Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1597/2025 13.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Balayeva Zəhra İbrahim qızının katibliyi ilə xx xxxxxx 1969-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2024-cü il tarixli 1(106)-883/2024 nömrəli qəra rından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Astara Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli 1(018)-76/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim İ.A.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2024-cü il tarixli 1(106)-883/2024 nömrəli qərarı ilə (hakimlər: Y.X.Həşimov (sədrlik edən), P.V.Hacıyev və F.Ç.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2 7 avqust 2024-cü il tarixli 1(018)-76/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Astara şəhəri F.Əliyarov adına 6 saylı tam orta məktəbində direktor vəzifəsində işləyən X9 həmin məktəbdə kargüzar vəzifəsində işləyən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusi ittihamçı Ü.Bayramova şikayətini onunla əsaslandırmışdır ki, o, 3 fevral 2020ci ildə Fərman Əliyarov adına tam orta məktəbdə direktor vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində məktəb rəhbərliyi olaraq nümunəvi olmuşdur. Nümunəvi xidmətimə görə təşəkkür a lmış, fəxri fərmanla təltif olunmuş, dövlət və ictimai tədbirlərdə yaxından iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Astara Rayon Təhsil Şöbəsinin müdiri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmiş, AZDİ Astara rayon şöbəsinin sədri tərəfindən fəxri fərmanla təltif edilmişdir. Xidmət göstərdiyi müddət ərzində həmişə dövlətə və dövlətçiliyə sadiq olmuş, layiqli və nümunəvi rəhbər olmuş və rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmiş, ona göstərilən etimadı doğrultmağa çalışmışdır. İşlədiyi dövr ərzində heç bir nöqsana yol verməmişdir. Bir rəhbər kimi işçilərin rəğbətini qazanmağa çalışmış və demək olar ki, buna nail olmuşdur. İşçilər arasında böyük hörmətə sahib olduğu danılmazdır. Lakin Astara şəhər 6 saylı tam orta məktəbin kargüzarı Məhk um yuxarı instansiyalara, həmçinin hüquq mühafizə orqanlarına ünvanladığı müraciətlərində, sosial şəbəkələrdə, qəzetlərdə həqiqətə uyğun olmayan məlumatlar və böhtan xarakterli məlumatlar dolu ərizələr, izahatlar yazmışdır. Məhkum yazdığı ərizələrdə və izahatlarda X ağır cinayətlərdə ittiham edərək onu rəhbərlik və işçilər arasında nüfuzdan salmağa çalışmışdır. Məhkum yazdıqlarının heç biri həqiqəti əks etdirməsə də, o yazdığı ərizə və izahatlarında, eləcə də sosial şəbəkələrdə etdiyi paylaşımlarda onu dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda ittiham etmişdir. Şikayətlər qanunamüvafiq olaraq araşdırılmış, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilmişdir. Belə ki, Məhkum e tdiyi şikayətlərində 2022-ci ilin mart ayında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar onun məktəbin laborantı X vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021- ci il tarixdə ad günü olduğuna görə X xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını göstərmişdir. Ancaq Astara rayon prokurorunun böyük köməkçisi, X10 tərəfindən Məhkum şikayəti əsasında araşdırma aparılmış və onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, Məhkum “Musavat.com” internet informasiya ehtiyatına təqdim edilmiş 25 yanvar 2023-cü il tarixli müsahibəsində direktor X ona məktəbin ərizələrinin qeydiyyat kitabının vərəqlərini dəyişdirməyi əmr etməsini o, etiraz etdikdə həmin kitabın vərəqləri cıraraq yenisini ora tikib, ona yenidən yazdırmasını, direktor X “müəllimlər günün”də, “8 mart qadınlar bayramın”da, özünün ad günlərində və hər ayın sonu əmək haqları verilən zaman qarşısına siyahı qoyaraq onlardan pul yığmasını və kimlərəsə yığdırmasını, özünün direktor X aylıq rüşvət vermədiyi üçün ona təzyiqlər göstərməsini bildirmişdir. Bundan başqa, Məhkum 26 yanvar 2023-cü il tarixdə facebook internet informasiya ehtiyatının 140 000–dən artıq üzvü olan təhsil forumu qrupunda və “mektebgushesi.az” internet informasiya ehtiyatında etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yayılmışdır ki, məktəbin direktorunu rüşvətxorluqda və vəzifə səlahiyyətlə rindən sui-istifadə etməkdə ittiham etmişdir. Bundan başqa, Məhkum 22 065 üzvü olan facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda 31 yanvar 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yayılmışdır ki, 23 ildir katibə işlədiyi Astara şəhər 6 saylı tam orta məktəbə son 3 ildir təyin olunan direktor X1 və rüşvətxor əməlləri barədə 2022-ci il aprel ayından cənab prezidentə və yüksək qurumlara şikayət ünvanlamış və halhazırda da davam edirir. O Bildirmişdir ki, çox-çox təəssüflər olsun ki, aidiyyatı qurumlar nəyə görəsə bu direktoru dəstəkləyir və onun bütün nöqsanlarının üstün çox gözəl şəkildə örtürlər. Bütün bunlardan da özünə güc tapan X bu sözləri səsləndirərək ona “get prezidentin sənə kömək etsin” deyərək şikayətçi olduğu üçün ona olmazın təzyiqlər göstərir və onu işdən çıxarmaqla təhdid edir. Bundan başqa, Məhkum facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 05 fevral 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, kim direktorun hər dediyini edirsə, onun üçün rüşvət toplayırsa onlar yaxşı olur, kim etiraz edirsə direktor olur həmin adamla düşmən. Bundan başqa, Məhkum facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 08 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, heç bir məktəb rəhbəri təmənnasız şagirdi yola verməz. Hələ bizim məktəbdə uzaq kənddən olan şagirdin adı 11-ci sinifdə gedir aylarla məktəbə gəlmir. Bundan başqa, Məhkum facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 17 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, bizim məktəbdə direktorun saxtakarlıqları pik həddinə çatıb ancaq hələ ona dur deyən yoxdu. Çünki deyir adamı var. Bundan başqa, Məhkum facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 17 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, bizim məktəbdə saxtakarlıq baş alıb gedir. Direktor özünə məxsus çətə yaradıb. Bütün saxtakarlıqları onlarla edir. Dəhşətdi. Bundan başqa, Məhkum facebook internet informasiya ehtiyatının 140 000–dən artıq üzvü olan təhsil forumu qrupunda 18 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, kimin kefi nə vaxt istəyir imza atır. Bir neçə gün işə gəlmir sonra gəlir direktorun razılığı ilə gəlmiyən günlərə də imza atır. Həmin yayımlardan görünür ki, Məhkum məktəbin sənədlərinin şəklini özbaşına çəkmiş və sosial şəbəkələrdə yaymışdır. Həmin paylaşımlarda daha sonra yer almışdır ki, o X cavab verərək bildirmişdir ki, bizi bu həddə çatdıran direktordu. Çünki məktəbdə hegemonluq edir. Bizi aşağılayır. Şantaj edir. Eləcə də həmin paylaşımlardan görünür ki, Məhkum X adlı şəxsə bildirir ki, biz şikayətçiyik deyə bizi şantaj edir ancaq öz komandası ona hədiyyələr verənlər, ad günlərində pul yığıb verənlər öz kefləri ilə işləyir. Daha sonra həmin paylaşımlardan görünür ki, Məhkum adlı şəxsə bildirir ki, direktor saxtakarlıq edəndə, bizi şantaj edəndə, üstümüzə yalançı şahidlər gətirəndə, imza atdıranda utanmır bəs mən haqqı danışanda niyə utanmalıyam. Bundan başqa, iş materiallarına əlavə olunmuş və video materialdan ibarət olan diskdə Məhkum eyni məzmunlu böhtan xarakterli məlumatları məktəbin həmkarlar təşkilatının iclasında, yəni kütləvi çıxışda yalan olduğunu bilə-bilə yayması faktı öz əksini tapmışdır. Belə ki, təqribən iyirmi nəfər müəllim heyətinin iştirak etdiyi həmin iclasda da Məhkum məktəbin müəllimlərini dövlətin pulunu mənimsəməkdə və direktorla bölməkdə ittiham edir. Hesab edir ki, dövlətin pulunu mənimsəmək və həmin pulun direktorla bölünməsi ilə bağlı deyilən fikirlər onu ağır cinayətdə ittiham etməkdir. Eləcə də diskdə olan videomaterialdan görünür ki, Məhkum qeyd edir ki, məktəbin müəllim heyəti direktorun rüşvətxorluğuna göz yuman komandadir. Eləcə də Məhkum qeyd etdiyi “onu hansısa deputat himayə edir” və ona saxtakar, hegemon deməsi kimi fikirləri bir qadın olara q onun şərəf və ləyaqətinə toxunmuş ki, onun ona münasibətdə həmin fikirləri kütləvi informasiya vasitələrində yaymasını özünə qarşı təhqir hesab etdiyindən cinayət hesab olunur. Məhkum internet informasiya ehtiyatlarında və hüquq mühafizə orqanlarına və eləcə də prezident administrasiyasına etdiyi müraciətlərində qeyd etdikləri nə qanuna, nə əxlaq normalarına, nə milli-mənəvi dəyərlərə, nə də ümumbəşəri norma və prinsiplərə uyğun deyil, ən əsası isə yalandır. Lakin barəsində təhqir və böhtan xarakterli məlumatlar cəmiyyətdə yayılmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd ed ir ki, onun şikayət ərizələrində və internet informasiya ehtiyatlarında yayılmış məlumatlar yalan deyil, həqiqətdir. Əgər həmin məlumatlar yalan olsaydı internet səhifələrində həmin məlumatlar internet istifadəçilər tərəfindən bəyənilməklə münasibət bildirilməzdi. Məhkum hesab edir ki, o, vətəndaş mövqeyini ifadə edərək vəzifəli şəxslərin qanunsuz hərəkətləri barədə şikayət etmiş və informasiya şəbəkələrində məlumat yaymışdır. Bu isə onun cinayət məsuliyyətinə cəlb olunması üçün əsas ola bilməz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkum edilmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində onun əməlində ittiham edildiyi cinayətin tərkibinin olmadığı bildirilir və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən də şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən: “İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.” BMT Baş Məclisinin 217 (İİİ) saylı 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə: “Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.” Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXİ) nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 17-ci maddəsində deyilir: “1. Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyriqanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz.
2. Hər bir insan belə müdaxilə və belə qəsdlərdən qanunla qorunmaq hüququna malikdir.” Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-i n 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzif ələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 21 fevral 2014-cü il tarixli qərarının 6-cı hissəsində qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikri n və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Həmin Qərarın 7-ci hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcə də oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siya si hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühafizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və tele viziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Məhkum xüsusi i ttihamçı X3 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yayaraq rüşvət almaqda, korrupsiyada, dövlət əmlakını talamaqda, maliyyə dələduzluğunda və mənimsəmə cinayətlərində təqsirləndirməklə ağır və xüsusilə ağır cinayətlərdə ittiham edib ona böhtan atması, onun əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbi baxımdan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə müəyyən olunmuş sübutları tam, hərtərəfli yoxlayıb hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından düzgün qiymət vermişdir. Məhkum edilmiş şəxs Məhkum kassasiya şikayətində işin faktiki hallarını deyil, özünün təqsirsizliyi məsələsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız sayır və mülahizə xarakterli hesab edir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X6 göstərmişdir ki, o, Astara şəhər 6 saylı tam orta məktəbində fizika müəllimi vəzifəsində işləyir. 2023-cü ilin əvvəllərindən məktəbdə kargüzar vəzifəsində işləyən Məhkum tərəfindən “Musavat.com” internet informasiya ehtiyatında, Tehsil Forumu.Az” internet informasiya ehtiyatında, facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda, “mektebgushesi.az” internet informasiya ehtiyatında və facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda məktəbin drektoru X3 direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məb ləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə X xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəməsini qeyd etməklə paylaşmalar etmişdir. Həmçinin, Məhkum məktəbin kollektivinin iştirak etdiyi məktəbin həmkarlar təşkilatının iclasında çıxış edərkən X rüşvətxorluğu, saxtakarlığı barədə bildirmişdir. Ancaq Məhkum kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında məktəbin drektoru X9 barəsində qeyd edilən yazışmaları və məktəbin həmkarlar təşkilatının iclasında çıxışında bildirdikləri həqiqət deyildir, böhtandır. Belə ki, Fərman Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbində məktəbin drektoru X tərəfindən hec vaxt 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar pul yığdırmamış, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmamış, öz ad günü olduğuna görə müəllimlərdən pul yığdırmamış, məktəbin inventarlarını satdırmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X2 şahid X7 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları təsdiq etmişdir. İş materiallarında olan: Astara rayon prokurorunun böyük köməkçisi X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 aprel 2022-ci il tarixli qərarından məlum olur ki, məhkəmənin kargüzarı Məhkum tərəfindən Astara rayon prokurorluğuna müraciət edilərək, “məktəbin drektoru X3 direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar X vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə X xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəməsi, məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olması, ona təzyiq etməsi” bildirilsədə Məhkum göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından qeyd edilən qərar qəbul edilmişdir. 01 ədəd DVD diskinə baxış keçirilərkən məlum olmuşdur ki, Məhkum məktəbin kollektivinin iştirak etdiyi məktəbin həmkarlar təşkilatının iclasında çıxış edərkən məktəbin direktoru X5 məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olmasını qeyd etmişdir. “Musavat.com” internet informasiya ehtiyatında, “Tehsil Foru mu.Az” internet informasiya ehtiyatında, facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda, “mektebgushesi.az” internet informasiya ehtiyatında və facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda Məhkum tərəfindən paylaşımlara əsasən həmin sosial şəbəkələrdə yayılmış məlumatlardan olan çıxarışlardan məlum olur ki, Məhkum tərəfindən “məktəbin drektoru X3 direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar X vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə X xanım vasitəsi ilə müəllimlərdən pul yığ dırmasını, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəməsi, məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olması, ona təzyiq etməsi” ifadələri yayılmış və sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə edilmişdir. Həmçinin, kassasiya şikayətinin dəlillərindən görünür ki, Məhkum X3 barəsində yaydığı məlumatları cəmiyyətdə hamiya bəlli olan və yalan olmayan hal kimi qiymətləndirmiş və bu səbəbdən də özünün hər hansı cinayət törətmədiyini qeyd etmişdir. Beləliklə, Məhkum tərəfindən xüsusi ittihamçı X9 barəsində ağır və xüsusilə ağır cinayət etməkdə ittiham etməklə ona böhtan atması iş materialları ilə tam təsdiqini tapmışdır və qeyd olunan yalan məlumatların “Tehsil Forumu.Az” internet informasiya ehtiyatında, facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda, “mektebgus hesi.az” internet informasiya ehtiyatında və facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda yerləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, Məhkum tərəfindən məktəb direktoru X barəsində böhtan xarakterli söz və ifadələr, habelə onun rüşvət alma, mənimsəmə və sair barədə ifadələri sosial şəbəkədə yaymışdır. Sosial internet şəbəkəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibini yaradır. Bundan əlavə, məһkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: - məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; - həmin məlumatların doğru olmaması; - belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxsi müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xü susiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsəd i daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliy yətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Bununla da, sosial şəbəkə hesabında Məhkum öz düşüncəsinə görə fikirləri, ehtimalları olub-olmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə yuxarıda qeyd edilən yalan məlumatlar yayılmışdır. Hansı ki, məhz həmin məlumatlar da hazırkı xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, X şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir, pedoqoji fəaliyyətlə məşğul olan şəxs kimi onu cəmiyyətdə nüfuzdan salmaqla, cəmiyyətdə, insanlar yanında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlardır. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən Məhkum X9 barəsində yaydığı məlumatların cəmiyyətdə hamiya bəlli olan və yalan olmayan hal kimi qeyd edilməsi ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, Astara rayon prokurorunun böyük köməkçisi X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 aprel 2022-ci il tarixli qəra rından məlum olur ki, məhkəmənin kargüzarı Məhkum tərəfindən Astara rayon prokurorluğuna müraciət edilərək, “məktəbin drektoru X5 direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar X vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə X xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəməsi, məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olması, ona təzyiq etməsi” bildirilsə də Məhkum göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından qeyd edilən qərar qəbul edilmişdir. Həmçinin, məhkəmə kollegiyası q eyd edir ki, Məhkum sosial şəbəkələrdə X ünvanına işlətdiyi ləkələyici məlumatların hansısa sosial şəbəkə istifadəçiləri olan çoxsaylı şəxslər tərəfindən bəyənilməklə təsdiqlənməsi həmin məlumatların ləkələyici olmaması, həqiqətəuyğun və ya doğru olması anlamına gəlmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların müqayisəli təhlilinə əsaslanaraq və onların həqiqiliyinə mötəbərlik baxımından qiymət verib belə nəticəyə gəlir ki, Məhkum törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun cinayətin törədilməsində təqsirli bilinm əsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmiş, Məhkum törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəza məsələsini də müzakirə edib aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi Məhkum ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı Qərarının 9-cu bəndində qeyd olunur ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cə zanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35; Von Qannover Almaniyaya qarşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumuniyaya qarşı (BP), § 115). Azərbaycan Respublikasının CM-in: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəz a və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbləri baxımdan aşağı instansiya məhkəmələri düzgün olaraq məhkuma cəza təyin edərkən onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növü olan islah işləri cəzasını aşağı həddə təyin etməklə onun islah olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı Məhkumnun cəzasını yüngülləşdirən bütün halları nəzərə almış, apellyasiya məhkəmə baxışı zamanı onun cəzasının yüngülləşdirən hər hansı yeni bir hal müəyyən edilməmişdir. “Qavazov Bolqarıstana qarşı iş üzrə” xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edi lir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan aşağı instansiya məhkəmələri iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb haqlı olaraq Məhkum Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmiş və törətmiş olduğu cinayət əməlini düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız sayır və buna görə də hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2024-cü il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.