Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1600/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum2 müdafiəçisi Abdullazadə Səadət Seyfulla qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsi nin 08 oktyabr 2020-ci il il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi S.S.Abdullazadə tərəfindən verilmiş kassasiya şikayətinə və həmin şikayətə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il il tarixli hökmü ilə (hakimlər Ağalarov Mahmud Muradxan oğlu (sədrlik edən və məruzəçi), Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum2, xx xxxx 1973-cü il tarixdə Masallı rayonunun Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikas ı vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Qızılağac kəndində qeydiyyatda olan, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlıqdan mə hrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışı, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Behzad” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Behzad» adlı şəxsin və qeyrilərinin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya o ndan gizli keçirərək Azərbaycan Respublikası ərazisinə satış məqsədilə qanunsuz olaraq daşıyıb gətirməklə cinayətkar qrupun üzvü olan Məhkum2 təhvil verdiyi, kustar üsulla hazırlanmış külli miqdarda 82,858 qram çəkidə narkotik vasitə heroinin 32,479 qramını istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Məhkum1 satmış, qalan 50,379 qramını özündə saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 yanvar 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 həmin gün saat 22:30-da Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində saxlanılıb üzərinə baxış keçirilən zaman təmiz çəkisi 1,065 qram narkotik vasitə heroin əynindəki boz rəngli şalvarın sol yan c ibindən bir ədəd bükümdə, yaşadığı Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qonaq otağındakı dolabın içərisindən külli miqdarda, təmiz çəkisi 31,414 qram narkotik vasitə heroin bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 yanvar 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum2 həmin gün saat 22:05-də Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Behzad” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edib daşımaqla saxladığı külli miqdarda, yəni 82,858 qram çəkidə narkotik vasitə heroinin qalan 50,379 qramı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum2 müdafiəçisi S.S.Abdullazadə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi) Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 01 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il il tari xli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə Məhkum2 aid hissədə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun müdafiəçisi S.S.Abdullazadə kassasiya şikayəti və həmin şikayətə əlavə verərək göstərilən qərarın ləğv edilməsini və Məhkum2 əməlinin CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi, bu maddə əsasında ona yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsi haqda ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 26, 63, 71, 125 və 127-ci maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəs haqqında” A vropa Konvensiyasının 6cı maddəsinə, “Əməliyyat-axtarşı fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, sübutların toplanması, araşdırılması və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin), cinayət qanunvericiliyinin prinsiplərinə, cəza təyin emənin şərtləri, qaydaları və prinsiplərinə dair CM-nin bir sıra normalarına, İnsan Hquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumlarının bəzi qərarlarına, habelə iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübuğlara, o cümlədən Məhkum2 məhkəmə clasında verdiyi ifadələrə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi S.S.Abdullazadə kassasiya şkayətini və ona edilmiş əlavə ni belə əsaslandırmışdır ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri toplanmış sübutlara düzgün qiymət verməmiş, hüquqlarını müdafiə etdiyi şəxsin ona qarşı CM-nin 206.3.2, 234,4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, lakin buna baxmayaraq, o, yalnız ehtimallar üzərində qurulmuş həmin ağır ittiham üzrə təqsirli bilinərək ağır cəzaya məruz qalmışdır. Müdafiəçi xüsusilə vurğulamışdır ki, Məhkum2 digər maddələrlə yanaşı, CM-nin 206.3.2-ci maddəsi ilə də təqsirli bilinməsinə baxmayaraq, o, həmin cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin heç birini etməmiş, 2019-cu ildən sonra heç vaxt Azərbaycan Respublkasının dövlət sərhədini istər qanuni, istərsə də qanunsuz yolla keçməmiş və hər hansı dövriyyəsi q adağan olumuş və ya məhdudlaşdırılmış əşyaları gömrük sərhədindən gizlətməklə, yaxud da başqa qanunsuz üsullarla keçirməmiş, onun narkotik vasitələri satmaq niyyətində olması və satması isə müəyyən edilməmişdir. Müdafiəçinin qənaətinə görə, Məhkum2 törətdiyi əməl CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə əsasında, iş üzrə müəyyən olunmuş cəzanı yüngülləşdirən bütün hallar nəzərə alnmaqla yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmalıdır. Kassasiya şikayəində irəli sürdüyü dəlillərə əsaslanaraq müdafiəçi S.S.Abdullazadə onun kassasiya şikayətinin və şikayətə verilmiş əlavənin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və ona edilmiş əlavəyə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2022-ci il tari xli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum2 məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda Ali Məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kolegiyası bununla əlaqədar dövlət ittihamçısı A.M.Hüseynlinin və müdafəçi S.S.Abdullazadənin rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum2 iştirak olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sə drlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum2 müdafiəçisi S.S.Abdullazadə tərəfindən verilmiş kassasiya şikayətinin və ona edilmiş əlavənin məzmunlarından göründüyü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilməmiş, həmin sübutlarla Məhkum2 əməlində ona qarşı irəli sürülmüş ittiham üzrə cinayətlərin tərkib əlamətlərinin olması müəyyən edilməmiş, lakin, buna baxmayaraq o, qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinib məhkum edilmiş, bununla da ağır cəzaya məruz qalmış, apellyasiya instansiyası məhkəməsi də Bakı Ağır Cinayətlər Məh kəməsinin mövqeyi ilə razılaşaraq hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki ittiham hökmünü əsassız olaraq qüvvədə saxlamışdır. Bununla da, kassasiya müraciətlərinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli, Məhkum2 əməlinin isə CM-nin 234.1-ci maddəsinə tövsif edilərək ona yüngül cəzanın təyin edlmsi barədə qərarın qəbul edilməli olması haqda tələblərini CPM-nin 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikd ir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası məhkuun müdafiəçisinin şikayətini, kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə həmin müraciətə əsasən baxılan cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarl arında olduğu kimi, məhkəmə kollegiyası növbəti dəfə vurğulayır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya insta nsiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiya sı məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassas iya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya q aydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərinə cavab verlməsi üçün məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hə r kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir şəxsin və ümumiyyətlə cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, bunun üçün cinayət törətmiş şəxslərin vaxtında ifşa edilərək cinayət məsüliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanunvericilikdə müəyyən edilmiş qaydada sübuta yetirildikdə isə barələrində cinayəthüquqi xarakterli tətbirlərin tətbiq edilməsini, digər tərəfdən isə ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət tör ətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyy əti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlar ının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymə tləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zam anı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Göründüyü kimi, qanunvericilikdə hər hansı cinayəti törətmiş şəxsin təqsirli bilinməsi və onun haqqında cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı məhkəmənin yalnız qan uni üsullarla əldə olunmuş və araşdırılmış sübutlara əsaslanması tələb olunur, məhkəmənin həmin sübutlara əsaslanmadan ehtimallar və mülahizələr üzərində qurulmuş nəticənin isə yolverilməz olması təsbit edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə edilmiş olsun. Belə ki, Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mü hakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edlmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhə miyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən tələblərdən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlini n cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum2 barəsindəki cin ayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum2 ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassa siya kollegiyası da hesab edir ki, Məhkum2 göstərilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətində və ona edilmiş əlavədə göstərilən dəlillərin əsas hissəsi ilə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 124, 138, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmi ş sübutlarla, yəni Məhkum2 müdafiəçisinin iştirakı ilə ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə məhkum olunmuş A.H.Hüseynovun həmin mərhələdə verdiyi, habelə çoxsaylı şahidlərin ifadələri, axtarış, baxış və götürmə haqqında protokollarla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, bir çox digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və başqa sübutlarla tam təsdiq edilir. İş materiallarından görünür ki, məhkəmələrin qanuni üsullarla, CPM-nin 125.2-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verilmədən toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlin i törətməsi ilə bağlı müəyyən etdikləri işin faktiki halları ondan ibarətdir ki, o, İran İslam Respublikasının vətəndaşı “Behzad” adlı şəxs və istintaqla şəxsiyyətləri müəyyən edilmiş başqa şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək naməlum vaxta və şəraitdə sonuncular tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş cəmisi 82,858 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroini qanunsuz əldə edərək saxlamış və daşımış, həmin heroinin bir hisəsini - 32,479 qramını istintaqa məlum olmayan vaxtda və yerdə 750 manat məbləğində pulun müqabilində tanışı Məhkum1 satmış, qalan 50,379 qramını özündə saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotikl ərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 yanvar 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 həmin gün saat 22:30-da Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində saxlanılıb üzərinə baxış keçirilən zaman təmiz çəkisi 1,065 qram narkotik vasitə heroin əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə, yaşadığı Abşeron rayonu, Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qonaq otağındakı dolabın içərisindən külli miqdarda, təmiz çəkisi 31,414 qram narkotik vasitə heroin bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkum1 onun üzərində və yaşadığı evdə aşkar edilərək götürülmüş narkotik vasitəni tanışı Məhkum2 aldığını bildirdiyinə görə, əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Na zirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə 22 yanvar 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum2 həmin gün saat 22:05-də Abşeron rayonu Novxanı kəndi, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun əldə edib daşımaqla saxladığı külli miqdarda, yəni 82,858 qram çəkidə narkotik vasitə heroinin qalan 50,379 qramı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. İşin bu faktiki hallarının arxasında duran sübutlar həm ibtidai araşdırma zamanı tərtib edilmiş sübutların qiymətləndirilməsi haqqında 08 iyun 2020-ci il tarixli qərarda və ittiham aktında, həm də birinc i instansiya məhkəməsinin hökmündə və apellyasiya şikayətinə baxılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə həmin sübutların təkrarən hazırki qərarda təsvir edilməsinə ehtiyac görmür. Həmin sübutların prizmasından baxdıqda görünən odur ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum2 törətdiyi cinayətlərin predmeti olan külli miqdarda narkotik vasitəni - «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxil edilmiş, külli miqdarda olmaqla 32,479 qram heroini satması, əldə etdiyi, ümumi çəkisi 82,858 qram çək idə heroinin 50,379 qram hissəsini isə məhz satış məqsədi ilə əldə edərək saxlaması və daşıması barədə qanuni və əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun bu əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində isə satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq həmin miqdarlarda narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin təhlil edilən məsələyə dair hissədə gəldikləri nəticə düzgündür, əsaslıdır, araşdırılmış sübutlarla təsdiq olunur və bununla bağlı ilk növbədə vurğulamağı lazım bilir ki, şəxsin CM-nin 234.4. və 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri digər şəxslərlə əvvəlcədən razılıq əldə etməklə satış məqsədilə etməli, yaxud da narkotik vasitələri və ya psixotrop maddələrin satışını həyata keçirməli; - şəxs belə hərəkətləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasını n 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onları n prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilən Qərarın 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayə tin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölg üsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Eyni zamanda adı çəkilən qərarda məhkəmələrə həmçinin izah edilmişdir ki, CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qa baqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr tərəfindən digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məhkəmələrin həm Məhkum2 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi, həm də onun törətdiyi əməllərin hüquqi tövsifinə dair gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, iş üzrə hər hansı başqa nəticəyə gəlmək, o cümlədən, kassasiya şikayətində və ona edilmiş əlavədə iddia edildiyi kimi, adı çəkilən məhkumun təqsirli bilindiyi əməllərinin başqa cür qiymətləndirilm əsi və CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan kassasiya müraciətlərində təhlil edilən məsələyə həsr olunmuş dəlillər qəbul edilməz sayılmalıdır. Qanunvericiliyin yuxarıda şərh edilmiş normalarından, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən çıxış edərək məhkəmə kollegiyası belə bir qənaətə gəlir ki, cinayət törətmiş şəxs barəsində hər hansı cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən əvvəl məhkəmə ilk növbədə onun bu və ya digər cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilb-yetirilmədiyini, onun əməllərinə cinayət qanunu normasının düzgün tətbiq edilib-edilməməsini, ibtidai araşdırma orqanından fərqli olaraq həmin əməlin Cinayət Məcəlləsinin Xü susi hissəsinin daha yüngül maddəsi ilə, xüsusilə də cinayətin iştirakçılıqla törədilməsi hallarında təqsirləndirilən şəxsin törətdiyi əməllərin iştirakçılığın növünə uyğun olaraq tövsif edilməsi, onun cəzadan və ya cinayət məsuliyyətindən azad olunması üçün əsasların olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra törədilmiş cinayətin xarakerinə və ictimai təhlükəlilik dərəcəsinə, işin bütün hallarına, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəza təyin etmənin prinsiplərinə, şərtlərinə və qaydalarına uyğun cəza təyin etməlidir. Bu məsələlərin düzgün həll edilməməsi şəxsin əsassız olaraq açıq-aşkar ağır və ya yüngül cəzaya məruz qalmasına səbəb ola bilər ki, bu da cinayət mühakimə icraatının ədalətli həyata keçirilməli olması tələblərinə uyğun hesab oluna bilməz. Bu na görə məhkəmə kollegiyası Məhkum2 barəsində seçilmiş cəza tədbirinin həddindən artıq ağır olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün yuxarıda şərh olunanlara yanaşı kassasiya şikayətində və ona edilmiş əlavədə irəli sürülmüş digər dəlillərlə də - məhkumun narkotik vasitəlnin qaçaqmılığında təqsirsiz olması haqqında dəlillər üzrə də təhlil aparılmasını və yalnız bundan sonra onun barəsində cəza tədbirinin seçilməsi məsələsinə münasibət bildirməyi zəruri sayır. Əvvəla, məhkəmə kollegiyası qeyd edr ki, Məhkum2 digər əməllərlə yanaşı həmçinin ona görə təqsirli bilinərək məhkum olunmuşdur ki, o, külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə yanaşı həmçinin “Bəhzad” adlı və istintaqla müəyyən edilməmiş digər şəxslərə qabaqcadan əlbir olub cinayət əlaqəs inə girməklə həmin narkotik vasitənin qaçaqmalçılığ yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirilməsində də icraçı qismində iştirak etmiş və onun bu əməli CM-nin 206.3.2ci maddəsi ilə tövsif edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, əvvəla, Məhkum2 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və ona birinci instansiyası məhkəməsinin 08 oktyabr 2020-ci il il tarixli hökmü ilə həmin maddə əsasında 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Məhkum2 göstərilən əməlinin bu cür tövsifi ilə razılaşan məhkəmə kollegiyası ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin cəzanın təyin edilməsində hissəsində də birinci və apellyasiya instansiyası məhkəməsinin mövqelə rini əsaslı və ədalətli hesab edir və həmin cəzanın dəyişdirilməsinə hər hansı şəkildə təsir göstərə biləcək halı müəyyən etməyərək bu hissədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarının təhlill edilən məsələ ilə bağlı hissəsində dəyişiklikliyin, o cümlədən göstərilən maddələrlə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsaslar görmür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası cinayət qanunu normasının tələblərinə müraciət edərək qeyd edir ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə və daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutu lmuş və bu cinayəti törətmiş şəxslərin beş ildən on iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılmaları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmünə görə, həmin məhkəmə Məhkum2 həm təqsirli bilindiyi maddələrlə, o cümlədən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, həm də CM-nin 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə cəza təyin edərkən cəza təyini ilə bağlı CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinə istinad etməklə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hal kimi məhkumun himayəsində azyaşlı uşağının olmasını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal) və Məhkum2 cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Ümumi şəkildə bu məsələni düzgün həll edən məhkəmələr cəza təyini ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına yol verməsələr də, məhkəmə kolegiyası, yuxarıda qeyd olunduğu kimi, həmin məsələni həll etməzdən əvvəl Məhkum2 törətdiyi əməllərə cinayət qanununun müvafiq normalarının düzgün tətbiq edilib-edilməməsinin müzakirə edilməsinə zərurətin olmasını da qeyd edir və yalnız bundan sonra kassasiya şikayətinin tələblərinə müvafiq olaraq təyin olunmuş cəzaların ədalətli və qanuni olubolmamasına münasibət bildirməyi mümkün bilir. Bunula bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlə yanaşı həm də sanksiyasında beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il mü ddətə azadlıqdan məhrum etmə cəzasəna məhkum olunmuşdur ona görə ki, o, naməlum vaxtda və şəraitdə İran İslam Respublikası vətəndaşları şəxsiyyəti istintaqa “Bəhzad” adlı şəxslə və istintaqla müəyyən edilməmş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə cəmisi82,858 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroini İran İslam Respublikasından qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, həmin narkotik vasitəni əldə etdikdən sonra isə onun 32,479 qram çəkidə hissəsini tanışı Məhkum1 satmış, qalan 50,379 qram çəkidə hissəsini isə satış məqsədilə üzərində saxlayaraq daşımışdır. Bu əməllərin törədilməsinə dair toplanmış sübutlardan, o cümlədən Məhkum2 CMnin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamın məz munundan görünür ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsini və onların qaçaqmalçılığını həyata keçirmək məqsədilə heç vaxt İran İslam Respublikasına getməmiş, cinayətkar qrupun üzvləri olan “Behzad” adlı şəxsi tanısa da, narkotik vasitələrin qaçaqmalçılğını həyata keçirmiş digər şəxsləri tanınmamış, sonuncularla hər hansı bir əlaqədə olmamış, narkotik vasitələrin gizlədilməsində, gömrük sərhədindən gizli şəkildə keçirilməsində iştirak etməmiş və yalnız həmin narkotik vasitələr Cəlilabad şəhərində qəbul etməyi vəd edərək bu vasitələri Azərbaycan Respublikasının ərazisində gizlədilmiş yerdən götürüb Bakı şəhərinə gətirmişdir. İşin bu faktiki halları Məhkum2 ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı digər məhkum olunmuş şəxs Məhkum1nin, şahidlərin ifadələ ri ilə və iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilir. Aşağdıa göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 şərh edilən əməli düzgün olmayaraq CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmiş, yəni məhkəmələr bu əmələ maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, CM-nin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsdlə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirə n başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələndirilir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar CM-nin 34.1-34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilm işdir. İştirakçılığın formaları CM-nin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsinin bir sıra maddələrində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. CM-nin 34.1 və 34.2-ci maddələrinin müqayisəsindən görünür ki, CM-nin 34.2-ci maddəsində təsbit olunmuş “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-nin 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçiril məsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı 2 nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır (“qabaqcadan əlbir olan bir qrup şəxs”in məhz birgə icraçılığı ehtiva edən iştirakçılığın növü olması – bu “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycabn Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərindən də irəli gələn qənaətdir). Cinayətin icra edilməsi (bilavasitə törədilməsi) dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi (cinayət hərəkətsizliklə törədildikdə bunu təşkil edən davranış) başa düşülür. Məhkəmə kollegiyas ı həmçinin vurğulamağı lazım bilir ki, CM-nin 33.3-cü maddəsində cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, CM-nin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi təsbit edilmişdir. Odur ki, CM-nin 33.3-cü maddəsinə görə təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələb adı çəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Buna görə CM-nin 33.1-ci maddəsində iştirakçıların məsuliyyətinin onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilməsi öz əksi ni tapmışdır. Həmçinin CM-nin 33.3-cü maddəsinin mənasından görünür ki, cinayətin iştirakçıları əməlin törədilməsində birgə icraçı kimi iştirak etdikləri halda, iştirakçılığın növlərini müəyyən edən CM-nin 32-ci maddəsinə istinad edilmir. Bu baxımdan, iştirakçıların əməllərinin həm CM-nin 32-ci maddəsinə, həm də CMnin Xüsusi hissəsinin müvafiq maddəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir o halda ki, təqsirkarın təşkilatçı, təhrikçi və ya köməkçi qismində iştirak etdiyi cinayətin obyektiv cəhətinə aid olan hərəkətlər qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxs tərəfindən icra edilməsin. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, CM-nin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" t ərəfindən törədilmiş hesab olunması üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdikləri halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.Buna görə iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədikləri və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud o lmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Bu təfsirin qaçaqmalçılıq cinayətinin törədilməsinə görə təqsirli bilnmiş şəxsə (hazırki iş üzrə - Məhkum2) münasibətdə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 206.1 və 206.2-ci maddələrinin dispozisiyalarına görə malların və yaxud CM-nin 206.2-ci maddəsində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. B elə əməllər qabaqcadan əlbir olmuş şəxslər tərəfindən törədildikdə, yəni cinayətin obyektiv cəhətinə aid olan hərəkətlər qabaqcadan əlbir olmuş iki və ya daha çox şəxs tərəfindən icra edildikdə həmin əməllər CM-nin 206.3.2-ci maddəsi ilə, bu əməllərin törədilməsində təşkilatçı, təhrikçi və ya köməkçi qismində iştirak edən şəxslərin əməlləri isə icraçıların törətdiyi cinayətə müvafiq olaraq CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməldir. Məhkəmə kollegiyasının bu nəticəsi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdəndən də irəli gəlir. Belə ki, həmin Qərarın 19-cu bəndində məhkəmələrə tövsiyə edilmşdir k i, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, q açaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı ola raq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Hazırki işin hallarından (Məhkum2 qarşı irəli sürülmüş ittihamın məzmunundan) və bu halları təsdiq edən sübutlardan görünür ki, “Behzadi” adında İran İslam Respublikasının vətəndaşı istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həm narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, həm də qaçaqmalçılıq cinayətlərinin predmeti olan külli miqdarda heroini Azərbaycan Respublikasının gömrük sərhəddindən gizli olaraq keçirərkən Məhkum2 bu əməlin törədilməsində icraçı qismində iştirak etməmiş, yəni narkotik vasitəni gömrük sərhəddindən gizli və ya kənar, habelə CM-nin 206.1-ci maddəsində nəzərdə tutulmuş digər üsullarla keçirilməsinə dəlalət edən hər hansı hərəkəti etməmiş və narkotik vasitə Azərbaycan Respublikasının ərazisinə gətirildikdən sonra həmin narkotik vasitəni qəbul etməyi və onu Bakı şəhərinə daşımaqla bir hissəsini Xa satmış, qalan hissəsin isə satış məqsədilə özündə saxlamışdır. Göründüyü kimi, birinci instansiyası məhkəməsi Məhkum2 ona qaçaqmalçılığın törədilməsi ilə bağlı elan olunmuş ittiham üzrə təqsirli olması barədə qənaətə gələrkən həmin ittihamı təsdiq edən sübutların kifayət edib-etməməsinə diqqət yetirmədən onun icraçı qismində qaçaqmalçılıq cinayətini törətməkdə təqsirli bilmiş, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu nətcə ilə razılaşmışdır. Qeyd olunanlar Məhkum2 sözügedən əməlində CM-nin 206.3.2 -ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin obyektiv cəhətini səciyyələndirən əlamətlərin olmadığını, onun əməlinin əsassız olaraq həmin maddə ilə tövsif olunduğunu, yəni əməlin düzgün tövsif edilmədiyini (apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən CPM-nin 416.1.15-ci maddəsində təsbit olunmuş pozuntuya yol verildiyini) göstərir. Halbuki, CPM-nin 144-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndir ilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 21.2-ci maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası həmçinin xatırladır ki, CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.3-cü maddəsinin tələbi isə ondan ibarətdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 146.1-ci maddəsinə əsasən cinayə t təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5.1-349.5.3-cü maddələrinin tələblərinə görə isə, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsa slandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.1-351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: - təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; - bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; - mə hkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; Məhkəmə kollegiyası şərh olunan normaların tələblərindən və işin müəyyən olunmuş faktiki hallarından çıxış edib kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri ilə qismən razılaşaraq, məhkum olunmuş şəxs Məhkum2 qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri isə onun xeyrinə şərh edərək, vurğulayır ki, sonuncunun hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallarla və onların arxasında duran sübutlarla təsdiq olunur ki, o, başqa şəxslər tərəfindən Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilmiş narkotik vasitəni (CM-nin 206.2-ci maddəsinin nəzərdə tutduğu predmeti) təhvil alacağını qabaqcadan vəd edərək onları artıq gömrük sərhədindən keçirildikdən sonr a Azərbaycan Respublikasının ərazisində razılaşdırılmış şəxsdən və yerdən götürüb Bakı şəhərinə aparmağı və satışını həyata keçirəcəyini vəd etmiş və onun bu hərəkətləri cinayətin icraçısını deyil, CM-nin 32.5-ci maddəsində köməkçini xarakterizə edən əlamətlərlə uzlaşır. Belə ki, CM-nin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcada n vəd etmiş şəxs köməkçi sayılır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya qaydasında mübahisələndirilən qərar Məhkum2 bu hərəkəti törətməsi, yəni qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi hissəsində dəyişdirilməklə məhkumun şərh olunan əməli CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2-ci maddələrinə tövsif edilməli və ona bu maddələrlə CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələbləri nəzərə alınmaqla törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə birinci nstansiya məhkəməsinin müəyyən etdiyi cəzanı yüngülləşdirən hala uyğun olan yeni cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsi barədə müdafiəçi S.S.Abdullazadənin və həmin müraciətlərin təmin edilməməsi haqda dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışlarını dinləyib şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti və ona edilmiş əlavə qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarında dəyişiklik edilməklə Məhkum2 narkotik vasitənin qaçaqmalçılığnda köməkçi qismində iştirak etməsi əməli CM-nin 206.3.2-ci maddəsindən CM-nin 32.5,206.3.2-ci maddələrinə tövsif edilməli və ona həm bu maddələrlə, həm də CM-nin 66.3-cü əsasən CM-nin 234.4.1, 234.4.3 və 32.5,206.3.2-ci maddələri ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi S.S.Abdullazadənin kassasiya şikayəti və ona edilmiş əlavə qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarında dəyişiklik edilməklə Məhkum2 narkotik vasitənin qaçaqmalçılığında köməkçi qismində iştirak etməsi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələrinə tövsif edilsin və ona bu maddələr əsasında 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü əsasən Məhkum2 hökmlə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə və hazırki qərarla CM-nin 32.5,206.3.2-ci maddələri ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissələrdə və kassasiya şikayətinə və ona edilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1600/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1600/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver