Məhkəmə qərarları › İş №1(102)-1598/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1598/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1598/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayev Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Xasayev Vüqar Nəriman oğlunun və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-626/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarından Mə hkum müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx xxxx-cu il tarixdə Masallı rayonu, Türkoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, X kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 29 yanvar 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 fevral 2024-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 09 dekabr 2023-cü il tarixdə, saat 20:50-də “AE 440495” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, BA279402 nömrəli qeydiyyat şəhadətnaməsi ilə və etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində Masallı şəhəri istiqamətində 120 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkə t iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 120 km/saat sürətlə idarə edərək yolun sağ ehtiyat hissəsində adi yerişlə Masallı şəhəri istiqamətində hərəkətdə olan piyadalar - əvvəllər tanımadığı, Masallı rayonu Türkoba kəndində daimi qeydiyyatda olmaqla yaşamış X7 və Bədalan kəndində daimi qeydiyyatda olmaqla yaşamış X5 idarə etdiyi avtomobilin ön sol qanad hissəsi ilə vuraraq ehtiyatsızlıqdan İsa Cavadovun qapalı kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyi n toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları və hər iki göz nahiyəsinin qançırı ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, İslam Əliyevin isə açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin xətti sınığı, başın sağ gicgah nahiyəsinin və sol dabanın əzilmiş yarası, hər iki göz nahiyəsinin qançırı, bədənin müxtəlif nahiyələrinin sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq hər iki şəxsin baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma nəticəsində ölmələ rinə səbəb olan yolnəqliyyat hadisəsini törətmişdir.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-369/2024 nömrəli, 23 may 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Əmənullayev Feyruz Əfladin oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Məhkum barəsində Azə rbaycan Respublikası CM-nin 70-ci və ya 62-ci maddəsini tətbiq etməklə cəza təyin edilməsini xahiş etmişdir.

7. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X6 da apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Məhkum barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında nəzərdə tutulmuş 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-626/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-369/2024 nömrəli, 23 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X6 və məhkumun müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu kassasiya şikayətləri vermişlər.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)154/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, zərərçəkmiş şəxsin hüquqi varisi X3 verdiyi kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-626/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Kass asiya şikayətində qeyd edilmişdir ki, Məhkum hadisə törənən andan hadisə yerində olmaqla zərərçəkmiş şəxslərin təcili yardım maşını ilə xəstəxanaya çatdırılmasına köməklik etmiş, bundan sonra könüllü olaraq hadisə törətməsini bildirməklə polisə təslim olmuş, istintaq zamanı və məhkəmədə baş vermiş hadisədə özünü tam təqsirli bilərək, mərhumların ölümünə görə zərərçəkmişlərin hüquqi varislərindən üzr istəməklə onu bağışlamalarını xahiş edib, məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkumun yaxın qohumları dəfələrlə zərərçəkmişlərin yaxınlarına müraciət edərək barışmağa cəhd etməklə başsağlığı vermiş, mərhumların hüzr mərasimlərinin xərclərinin onun tərəfindən ödənilməsini, habelə əlavə olaraq 10000 manat pul və təzə tikdiyi evi onlara verməyi təklif etsə də, onlar barı şıq üçün 40000 manat pul tələb etmiş, onun isə buna maddi imkanı çatmadığı üçün barışıq baş tutmamışdır. Bu onu göstərir ki, məhkumun valideynlərinin dəfələrlə cəhdinə baxmayaraq zərərçəkmişlərin hüquqi varislərinin inadı üzündən barışıq baş tutmamışdır. Bundan başqa iş materiallarından görünür ki, məhkum əvvəllər məhkum olunmamışdır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Mərkəzi Neftçilər Xəstəxanasının verdiyi 08 dekabr 2011-ci il tarixli Epikrizdən görünür ki, onda anadangəlmə ürək qüsuru, Fallo tetradası xəstəliyi mövcuddur. Bütün qeyd olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, ehtiyatsızlıq nəticəsində baş vermiş avtomobil qəzasına görə ona ağır cəza verilmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-626/2024 nömrəli, 19 i yul 2024-cü il tarixli qərarının dəyişdirilməsi, təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə teleqram ünvanlayaraq, məhkuma yüngül cəza təyin edildiyini, cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları ar aşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yo xlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Müdafiəçi Məhkum təyin edilmiş cəzanın ağır olduğunu iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respu blikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)626/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyi n etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

21. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

22. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublika sı CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

23. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cə miyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

25. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterl i tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

26. Məhkum daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

27. Belə ki, baxılan cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ehtiyatsızlıqdan iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə (yol hərəkəti qaydalarını pozmaqda) təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

28. Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində göstərilən cinayətə görə əsas cəza qismində beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur.

29. Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələri isə cəzaçəkmə yeri kimi ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrini, beş ildən artıq müddətə azadlıqdan məh rum edilmiş şəxslər üçün isə ümumi rejimli cəzaçəkmə müəssisələrini müəyyən edir.

30. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi bu maddə ilə təqsirli bilinən şəxslərə beş il və beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmək (seçim etmək) imkanlarını nəzərdə tutduğundan, təyin olunmuş cəza müddətindən asılı olaraq, cəzaçəkmə yeri qismində onlara ümumi rejimli cəzaçəkmə müəssisəsi və yaxud ondan daha mülayim saxlanma şərtləri olan, o cümlədən şəxsin cəzaçəkmə müəssisəsindən kənarda olmaqla sərbəst hərəkət etməsini mümkün edən məntəqə tipli cəzaçəkmə müəssisəsi təyin edilə bilər.

31. Bir tərəfdən cinayət qanunu normasında bu cür seçim etmək (şəxsi 5 il müddətə cəza təyin edib məntəqəyə göndərmək və ya 5 ildən artıq müddətə cəza təyin edib ümumi rejim li cəzaçəkmə müəssisəsinə göndərmək) imkanının mövcudluğu, digər tərəfdən isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cinayət cəzasının məhkumun islah edilməsini, sosial ədalətin bərpasını, özü və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin etməli olan cinayət-hüquqi tədbir kimi təsbit edilməsi onu deməyə əsas verir ki, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinən şəxsə təyin olunan cəzanın Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin nəzərdə tutduğu cəzanın məqsədlərini təmin edə bilibbilməyəcəyini düzgün qiymətləndirmək üçün yalnız cəzanın müddətindən çıxış etmək kifayət etmir, bu zaman həmin cəzanın hansı növ cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna da əhəmiyyət verilməlidir.

32. Çünki, məntəqə tipli cə zaçəkmə müəssisəsində və ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkumların saxlanılma şərtləri, xüsusilə də şəxsin azadlıq hüququna və sərbəst hərəkət etmək imkanlarına qoyulan məhdudiyyətlərin dərəcəsi arasında ciddi fərq olduğundan (məntəqə tipli cəzaçəkmə müəssisəsində olan şəxs üçün hətta müəssisədən kənarda sərbəst hərəkət etmək imkanı nəzərdə tutulduğundan), konkret təqsirkarın şəxsiyyətini səciyyələndirən hallardan asılı olaraq, bir məhkum üçün - onun islah edilməsi perspektivləri baxımından - məntəqə tipli cəzaçəkmə müəssisəsi yetərli olduğu halda, digər məhkumun islah edilməsi, onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün həmin növ müəssisənin qaydaları və qoyduğu məhdudiyyətlər kifayət etməyə, onun azadlığının daha ciddi şəkildə məhdudlaşdırılması təl əb oluna bilər. Odur ki, belə hallarda cəzanın təyini (təyin olunmuş cəzanın yoxlanılması) məsələlərinə baxılması zamanı təqsirkar şəxs üçün onun islah olunmaq perspektivləri baxımından hansı - ümumi rejimli, yoxsa məntəqə tipli cəzaçəkmə müəssisəsinin daha münasib olması məsələsi təqsirkarın şəxsiyyətini xarakterizə edən hallardan asılı olaraq araşdırılmalı və düzgün həll edilməlidir.

33. Yaxud təqsirkarın törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi, cinayətin törədilmə halları, meydana gətirdiyi ictimai-təhlükəli nəticələr elə məzmun daşıya, ciddi və ağır ola bilərlər ki, cəmiyyətin nəzərində, o cümlədən zərərçəkmiş şəxslərin qohumlarının, yaxınlarının baxışında məhkuma təyin olunmuş, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə, o cümlədən müəssisədən kənarda olmas ına səbəb olmuş cəza obyektiv olaraq sosial ədaləti bərpa etməyən tədbir kimi görünə bilər.

34. Belə olan halda həmin cəza digər şəxslərə münasibətdə də öz xəbərdaredici (çəkindirici) rolunu səmərəli şəkildə yerinə yetirə bilməz.

35. Məhkəmə kollegiyasının bu fikirləri ilə apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı müqayisə edildikdə isə görünür ki, birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyası həddində təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını dəyişdirmədən qüvvəsində saxlayan apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tər əfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin cəzanın və cəzaçəkmə müəssisəsinin növünün törədilmiş cinayətin xarakterinə, ictimaitəhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrə uyğun olub-olmadığını lazımınca araşdırmışdır.

36. Cinayətin ictimai-təhlükəliliyini xarakterizə edən həmin halların fonunda apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsə cəza təyini məsələsini həll edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hallar olaraq əməlini səmimi etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, cəzasını ağırlaşdıran hallar olmasa da, zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə etməməsini, sonuncun un ondan şikayətçi olduğunu nəzərə alaraq, Məhkum birinci instansiyası məhkəmə tərəfindən təyin edilmiş cəzanı dəyişdirilmədən saxlamış, o cümlədən, cəzanın məhkumun islah edilməsi, sosial ədalətin bərpa edilməsi, digərlərini cinayət törətməkdən çəkindirmək üçün kifayət edib-etməməsinə lazımi əhəmiyyət vermiş, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

37. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, kassasiya şikayətində məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi bildirilsə də, lakin bununla bağlı real hərəkətlərin edilməsini təsdiqləyən (pul vəsaitinin depozit hesaba köçürülməsini əks edən və s.) hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Hətta kassasiya şikayətinə baxılması dövr ündə məhkum edilmiş şəxsə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunması üçün müvafiq şərait yaradılsa da, lakin tərəflər arasında barışıq əldə edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ünvanlandığı müraciətlərində, həmçinin məhkəmə iclası zamanı çıxışında məhkumla barışmadığını, əksinə ona təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, məhkum edilmiş şəxsdən şikayətçi olmuşdur.

38. Yuxarıda göstərilənlərə əsasən öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

39. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

40. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

41. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 1(106)-626/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Xasayev Vüqar Nəriman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-626/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar