Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1599/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və X1 ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən veril miş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-268/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə (sədrlik edən: Hafiz Əliyev, hakimlər: Aynur Rzayeva və Fəhmin Hümbətov) xx.xx.1992-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 27 m art 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-268/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının (X5 (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Rəşadət Ağayevdən ibarət tərkibdə) 14 mart 2024-cü il tarixli, 1(105)-24/2024 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-268/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmiş, hökm ilə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 27 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hes ablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti cəza olaraq 5 il 11 ay 28 gün (beş il on bir ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin olunmamışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, qanunsuz olaraq, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində və avtomobilində saxlamaqla daşımış, bu fakt Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 26 mart 2022-ci il tarixdə, saat 23:50 radələrində o, Xaçmaz şəhəri, Şirvanşahlar küçəsində saxlanılıb idarə etdiyi Hyundai Sonata markalı, **-OH-*** dö vlət qeydiyyat nişanlı avtomobillə gətirilərək, ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsnin inzibati binasında xx.xx.2022-ci il tarixdə, saat 01:00-dan 01:15-dək olan müddətdə həmin avtomobilə baxış keçirilən zaman avtombilin salonunda ön oturacaqların arasında olan qolaltından 01 ədəd bükümdə, təmiz çəkisi 0,03 qram olan psixotrop maddə metamfetamin, habelə həmin gün, saat 01:20-dən 01:45-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilən iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 32,153 qram və 48,740 qram olmaqla ümumi təmiz çəkisi 80,893 qram olan heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq, külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqs ədi ilə əldə edib saxlamaqla daşımışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafiəçi3 qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs: - xx.xx.2022-ci ildə saxlanılıb; - iş/v 9-da olan raportdan müəyyən olunur ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə artıq Xaçmaz RPŞ-də idi. Çünki həm raportun, həm də raport üzərindəki dərkənarın tarixi xx.xx.2022-ci il tarixidir; xx.xx.2022-ci il tarixdə o, müstəntiq Nemət Xasıyev tərəfindən şübhəli şəxs qismində tutulub; - Bundan sonra müstəntiq vəkil dəvət edib; - təqsirləndirilən şəxs həmin vaxtı vəkillə real təmin olunmadığını bildirsə də, vəkil Nadir Lalayev tutma protokolunu və şübhəli şəxsin hüquqları barədə bildirişi tanış oldum qeydi ilə imzalayır; - tutma protokolu təhvil aldım qeydi ilə saat 01:00-da MSY-nin rəisi tərəfindən imzalanır. - xx.xx.2022-ci il saat 01:00-dan 01:15-dək təqsirləndirilən şəxsin avtomobilinə baxış keçirilir; - xx.xx.2022ci il saat 01:20-dən 01:45-dək təqsirləndirilən şəxsin şəxsi axtarışı keçirilir; - xx.xx.2022-ci il saat 02:00-dan 02:35-dək şübhəli şəxsin izahatı alınır; - xx.xx.2022-ci il saat 03:10-dan 03:35-dək şübhəli şəxsin mənzilinə baxış keçirilir (halbuki, mənzilə baxış keçirilməyib); - xx.xx.2022-ci il tarixdə saat 16:10-da təqsirləndirilən şəxs qismində cəlb olunur, 17:15-dən 18:25-dək dindirilir, saat 22:30-da isə səmimi etirafı, peşimançılığı və daimi yaşayış yerinin olması nəzərə alınaraq barəsində polisin nəzarəti alına vermə qətimkan tədbiri seçilir. şəxsi həbsdən azad etdikdən sonra 22:50 -dən 23:10-dək müstəntiq onun telefonuna baxış keçirir və narkotikə aid heç nə aşkar etmir. Bundan sonra ibtidai istintaq zamanı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərinə polis əməkdaşları şahid qismində dindirilir, xx.xx.2022-ci ildə müstəntiq videodiskə baxış keçirir; - xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs barəsində axtarış elan edir, xx.xx.2022-ci ildə axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokol tərtib edir və icraatı təzələyir, eyni gündə sübutların qiymətləndirilməsi barədə qərar qəbul edir, xx.xx.2022-ci il tarixdə isə ittiham aktı tərtib edir. Yuxarıda qeyd olunanlar bir sıra şübhəli məqamlara dair suallar doğurur. Hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsa s verən heç bir dəlil yoxdur. Məhkəmə iclasında məhkumun müdafiəçisi çıxış edərək göstərdi ki, Azərbaycan Respublikası CM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Buna görə də kassasiya şikayətinin təmin olunmasını və Məhkum bəraətverici əsaslarla xitam verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli ləğv edib, yeni baxışa göndərilməsi və ya Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci madd əsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini, kassasiya protestininin təmin olunmamasını xahiş etdi. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, yekun qərar qəbul edilərkən məhkum edilmiş şəxsə münasibətdə məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən edilmədiyindən, eləcə də cinayətin ictimai təhlükəlilik dərəcəsi və məhkum edilmiş şəxsin şəxsiyyəti nəzərə alınmadığından məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Dövlət ittihamçısı bildirmişdir ki, Məhkum əldə edərək saxladığı və daşıdığı iki bükümdə ümumilikdə 80.893 qram, yəni külli miqdar narkotik vasitə heroinin şəxsi istehlak miqdarından təxminən 539 dəfə, külli miqdardan isə təxminən 40 dəfə artıq olması, onların bü kümlərə bölünməsi, eləcə də 0.03 qram çəkidə psixotrop maddə olan metamfetaminin olmasını, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Məhkum tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə, cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyyələrini nəzərə almayaraq, gəldiyi nəticəni yekun qərarda asaslandırmamışdır. Dövlət ittihamçısı məhkəmə iclasında çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024cü il tarixli qərarın ləğv edilməsi və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini, kassasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-pro sessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı, Məhkum təyin edilmiş cəzanın yün güllüyünü mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olmasını mübahisələndirərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkə mə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bə raət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. CPM-in 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlcə kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, apellyasiya instansiy ası məhkəməsi tərəfindən həmin cəza 6 ilə endirilmişdir. Cəzanın azaldılması ilə razılaşmayan dövlət ittihamçısı qərarın həmin hissəsindən kassasiya protesti vermişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edilmiş cəzanı yüngülləşdirərkən onun ilk dəfə məhkum edilməsini, onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirkarın şəxsiyyətini, ona təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş 6 il azadlıqdan məhrum etmə cəzası da həm növ, həm də hədd baxımından kifayət qədər ciddi və ağır cəzadır və məhkumun islah olunmasına kifayət edəcək səviyyədədir. Məhkəmə kollegiyası apelly asiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəzanın növü və həddi ilə razılaşır və hesab edir ki, məhkəmə həmin cəzanı təyin edərkən mövqeyini kifayət qədər əsaslandırmışdır və bu səbəbdən kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, müdafiəçi kassasiya şikayətində məhkuma işgəncə verildiyini və ondan ifadələrin işgəncə təsiri altında alındığını iddia etmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum tutulduqdan 2 gün sonra buraxılmış və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lakin Məhkum azadlığa çıxdıqdan sonra ona işgəncə verilməsi ilə bağlı heç bir orqana müraciət etməmiş, bədənin də olan xəsarətlərlə bağlı həkim müayinəsindən keçməmişdir. Hazırki mərhələdə məhkuma tədqiqat dövründə işgəncə verilməsini təsdiq edən hər hansı bir sübut əldə etmək mümkün deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin məhkuma işgəncə verilməsi ilə bağlı dəlilləri əsassızdır. Müdafiəçi kassasiya şikayətində məhkum Xaspoladlının üzərində axtarışın tutulandan dərhal sonra deyil, müəyyən müddət keçdikdən sonra keçirilməsini mübahisələndirərək bu müddət ərzində narkotik vasitənin məhkumun üzərinə qoyulması ehtimalını irəli sürmüşdür. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkum Xaspoladlının tutulması anında deyil, bir qədər sonra üzərində axtarış aparılması Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən yolverilməzdir. Lakin b u halda bu geçikmənin üzrlü və ya üzrsüz səbəbdən baş verməsini yoxlamaq lazımdır. Bununla bağlı qeyd edilməlidir ki, hadisənin baş verdiyi dövrdə mövcud olan məhkəmə təcrübəsinə görə şəxsin üzərində axtarış yalnız onun müdafiəçisinin iştirakı ilə keçirilə bilər. Məhkum özünün müdafiəçisi olmadığından, ona dövlət hesabına müdafiəçi təyin edilmiş, bu barədə müvafiq qərar qəbul edilmiş, gecə saatlarında müdafiəçi polis şöbəsinə dəvət edilmiş, şübhəli şəxsə təqdim edilmiş, müdafiəçinin iştirakı ilə “Şübhəli şəxsin tutulması haqqında” protokol tərtib edilmiş, polis şöbəsinə hal şahidləri dəvət edilmiş, hal şahidlərinin iştirakı ilə avtomaşına baxış keçirilmiş, bundan sonra isə müdafiəçisinin iştirakı ilə Məhkum şəxsi axtarışı həyata keçirilmişdir. Göründüyü kimi, bütün bu sadalanan hərəkətlər, qərarların qəbul edilməsi, həyata keçirilən istintaq hərəkətlərinin protokollarının tərtib edilməsi müəyyən zaman ərzində mümkündür və bütün bu sənədləşmələrin aparılması müddətləri nəzərə alınarsa, məhkumun tutulması ilə onun üzərində müdafiəçisinin iştirakı ilə axtarış aparılması arasında olan müddəti ağlabatan hesab etmək mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlili də əsassızdır. Cinayət işinin materiallarından da görünür ki, ibtidai istintaq dövründə Məhkum onun üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmiş, lakin satış məqsədinin olmadığını, yalnız özünün istifadə etməsi məqsədi ilə saxladığını bildirmişdir. Eyni zamanda, ibtidai istintaq zamanı məhkumun müdafiə hüquqları təmin edilmiş, ona iş gəncə verilməsi ilə bağlı heç bir sübut mövcud deyil. Müdafiə tərəfi məhkumun narkotik vasitələri satmaq niyyətinin olmamasını iddia etsə də, lakin məhkumun üzərindən çıxan narkotik vasitənin və psixiotrop maddənin iki növdə olması, narkotik vasitə olan heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 539 dəfə, külli miqdardan isə təxminən 40 dəfə artıq olması halları həmin narkotik vasitənin və psixiotrop maddənin mahs satış məqsədi ilə əldə edildiyini və saxlandığını təsdiq edir. Eyni zamanda, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə iclas protokolundan və qərarından görünür ki, müdafiə tərəfinin vəsatətləri əsasında müdafiə tərəfinin dəlilləri əsasında geniş araşdırılma aparılmış, lakin məhkuma qarşı irəli sürülmüş ittihamın əsaslılığına təsir edən hər h ansı dəlilin əldə edilməsi mümkün olmamışdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı verilmiş kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1599/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1599/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver