Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1600/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X19 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, Məhkum2 və Məhkum3 Bəhram oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxs Cəfərova Səmayə İsmayıl qızı və Məhkum3 Bəhram oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gədəbəy Rayon Məhkəməsinin (hakim: X27) 17 sentyabr 2020-ci il tarixli hökmü ilə 06 iyun 1995-ci ildə Gədəbəy rayonu, Miskinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Gədəbəy rayon Məhkəməsinin 25.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gədəbəy rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş X23, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 66.1 və 66.5-ci maddələrinə əsasən, Gədəbəy rayon Məhkəməsinin 14.11.2019 -cu il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 28 oktyabr 2019-cu il tarixdən hesablanması, 12 yanvar 1999-cu ildə Beyləqan rayonu, Şərq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olmayan, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olmaqla, Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının müddətinin Məhkum2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Beyləqan rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 7:00-dək Beyləqan rayonu, Şərq qəsəbəsində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması 05 avqust 1999-cu ildə Beyləqan rayonu, Şərq qəsəbəsində anadan olmu ş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olmayan, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Məhkum3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Beyləqan rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00dən səhər saat 7:00-dək Beyləqan rayonu, Şərq qəsəbəsində yaşayan olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etm ək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: hakimləri X28 (sədrlik edən və məruzəçi), X24 və X7 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti tam, zərərçəkmiş şəxslər Cəfərova Səmayə İsmayıl qızı, X12, X22 və X13 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum2 Mahir oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum2 Mahir oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin başlanğıcı 15 aprel 2021-ci il tarixdən hesablanması müəyyən edilmiş, Məhkum3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin başlanğıcı 15 aprel 2021-ci il tarixdən hesablanması müəyyən edilmiş, zərərçəkmiş şəxslər Cəfərova Səmayə İsmayıl qızı, X12, X22 və X8 mülki mühakimə üsulu qaydasında mülki iddia ilə onlara vurulmuş maddi ziyanla bağlı birinci instansiya məhkəməsində iddia qaldırmaq hüquqları izah edilmiş, hökm qalan hissədə dəyişdirilmədən sa xlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum1 özgənin əmlakını gizli yolla talama məqsədilə 12 avqust 2018-ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu ərazisində yerləşən “Xatun” adlanan yaylağın örüş-otlaq sahəsindən X6 mülkiyyətində olan ümumi dəyəri 4207,50 (dörd min iki yüz yeddi manat əlli qəpik) manat təşkil edən 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 7 yaşlı sağmal, yerli cinsli, əla köklükdə ana inəyi və 1 baş 2227,50 (iki min iki yüz iyirmi yeddi manat 50 qəpik) manat dəyərində 6 yaşlı, yerli cins, əla köklükdə, sağmal ana inəyi, Cəfərova Səmayə İsmayıl qızının mülkiyyətində olan ümumi dəyəri 9355,50 (doqquz min üç yüz əlli beş manat əlli qəpik) manat təşkil edən 1 baş 2376 (iki min üç yüz yetmiş altı) manat dəyərində 7 yaşlı sağmal, yerli cinsli, əla kök lükdə ana inəyi, 1 baş 2277 (iki min iki yüz yetmiş yeddi) manat dəyərində, 6 yaşlı, yerli cins, əla köklükdə, sağmal ana inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 4 yaşlı, boğaz, yerli cins, əla köklükdə ana inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 3 yaşlı, yerli cins, boğaz, əla köklükdə ana inəyi və bir baş 1732,50 (bir min yeddi yüz otuz iki manat əlli qəpik) manat dəyərində, 4 yaşlı, yerli cins, boğaz, əla köklükdə ana inəyi, X14 mülkiyyətində olan ümumi dəyəri 5049 (beş min qırx doqquz) manat təşkil edən bir baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində 10 yaşı olan sağmal, yerli cins, əla köklükdə ana inəyi, bir baş 1584 (bir min beş yüz səksən dörd) manat dəyərində, 3 yaşlı, yerli cins, əla köklükdə ana inəyi və bir baş 1485 (bi r min dörd yüz səksən beş) manat dəyərində, 2 yaşında, yerli cins, əla köklükdə boğaz düyəni və X3 mülkiyyətində olan ümumi dəyəri 8563,50 (səkkiz min beş yüz altmış üç manat, əlli qəpik) təşkil edən 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 5 yaşlı, sağmal, yerli cins, əla köklükdə ana inəyi, 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 3 yaşlı, yerli cins, əla köklükdə ana inəyi, 1 baş 1732,50 (bir min yeddi yüz otuz iki manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins, əla köklükdə inəyi, 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində 2 yaşlı, yerli cins, əla köklükdə, boğaz düyəni və 1 baş 891 (səkkiz yüz doxsan bir) manat dəyərində, 1 yaşlı, yerli cins, əla köklükdə düyəni, ümumilikdə 27175,5 (iyirmi yeddi min yüz yetmiş beş manat əlli qəpik) man at məbləğində özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə 16 sentyabr 2018-ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu ərazisində yerləşən “Qoca dağ” adlanan yaylağın örüş-otlaq sahəsindən X20 mülkiyyətində olan ümumi dəyəri 14.066,25 (on dörd min altmış altı manat, iyirmi beş qəpik) manat təşkil edən 1 baş 2227,50 (iki min iki yüz iyirmi yeddi manat əlli qəpik) manat dəyərində, 5 yaşlı, yerli cins, 5 aylıq boğaz, sağmal ana inəyi, 1 baş 2079 (iki min yetmiş doqquz) manat dəyərində, yerli cins, sağmal ana inəyi, 1 baş 1831,50 (bir min səkkiz yüz otuz bir manat əlli qəpik) manat dəyərində, 5 yaşlı, yerli cins, sağmal ana in əyi, 1 baş 2326,50 (iki min üç yüz iyirmi altı manat əlli qəpik) manat dəyərində, 4 yaşlı, yerli cins, 7 aylıq boğaz düyəni, 1 baş 1732,50 (bir min yeddi yüz otuz iki manat əlli) manat dəyərində, 3 yaşlı, yerli cins, 5 aylıq boğaz düyəni, 1 baş 1963,50 (bir min doqquz yüz altmış üç manat əlli qəpik) manat dəyərində, 2 yaş 6 aylıq olan, yerli cins erkək dananı və 1 baş 1905,75 (bir min doqquz yüz beş manat yetmiş beş qəpik) manat dəyərində, 2 yaş 6 aylıq olan yerli cins erkək dananı və X9 mülkiyyətində olan ümumi dəyəri 3960 (üç min doqquz yüz altmış) manat təşkil edən 1 baş 1881 (bir min səkkiz yüz səksən bir) manat dəyərində, 6 yaşlı, 7 aylıq boğaz, yerli cins ana inəyi və 1 baş 2079 (iki min yetmiş doqquz) manat dəyərində, 2 yaşlı, yerli cins erkək dananı, ümumilikdə 18026,25 (on səkkiz min iyirmi altı manat iyirmi beş qəpik) manat məbləğində özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə 18 avqust 2019-cu il tarixdə gecə saatlarında tanışları Məhkum3 və Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Gədəbəy rayonu ərazisində yerləşən “Çayqarışan” adlanan yaylaq sahəsindən X1 mülkiyyətində olan ümumi dəyəri 15979,75 (on beş min doqquz yüz yetmiş doqquz manat yetmiş beş qəpik) manat təşkil edən 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, sağmal, yerli cins inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 5 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 12 37,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 2310 (iki min üç yüz on) manat dəyərində, 3 yaşlı, Rusiya cins cöngəni (erkək dana), 1 baş 1443,75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana); 1 baş 1501,50 (bir min beş yüz bir manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana),(1 baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində) 1 yaşlı, yerli cins erkək dananı, (1 baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) ma nat dəyərində?) 1 yaşlı, yerli cins erkək dananı, 1 baş 693 (altı yüz doxsan üç) manat dəyərində, 1 yaşlı, yerli cins düyəni, 1 baş 924 (doqquz yüz iyirmi dörd) manat dəyərində, 1 yaşlı, yerli cins erkək dananı və 1 baş 643 (altı yüz qırx üç) manat dəyərində, bir baş, 1 yaşlı, yerli cins dişi dananı, X10 mülkiyyətində olan ümumi dəyəri 4059 (dörd min əlli doqquz) manat təşkil edən 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 6 yaşda, sağmal, yerli cins ana inəyi və 1 baş 2079 (iki min yetmiş doqquz) manat dəyərində, 7 yaşlı, yerli cins, sağmal ana inəyi və X2 mülkiyyətində olan ümumi dəyəri 4314,75 (dörd min üç yüz on dörd manat, yetmiş beş qəpik) təşkil edən 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 3 yaşlı, yerli cins ana inəyi, 1 baş 1386 (bir min üç yüz səksə n altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, bir baş 1443,75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 1 yaş 6 aylıq, yerli cins cöngəni (erkək dana), ümumilikdə 24353,50 (iyirmi dörd min üç yüz əlli üç manat əlli qəpik) manat məbləğində özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə 26 sentyabr 2019-cu il tarixdə təxminən saat 18-19 radələrində Gədəbəy rayonu Qalakənd kəndinin örüş otlaq sahəsindən həmin kənd sakini X15 mülkiyyətində olan 1 baş 1089 (bir min səksən doqquz) manat dəyərində, 2 yaşda, 5 aylıq boğaz, yerli cins düyəni, 1 baş 2227,50 (iki min iki yüz iyirmi yeddi manat əlli qəp ik) manat dəyərində, 10 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 4 yaşlı, 8 aylıq boğaz, holavar cins ana inəyi və 1 baş 2227,50 (iki min iki yüz iyirmi yeddi manat əlli qəpik) manat dəyərində, 8 yaşlı, holavar cins, sağmal ana inəyi, ümumilikdə 7029 (yeddi min iyirmi doqquz) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkum2 özgənin əmlakını gizli yolla talama məqsədilə 18 avqust 2019-cu il tarixdə gecə saatlarında tanışları Məhkum1 və Məhkum3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Gədəbəy rayonu ərazisində yerləşən “Çayqarışan” adlanan yaylaq sahəsindən X1 mülkiyyətində olan ümumi dəyəri 15979,75 (on beş min doqquz yüz yetmiş doqquz manat yetmiş beş qəpik) manat təşkil edən 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, sağmal, yerli cins inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 5 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 2310 (iki min üç yüz on) manat dəyərində, 3 yaşlı, Rusiya cins cöngəni; erkək dana), 1 baş 1443,75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana), 1 baş 1501,50 (bir min beş yüz bir manat əlli qəpik) ma nat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana), 1 baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində, 1 yaşlı, yerli cins erkək dananı, (l baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində) yaşlı, yerli cins erkək dananı, 1 baş 693 (altı yüz doxsan üç) manat dəyərində, 1 yaşlı, yerli cins düyəni, 1 baş 924 (doqquz yüz iyirmi dörd) manat dəyərində, 1 yaşlı, yerli cins erkək dananı və 1 baş 643 (altı yüz qırx üç) manat dəyərində, bir baş, 1 yaşlı, yerli cins dişi dananı, X10 mülkiyyətində olan ümumi dəyəri 4059 (dörd min əlli doqquz) manat təşkil edən 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 6 yaşda, sağmal, yerli cins ana inəyi və 1 baş 2079 (iki min yetmiş doqquz) manat dəyərində, 7 yaşlı, yerli cins, sağmal ana inə yi və X2 mülkiyyətində olan ümumi dəyəri 4314.75 (dörd min üç yüz on dörd manat, yetmiş beş qəpik) təşkil edən 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 3 yaşlı, yerli cins ana inəyi, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, bir baş 1443.75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 1 yaş 6 aylıq, yerli cins cöngəni (erkək dana), ümumilikdə 24353,50 (iyirmi dörd min üç yüz əlli üç manat əlli qəpik) manat məbləğində özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkum3 özgənin əmlakını gizli yolla talama məqsədilə 18 avqust 2019-cu il tarixdə gecə saatlarında tanışları Məhkum1 və Məhkum3 ilə birlikdə qabaqcada n əlbir olan bir qrup şəxs təşkil edərək Gədəbəy rayonu ərazisində yerləşən “Çayqarışan” adlanan yaylaq sahəsindən X1 mülkiyyətində olan ümumi dəyəri 15979,75 (on beş min doqquz yüz yetmiş doqquz manat yetmiş beş qəpik) manat təşkil edən 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, sağmal, yerli cins inəyi, 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 5 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1237,50 (bir min iki yüz otuz yeddi manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins düyəni, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, 1 baş 2310 (iki min üç yüz on) manat dəyərində, 3 yaşlı, Rusiya cin s cöngəni; <erkək dana), 1 baş 1443,75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana), 1 baş 1501,50 (bir min beş yüz bir manat əlli qəpik) manat dəyərində, 2 yaşlı, yerli cins cöngəni (erkək dana), 1 baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində, 1 yaşlı, yerli cins erkək dananı, (l baş 866,25 (səkkiz yüz altmış altı manat iyirmi beş qəpik) manat dəyərində) 1 yaşlı, yerli cins erkək dananı, 1 baş 693 (altı yüz doxsan üç) manat dəyərində, 1 yaşlı, yerli cins düyəni, 1 baş 924 (doqquz yüz iyirmi dörd) manat dəyərində, 1 yaşlı, yerli cins erkək dananı və 1 baş 643 (altı yüz qırx üç) manat dəyərində, bir baş, 1 yaşlı, yerli cins dişi dananı, X10 mülkiyyətində olan ümumi dəyəri 4059 (dörd min əlli doqquz) manat təşkil edən 1 baş 1980 (bir min doqquz yüz səksən) manat dəyərində, 6 yaşda, sağmal, yerli cins ana inəyi və 1 baş 2079 (iki min yetmiş doqquz) manat dəyərində, 7 yaşlı, yerli cins, sağmal ana inəyi və X2 mülkiyyətində olan ümumi dəyəri 4314.75 (dörd min üç yüz on dörd manat, yetmiş beş qəpik) təşkil edən 1 baş 1485 (bir min dörd yüz səksən beş) manat dəyərində, 3 yaşlı, yerli cins ana inəyi, 1 baş 1386 (bir min üç yüz səksən altı) manat dəyərində, 4 yaşlı, yerli cins, sağmal ana inəyi, bir baş 1443.75 (bir min dörd yüz qırx üç manat yetmiş beş qəpik) manat dəyərində, 1 yaş 6 aylıq, yerli cins cöngəni (erkək dana), ümumilikdə 24353,50 (iyirmi dörd min üç yüz əlli üç manat əlli qəpik) manat məbləğində özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş şə xsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxs Cəfərova Səmayə İsmayıl qızı və Məhkum3 Bəhram oğlunun müdafiəçisi Müdafiəçi kassasiya şikayətləri vermişdirlər. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərmişdir ki, Apellyasiya məhkəməsi qərəzli və ədalətsiz qərar qəbul etmişdir. Məhkumlara təyin edilmiş cəzalar törədilmiş cinayət əməlinə görə yüngüldür. Zərərçəkmişlərə dəymiş maddi ziyanla bağlı heç bir qərar qəbul etməmişdir. Məhkum3 Bəhram oğlunun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsi cəza təyin edərkən Cinayət qanunvericiliyinin cəza təyini prinsiplərini pozmuşdur. Zərərçəkmiş şəxslərə dəy miş zərər Məhkum3 anası tərəfindən ona düşən hissədə ödənilmiş, zərərçəkmiş şəxslər X4, X18, X5 notarial qaydada ərizə verərək ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. Müdafiəçi hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş və nəzərə alınmış yüngülləşdirici halları, eyni zamanda zərərçəkmişlərə dəymiş zərərin ödənilməsini, onlarla barışmasını, zərərçəkmişlərin ona qarşı heç bir şikayət və tələbinin olmamasına nəzərə alaraq, hüquqlarını müdafiə etdiyi Məhkum3 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası dəyişdirilməlidir. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Gəncə Apellyasiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarının dəyişdirilərək Məhkum3 azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassa siya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə gör ə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs Cəfərova Səmayə İsmayıl qızının kassasiya şikayətində məhkumlara təyin olunmuş cəzanın yüngül olması, Məhkum3 Bəhram oğlunun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində isə məhkuma təyin olunmuş cəzanın ağır və ədalətsiz olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “M əhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cin ayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyi n edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüng ül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarından görünür ki, Gədəbəy Rayon Məhkəməsi 17 sentyabr 2020-ci il tarixli hökmü ilə məhkumlara cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, Məhkum1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, məhkumlar Məhkum3 və Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, eləcə də ilk dəfə az ağır cinayət törətmələrini, əməllərindən səmimi peşman olmalarını cəzalarını yüngülləşdirən hal kimi nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən Məhkum3 və Məhkum2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi məhkumlar Məhkum3 və Məhkum2 təyin olunmuş cəzaları ədalətli hesab etməyərək Gədəbəy Rayon Məhkəməsi 17 sentyabr 2020-ci il tarixli hökmünü hər iki məhkuma cəza təyini hissəsində dəyişərək onlara azadlıqdan məhrumetməyə dair cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onların islah olunmasına təsi ri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Bundan başqa, iş materiallarından da görünür ki, əncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2021-ci il tarixli qərarında zərərçəkmiş şəxslər Cəfərova Səmayə İsmayıl qızı, X12, X22 və X8 mülki mühakimə üsulu qaydasında mülki iddia ilə onlara vurulmuş maddi ziyanla bağlı birinci instansiya məhkəməsində iddia qaldırmaq hüquqları izah edilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, Məhkum2 və Məhkum3 Bəhram oğ lunun Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2021-ci il tarixli qərarı zərərçəkmiş şəxs Cəfərova Səmayə İsmayıl qızı və Məhkum3 Bəhram oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1600/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1600/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver