Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1601/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X3 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Kürdəmir Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəs i ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Kürdəmir Rayon Məhkəməsinin (hakimlər: X1) 26 yanvar 2021-ci il tarixli hökmü ilə xx xxx 1997-ci ildə Kürdəmir rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəli nin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Atakişili kəndində yerləşən evi gecə saat 24:00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, mülki iddianın baxılmamış saxlanılması və zərərç əkmiş şəxsə mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının izah olunması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 128-ci maddəsi ilə təyin olunmuş 8 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzasının müddəti 1 (bir) ilədək artırılmış, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, Məhkum 2956,30 (iki min doqquz yüz əlli altı manat otuz qəpik) manat məbləğində maddi ziyan və 300 (üç yüz) manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 3256,30 (üç min iki yüz əlli altı manat otuz qəpik) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmış, mülki iddia qalan hissədə təmin olunmamış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 11 noyabr 2019-cu il tarixdə saat 14.30 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin hasarının arxa hissəsindən keçən yolun giriş hissəsinə qapı qoyulması üstündə atası X10 Z1 arasında yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsinə yumruqla bir neçə dəfə qəsdən vurub, ona burunun və sağ gözaltı nahiyyənin qançırı, burun qanaxması və burun sümüyünün uc hissəsinin yerdəyişməyən sınığı, burun çəpərinin əyilməsi ilə müşayiət olunan sağlamlığın qısa müdd ət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zarərvurmaya aid xəsarətlər yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tələblərinin pozulduğunu, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin pozulması və hüquqlarını müdafiə etdiyi şəxsin hüquq və azadlıqlarının təminatı istiqamətində heç bir hərəkət edilmədiyini vurğulamışdır. Müdafiəçi qeyd etmişdir ki, Apellyasiya məhkəməsi Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə görə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum etməklə ona istinad edilən cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmayan həddən artıq ağır cəza təyin etmişdir. Müdafiəçi Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021ci il tarixli l(106)-287/2021 saylı qərarının ləğv edilməsini, Kürdəmir rayon Məhkəməsinin 1(041)- 09/2021 saylı,26 yanvar 2021-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barəd ə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya pr otestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiya ları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tə tbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbay can Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi h əm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məh kum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən iş materiallarında məhkum olunmuş şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini təsdiq edən hər hansı bir sübut və yaxud məlumat olmadığı halda həmin halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamış, məhkəmə məhkum olunmuş şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsinin nədə ifadə olunması və yaxud onun bu istiqamətdə hansı hərə kətlər etməsinə dair hər hansı buir məlumata istinad etməmiş və bununla da həmin halı əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmişdir və məhkuma təyin olunmuş 8 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzasının müddətini 1 (bir) ilədək artırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınara q, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1601/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1601/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver