Məhkəmə qərarları › İş №1(102)-1598/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1598/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1598/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; X7 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olun muş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmü (hakimlər: X5 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) ilə 01 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşamış, hal hazırda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Məhkum Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və cəzaçəkmə müddətinin başlanğıcının 28 may 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən 28 may 2022-ci il tarixdə saat 05 radələrində təzə Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 154cü kilometrliyində, üzərində “Sərhəd To border 50 km” yazısı yazılmış, yaşıl rəngli dəmir lövhənin yaxınlığından külli miqdar təşkil edən 01 ədəd bağlamada təmiz çəkisi-1027,0 qram tiryəkdən kustar üsulla ha zırlanmış narkotik vasitə heroini, külli miqdar təşkil edən bir ədəd kibrit qutusunda və 05 ədəd bağlamada ümumi təmiz çəkisi 5009,73 qram, ayrıayrılıqda təmiz çəkiləri 4,730 qram, 990,0 qram, 995,0 qram, 995,0 qram, 1020 qram, 1005,0 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,730 qram olan qurudulmuş marixuananı əynində olan gödəkçənin sol yan cibində saxlamış, qalan 01 ədəd bağlamada təmiz çəkisi-1027,0 qram narkotik vasitə heroini və ayrı-ayrılıqda təmiz çəkiləri, 990,0 qram, 995,0 qram, 995,0 qram, 1020 qram, 1005,0 qram ümumi təmiz çəkisi 5005,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Mercedes Benz E200” sedan tipli 9 9-SJ344 qeydiyyat nişanlı avtomobilin arxa salonunda sağ ayaqlıq yerində saxlayaraq daşımış və 28 may 2022-ci il tarixdə saat 07 radələrində Lənkəran şəhəri “Ləvəngi” dairəsində idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Lənkəran ŞRPŞ-nin X16 X10 Xidməti əməkdaşı tərəfindən saxlanıldıqdan sonra, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən, həmin tarixdə, saat 07 radələrində Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri yerindən aşkar edilərək götürülmüşdür. Nəticədə, Lənkəran şəhəri Nizami Gəncəvi küçəsində yerləşən Lənkəran şəhər Narkoloji xəstəxanasının qarşısında saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inziba ti binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı qara rəngli əl çantasının içərisindən bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, əynində olan gödəkçəsinin sol yan cibindən həmin 01 ədəd kibrit qutusunda və çəkidə narkotik vasitə marixuana, qeyd olunan çəkilərdə, bir ədəd bağlamada narkotik vasitə heroin və beş ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana 28 may 2022-ci il tarixdə saat 08:20 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən idarə etdiyi “Mercedes Benz E200” sedan tipli 99-SJ344 qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa salonunda sağ ayaqlıq yerindən aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə bax an Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X9, hakimlər: X4 və X1 ibarət tərkibdə) 13 aprel 2023cü il tarixli, 1(106)-144/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-561/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarının ləğv edilib məhkumun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin və həmin maddənin sanksiyası çərçivəsində yüngül cəz a təyin edilməsi xahiş edilmişdir. 28 fevral 2024-cü il tarixdə Məhkum cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarından özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçinin ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayətləri baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası m əhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.7-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri g ötürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətlərin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri məhkumun özünün əri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar