərdə tutul muşdur. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, verilmiş apellyasiya protesti apellyasiya məhkəməsi tərəfindən təmin edilməmiş və həmin cəzanı dəyişdirmədən saxlamışdır. Məhkəmələr baxılan işdə Məhkum əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində yaşlı anasının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, Məhkum cinayəti cinayətlərin residivin olmasını (Neftçala Rayon Məhkəməsinin 1(053)-87/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3cü maddəsi tətbiq olunmaqla və əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmaqla 11 ay 28 gün müddə tinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş) cəzanı ağırlaşdıran hallar kimi nəzərə almışlar. Kollegiya qeyd edir ki, təqsirkar şəxsin cinayəti etiraf edib peşmançılığını bildirməsi də onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə, onu müsbət cəhətdən xarakterizə edən, eyni zamanda onu belə davranış nümayiş etdirməyən cinayət törətmiş şəxslərdən fərqləndirmək üçün ciddi əsasdır. Həmçinin Məhkum himayəsində yaşlı anasının olmasının yüngülləşdirici hal kimi nəzərə alınması Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərlməməsinə baxmayaraq, məhkəmələr tərəfindən həmin halın cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınması cinayət qanununun pozuntusu kimi şərh edilə bilməz. Çünki, artıq yuxarıda qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi cinayə t qanununun 59.1-ci maddəsində göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Məhkəmələrin cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə qənaətləri məhkəmə araşdırmalarında tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-in 139.0.5-ci maddəsinin tələbi də pozulmamışdır. Digər tərəfdən kollegiya onu nəzərə alır ki, qanunverici tərəfindən residivə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın aşağı həddi müəyyən edilmiş, yuxarı həddi ilə bağlı hər hansı imperativ tələb nəzərdə tutulmamış, həmçinin məhkəmələr tərəfindən Məhkum CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş cəza (01 il 09 ay müddətə azadlıqdan məhrum etmə) residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 6 5.2-ci maddəsinin müəyyən etdiyi həddədir (CM-in 228.1-ci maddəsində daha ağır cəza növü kimi təsbit olunmuş 3 il müddətə azadlıqdan məhrum etmənin yarısından az deyil) və yüngüllüyünə görə CM-in 58.3-cü maddəsində göstərilən hallara, o cümlədən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən, nəticə etibarı ədalət prinsipinin tələblərini pozan cəza kimi qiymətləndirilə bilməz. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, məhkum olunan şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə ağır cəzanın təyin edilməsi həmin cəzanın məhkumun islah edilməsi məqsədi ilə deyil, törədilmiş cinayətə görə əvəz çıxmaq, qisas almaq üçün təyin edilməsi kimi qiymətləndirilə bilər ki, bu isə cəzanın AR CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş məqsədləri ilə bir araya sığmır. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən b ütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstəri r. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024cü il tarixli, 1(106)-1094/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dek abr 2024-cü il tarixli, 1(106)-1094/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1594/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1594/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver