Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-160/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, müdafiəçisi-vəkil Aşurova Tükəzban Cavanşir qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil Aşurova Tükəzban Cavanşir qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: E.Ə.Mikayılov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və M.M.Ağalarov) xx xxxxxx 2018-ci İl tarixli hökmü ilə, Təqsirləndirilən şəxs-xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməm iş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxxx 2017-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 280 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 500 manat müqabilində və bir ədəd bükümdə tiryəkdən kustar üsulla hazı rlanmış heroini 100 manat müqabilində əldə edib özündə saxlamış, xx xxxxx 2017-ci il tarixdə həmin narkotik vasitələri özü ilə daşıyaraq ndə yerləşən “Tütün tabakı”nın yaxınlığına gətirmiş və həmin tarixdə saat 15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ndə yerləşən “Tütün tabakı”nın yaxınlığında saxlanılaraq, orada hal şahidlərinin iştirakları ilə üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayıb daşıdığı və sol əlində saxladığı polietilen sellofanda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 280 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və əynində olan göy rəngli idman şalvarının cağ yan ci bindən bir ədəd bükümdə tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda, yəni təmiz çəkisi 2,736 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil Aşurova Tükəzban Cavanşir qızı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, məhkuma bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil Aşurova Tükəzban Cavanşir qızı kassasiya şikayətində təqsirləndirilən şəxsin ifadələrinə istinadən onun ibtidai istintaq zamanı müstəntiq tərəfindən tərtib edilmiş ifadələrini təzyiq altında verdiyini, onun üzərində şəxsi axtarış zamanı hal şahidlərinin iştirak etməməsini, sonradan formal olaraq tərtib edilmiş protokolu inzalamalarını göstərmişdir. İstintaqın nəticəyə gəldiyi, Təqsirləndirilən şəxs Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hallar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində də öz təsdiqini tapmamışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarın qanuniliyini yoxlanması üçün material məhkəmə nəzarətini həyata keçirən Nizami rayon məhkəməsinə göndərilməmişdir. Bu barədə məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tarixli sorğuya da cavab almışdır ki, materiallar Nizami rayon məhkəməsinə göndərilməmişdir. Bununla da Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin 5-ci hissəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prot estinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Müdafiəçi-vəkil Aşu rova Tükəzban Cavanşir qızı kassasiya şikayətində təqsirləndirilən şəxsin ifadələrinə istinadən onun ibtidai istintaq zamanı müstəntiq tərəfindən tərtib edilmiş ifadələrini təzyiq altında verdiyini, onun üzərində şəxsi axtarış zamanı hal şahidlərinin iştirak etməməsini, sonradan formal olaraq tərtib edilmiş protokolu inzalamalarını göstərmişdir. İstintaqın nəticəyə gəldiyi, Təqsirləndirilən şəxs Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hallar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində də öz təsdiqini tapmamışdır. Əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərarın qanuniliyini yoxlanması üçün material məhkəmə nəzarətini həyata keçirən Nizami rayon məhkəməsinə göndərilməmişdir. Bu barədə məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tari xli sorğuya da cavab almışdır ki, materiallar Nizami rayon məhkəməsinə göndərilməmişdir. Bununla da Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin 5-ci hissəsinin tələbi pozulmuşdur. Cinayət işinin materiallarının 4-cü vərəqində olan məktubda göstərilir ki, 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar 1 vərəqdə aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilmişdir. Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 5-ci bəndinə əsasən bu maddənin İİİ hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbər liyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Göründüyü kimi əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərarın surətinin polis orqanları tərəfindən Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilməsi Əməliyyataxtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 5-ci bəndinə uyğun olmuşdur. Cinayət işinin 20-21-ci vərəqlərində olan əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə xx.xx.2017-ci il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 16:50-dən 17:10-dək hal şahidlərinin və müdafiəçinin iştirakları ilə keçirilmiş şəxsi axtarış zamanı ona narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi bildirilmiş və üzərində belə maddələr varsa təqdim etməsi təklif edilmiş, o, özü bir ədəd polietilen torba tə qdim edərək həmin torbada marixuana və bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini təqdim etmiş və bu barədə tərtib edilmiş protokolu müdafiəçisi ilə birilikdə imzalamşdır. Kassasiya şikayətində hal şahidlərinin əməliyyat tədbirinin keçirilməsində iştirak etməmələri, sonradan protokolu imzaladıqları göstərilsə də bunu təsdiq edən hər hansı mötəbər sübuta istinad edilməmişdir. Bundan başqa cinayət işinin 32-ci vərəqinə Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı etirafedici izahatı əlavə edilmişdir. xx xxxxx 2017-ci il tarixdə şübhəli şəxs qismində ifadəsində də onun üzərindən narkotik vasitələrin aşkar edilməsini, əməliyyat-axtarış protokolunda göstərilənlərə uyğun təsvir etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə saat 17:25-də şübhəli şəxs qismində tutulsa da, bu ndan sonra onun hüquqları izah edilmiş, izahatı alınmış, ondan aşkar edilmiş narkotik vasitələr ekspertizaya göndərilməsi barədə qərar qəbul edilərək müvafiq rəy alınmış, daha sonra isə xx.xx.2017-ci il tarixda saat 01:00-dan 02:00-dək şübhəli şəxs qismində dindirilmişdir. Həmin tarixdə saat 13:45-də ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və 14:00-dan15:00-dək o təqsirləndirilən şəxs qismində dindirilmişdir. xx.xx.2017-ci il tarixdə saat 11:20 radələrində ona CM-nin 234.4.3cü maddəsi ilə yeni ittiham elan edilmiş və həmin gün saat 11:35-dən 12:55-dək təqsirləndirilən şəx qismində yeni ittiham üzrə dindirilmişdir. Təqsirləndirilən şəxs bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələr ilə əlaqədar əməliyyat-axtarış protokolunda göstərilənlə ri təsdiq etmiş, etirafedici ifadələr verməsi zamanı ona hər hansı psixi və ya fiziki təzyiq edilmədiyini göstərmiş, CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə dindirilərkən üzərindən aşkar edilmiş marixuana və heroin narkotik vasitələrini “satmaq fikri olmadığını, ona mürciət olunsaydı həmin şəxslərə hörmət mənasında yardım edərdim” deyə göstərmişdir. Cinayət işinin 98-ci vərəqində olan cinayət işi üzrə əməlin tövsif edilməsi barədə xx xxxx 2017-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işində əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınsa da Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham xx.xx.2017-ci il tarixdə saat 11:20-də elan edilmiş və bundan 15 dəqiqə sonra o həmin ittiham üzrə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Yuni ittiham elan edilməsi barədə qərar qəbul edildikdən dərhal sonra qərarın surəti, hüquq və vəzifələri barədə bildirişin ona verilməsi barədə protokol tərtib edilmiş, təqsirləndirilən şəxsin özü və müdafiəçisi də həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hüquqlarından biri nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaqdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən qaydada Təqsirləndirilən şəxs daha ağır ittihamın elan edilməsi, qərarın surətinin və hüquqları barədə bildirişin ona verilməsi, daha sonra həmin ittiham üzrə dindirilməsi Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinin tələbinə uyğundur. Ona görə də bu barədə kassasiya şikayətinin dəlili də əsassızdır. İbtidai istintaq başa çatdıqdan sonra cinayət işinin materialları ilə tanış olma barədə protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olduqdan sonra bu barədə tırtib edilmiş protokolda istintaqın aparılmasına hər hansı etirazının və şikayətinin olması, o cümlədən ona hər hansı təzyiq edilməsi barədə şikayət etməmişdir. İstintaqın yekununa dair protokolda iş materialları ilə razı olduğunu göstərməklə Təqsirləndirilən şəxs özü və müdafiəçisi protokolu imzalamışlar. Məhkəmə iclasında ifadəsində də, tutularkən ona polis əməkdaşlarının təzyiq etdiyini göstərsə də müstəntiq tərəfindən hər hansı formada təzyiq edilmədiyini göstərmişdir. İbtidai istintaq müddətində nə Təqsirləndirilən şəxs nə də onun vəkili Azərbaycan Respublikası CPM-nin 449.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin, təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun CPM-nin 449.3-cü maddəsində nəzərdə tutulmuş tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmi ş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üzrə hərəkət və qərarlarından məhkəmə nəzarəti qaydasında hər hansı şikayət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri subyektiv və formal mülahizələrlə əsaslandırılmışdır. Kassasiya şikayətində göstərilən müəyyən müddət və prosedur pozuntuları təqsirləndirilən şəxsin müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının, təqsirsizlik prezumpsiyası hüquqlarının kobud pozulması hallarına səbəb olmamışdır. Kassasiya şikayətində göstərilə n dəlillərlə eyni məzmunlu dəlillər apellyasiya instansiya məhkəməsinin də araşdırma predmetinə daxil olmuş və həmin dəlillərin həqiqiliyi yoxlanılaraq təkzib edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil Aşurova Tükəzban Cavanşir qızı kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-160/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-160/2020
07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver