Məhkəmə qərarları › İş №1(102)-1602/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1602/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1602/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 11 mart tarixli, 1(103)-668/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi ilə) 2025-ci il 8 yanvar tarixli, 1(001)-10/2025 nömrəli hökmü ilə, xx xxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(005)-60/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 1(103)- 1276/2024 saylı, 27 iyun 2024-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək ona qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdılmaqla 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Qiyaslı kəndində pasport qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayımş, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 02 (il) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1276/2024 saylı, 27 iyun 2024- cü il tarixli qərarı ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Məhkum qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hü ququ məhdudlaşdılmaqla 03 (üç) il 9 (doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 04 yanvar 2023-cü il tarixdən hesablanmış, narkomaniyadan məcburi müalicə təyin olunmaqla onun qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X2 (sədrlik edən), X3 və X5 ibarət tərkibdə) 2025-ci il 11 mart tarixli, 1(103)-668/2025 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair 2025-ci il 8 yanva r tarixli, 1(001)-10/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədi ilə istintaqa məlum olmayan "Ayxan” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 sentyabr 2022-ci il tarixdə saat 01.00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs6 İsimxan oğluna məxsus 1700 manat dəyərində "Jianshen” markalı, "NNB-49” modelli, VİN kodu "LXEF AZ 403NB11” mühərrikinin iş həcmi 49 kub santimetr olan mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 İsimxan oğluna ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2022-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən «Ağdamlılar» kafesinin yaxınlığında Zərərçəkmiş şəxs5 etibarnamə əsasında idarə etdiyi «Kamaz» markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədədinin dəyəri 335 manat olmaqla cəmi dəyəri 670 manat olan 2 ədəd «Enerji» markalı, 190 amperlik akkumulyatorları gizli olaraq talayıb zərərçəkmih şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 670 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan baş qa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2022-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “ETK”nın həyətyanı sahəsində “Vətən” firmasına məxsus “Daevo” markalı, 10 Tg 052 dövlət qeydiyyat nişanlı avtobusun üzərində olan 1 ədədinin dəyəri 120 manat olmaqla cəmi dəyəri 240 manat olan 2 ədəd “Euro Start” 12V 190ah markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2022-ci il tarixdə saat 03:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “ETK”nın həyətyanı sahəsində “Vətən” firmasına məxsus “Daevo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun üzərində olan 1 ədədinin dəyəri 120 manat olmaqla cəmi dəyəri 240 manat olan 2 ədəd “Euro Start” 12V 190ah markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2022-ci il tarixdə saat 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “ETK”nın həyətyanı sahəsində “Vətən” firmasına məxsus “Daevo” markalı, 10 Tf 335 dövlət qeydiyyat nişanlı avtobusun üzərində olan 1 ədədinin dəyəri 120 manat olmaqla cəmi dəyəri 240 manat olan 2 ədəd “Euro Start” 12V 190 ah markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 dekabr 2022-ci il tarixdə saat 01.00 radələrində ünvan 3 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus “Ford” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını üzərində olan vintaçanla açaraq avtomobilin salonuna daxil olub, oradan 1 ədəd 400 manat dəyərində “Amuage” markalı ətir, 1 ədəd 99 manat dəyərində adapter və 1 ədəd 100 manat dəyərində səsgücləndiricini gizli olar aq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 499 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 dekabr 2022-ci il tarixdə saat 06:20 radələrində ünvan 3 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus “Opel Astra” markalı, 77-BO- 827 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının tutacağını sındırmaqla açaraq avtomobilin salonuna daxil olub, oradan 1 ədəd 250 manat dəyərində monitor və avtomobilin arxa yük yerindən 1 ədəd 200 manat dəyərində səsgücləndiricini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 450 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 dekabr 2022-ci il tarixdə gecə saatlarında ünvan 4 ünvanın qarş ısında Musayev Vakhidə məxsus "Ford Tranzit” markalı NA 888 HD Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin qapısını istintaqa məlum olmayan formada açaraq oradan 2 ədəd prefarator, 1 ədəd laqonda, 2 ədəd direl, 1 ədəd sverlo, 1 ədəd plastik boruları yapışdırmaq üçün ütü və həmin ütüyə aid aksesuarları gizli olaraq talayıb zərərçəkmiş şəxs Musayev Vakhidə ümumilikdə 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 03 yanvar 2023-cü il tarixində səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,187 qram çəkidə narkotik vasitə heroini 25 manat pulun müqabilində əldə edib üzərində daşımaqla saxlamış və Bakı şəhər i, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 yanvar 2023-cü il tarixdə saat 22:00 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq, ünvan 6da yerləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətirilmiş və orada həmin tarixdə saat 22:30 dəqiqədə üzərinə aparılan şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 0,187 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, heç vaxt narkotik vas itələrin istifadəçisi olmamışdır və məhkəmə-tibbi ekspertizasının rəyi də onun narkotik vasitələrin istifadəçi olmadığını təsdiq edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, Bakı Apellyasiya Məhkəməsi də tam araşdırma aparmadan hökmü qüvvəsində saxlamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 11 mart tarixli, 1(103)-668/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin əsassız olduğunu qeyd edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 2025-ci il 11 mart tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edi lib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbayca n Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm və zifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəməl əri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, məhkumun ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqirsizliyi ilə bağlı dəlilləri məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəm ələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin CM-in 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə alınmış və məhkuma təqsirli bilindiyi maddələrin sanksiyası həddində və qəti olaraq CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun ə dalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 11 mart tarixli, 1( 103)-668/2025 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar