Məhkəmə qərarları › İş №1(102)-1600/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1600/2018

22.11.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1600/2018 22.11.2018 ALİ MƏHKƏMƏ 1(102)-1600/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “22” noyabr 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi t ərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə (hakim M.A.Bayramovun sədrliyi ilə, hakimlər R.V.Salmanov, A.K.Orucov) xx xx 1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, EV1 tikilidə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başl anğıcının xx xx 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx xx 2015-ci il tarixdə saat 18 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi: icarə müqaviləsinə əsasən «Azərsun Holding» şirkətinin balansında olan X11 məxsus XXXX" markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu ərazisində, Zığ-Aeroport yolunun 11-ci kilometrində, "xxxx" MMC-nin yanında, Hövsan qəsəbəsi istiqamətində hərəkət edərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1 -ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin və 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun həmin tələblərini pozmaqla, yəni diqqətini avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini və hərəkət sürətini nəzərə almaqla avtomobilin təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün yerinə yetirməli olduğu halda, bunu etməyərək avtomobili yaşayış məntəqəsində saatda 60 km-dən artıq sürətlə idarə etməklə, avtomobilin yük yerində sərnişin apardığından yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, avtomaşının idarə etməsini itirmişdir. Nəticədə, təqsirləndirilən Təqsirləndirilən şəxs XXXX" markalı, ** GV *** döviət qeydiyyat nişanlı avtomobilli aşırıb, ehtiyyatsızlıqdan yol-nəqliyyat nadisəsi törətmişdir. Onun ehtiyyatsızlığından, avtomaşının əzilməsi nəticəsində zərərçəkmiş şəxs Xıdır Həsənliyə 10.500 manat maddi ziyan dəymişdir. Avtomaşında olan sərnişinlərdən 2 nəfər şəxs ölmüş, 6 nəfərinin isə sağlamlığına müxtəlif dərəcəli xəsarətlər vurulmuşdur. O cümlədən: zərərçəkmiş M.H.Hüseynov kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş-beyin yumşaq qişalarına, qişalarıaltına və toxumasına qansızma, alının sol yan səthinin, sol almacıq nahiyyəsinin, sol budun aşağı 1/3-ni, diz və baldırın yuxarı 1/3-ni əhatə edən, sol baldırın yuxarı 1/3-nin ön iç səthinin sıyrıqları, döş qəfəsinin sol yan səthinin əzilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər al araq hadisə yerində ölmüşdür; -zərərçəkmiş E baş beyin qişalarına, qişaları altına və toxumasına qansızma, mədəaltı vəzin və qalxançənbər bağırsağın hematomaları, sağ baldır sümüklərinin açıq və sol körpücük sümüklərinin qapalı sınıqları, sağ gözün və qapaqlarının hematoması, qarının sağ yan səthinin, sağ diz oynağının bayır və ön səthlərinin, sol diz oynağının ön səthinin sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq 3 saylı Şəhər klinik xəstəxanasında ölmüşdür; -zərərçəkmiş E sağ bud sümüyünün qapalı qəlpəli sınığı ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır; -zərərçəkmiş M qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu oynağının travmatik çıxığı, sağ bazu sümüyü böyük qab arının sınığı, sol sirkə kasası dibinin və arxa divarın sınığı, burun sümüyü, sol almacıq sümüyünün, çənə sümüyünün hər iki şaxəsinin, hər iki əng sümüklərin və burun çəpərinin sınıqları, üz nahiyyəsinin çoxsaylı dərialtı hematomaları, hər iki baldır nahiyyəsinin ön səthinin çoxsaylı sıyrılmış yaraları ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır; -zərərçəkmiş M1 sağ ağciyərin kontuziyası, 10-cu, 11-ci, 12-ci döş fəqərələrinin cisimlərinin və sağdan İX qabırğanın sınıqları ilə nəticələnən şağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır; -zərərçəkmiş B sağ bazu sümüyünün az yerdəyişmiş sınığı ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır; -zərərçəkmiş D Xİ döş fəqərəsinin cisminin xətti sınığı, lll-İV fəqərələri nahiyyələrinin kontuz ion ödemi ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid; -zərərçəkmiş Z isə baş beyin silkələnməsi iiə müşaiyət olunmuş qapalı kəllə beyin travması və boyunun yumşaq toxumalarının əzilməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri vurulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.F.Məmmədov, hakimlər A.K.Abdinbəyov və M.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının xx xx2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏT İNİN D Ə L İ L L Ə R İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx2017-ci il tarixli qərarının dəyişdirilməsini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə, məhkum C barəsində daha yüngül cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə zərərçəkmiş şəxslər X9, X1, X19, X2, X12, X17, zərərçəkmiş şəxslərin hüquqi varisləri X7, X13 və məhkumun müdafiəçisi Müdafiəçi məhkəmə iclasında iştirak etməmişlər. Bun a görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1ci maddəsi tətbiq edilməklə, məhkuma daha yüngül cəza təyin edilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət tör ətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin göstərilən maddələrinin tələbinə görə cinayət cəzaları təyin edilərkən təqsirləndirilən şəxslərin təkcə cəzasını yüngülləşdirən hallar deyil, CM-nin 8.1-ci və 58.3-cü maddələrində sadalanan digər hallar, o cümlədən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar da nəzərə alınmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2016-cı il tarixli qərarı ilə məhkum Təqsirlən dirilən şəxs cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini səmimi etiraf etməklə onun sübuta yetirilməsinə kömək etməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə yardım göstərilməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərdən: X9, X1, X19, X2, X12 və X10, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkum olunmuş şəxslə barışmalarını, ona qarşı şikayətlərinin, iddia və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Bundan başqa 01 dekabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbayc an Respublikası Qanununun 1.15.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən halların sırasına aşağıdakı redaksiyada 59.1.12-ci maddə əlavə edilmişdir: zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi. Həmin qanunun 1.16.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 60-cı maddəsinin mətni 60.1-ci maddə hesab edilmiş və həmin maddədə “59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda” sözləri “59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda” sözləri ilə əvəz edilmişdir. Yəni, CM-nin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin cəza növünün son həddinin dörddə üçü 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına bərabərdir. Yəni, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti qanunla müəyyən edilmiş yüngülləşdirmə həddindən çox olmamış və Azərbaycan Respublikası CM-nin 60-cı maddəsi ilə müəyyən edilmiş tələblər pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının cinayət işi üzrə xx xx2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Kollegiyası şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar