Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1600/2025 13.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Balayeva Zəhra İbrahim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Hüseynov Zülfüqar Hüseyn oğlunun iştirakları ilə x xxxx 1980-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəll ər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, x xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3nvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, x xxxxxx 1977-ci ildə Hacıqabul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum edilmiş, fərdi əməklə məşğul olmuş, ünvan 4 ünvanda yaşamış, hal-hazırda həbsdə o lan Məhkum3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2025-ci il tarixli 1(106)-76/2025 nömrəli qərarından Məhkum3 müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Ələsgərli Fuad Ələsgər oğlu, Məhkum1 müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Məhərrəmov Azər Hikmət oğlu və Məhkum2 müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Hüseynov Zülfüqar Hüseyn oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 1(099)-397/2024 nömrəli hökmü ilə (hakimlər: C.C.Nəbiyev (sədrlik edən), M.V.Məmmədov və C.Ş.Səfərli) Məhkum1 - Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum1 qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 5 may 2023-cü ildən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərd ə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Məhkum2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 5 may 2023-cü ildən hesablanması hökm edilmişdir. Məhkum3 - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müdd ətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum3 təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) ay 3 (üç) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 5 may 202 3-cü ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum1, onun müdafiəçiləri, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi və təqsirləndirilən şəxs Məhkum3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli 1(106)-76/2025 nömrəli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), Y.X.Həşimov və H.X.Bəhmənov) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 1(099)397/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs Məhkum1 2023-cü ilin may ayının əvvəllərində qanunsuz yolla qazanc əldə etmək üçün Türkiyə Cümhuriyyəti ərazisində olarkən tanışı Məhkum2, şəxsiyyəti məlum olmayan «X» adlı şəxs və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri Türkiyə Respublikası ərazisində əldə etmə, saxlama, daşıma, gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə Azərbaycan Respublikası ərazisində satışı ilə bağlı əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən məlum olmayan tarixdə, «X» adlı şəxsdən külli miqdarda 458,917 qram narkotik vasitə kokain, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3284 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini və külli miqdarda 17,323 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq ə ldə edib idarə etdiyi «Mersedes» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabin hissəsində gizlədərək 4 may 2023-cü ildə, saat 12:15-də Gürcüstan-Azərbaycan dövlət sərhədində yerləşən «Qırmızı körpü» adlanan gömrük-sərhəd buraxılış məntəqəsindən gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq daşımış, həmin gün Qazax rayonunun Qazaxbəyli kəndinin ərazisində idarə etdiyi «Mersedes» markalı yük avtomobili ilə qəza törətdikdən sonra onların qaçaqmalçılıq cinayəti törətməsindən məlumatı olmayan qohumu Məhkum3 ilə əlaqə saxlayaraq onunla cinayət əlaqəsinə girib onu hadisə yerinə çağırmış, sonuncu taksi ilə Hacıqabul şəhərindən Qazax rayonunun Qazaxbəyli kəndinə gedərək ondan 458,917 qram narkotik vasitə kokaini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3284 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini qanunsuz əldə edərək yaşadığı Hacıqabul şəhəri, Şirvan küçəsi, ev 50 ünvanında yerləşən mənzilinə qanunsuz olaraq daşımış, Məhkum3 əldə etdiyi kokainin külli miqdarda 3,189 qram hissəsini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 0,36 qram təşkil edən 02 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini üzərində saxlamış, ertəsi gün, yəni 05 may 2023-cü ildə Məhkum2 idarə etdiyi «Toyata Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Hacıqabul şəhərinə gedərək günorta saatlarında Məhkum3la sonuncunun yaşadığı evin yaxınlığında görüşüb külli miqdarda 458,917 qram narkotik vasi tə kokaini, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3282 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini bir ədəd sellofan torbada qanunsuz olaraq əldə edib külli miqdarda kokainin 451,985 qram hissəsini, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 588,96 qram təşkil edən 3272 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini idarə etdiyi «Toyata Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə və külli miqdarda kokainin 3,743 qram hissəsini və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 1,8 qram təşkil edən 10 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini üzərində yerləşdirib Bakı şəhəri istiqamətində qanunsuz olaraq daşımış, bu barədə əldə edilmiş məlum at əsasında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum2 həmin gün saat 13:45-də Bakı-Qazax magistral yolunun 10-cü kilometrliyində idarə etdiyi «Toyoto Prius» markalı avtomobillə birlikdə saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılıb orada saat 15:00-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümlərdə, külli miqdarda 3,743 qram çəkidə narkotik vasitə kokain və külli miqdarda, tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 1,8 qram təşkil edən 10 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləri aşkar olunaraq götürülmüş, həmin gün saat 16:00-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşla rı tərəfindən Məhkum2 özünün razılığı və iştirakı ilə idarə etdiyi «Toyoto Prius» markalı 77CF-778 dövlət qeydiyyat nişanlı avtomobilə Hacıqabul Rayon Polis Şöbəsinin həyətində baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən bir ədəd politelin torbada külli miqdarda 451,985 qram narkotik vasitə kokain və külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 588,96 qram təşkil edən 3272 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbləri aşkar olunaraq götürülmüşdür. Həmin gün saat 15:40-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri davam etdirilərkən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum1 Qazax rayonunun Qazaxbəyli kəndində, yolun kənarında saxlanılaraq Qazax Rayon Polis Ş öbəsinə aparılıb orada saat 16:50-də üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 17,323 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, həmin gün saat 16:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Məhkum3 Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən YDM-nin yaxınlığında saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə aparılıb orada saat 18:00-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 3,189 qram narkotik vasitə kokain və külli miqdarda, tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 0,36 qram təşkil edən 02 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həblər aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, Məhkum3 barəsində ibtidai araşdırma zamanı qanun pozuntularına, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması hallarına yol verilmiş, bununla əlaqədar birinci və apelyasiya məhkəmələrində müdafiə tərəfinin verdiyi vəsatətlər əsassız olaraq təmin olunmamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum3 cə za çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, Məhkum1 barəsində ibtidai araşdırma zamanı qanun pozuntularına, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması hallarına yol verilmiş, bununla əlaqədar birinci və apelyasiya məhkəmələrində müdafiə tərəfinin verdiyi vəsatətlər əsassız olaraq təmin olunmamışdır. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum2 CM-in 32.5, 206.2 və 234.4.1-ci maddələri ilə bəraət verilməsinə, CM-in 234.4.3-cü maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq olunmaqla qanunda nəzərdə tutulmuş həddən aşağı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, Məhkum2 ona elan edilmiş ittihamda özünü qismən, yalnız CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Məhkum2 qarşı verilmiş ittiham (32.5, 206.2, 234.4.1) tamamilə qanunsuz, əsassız və heç bir mötəbər dəlilə dayanmayan, istintaq orqanının mülahizəsindən ibarətdir. Məhkəmə də həmçinin əsassız olaraq istintaq orqanının vermiş olduğu həmin hissədə ittihamı öz hökmü ilə təsdiq edərək Məhkum2 təqsirli bilərək ona ağır cəza təyin etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum2 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, X adlı tanışı bir neçə dəfə Məhkum1 vasitəsi ilə ona narkotik vasitə və psixotrop maddə göndərmiş, o da X Hacıqabulda görüşüb həmin malları götürmüşdür. 04 may 2023-cü ildə X onunla yenidən əlaqə saxlayıb X vasitəsilə narkotik vasitə göndərdiyini, onunla görüşüb içərisində narkotik vasitə olan bağlamanı ondan götürməsini tapşırmış, sonuncu dəfə 05 may 2023-cü ildə X tanışı X göndərdiyi bağlamanı sonuncunun qohumu X adlı şəxsdən Hacıqabul rayonunda götürdükdən sonra tutulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin CM-in 32.5, 206.2, və 234.4.1-ci maddəsi ilə təqsirliliyi heç bir mötəbər dəlillə sübuta yetirilməmişdir. Məhkəməyə təqdim olunmuş sübutlar biri-birilə kəskin dərəcədə ziddiyyətli olmaqla işin faktiki hallarına, hadisənin baş vermə mexanizminə qətiyyən uyğun deyildir. Müdafiəçi hesab edir ki, Məhkum2 məhkəmə istintaqı zamanı verdiyi ifadə sübut kimi qəbul edilməlidir və formal mülahizələrə əsaslanıb həmin ifadəni sübut kimi qəbul etməmək yol verilməzdir. Müdafiəçinin fikrincə, məhkəmə təqsirləndirilən şəxs Məhkum2 cəza təyin edərkən hökmdə onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini göstərərək himayəsində heç bir yerdə işləməyən arvadı, 1 nəfər azyaşlı, ali təhsil li olmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.6, 59.1.10 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi sadalasa da, təqsirləndirilən şəxs barəsində kifayət qədər ədalətli olmayan və həmin yüngülləşdirici hallara uyğun olmayan azadlıqdan məhrum etmə növündə sərt cəza təyin etmişdir. Müdafiə tərəfi olaraq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi həm tövsif hissəsində, həm də cəza təyin edərkən onun cəza çəkmədən islah olunmasının mümkünlüyünü və barəsində olan yüngülləşdirici halları kifayət qədər nəzərə almamışdır. İş materiallarından da görünür ki, Məhkum2 himayəsində heç bir yerdə işləməyən arvadı, 1 nəfər azyaşlı uşağı vardır, cinayəti maddi asılılıq nəticəsində törətmiş, törətdiyi əmələ görə peşmandır, yaşayış yeri üzrə müsbə t xarakterizə olunur, ali təhsillidir. Cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Bunlarla yanaşı xüsusilə vurğulanmalıdır ki, Məhkum2 cinayət törətməyə meylli şəxs olmamaqla hazırkı cinayət əməlini də maddi asılılıq nəticəsində törətmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum3 ərizəsinin nəzərə alınması, digər kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçi Z.Hüseynovun, Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum3 ərizəsinin nəzərə alınması, məhkumlar Məhkum1 və X.İskəndərovun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum1 aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası ilk növbədə Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılmasına dair məhkumun ərizəsi ilə əlaqədar qeyd edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum3 kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəz ərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2025-ci il tarixli 1(106)-76/2025 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum2 CM-in 32.5, 206.2 və 234.4.1-ci maddələri ilə bəraət verilməsinə, CM-in 234.4.3-cü maddəsi ilə CM-in 62-c i maddəsi tətbiq olunmaqla qanunda nəzərdə tutulmuş həddən aşağı həddə cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçü n müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”nə görə; Azərbaycan Respublikası CM-in 206.3-cü maddəsində isə “Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə et mə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə: “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdəbeş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Verilmiş kassasiya şikayətlərdə məhkumlara istinad edilən cinayətlərin tərkibinin olmaması barədə kassasiya şikayətlərinə ilk növbədə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Mə hkum2 barələrində işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 tərəfində n qeyd edilən cinayətləri törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların təkrarən geniş təhlil edilməsini hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Belə ki, məhkumlar Məhkum2 və Məhkum1 özlərini təqsirli bilməsələr də, iş üzrə şahidlər Şahid3, Şahid4, Şahid2, Şahid5, Şahid7 və Şahid8 Sabir oğlunun ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 5 may 2023-cü il tarixli protokollar və protokollara əlavə edilmiş şəxsi axtarış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R disklər, məhkəmə-kimyəvi ekspertizasının 6 may 2023-cü il tarixli 6/2628 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 15 yanvar 2024-cü il tarixli 203, 204 və 205 nömrəli rəyləri, habelə toplanmış digər sübutlarla onların təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti ni yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunveric iliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir”. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum1 və Məhkum2 əməllərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin, Məhkum2 həmçinin əməllərində CM-in 32.5, 206.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Həmçinin, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum1 qaçaqmalçılı q cinayətinin törədilməsində icraçı kimi iştirak etdiyini düzgün müəyyən etsələr də, onun əməlini CM-in 206.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinin şərhini zəruri hesab edir. CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıl arı sayılırlar. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-in 33-cü maddəsində cinayətin iştirakçılarının məsuliyyət məsələsi belə müəyyən edilmişdir: 33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsində n asılı olaraq müəyyən edilir. 33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cin ayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. 33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət h üquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Məhkum1 2023-cü ilin may ayının əvvəllərində qanunsuz yolla qazanc əldə etmək üçün Türkiyə Cümhuriyyəti ərazisində olarkən tanışı Məhkum2, şəxsiyyəti məlum olmayan «Anar» adlı şəxs və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddələri Türkiyə Respublikası ərazisində əldə etmə, saxlama, daşıma, gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə Azərbaycan Respublikası ərazisində satışı ilə bağlı əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən məlum olmayan tarixdə, «Anar» adlı şəxsdən külli miqdarda 458,917 qram narkotik vasitə kokain, külli miqdarda tərkibində təsiredici psixotrop maddənin ümumi miqdarı 591,12 qram təşkil edən 3284 ədəd MDMA (metilendioksimetamfetamin, ekstazi) həbini və külli miqdarda 17,323 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, təkbaşına olaraq idarə etdiyi «Mersedes» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabin hissəsində gizlədərək 4 may 2023-cü ildə, saat 12:15-də Gürcüstan-Azərbaycan dövlət sərhədində yerləşən «Qırmızı körpü» adlanan gömrük-sərhəd buraxılış məntəqəsindən gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq daşımışdır. İş materiallarından görünür ki, məhkəmə baxışının çıxışlar mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərkən Məhkum2 əməlinin Azərbaycan Respublikası CMin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini və Məhkum3 isə elan edilən CM-in 32.5, 206.3.2-ci maddəsindən imtina etdiyini bildirmiş, onların təqsirli bilinərək həmin maddələrin sanksiya həddində cəzalandırılmalarını məhkəməyə təklif etmiş və məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq bu barədə qərar qəbul etmişdir. Belə olan halda, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən Məhkum1 əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törətməyə görə məsuliyyəti nəzərdə tutan CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi səhv olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qaçaqmalçılıq cinayətinin törədilməsində kö məkçi (həmçinin təşkilatçı və ya təhrikçi) qismində iştirak etmiş şəxslərin əməli həmin qaçaqmalçılıq cinayətinin icraçısının əməlinin tövsifinə uyğun olaraq tövsif edilməlidir. Yəni cinayətin icraçısının törətmiş olduğu cinayət əməli CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilmişdirsə, həmin şəxsə cinayətin törədilməsində kömək etmiş şəxsin əməli CM-nin 32.5, 206.2-ci maddəsi ilə deyil, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Ona görə də qeyd olunan qaçaqmalçılıq cinayətinin icraçısı olan Məhkum1 əməlini CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edib, ona həmin cinayətin törədilməsində kömək etmiş Xalid İskəndərovun əməlini CM-nin 32.5, 206.2-ci maddəsi ilə tövsif etməklə ibtidai araşdırma orqanı və məhkəmələr həm qanuna, həm də məntiqə zidd nəticəyə gəlmişlər. Məhkəmələr qaçaq malçılıq cinayətinin cinayətin törədilməsində köməkçi kimi iştirak etmiş Məhkum2 əməlini CM-in 32.5, 206.2-ci maddəsi ilə düzgün tövsif edərkən, qaçaqmalçılıq cinayətinin icraçısı olan Məhkum1 həmin cinayəti təkbaşına icra etdiyini, qaçaqmalçılıq cinayətinin icra edilməsində digər şəxslərin iştirak etmədiyini nəzərə almayaraq onun əməlini CM-in 206.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: “Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı veril miş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli ke çirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikd ə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-in 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası Məhkum1 əməlinin CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə cəza təyin edilməsini zəruri hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 199 4-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, məhkum X.İskəndərova isə CM-nin 234.4.1, 234.4.3 və 32.5, 306.2-ci maddələri ilə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən Məhkum1 himayəsində 1 azyaşlı uşağının olmasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində heç bir yerdə işləməyən arvadının və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin ilk məhkumluğunu, Məhkum2 himayəsində 1 azyaşlı uşağının olmasını, t əqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, həmçinin ilk məhkumluğunu onların cəzalarını yüngülləşdirən hallar kimi, cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alıb, onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59, 61-ci madd ələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, onun cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün nəzərə alınmasını və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən CM-in 234.4.1, 234.4.3 və 32.5, 206.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin ed ilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri törədilmiş cinayət əməlinin xara kterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini, himayəsində 1 azyaşlı uşağının olmasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, həmçinin ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum2 barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın cəza təyin etmiş və qanunda nəzərdə tutulmuş həddən az cəza təyin edilməsinə əsaslar müəyyən etməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyiş dirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum2 və Məhkum1 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2025-cü il tarixli qərarı Məhkum1 aid hissədə dəyişdirilsin. Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif edilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bu cəza Azərb aycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 1(099)-397/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə Məhkum1 təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1600/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1600/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver