Məhkəmə qərarları › İş №1(102)-16/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-16/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-16/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X8 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddələr i ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X7, hakimlər: X1 və X10) 11 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxx 1963-cü il tarixdə Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 07 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılovun sədrliyi, hakimlər Azad Məcidov və Cavid Hüseynovdan ibarət tərkibdə) 11 yanvar 2022-ci il tarixli, 1(101)- 184/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 07 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həm çinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)-719/2022 saylı hökmü ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X4 və X9 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə uyğun dəyişdirilmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsin in hökmünə görə 07 may 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında azyaşlı uşaqlarını Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı əsasında Sabunçu rayon İcra şöbəsinin əməkdaşlarının iştirakı ilə təhvil almağa gəlmiş gəlini Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yaşadığı evin mətbəxindən götürdüyü zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı mətbəx bıçağı ilə yaxın qohumları - anası Şahid11, azyaşlı övladları 2016-cı il təvəllüdlü X5 və 2018-ci il təvəllüdlü X6 həmin hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda, onların gözü qarşısında müst əsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla döş qəfəsindən qəsdən bir dəfə vurub yerə yıxaraq ona sol dirsək və sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları ilə müşaiyət edilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, döş qəfəsinin sağ yarısının ön səthinin sağ döş boşluğuna nüfuz edərək sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna hava və qan yığılmasına) və sağ ağciyərin yaralanmasına səbəb olan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)-719/2022 saylı qərarından Məhkum müdafiəçisi Müdaf iəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, apelyasiya məhkəməsi əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkum əməlində CM-in 126.1-ci maddəsinin tərkibi vardır. Məhkum törətdiyi cinayət əməlinin CM-in 126.2.3-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. Kassasiya şikayətinin təmin edilərək Məhkum Cinayət Məcəlləsinin 126.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının dəyişdirilməsini və əməlinin cinayət məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilərək onun barəsində həmin maddənin sanksiyasında aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. 10 yanvar 2023-cü il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti v ə ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar