Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-16/2021 05.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə xx xxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvanında qeydiyyatda olmaqla yaşamış və hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin (bundan sonra CM-nin) 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum1 özü və Məhkum2 müdafiəçisi, Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Abdullazadə Səadət Seyfulla qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Hafiz Kamr anov) Məhkum1 – Azərbaycan Respublikası CM-nın 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 170.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzanın müddətinə hesablanaraq, Məhkum1 üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ü mumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin xx xxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X3 da məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumlar Məhkum1, x və onların müdafiəçiləri, habelə Məhkum2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim: Ə.N.Bayramov, hakimlər: Ə.İ.Qasımov və N.E.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum1 yetkinlik yaşına çatmayan şəxsləri aldatma və vəd verməklə cinayətkar fəaliyyətə cəlb etməklə özgənin əmlakını gizli olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurluq etməkdə, Məhkum2 və X3 isə özgənin əmlakını gizli olaraq qabaqcadan əlbir olan bir q rup şəxs halında talamaqla oğurluq etməkdə təqsirləndirilirlər. Belə ki, Məhkum1 yetkinlik yaşına çatmayan xx xxxx 2001-ci ildə anadan olmuş bacısı oğlu Məhkum2 və xx xxxxx 2003-cü ildə anadan olmuş tanışı X1 aldatma və vəd verməklə cinayətkar fəaliyyətə cəlb etməklə özgənin əmlakını gizli olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində bacısı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Keşlə yük stansiyasının həyətindəki nömrəsiz evin giriş qapısının kilidini açarseçmə yolu ilə açaraq oraya qanunsuz daxil olmuş və evin qonaq otağında olan bir ədəd 2250 (iki min iki yüz əlli) manat dəyərində LEDU E ** NU ***0N XRU modelli, “Samsung” markalı televizordan ibarət əmlakı gizli yolla talamaqla z ərərçəkən şəxs Zərərçəkmiş şəxs ziyan vurmaqla oğurluq etmişdir. Məhkum2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə dayısı Məhkum1 və tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Keşlə yük stansiyasının həyətindəki nömrəsiz evin giriş qapısının kilidini açarseçmə yolu ilə açaraq oraya qanunsuz daxil olmuş və evin qonaq otağında olan bir ədəd 2250 (iki min iki yüz əlli) manat dəyərində LEDU E xx xxx 7300N XRU modelli,“ Samsung” markalı televizordan ibarət əmlakı gizli yolla talamaqla zərərçəkən şəxs Zərərçəkmiş şəxs ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Mə hkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, cəzasının yüngülləşdirilərək azadlıqdan məhrum etmə cəzasına alternativ olan azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr tərəfindən onun himayəsində azyaşlı uşağının və yaşlı anasının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, cinayəti səmimi etiraf etməsi, istintaqın gedişinə köməklik göstərməsi nəzərə alınmayaraq ağır cəza təyin etmişlər. Məhkum2 müdafiəçisi Abdullazadə Səadət Seyfulla qızı tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiya məhkəməsində yenidən baxışının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Məhkum2 ilk dəfə cinayət törətmişdir, əməlindən peşman olmuşdur, yetkinlik yaşına çatmamışdır, zərərçəkmiş şəxs olan xalası ilə barışıq əldə etmişdir. Ona görə də bütün bu hallara qiymət verilməli və Məhkum2 daha yüngül cəza – cərimə cəzası təyin edilə bilər. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baki İstintaq Təcridxanasından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü b ildirmişdir. Həmçinin Məhkum2 da məhkəməyə ərizə təqdim edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizələr ilə bağlı dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək hesab edir ki, Məhkum1 və Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının k assasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin geri götürülməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumlar barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414- cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkumlar Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum1 özü və Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-16/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-16/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver