Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1599/2023 29.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(107)-434/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Məhkum və onun müdafiəçisi X8 tərəfindən verilmiş v əsatətin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(107)-434/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Əliyev (sədrlik edən),hakimlər B.Məmmədov və N.Mirzəyev ibarət tərkibdə) 17 may 2022-ci il tarixli 1(091)-81/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 1989-cu ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla, orada yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 06 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 1(091)-81/2022 nömrəli qərarı ilə Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(091)-81/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(107)-434/2022 saylı qərarı ilə (sədrlik edən: İ.H.Şükürov, hakimlər: A.M.Eyvazov və G.Q.Abbasov), Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə məh kum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 1(091)-81/2022 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtinaya dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 1(091)-81/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum və onun müdafiəçisi X3 Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(107)-434/2022 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatət Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli 1(107)-434/2023 nömrəli qərarı ilə (sədrlik edən: İ.H.Şükürov, hakimlər: A.M.Eyvazov və X.H.Səmədov) Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(107)-434/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Məhkum və onun müdafiəçisi X8 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli 1(107)-434/2023 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2022-cü il tarixli 1(091)-81/2022 nömrəli qərarından vermiş olduğu apellyasiya şikayəti qanunsuz olaraq təmin edilmədikdən sonra, apelyasiya instansiyası məhkəməsinə həmin qərardan ötürülmüş müddətin bərpa edilməsi ilə bağlı vəsatət versə də, verilmiş vəsatət ə sassız olaraq rədd edilmişdir. Müraciət müəllifi hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli ədalətsiz və qanunsuz olduğundan ləğv edilməli, tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 41 1-ci maddəsinə əsasən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında məsələyə baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aiddir. CPM-in 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından— onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. CPM-in 410.1-1-ci maddəsinə görə, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcə llənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Öyrənilmiş cinayət işi materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(107)-434/2022 nömrəli qərarı məhkəmə iclasında Məhkum müdafiəçisinin iştirakı ilə elan edilmiş, qərarın surəti Məhkum təqdim edilməsi üçün Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmiş, Məhkum də 02 dekabr 2022-ci il tarixdə qəbzə imza edərək rəsmi qaydada qərarın surətini götürmüşdür. Məhkum tərəfindən tərtib olunmuş 27 yanvar 2023-ci il tarixli kassasiya şikayəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinin 3-16-17/18/2-263 saylı məktubu ilə 13 fevral 2023-cü tarix də Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkum X7 Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(107)434/2022 nömrəli qərarının məhkuma rəsmi qaydada verildiyi vaxtdan1 ay 25 gün müddət keçəndən sonra həmin qərardan kassasiya şikayəti və müdafiəçisi ilə birlikdə kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Müdafiə tərəfi kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətdə Məhkum xəstəliyi ilə əlaqədar vaxtında kassasiya şikayəti verə bilməməsi ilə əsaslandırsa da, bununla bağlı hər hansı bir sübut vəsatətə əlavə olunmamış, eləcə də, belə sübutlar məhkəməyə də təqdim edilməmişdir. Məhkum kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 1 aylıq müddət ərzində kassasiya şikayəti verməsi üçün kifayət qədər vaxtının olmasına baxmayaraq kassasiya şikayətini qərarın ona rəsmi qaydada verildiyi vaxtdan 1 ay 25 gün sоnrа yəni 25 gün ötürməklə vеrmiş və bu müddətin üzrlü səbəblərdən buraxılması hər hansı sübutla təsdiq olunmur. Göründüyü kimi məhkum hər hansı üzürlü səbəb olmadan müddəti ötürmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarını qanuni və əsaslı, müdafiə tərəfinin dəlilərini isə əsassız hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətini n uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatət, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayəti subyektiv mülahizələrə deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən obyektiv sübutlara əsaslanmalıdır. Lakin verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə diqqət yetirdikdə müdafiə tərəfinin müxtəlif subyektiv mülahizələrdən çıxış etdikləri müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsi tərəfindən 15 noyabr 2022-ci il tarixli qərar qəbul edildikdən sonra məhkumun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, həmçinin bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş məhkumun iradəsindən asılı olmayan digər halın baş verməsi ilə bağlı məh kəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə o deməkdir ki, Məhkum Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarından kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, bu hüquqdan qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 02 oktyabr 2007-ci il tarixl i qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini izah verərək qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Həmçinin Avropa Məhkəməsi «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2006-cı il tarixli qərardadın da xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1 -ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılması nı hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 1(107)-434/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqın da həmin məhkəmənin 28 fevral 2023-ci il tarixli, 1(107)434/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum və onun müdafiəçisi X6 Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2022-ci il tarixli 1(107)-434/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə birgə verdikləri vəsatətin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(107)-434/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1599/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1599/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver