Məhkəmə qərarları › İş №1(102)-16/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-16/2020

17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-16/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X11-zadə Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və müdafiəçi-vəkil X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından Məhkum tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Xamməd Nuriyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Nizami Quliyevdən ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1983-cü ildə Biləsuvar rayonu, Bağbanlar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Biləsuvar rayonu, Bağbanlar kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228. 1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X4 və X6 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X4, X6 və Məhkum Azərbaycan Respublikasında və İran İslam Respublikası ərazisində olan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmə, saxlanma və daşıma barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək bu məqsədlə Vüqar Məmmədov 2016-cı il noyabr ayının ortalarında Ağstafa rayonunda mərkəzi bazarın yaxınlığında cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər üzvü ilə görüşərkən cinayətkar qrupun həmin üzvü ona külli miqdarda heroin narkotik vasitəsini sifariş etmiş, ilkin ödəniş kimi ona 2400 ABŞ dolları məbləğində pul vermişdir. X4 almış olduğu sifarişin icrası ilə əlaqədar olaraq xx xxxxxx 2016-cı il tarixdə İran İslam Respublikasına getmiş, orada cinayətkar qrupun digər üzvləri ilə görüşərək onlara 10.000 manat pul müqabilində külli miqdarda heroin və qurudulmuş marixuana sifariş etmiş və həmin şəxslərə ilkin ödəniş kimi 4000 manat məbləğində pul vermişdir. Vüqar Məmmədovun tapşırığı ilə X7 x xxxxxx 2017-ci il tarixdə, X6 isə x xxxxxx 2017-ci il tarixdəİran İslam Respublikasına gedərək Vüqar Məmmədov və İranda olan həmin şəxslərlə görüşmüş, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsi barədəümumi razılığa gəlmişlər. Bu razılıqdan sonra Tahir Qasımov narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmək məqsədi ilə həmin ölkədə qalmış, Vüqar Məmmədov və Məhkum x xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasına qayıdaraq, Məhkum yaşadığı Biləsuvar rayonu Bağbanlar kəndindəki evində İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələri gətirməli olan Tahir Qasımovu qarşılamaq məqsədi ilə gözləmişlər. Tahir Qasımov x xxxxxx 2017-ci il tarixdə saat 21-22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dö vlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, Biləsuvar rayonunun Səmədabad.kəndi ərazisindən qanunsuz olaraq Azərbaycan Respublikasına keçməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında. İran İslam Respublikası ərazisində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda narkotik vasitələri - ümumi təmiz çəkisi 1386,02 qram heroini vəümumi təmiz çəkisi 1697,86 qram qurudulmuş marixuananı qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq Azərbaycan Respublikası ərazisinə keçirmiş və əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən onu həmin ərazidə cinayətkar qrupun digər üzvləri Məhkum və Vüqar Məmmədov qarşılamışlar. Tahir Qasımov, Məhkum və Vüqar Məmmədov qabaqcadan əlbir olan bir qrup şəxs halında sa tış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri həmin külli miqdarda narkotik vasitələri Vüqar Məmmədovun idarə etdiyi «VAZ 21013» markalı, Az **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyaraq, Məhkum yaşadığı Biləsuvar rayonunun Bağbanlar kəndindəki evinə gətirib orada saxlamışlar. Bundan başqa Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən odlu silah hesab edilən 9mm kaliberli, “BV 3112 M” nömrəli “Makarov” (“PM”) konstruksiyalı tapançanı, onun komplekt hissəsi olan 1 ədəd sandıqçanı və döyüş sursatı hesab edilən 9x18 müddətə azadlıqdan məhrum etmə cəzası kaliberli 8 ədəd patronu qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Məmmədov, Tahir Qasımov v ə Məhkum xx xxxxxx 2017-cı il tarixdə saat 07:30 dəqiqədə Məhkum yaşadığı Biləsuvar rayonunun Bağbanlar kəndindəki evində saxlanılmış, həmin evə keçirilmiş baxış zamanı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitələr-ümumi təmiz çəkisi 1386,02 qram heroin və 1697,86 qram qurudulmuş marixuana, habelə Məhkum qanunsuz olaraq əldə edərək saxladığı, daşıdığı və üzərində gəzdirdiyi odlu silah hesab edilən 9 mm kalibrli, «BV 3112 M» nömrəli «Makarov» («PM») konstruksiyalı tapança, onun komplekt hissəsi olan 1 ədəd sandıqça və döyüş sursatı hesab edilən 9X18 mm kalibrli 8 ədəd patron aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və İ.H.Əhmədovd an ibarət tərkibdə xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, məhkum edilmiş şəxs Məhkum CM-in 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 6 (altı) ay müddətə qədər, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə, cinayətlərin məcmusu üzrə ona təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qədər azaldılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilsin, təqsirli bilindiyi CM-in 32.5,206.3.2-ci maddələrinin tərkibi olmadığından həmin maddələrin hökmdən xaric edilsin və ona həmin maddələr ilə bəraət verilsin, həmçinin təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3 və 228.1-ci maddələrinin sanksiyalarının aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi ona sərt və təqsirli bilindiyi maddələrin sanksiyalarının yuxarı həddində cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarında göstərilir ki, Tahir Qasımov x xxxxxx 2017-ci il tarixdə saat 21-22 radələrində AR-nın mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəq ələrindən kənarda, Biləsuvar rayonun Səmədabad kəndi ərazisindən qanunsuz olaraq Azərbaycan Respublikasına keçməklə qabaqca əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda narkotik vasitələri- ümumi təmiz çəkisi 1386,02 qram heroini və ümumi təmiz çəkisi 1697,86 qram qurudulmuş marixuananı qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq Azərbaycan Respublikası ərazisinə keçirmişdir». Göründüyü kimi narkotik vasitələrin keçirilməsində mənim heç bir iştirakım olmamış, eləcə də həmin narkotik vasitələrin keçirilməsində mən X4 və X6 ilə qabaqcadan əlbir olmamışam. Hesab edirəm ki, əməlimdə Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddələri nin tərkibi olmadığından həmin maddələr hökmdən xaric edilməklə mənə həmin maddələrə münasibətdə bəraət verilməlidir. Cinayət hadisəsinin təşkilatçısı X4, narkotik vasitələrin isə qeyd etdiyim kimi X6 tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən kömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilməsinə baxmayaraq ona demək olar ki, onlarla eyni həddə cəza təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən Məhkum himayəmdə 3 azyaşlı uşaqlarımın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, lakin bunlara baxmayaraq ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməm əsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəm ələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun X8 əməlləri Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin ilkin dəlili onun təqsirli b ilindiyi Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona həmin maddələr ilə bəraət verilməməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət əməlini məhkəmə istintaqı zamanı qismən etiraf etsə də, onun təqsiri iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, o, məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, təxminən 2015-ci ilin əvvəllərində müayinə və müalicə olunmaq üçün İran İslam Respublikasında olarkən Behnam adlı şəxslə tanış olmuşdur. xx xxxxxx 2017-ci il tarixdə axşam saat 19 radələrində o, Biləsuvar rayonunda olan zaman Behnam adlı şəxs ona zəng edərək İran İslam Respublikasına gəlməsini demişdir. O, xx xxxxxx 2017-ci il tarixdə saat 13 radələrində taksi ilə İran İslam Respublikasının Biləsuvar yaşayış məntəqəsində Behnam adlı şəxsin qayınatasının yaşadığı ünvana getmişdir. Behnamla görüş zamanı sonuncu, X14 İslam Respublikasından Azərbaycan ərazisinə qaçaqmal çılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələr keçirtmək istədiyini bildirərək, X14-Azərbaycan sərhədindəki yollara yaxşı bələd olmadığı üçün həmin şəxsə bələdçilik etməsini ona təklif etmiş və görəcəyi bu işə görə ona 100 qram narkotik vasitə heroin verəcəyini vəd etmişdir. O da narkotik vasitə istifadəçisi olduğu üçün bu təkliflə razılaşmışdır. Məhkumun bu ifadəsinin həqiqiliyi birinci instansiya məhkəməsi iclasında Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş cinayət işinin digər materiallarında olan sübutların məcmusu ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyin i şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhz satış məqsədilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməkçilik etmiş və onun əməllərindən CM-in 32.5,206.3.2-ci maddələrinin xaric edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1 -ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədind ən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona CM-in 32.5,206.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasını, CM-in 234.4-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan mə hrum etmə cəzasını, CM-nin 228.1-ci maddəsi ilə 02 il müddətində azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkum təqsirli bilindiyi 206.3.2-ci maddəsinin sanksiyasında 05 ildən 8 ilədək müddətə, CM-in 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 228.1-ci maddəsinin sanksiyasında 3 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də cəza təyin edərkən maddələrin sanksiyalarının aşağı həddinə yaxın cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şir van Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar