Məhkəmə qərarları › İş №1(102)-160/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-160/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-160/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru X4, Məhkum1, Məhkum2 müdafiəçisi Musayev Ramiz Əziz oğlunun, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Həsənov Mirzə Nəcə f oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 25 avqust 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu, Məhkum1 və onun müdafiəçisi Feyzullayev Sərraf Eldar oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Zərərçəkmiş şəxs və onunn nümayəndəsi Həsənov Mirzə Nəcəf oğlu və tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin (hakim Qurban Hacıyev) 1(036)56/2021 saylı, 07 iyun 2021-ci il tarixli hökmü ilə xx xxxx 1967-ci ildə İmişli rayonunun Muradallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, üç azyaşlı uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonu Muradallı kəndində qeydiyyatda olan və orada yaşayan Məhkum2 A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum2 həbsdə və ev dustaqlığında saxlanıldığı 14 iyul 2020-ci ildən 23 yanvar 2021-ci ilədək həbsdə olduğu 6 (altı) ay 9 (doqquz) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 il 18 günü təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx xxxxxxxx 1964-cü ildə İmişli rayonunun Muradallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, müəllim işləyən, İmişli rayonu Muradallı kəndində qeydiyyatda olan və orada yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilmişdir.. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 16 may 2020-ci il tarixdə saat 14 radələrində İmişli rayonunun Nurulu kəndi ərazisində yerləşən dövlət pay torpaq sahəsində qohumu Məhkum1 ilə İmişli rayon Nurulu kənd sakinləri X2 və Zərərçəkmiş şəxs arasında torpaq sahəsində malqaranın otarılması üstündə yaranmış mübahisə zamanı sonuncuların birlikdə Məhkum1 hücum etdiyini görü b əlindəki bel alətinin dəmir hissəsi ilə Yasəf Məmmədovun baş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Məhkum1 16 may 2020-ci il tarixdə saat 14 radələrində İmişli rayonunun Nurulu kəndi ərazisində yerləşən dövlət pay torpaq sahəsində İmişli rayon Nurulu kənd sakinləri X2 və Zərərçəkmiş şəxs ilə aralarında torpaq sahəsində mal-qaranın otarılması üstündə yaranmış mübahisə zamanı əlindəki bel alətinin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elşad Əliyev, hakimlər Məhə mməd Bağırov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)-687/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum2 həbsdə və ev dustaqlığında saxlanıldığı 14 iyul 2020-ci ildən 23 yanvar 2021-ci ilədək həbsdə olduğu 6 (altı) ay 9 (doqquz) gün müddəti ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum2 barədə həbs qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə iclası zalında həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə mü əssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablanmış, təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu, təqsirləndirilən şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi Həsənov Mirzə Nəcəf oğlu, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum2 müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu verdiyi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2021-ci il tarixli qərarını dəyişdirərək, Məhkum2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunmasını, Məhkum1 və onu n müdafiəçisi Feyzullayev Sərraf Eldar oğlu verdiyi birgə kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2021-ci il tarixli qərarının ləğv edilərək, ona bəraət verilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi X5, onun nümayəndəsi Həsənov Mirzə Nəcəf oğlu və Zərərçəkmiş şəxs birgə verdikləri kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsini və işə yeni apellyasiya baxışının təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi Ramiz Musayev kassasiya şikayətini onunla əsaslandırır ki, apellyasiya məhkəməsinin qərarı ədalətsiz və qanunsuzdur. Belə ki, məhkəmə Məhkum2 cəza təyin edərkən onun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində üç nəfər azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, dəfələrlə zərərçəkmiş şəxslə, sonralar isə onun hüquqi varisi ilə barışmağa cəhd etməsini, iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını cəza təyini zamanı nəzərə almamışdır. Məhkum1 və Sərraf Feyzullayev kassasiya şikayətinin dəlillərini onunla əsaslandırırlar ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı qanunsuzdur. Belə ki, işə baxılarkən sübutları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə düzgün qiymətləndirilməmiş, qərar qəbul edilərkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5, 21.1, 21.2, 21.3, 42, 145, 350-ci maddələrinin tələbləri pozulmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi İman Məmmədov, onun nümayəndəsi Mirzə Həsənov və Zərərçəkmiş şəxs birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırırlar ki, iş üzrə zərərçəkmiş şəxs Yasəf Məmmədovun aldığı xəsarətin ağırlıq dərəcəsi düzgün müəyyən olunmamışdır. Belə ki, iş üzrə məhkəmə-tibbi ekspertizaları tam və hərtərəfli aparılmamışdır. Həmçinin ibtidai istintaq səthi aparılmış və nəticədə əsassız olaraq təqsirləndirilənlər layiq olduqları məsuliyyətdən yaxa qurtarmışlar. Birinci və apellyasiya məhkəmələrinə verilmiş vəsatətə baxılmamış və təmin edilməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 təyin edilmiş cəzanı dəyişsə də, Məhkum1 isə azadlıqda qalmışdır. Məhkəmə kollegiyası işin mater iallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara h üquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum2 müdafiəçisi Musayev Ramiz Əzizulla oğlu kassasiya şikayətinin başlıca dəlili məhkəmə tərəfindən işin hallarını və Məhkum2 şəxsiyyətini nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Məhkəmə kollegiyası Məhkum2 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələ blərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum2 Sərdər oğlunun əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə, nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisələndirilmir. Məhkum2 təyin edilmiş cəza ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini, ilk dəfə ci nayət əməli törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını, əməlini etiraf etməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qeyd edərək, onun cəzasını ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb Məhkum2 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi Məhkum2 zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmədiyini, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün heç bir cəhd göstərmədiyini nəzərə alaraq, Məhkum2 birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz etmişdi r. Göründüyü kimi, məhkəmə Məhkum2 cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum2 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğundur, məhkumun islah edilməsi üçün yetərlidir, cəzanın di gər məqsədlərini təmin edir. Təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 barəsində hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Məhkum1 kassasiya şikayətinin başlıca dəlili hazırkı cinayət işi üzrə təqsirsiz olduğundan barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Bununl a bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum1 məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum1 məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiy ası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası Məhkum1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum1 əməli Azərbayc an Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində tam sübuta yetir ilmiş və barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsində Məhkum1 apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmələr tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi işin hallarına, onun şəxsiyyətinə, cəza təyini ilə bağlı cinayət qanununun normalarına uyğun olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi İman Məmmədov və onun nümayəndəsi Mirzə Həsənov, Zərərçəkmiş şəxs kassasiya şikayətini məhkəmələr tərəfindən araşdırmanın tam və hərtərəfli aparılmaması və bu barədə məhkəmə istintaqı zamanı vəsatətlərinin təmin olunmaması barədə dəlillərlə əsaslandırır. İş materiallarından görünür ki, məhkumlara qarşı irəli sürülmüş ittihamla bağlı həm birinci, həm apellyasiya instansiya məhkəmələri cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq tədqiq etmiş, cinayət işinin hallarını məhz həmin sübutlar əsasında müəyyən etmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübut un tədqiqindən əsassız imtina etməmişdir. Həmçinin məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. Qanunvericiliyə görə vəsatətə baxılmaması prosessual pozuntu hesab olunur. Vəsatətin təmin edilib edilməməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Vəsatətin təmin edilməməsi həmin iş üzrə çıxarılmış hökm və ya qərarın qanunsuz hesab edilməsi üçün əsas o la bilməz. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 və Məhkum1 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şıkayətinə baxaraq, kassasiya şikayətlərinin əsasını təşkil edən məsələləri, yəni işin hallarının düzgün araşdırıb -araşdırılmaması, məhkumların cinayət törətməkdə təqsirinin sübuta yetirilibyetirilməməsini və onların əməllərinin tövsifinin qanuna uyğun olub-olmaması obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərinin təmin edilmədən, Məhkum2 və Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tuta raq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2021-ci il tarixli Məhkum2 və Məhkum1 haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar