Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1601/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Ağayev Nəsrulla Qiyas oğlunun iştirakları ilə xx xxxx 2002-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Porsova kəndində qeydiyyatda olmaqla, Masallı rayonu İsgəndərli kəndində yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən), E.Ə.Mikayılov və R.V.Salmanov) Məhkum – Azərbaycan Respublikası CM-in 29, 120.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 29, 120.1-ci maddəsi ilə 07 (yeddi) il 10 (on) ay 15 (gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 17 yanvar 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), İ.M.Murğuzov və H.Ç.Məmmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum nişanlısı Şahid3 29 noyabr 2020-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs ilə uzun müddət sevgi münasibətində olduqları və evlənmək məqsədilə könüllü qoşulub qaçdıqları barədə məlumat aldıqdan dərhal sonra Şahid3 ilə nişanını pozub Zərərçəkmiş şəxs Şahid3 onun nişanlısı olduğunu bildiyi halda birlikdə qoşulub qaçmasını özünə qarşı təhqir kimi qəbul edərək, namusuna, tanış və qohumları arasında nüfuzuna ləkə gətirdiyini hesab edib, qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə dəfələrlə birbaşa və Zərərçəkmiş şəxs qohumu Şahid1 vasitəsi ilə xəbər göndərməklə gö rüşə çağırmış, sonuncu həyatına təhlükə hiss etdiyinə görə dəfələrlə üzrxahlıq etməklə, görüşlərdən hər dəfə müxtəlif bəhanələrlə yayınsa da o, sonda görüşəcəkləri halda sadəcə söhbət edəcəklərinə dair yalan vəd verib Zərərçəkmiş şəxs aldadaraq görüşə razı salmaqla 17 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində ictimai yer hesab edilən Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında metronun «Koroğlu» stansiyasının qarşısında Zərərçəkmiş şəxs ilə görüşdükdə ətrafda hərəkətdə olan insanlara və cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq və bunlara etinasızlıq göstərərək Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr işlətməklə qanunazidd hərəkətlərinin qarşısını almaq istəyən ətrafda olan vətəndaşların tələblərinə məhəl qoymayaraq, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əvvəlcədən özü ilə götürdüyü, istintaqa məlum olmayan bir ədəd qatlanan tipli cib bıçağını əynindəki gödəkcənin sağ yan cibindən çıxarıb silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi və bədəninin digər nahiyyələrinə həmin bıçaqla zərbələr endirib sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən daxili qanaxma, hemopnevmotoraksla müşayiət olunan diafraqma və dalağın zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən döş qəfəsinin sol yarısının arxa səthinin 2 ədəd və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin 1 ədəd daxilə nüfuz edən, sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthi, döş qəfəsinin sağ yarısının ön səthi, döş qəfəsinin sol yan səthi, sağ bel nahiyəsinin ümumilikdə 4 ədəd daxilə nüfuz etməyən, sağ bazunun bayır və iç səthi, sağ dirsək oynağının bayır səthi, iki ədəd olmaqla sol bazunun arxa səthi, sol saidin ön səthi, üç ədəd olmaqla sol budun bayır səthinin ümumilikdə 9 ədəd, cəmi 16 ədəd deşilmişkəsilmiş xəsarətlər yetirmiş, lakin hadisə vaxtı Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərərək növbəti bıçaq zərbələrindən yayınıb hadisə yerindən qaçdığına və ətrafda olan şəxslərin vasitəsi ilə vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş n iyyətini başa çatdıra bilməyərək qərəzli xuliqanlıqla müşayiət olunan Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsi və işin yeni apellyasiya baxışına qaytarılması, yaxud həmin qərarın dəyişdirilməsi və Məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzanın şərti hesab olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin olunarkən onun gənc olması, müsbət xarakterizə olunması, ailənin yeganə qazanc gətirən şəxsi olması, əvvəllər məhkum olunmaması, həmçinin cinayət əməlinin zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verməsi kimi hallar nəzərə alınmamışdır. Müdafiəçinin fikrincə, cəzanı yüngülləşdirən həmin halların olması Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasına və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına əsas verirdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi N.Ağayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələbləri nə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan fakti ki halları rəhbər tutacaqdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisə edilir və ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunması xahiş olunur. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub olmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib edilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum əməlinə ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmiş, əməlində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı halda, Məhkum Аzərbаycаn Respublikаsı CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, həmin maddə ilə məhkum olunmuşdur. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında verilən şərhlərə, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzaland ırıla bilər. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” məsuliyyət müəyyən edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətlər idir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirka rın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək,qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçin in göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1N-li qərarının 2-ci bəndində göstərilən tövsiyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. İbtidai araşdırma orqanın ın və aşağı instansiya məhkəmələrinin gəldikləri və işin hallarında təsvir olunan nəticəyə görə təqsirləndirilən şəxs Məhkum 17 yanvar 2021-ci il tarixdə təxminən saat 20:30 radələrində “Koroğlu” metro stansiyasının qarşısında Zərərçəkmiş şəxs ilə görüşdükdə ətrafda hərəkətdə olan insanlara və cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq və bunlara etinasızlıq göstərərək Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr işlətməklə qanunazidd hərəkətlərinin qarşısını almaq istəyən ətrafda olan vətəndaşların tələblərinə məhəl qoymayaraq, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin g əldikləri həmin nəticə iş materialları ilə təsdiq olunmur. Belə ki: -İşin mübahisəsiz halı ondan ibarətdir ki, X1 İsabala Mahir oğluna qarşı törətmiş olduğu qəsdən adam öldürməyə cəhddə ifadə olunan cinayəti şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törətmişdir. -Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinin yaxınlığında Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospektində quraşdırılmış «TŞ 4-047» və «TŞ 4-200» nömrəli videomüşahidə qurğularının görüntülərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «TŞ4-047...» adlı fayldakı videogörüntü 17 yanvar 2021-ci il tarixdə saat 20:25dən saat 20:40-dək olan zaman kəsiyini əhatə etməklə birbaşa hadisə yeri olan «Koroğlu» metrostansiyasının piramida tipli girişini görüntüləyir. Həmin yer ictimai yer olmaqla yaxın ə trafından mütəmadi şəkildə kənar şəxslər və avtomobillər hərəkət edir, işıqlandırma tam təmin edilmişdir. Saat 20:28-də kənardan keçən istintaqa məlum olmayan şəxslər hadisə yeri olan metrostansiyanın bilavasitə girişinə tərəf qaçdıqları, həmin yerdən arxa-arxaya bir nəfər şəxsin hərəkət etdiyi, digər şəxsin ona hücum çəkdiyi, arxa-arxaya hərəkət edən şəxsin yerə yıxıldığı, digər şəxsin isə ona tərəf əyildiyi, daha sonra yıxılan şəxsin ayağa qalxıb çevrilib insanların daha çox olduğu tərəfə surətlə qaçdığı, digər şəxsin də onun ardınca eyni surətlə qaçdığı, təxminən 5-6 nəfər kənar şəxslərin isə onlara müdaxilə etməkdə ehtiyat etdikləri, sonda öndə qaçan şəxsin digər şəxsdən yayınmaq üçün istiqamətini təxminən 45 dərəcə dəyişib metrostansiyasının yan tərəfinə qaçmağa başladığı və arxada qa çan şəxsin də ondan əl çəkməyərək izləyib ardınca təxminən 1-2 metr ara məsafəsi ilə surətlə qaçdığı görünür. Zərərçəkmiş şəxs görüntü ilə tanış olaraq yıxılan şəxsin onun özü, ona tərəf əyilən şəxsin isə Məhkum olduğunu və həmin an ona bıçaqla xəsarətlər yetirməyə çalışdığı, daha sonra ayağa qalxıb qaçaraq canını qurtarmağa çalışdığını, lakin Məhkum onu öldürmək üçün ardınca qaçmaqda davam etdiyini, sonda taksi duracağına tərəf qaçaraq dəmir hasarı aşdığını, ətrafda çoxlu sayda insan toplaşdığı üçün Məhkum kənarlaşdığını bildirmiş və əyani olaraq görüntüdə özünü və Məhkum əli ilə göstərmişdir. -Cinayət işinin materiallarında təqsirləndirilən şəxs Məhkum tərəfindən xuliqanlıq cinayətinin Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edən heç bir sübut, o cümlədən şahid ifadələri, ekspertiza rəyləri və s. yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə b ir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və i şin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmiş və məhkəmələr də onu əsassız olaraq həmin m addə ilə məhkum etmişlər. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində CM-in 221.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma ittiham olund uğu Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təyin olunmuş cəzanın ağır olması və məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair dəlilləri ilə əlaqədar qeyd edir ki: Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə görə “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə— doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükə lilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin b əzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən c inayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Q ərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhku m etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Odur ki, məhkəmə kollegiyası Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Beləliklə, Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin qərarı ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum CM-in 221.3-cü maddəsi ilə məhkum edi lməsinə dair hissədə ləğv edilsin və həmin hissədə cinayət işi üzrə icraata xitam verilsin. Məhkum CM-in 221.3-cü maddəsi ilə və CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum üzərində ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il 10 (on) ay 15 (gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №1(102)-1601/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1601/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver