Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-160/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 11 sentyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Neymət Məmmədov (sədrlik edən), Nahid Hüseynov və Esmira Məmmədova) 24 iyun 2024-cü il tarixli, 1(099)497/2024 nömrəli hökmü ilə xx xxxx 1985-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmuş və orada yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə m üəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda 12,945 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 fevral 2024-cü il tarixdə, saat 21:55-də Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Rüdəkənar kəndində idarə etdiyi “Mercedes-Benz” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilində olan zaman saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd qara rəngli sellofan bükümdə külli miqdarda - 12,9 45 qram çəkidə narkotik vasitə heroin əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Yaşar Həşimov, hakimlər İsmayıl Əhmədov və Elşad Əliyev) 11 sentyabr 2024-cü il tarixli 1(106)769/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 1(099)-497/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 1(106)-769/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmamış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilmiş - işdə olan və məhkumun təqsirsiz olmasını təsdiq edən sübutların tədqiqindən əsassız olaraq imtina edilmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmuş, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müva fiq olaraq qiymət verilməmiş və Məhkum təqsirliliyi barədə yekun nəticəni CPM-in 146-cı maddəsinin tələbləri pozulmaqla işə aid olmayan və biri digərinə uyğun gəlməyən sübutlarla əsaslandırmışdır. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. İş üzrə şahidlər qismində dindirilmiş əməliyyatçılar ifadələrində bildirdilər ki, təqsirləndirilən şəxsi saxladıqları zaman, o, xahiş etmişdir ki, kəndin ərazisində üzərinə baxış keçirtməsinlər, onu tanıyırlar və şöbəyə gətiriləndə özü ərizə yazaraq xahiş edir ki, üzərinə baxış keçirtsinlər. Bunu necə inandırıcı hesab etmək olar və buna inansaq - onda təqsirləndirilən şəxs narkotik vasitəni könüllü təhvil vermiş olur. Hətta şahidlər bildirdilər ki, təqsirləndirilən şəxsi saxlayarkən o, üzərində narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs özünü məhkəmə iclasında təqsirli bilməmiş, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu demişdir. Nəyə görə etirafedici ifadə verdiyinə isə aydınlıq gətirə rək bildirmişdir ki, polis əməkdaşları ona – onların dediklərini etmədiyi təqdirdə yaşadığı evinə narkotik vasitəni qoyacaqlarını və buna görə də məcbur olub bu ifadəni vermişdir. Çünki, evində xəstə və yaşlı valideynləri vardır. Həmçinin ona demişdirlər ki, onun vətən xainliyi sübuta yetirilməsə, onu dərhal azad edəcəklər. Həmçinin nəzərə almaq lazımdır ki, Məhkum narkotik vasitənin kimdən əldə etməsi və kimlərə satmaq istədiyi müəyyən edilməmişdir. Yəni, yalnız külli miqdarda narkotik vasitəni şəxsin üzərinə qoymaqla, ona ittiham elan edilmişdir. Göründüyü kimi, ittiham tərəfi yalnız narkotik vasitənin miqdarını əsas götürərək, təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə etməməsini (istehlakçı ümumiyyətlə yoxdur), narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməməs ini, onların hazırlanması üçün avadanlığın olmamasını və işin digər halları nəzərə almamışdır. Məhkəmə də öz növbəsində yalnız şahid ifadələrinə (əməliyyatçıların ifadəsi) istinad edərək, təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxartmaqdan ötrü, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən sübutun mövcud olmamasına baxmayaraq şikayət olunan hökmü çıxartmışdır. Məhkəmə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilsə də, onun istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlaıiması üçün avadanlığın olması barədə heç bir sübut müəyyən etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öy rənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum barəsində qəbul edilmiş hökm və qərar cinayət prosessual qanunvericiliyinin pozuntuları ilə, yəni sübutlara düzgün qiymət verilmədən qəbul edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə t utulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsi rliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkumun hökmdə təsvir edildiyi şəraitdə külli miqdarda - 12,945 qram çəkidə narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlaması faktı cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarına nəzər salaraq qeyd edir ki, məhkumun üzərində 12,945 qram miqdarında heroinin aşkar edilməsini təsdiq edən sübutlar təhqiqat və istintaq orqanı öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl etməklə əldə edilmişdir. Məhkəmə iclasında həmin sübutlar tədqiq edilmiş, onlara qiymət verilmiş və məhkəmələr nəticəyə gəlmişlər ki, hə min sübutlar Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinin tələbləri baxımından mümkün sübutlardır. Məhkəmələr məhkumun ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələri digər sübutlarla müqayisə edərək onlara qiymət vermiş və nəticəyə gəlmişlər ki, məhkumun narkotik vasitənin onun üzərində aşkar edilməsi barədə istintaq zamanı verdiyi ifadə həmin sübutlarla uyğunluq təşkil etdiyinə görə düzgün və həqiqətə uyğun ifadədir. Narkotik vasitənin polis əməkdaşları tərəfindən ona qoyulması barədə məhkumun məhkəmə iclasında verdiyi ifadə isə həqiqətə uyğun gəlmir, məhkum tərəfindən cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verilmişdir. Məhkəmə kollegiyası məhkumun üzərində narkotik vasitənin aşkar edilməsini təsdiq edən sübutların mötəbərliyinə şübhə yaradan heç bir halı n müəyyən olunmadığını qeyd edərək, məhkumun üzərində narkotik vasitənin aşkar edilməsi faktının sübutlarla təsdiq olunmasına dair məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifi barədə məhkəmələrin mövqeyini aşağıda göstərilənlərə görə əsaslı hesab etmir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüqu qi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsi n təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edildiyi kimi, ibtidai araşdırma zamanı toplanmaqla, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum məlum olmayan mənbədən külli miqdarda - 12,945 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 fevral 2024-cü il tarixdə, saat 21:55-də polis əməkdaşları tərəfindən tərəfindən onun üzərində aşkar edilərək götürülmüşdür. Həmçinin narkoloji müayinə ilə müəyyən edilmişdir ki, Məhkum narkotik vasitələrin istifadəçidir. Lakin, nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr Məhkum ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin onu satmaq olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, şərti və ya həqiqi alıcı ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. İş materiallarında Məhkum tərəfindən belə hərəkətlərin törədilməsi müəyyən edilməmiş, cinayət işinin halları da onun narkotik maddəni satmaq məqsədini təsdiq etmir. Belə ki, Məhkum hətta ibtidai istintaq zamanı narkotik maddənin aşkar edilməsini etiraf etsə də, onun satış məqsədi əldə etdiyini göstərməmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə, məhkəmələr tərəfindən onu həmin maddə ilə təqsirli bilinməsi barədə məhkəmə aktlarının çıxarılmasına baxmayaraq, nə ibtidai istin taq dövründə, nə də məhkəmə icraatı zamanı onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya onda bu niyyətin olmasını təsdiq edən heç bir sübut əldə etməmiş və heç bir hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum verdiyi ifadəsini cinayət işinin digər materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, onun bir ədəd qara sellofan bükümdə 12,945 qram narkotik vasitə heroini əldə etməsi özözlüyündə onun həmin narkotik vasitəni satmaq məqsədini ehtiva etmir, cinayət işi üzrə məhkumun satış məqsədinin olmasına dəlalət edən digər hallar da müəyyən edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən qoyulduyunu, onda heç bir heroinin olmamasını, heç vaxt narkotik vasitələrin və heroinin satışı ilə məşğul olmadığını göstərmiş, üzərindən aşkar edilmiş narkotik vasitənin hazırlanması, bölünməsi, çəkisinin müəyyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet (o cümlədən miqdarın ölçülüb bölünməsi üçün tərəzi) aşkar edilməmişdir. Məhkum tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmiş, məhkəmə zamanı dindirilmiş şahidlər tərəfindən Məhkum üzərindən aş kar edilmiş narkotik vasitənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, əksinə polis əməkdaşları Məhkum ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, o cümlədən onun istifadə etdiyi SMS məlumatlarının yoxlanılması və digər əməliyyat və istintaq tədbirləri nəticəsində Məhkum narkotik və psixotrop vasitələrin satışı ilə məşğul olması təsdiqini tapmamış, bu barədə heç bir məlumat müəyyən olunmamışdır. Aşkar edilmiş narkotik vasitənin miqdarı da (bir ədəd bükümdə 12,945 qram) məhkumun həmin narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsi və saxlamasını təsdiq edən hal kimi bir mənalı qəbul edilə bilməz. Məhkəmələrin araşdırması zamanı Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrinin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir digər məlumat və ya sübut müəyyən edi lməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara nəzər salaraq qeyd edir ki, Məhkum tərəfindən onun üzərindən aşkar edilmiş bir ədəd bükümdə külli miqdarda 12,945 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə əldə edilməsi, üzərində saxlanması, daşınması iş materialları ilə müəyyən edilmir, hətta cinayət işi üzrə digər sübutlarla təkzib olunur. Belə olan halda məhkəmə kollegiyası cinayət-prosessual qanunun yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq nəticəyə gəlir ki, Məhkum əməlinin CM-in Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ondan aşkar olunub götürülmüş narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqa nı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham və onun barəsində həmin maddə ilə çıxarılmış ittiham hökmü yalnız ehtimallara əsaslanmışdır. Bu səbəbdən təqsirləndirilən şəxs Məhkum əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni satış məqsədi olmadan külli miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqi bi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 351.3.4-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmal ıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlük əli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 23-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiya həddində törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyy ətinə və işin hallarına uyğun olan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkuma Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin ediləcək cəzanın növü və həcmi müzakirə edərək, onun şəxsiyyəti və işin digər halları ilə yanaşı məhkəmə kollegiyası onun tərəfindən qanunsuz əldə edilmiş və saxlanmış narkotik vasitənin miqdarını nəzərə alır və ona CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini və onun həmin cəzanı real çəkməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum müdafoəçisi Müdafiəçi Hatəməli kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 1(106)-769/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 1(106)-769/2024 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-160/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-160/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver