Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1595/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Zərərçəkmiş şəxs X2 nümayəndəsi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə Məhkum və onun müdafiəçisi, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə 11 dekabr 1980-ci il tarixdə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsill i, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Mustafaağalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 181.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.Rüstəmov (sədrlik edən), S.Əzizov və F.Mahmudov) 08 aprel 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 181.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 03 il, CM-nin 181.3.2-ci maddəsi ilə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 02 oktyabr 2017-ci il tarixdən 04 oktryabr 2017-ci il tarixədək tutulduğu 02 gün ona təyin edilmiş qəti cəzadan çıxılmaqla, üzərində qəti olaraq 12 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, çəzaçəkmə müddətinin əvvəlinin 24 yanvar 2018-cı ildən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin X3 məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum və Zərərçəkmiş şəxs5 nüma yəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ş.Q.Rzaquliyev və E.İ.Xasməmmədov) Məhkum apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2019-cu il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, Məhkum maddi zərərə görə 37.426 (otuz yeddi min dörd yüz iyirmi altı) manat 35 (otuz beş) qəpik, mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat, müalicəyə çəkilən xərclərə görə 1000 (bir min) manat və vəkilə ödənilən vəsaitə görə 1000 (bir min) manat, ümumilikdə 41.926 (qırx bir min doqquz yüz iyirmi altı) manat 35 (otuz beş) qəpik pul alınıb mülki iddiaçı (zərərçəkmi ş şəxs) Zərərçəkmiş şəxs5 verilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli talamaq məqsədilə, 28 iyun 2017-ci ildə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bərdə şəhəri************************* nömrəli mənzilin açıq pəncərəsindən yaşayış sahəsi olan mənzilə qanunsuz daxil olub, 6400 manat pulu, həmin dövrün məzənnəsi ilə 28 manat 50 qəpik təşkil edən 1000 rus rublunu, 170 manat 22 qəpik təşkil edən 100 ABŞ dollarını, 500 manat dəyərində bir ədəd qızıl medalyonu, 700 manat dəyərində bir ədəd 10-luq, 300 manat dəyərində bir ədəd 5-lik qızıl sikkə klonları, ortasında ağ rəngli adi qaşları olan ürək formalı 583 əyarlı qızıldan hazırlanmış, 2,5 qram çəkidə, 150 manat dəyərində bir ədəd k lonu, 583 əyarlı qızıldan hazırlanmış, 6 qram çəkidə, 250 manat dəyərində zəncir toxunuşlu bir ədəd boyunbağını, qara adi qaşları olan, 583 əyarlı qızıldan hazırlanmış, 12 qram çəkidə 1000 manat dəyərində sırğa-üzük dəstini, ağ rəngli adi qaşları olan, 583 əyarlı qızıldan hazırlanmış, 5,5 qram çəkidə, 500 manat dəyərində gül formalı sırğa-üzük dəstini, qırmızı rəngli adi qaşları olan 583 əyarlı qızıldan hazırlanmış 4,5 qram çəkidə, 350 manat dəyərində sırğa-üzük dəstini, çəhrayı rəngli xırda adi qaşları olan, 583 əyarlı qızıldan hazırlanmış, 9 qram çəkidə, 550 manat dəyərində bir ədəd qadın nişan üzüyünü, 583 əyarlı qızıldan hazırlanmış, qaşsız, 6 qram çəkidə, 300 manat dəyərində bir ədəd "alyans" tipli üzüyü, hər biri 50 manat,cəmi 100 manat dəyərində iki ədəd qızıl dişi, korpusu qızılda n olan 300 manat dəyərində bir ədəd qadın qol saatını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1, ümumilikdə 11.598 manat 72 qəpik dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə tanışı X3 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olaraq bir qrup şəxs formasında birləşib özgənin əmlakını gizli talamaq məqsədilə, təkrarən, 10 iyul 2017-ci ildə saat 22 radələrində Gəncə şəhəri, ************* qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin pəncərəsinin dəmir barmaqlıqlarını əyib yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq, 50 manat dəyərində bir ədəd "Zımber" markalı ütünü, 50 manat dəyərində bir ədəd "Supermax" markalı ötürücünü, "Saltanat" firmasının istehsalı olan, 300 manat dəyərində bir ədəd kürkü, cəmi 20 manat dəyərində üç cüt tərliyi, 100 manat dəyərində bir ədəd "Delta" markalı tozsoranı, ümumi dəyəri 180 manat olan iki ədəd burğu aparatını (dreli), 40 manat dəyərində mətbəx dəstini, cəmi 100 manat dəyərində üç ədəd saç fenini, 20 manat dəyərində bir ədəd suveniri, 30 manat dəyərində dırnaq qulluğu dəstini, 150 manat dəyərində bir ədəd "Sony Playstation-2" oyun aparatını, cəmi 50 manat dəyərində iki ədəd çay termosunu, cəmi 50 manat dəyərində on ədəd hamam dəsmalını, cəmi 250 manat dəyərində iki ədəd meyvə qabını, "Collection" firmasının istehsalı olan 70 manat dəyərində bir dəst uşaq kostyumunu və 8 manat dəyərində 500 qramlıq şüşə qabda olan kofeni gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2, ümumilikdə 1468 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Məhkum tamah niyyəti il ə özgənin əmlakını gizli talamaq məqsədilə, təkrarən, 13 iyul 2017-ci ildə saat 01 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanında yerləşən evinin pəncərəsinin kilidini sındırmaqla pəncərədən yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq, 800 manat dəyərində bir ədəd "Samsung" markalı dizüstü kompyuteri, 600 manat dəyərində bir ədəd "Maktaym" markalı qızıl kişi saatını, 90 manat dəyərində bir ədəd qızıl uşaq qolbağını, 200 manat dəyərində bir cüt qzıl sırğanı, 100 manat dəyərində bir cüt qızıl sırğanı, 70 manat dəyərində bir ədəd sadə qızıl üzüyü, 100 manat dəyərində bir ədəd qaşlı qızıl üzüyü, cəmi 50 manat dəyərində bir ədəd mirvari boyunbağı və qolbağını, "CLİMBER" firmasının istehsalı olan 50 manat dəyərində bir cüt kişi ayaqqabısını, cəmi 50 manat dəyərində "DİOR" markalı qar a rəngi sadə qadın saatı və qadın bəzək əşyalarını gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3, ümumilikdə 2110 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə, özgənin əmlakını gizli talamaq məqsədilə, təkrarən, 28 sentyabr 2017-ci ildə saat 18 radələrində Zərərçəkmiş şəxs4 Bərdə rayonunun Alaçadırlı kəndində yaşadığı evin pəncərəsinin sintetik torunu cırmaqla, açıq pəncərədən yaşayış sahəsi olan evə qanunsuz daxil olub, 280 manat dəyərində bir ədəd "Fijutsi" markalı dizüstü kompyuteri, həmin kompyuterin 50 manat dəyərində bir ədəd çantasını, 30 manat dəyərində bir ədəd "Elviya" əmtəə nişanı olan ətiri, 5 manat dəyərində dəmir materialdan olan büjiteriya məmulatlarını gizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4, ümumilikdə 365 manat dəyə rində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə, özgənin külli miqdarda əmlakını talamaq məqsədilə, təkrarən, 10 yanvar 2018-ci ildə saat 12 radələrində Zərərçəkmiş şəxs5 Gədəbəy rayonunun *********** massivində yerləşən evinin qarşısına gəlmiş, hasardan aşmaqla həyətə, oradan isə plastik qapını əyib açmaqla yaşayış sahəsi olan evə qanunsuz daxil olmuş, bu zaman Zərərçəkmiş şəxs5 "kəskin və nəzərə çarpan imbesillik dərəcəsində olan kəmağıllıq tez-tez baş verən psixotik hallarla" diaqnozu ilə ruhi xəstə kimi qeydiyyatda olan qızı X4 ilə rastlaşmış, sonuncunun xəstəliyi ilə əlaqədar görmə qüsurunun olduğunu və onun hərəkətlərinin hüquqazidd olmasını dərk etmədiyini görüb evdə olan dolabları və digər yerləri yoxlamaqla, pul və qızıl-zinət əşyalarının yerini müəyyən etməyə çalışmış, bundan sonra evdən çıxıb həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxs5 Gədəbəy şəhərində yerləşən ticarət mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu mağazasının yanına gəlib, kənardan sonuncunu müşahidə etmiş, Zərərçəkmiş şəxs5 qızıl-zinət əşyalarını özü ilə evə aparmaq üçün yığıb, mağazanı bağlayaraq Gədəbəy şəhəri, *********** massivində yaşadığı evə gedərkən ondan qarşıda hərəkət etməklə onu təqib etmiş və evə çataraq hasardan aşıb yaşayış sahəsinə qanunsuz olaraq girməklə, həyətdə gördüyü məişət təyinatlı mətbəx bıçağını götürərək giriş darvazasının arxasında gizlənmiş, Zərərçəkmiş şəxs5 həyətə daxil olarkən hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək, Zərərçəkmiş şəxs5 silah qismində istifadə etdiyi bıçaqla hədələyib, sonra sifətinə yumruqla, silah qismində istifadə etdiyi daşla isə başına zərbələr vurub yerə yıxaraq başını yerdəki daşa vurmaqla burun sümüyünün qəlpəli sınığı, sağ və sol haymor boşluğunun ön və arxa divarının yerdəyişməyən sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, başın əzilmiş yaraları, sağ və sol göz ətrafı yumşaq toxumaların hematoması, qançırı, ağlı qişaya massiv qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya və üst dodağın selikli qişasının əzilmiş səthi yarası isə nəticələnən sağlamlığına zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək sürütləyib evi n zirzəmisinə aparmış, orada Zərərçəkmiş şəxs5 özünə məxsus, eləcə də sonuncunun Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 satmaq üçün götürüb özündə saxladığı 50 qram çəkidə 2500 manat dəyərində bir ədəd, 53,3 qram çəkidə 2665 manat dəyərində bir ədəd, 44 qram çəkidə 2200 manat dəyərində bir ədəd, 40,3 qram çəkidə 2015 manat dəyərində bir ədəd, hər biri 40 qram çəkidə cəmi 6000 manat dəyərində üç ədəd, 37,6 qram çəkidə 1880 manat dəyərində bir ədəd, 35 qram çəkidə 1750 manat dəyərində bir ədəd, hər biri 30 qram çəkidə cəmi 3000 manat dəyərində iki ədəd, 26,25 qram çəkidə 1312 manat 50 qəpik dəyərində bir ədəd, hər biri 20 qram çəkidə cəmi 2000 manat dəyərində iki ədəd, 15 qram çəkidə 750 manat dəyərində bir ədəd, 10 qram çəkidə 500 manat dəyərində bir ədəd, 9 qram çəkidə 450 manat dəyərind ə bir ədəd Rusiya istehsalı olan 583 əyarlı "kardinal" qızıl boyunbağıları, hər biri 6,6 qram çəkidə cəmi 726 manat dəyərində iki ədəd, hər biri 3,6 qram çəkidə cəmi 594 manat dəyərində üç ədəd, hər biri 2,7 qram çəkidə cəmi 445 manat 50 qəpik dəyərində üç ədəd, 4 qram çəkidə 220 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan 583 əyarlı zəncir toxunuşlu qızıl boyunbağıları, 9,77 qram çəkidə 537 manat 35 qəpik dəyərində bir ədəd 585 əyarlı zəncir toxunuşlu qızıl boyunbağını, hər biri 2,5 qram çəkidə cəmi 275 manat dəyərində iki ədəd, hər biri 4,6 qram çəkidə cəmi 506 manat dəyərində iki ədəd, 6,1 qram çəkidə 335 manat 50 qəpik dəyərində bir ədəd, hər biri 5,3 qram çəkidə cəmi 583 manat dəyərində iki ədəd Türkiyə istehsalı olan 583 əyarlı tros toxunuşlu qızıl boyunbağıları, hər biri 5,5 qra m çəkidə cəmi 605 manat dəyərində iki ədəd, hər biri 3,2 qram çəkidə cəmi 528 manat dəyərində üç ədəd Türkiyə istehsalı olan 583 əyarlı günəş toxunuşlu qızıl boyunbağıları, 14,6 qram çəkidə 803 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan 583 əyarlı "müsəlman" qızıl boyunbağısını, 10 qram çəkidə 550 manat dəyərində bir ədəd, 8 qram çəkidə 440 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan 583 əyarlı "ərəb" qızıl boyunbağılarını, 29,7 qram çəkidə 1633 manat 50 qəpik dəyərində bir ədəd Türkiyə istehsalı olan 583 əyarlı "Leninqrad" qızıl boyunbağısını, 2,5 qram çəkidə 137 manat 50 qəpik dəyərində bir ədəd Türkiyə istehsalı olan 583 əyarlı "sonsuzluq" qızıl boyunbağısını, 10 qram çəkidə 700 manat dəyərində bir ədəd, 7,5 qram çəkidə 525 manat dəyərində bir ədəd İtaliya istehsalı olan 750 əy arlı zəncir toxunuşlu qızıl boyunbağıları, 15 qram çəkidə 750 manat dəyərində bir ədəd, 10 qram çəkidə 500 manat dəyərində bir ədəd, 8,8 qram çəkidə 440 manat dəyərində bir ədəd, 9 qram çəkidə 450 manat dəyərində bir ədəd, 4 qram çəkidə 200 manat dəyərində bir ədəd, 3,5 qram çəkidə 175 manat dəyərində bir ədəd 583 əyarlı "kardinal" qızıl qolbağıları, 12,7 qram çəkidə 635 manat dəyərində bir ədəd 583 əyarlı "Leninqrad" qızıl qolbağını, 10 qram çəkidə 500 manat dəyərində bir ədəd, 6,5 qram çəkidə 325 manat dəyərində bir ədəd, 5,2 qram çəkidə 260 manat dəyərində bir ədəd 583 əyarlı "tros" toxunuşlu qızıl qolbağıları, 2,5 qram çəkidə 125 manat dəyərində bir ədəd, hər biri 2 qram çəkidə cəmi 200 manat dəyərində iki ədəd, 2,2 qram çəkidə 110 manat dəyərində bir ədəd Türkiyə istehsalı olan 583 əy arlı qızıl qolbağıları, 24,5 qram çəkidə 1225 manat dəyərində bir ədəd 583 əyarlı "Daşkənd" qızıl qolbağısını, 7 qram çəkidə 385 manat dəyərində bir ədəd, 12 qram çəkidə 660 manat dəyərində bir ədəd, 9 qram çəkidə 495 manat dəyərində bir ədəd, 5 qram çəkidə 275 manat dəyərində bir ədəd 583 əyarlı qaşsız qadın qızıl nişan üzüklərini, 7,3 qram çəkidə 401 manat 50 qəpik dəyərində bir ədəd qara rəngli adi qaşı olan 583 əyarlı qızıl kişi üzüyünü, bir ədəd 350 manat dəyərində 999 əyarlı "beşlik" qızıl sikkəni, cəmi 230 qram çəkidə 11,500 manat dəyərində adi qaşları olan 583 əyarlı müxtəlif formada qızıl sırğaları, "ay-ulduz", "ürək", "Quran-kitab" formasında və üzərində məscid təsviri əks olunmuş qızıl klonları, 690 manat nağd pulu və 5 manat dəyərində bir ədəd pul kisəsini, ümumilikdə 57.823 ma nat 35 qəpik təşkil edən külli miqdarda əmlakı ələ keçirməklə quldurluq edərək, zərərçəkmiş Zərərçəkmiş şəxs5 37.426 manat 35 qəpik, Zərərçəkmiş şəxs7 9897 manat və Zərərçəkmiş şəxs6 10.500 manat dəyərində maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarının Məhkum CM-nin 181.3.2-ci maddəsi ilə məhkum edilməsinə aid hissəsinin ləğv edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, o özünü CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilir və törətdiyi cinayətləri səmimi olaraq etiraf etmişdir. Lakin zərərçəkmiş Rəhilə İbrahimovanın evindən oğuluqla əlaqədar olaraq törətmədiyi və xəbəri olmadığı halda, ədalətsiz və qərəzli şəkildə məhkum edilmişd ir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi R6, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqi nin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfində n müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun CM-nin 181.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair epizod üzrə ittihamın əsasslılığı mübahisələndirilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respubl ikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinay ət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətdə göstər ilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qa nunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası Məhkum zərərçəkmiş Rəhilə İbrahimovanın evindən quldurluq yolu ilə külli miqdarda əmlakı talamamasına dair kassasiya şikayətində əks etdirdiyi dəlillərin a pellyasiya məhkəməsinin qərarında təhlil edildiyini nəzərə alır və apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mahiyyətcə eyni olan dəlillərin təkrar müzakirə edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilən tövsiyələrə tam uyğundur. CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəl i zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yet irilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.” Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdib, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59cu maddələrinin tələblərinə tam riayət et mişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkə mə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəh bər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1595/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1595/2019
27.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver