Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1603/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Hüseynov Zaur Elbrus oğlunun iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Hüseynov Zaur Elbrus oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Süleyman Ağayev) 11 mart 2021-ci il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, qazancın ın 20 faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını iş yeri üzrə çəkməsi, cəzasının əvvəlinin məhkumun qazancından dövlət nəfinə pul tutulmalarının aparıldığı vaxtdan hesablanması, mülki iddia tələbinin qismən təmin edilməsi, Məhkum zərərçəkmişin öz vəsaiti hesabına müalicə almasına sərf olunmuş məbləğ olmaqla, cəmi 1400 (min dörd yüz) manat miqdarında pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum (mülki cavabdeh) və onun müdafiəçisi, habelə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.M.Abdulov (sədrlik edən), Ə.S.Seyfəliyev və Q.X.Babayev) 18 avqust 2021-ci il tarixli qərarı ilə Məhkum (mülki cavabdeh) və müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum (mülki cavabdeh) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü sonuncuya münasibətdə təyin edilmiş cəza və mülki iddianın mənəvi ziyanın təmin edilməməsi hissəsində dəyişdirilməsi, Məhkum (mülki cavabdeh) həmin hökmə əsasən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təyin edilmiş qazancının 20 faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdud laşdırılması cəzası ilə əvəz edilməsi, məhkum edilmiş şəxs Məhkum (mülki cavabdeh) həmin hökmlə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Məhkum üzərinə gün ərzində saat 00:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdud laşdırılması növündə cəzanın icrası müddəti Məhkum (mülki cavabdeh) cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum (mülki cavabdeh) təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın mənəvi ziyanla bağlı hissədə qismən təmin edilməsi, məhkum edilmiş şəxs Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 1000 (min) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Nümayəndə tərəfində n kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsinin birgə verdikləri kassasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməklə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2021-ci il tarixli qərarının müdafiəçi Z.E.Hüseynovun kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Z.A. Şirinov (sədrlik edən), İ.A.İbrahimli və Z.B.Babayev) 26 may 2022-ci il tarixli qərarı ilə Məhkum (mülki cavabdeh) və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum (mülki cavabdeh) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaç ı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia maddi ziyanın tutulması hissəsində təmin edilməmiş, mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməklə məhkum edilmiş şəxs Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 11 fevral 2020-ci il tarixdə saat 11 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «KİA Sportage» markalı **-NT-*** dövlət qeydi yyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, S.Mehmandarov küçəsi ilə Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binası istiqamətində hərəkətdə olarkən yolun Ə.Kərim küçəsi ilə kəsişməsində geriyə dönmə manevri edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən piyada keçidinə daxil olmuş piyadaya yol verməklə və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına tam əmin olaraq hərəkətini davam etdirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib həmin tələbləri pozaraq piyada keçidində hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vuraraq piyada X2 qamış sümüyünün yerini dəyişən qapalı sınığı, sol dirsək oynağı nahiyəsinin sıyrığı ilə müşay iət olunan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə mənəvi zərərin 1000 (bir min) manat tutulmasına dair yeni qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, apelyasiya instansiyası məhkəməsi tərəfindən əsassız, ədalətsiz və qanunsuz olaraq Ali Məhkəmənin göstərişlərinə zidd olaraq zərərçəkmişin mənəvi zərərin ödənilməsinə dair iddiası üzrə tutulacaq məbləğ artırılmışdır. Belə ki, Ali Məhkəmənin qərarı ilə zərərçəkmiş şəxsin mənəvi zərərin ödənilməsinə dair iddiası üzrə kassasiya şikayəti təmin edilmədiyi, təqsirləndirilən şəxsin şikayəti isə qismən təmin edildiyi halda, apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin ziyanın olaraq qərar qəbul etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə təqsirləndirilən şəxs Məhkum və müdafiəçi Z.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsas ən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiya sı məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının təqsirləndirilən şəxs Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə mənəvi zərərin 1000 (bir min) manat tutulmasına dair yeni qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əs asən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya şikayətində təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməlində onun təqsirliliyi mübahisələndirilmədiyindən iş üzrə toplanmış sübutların şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası iş üzrə mülki iddi anın həllinə aid hissədə apelyasiya məhkəməsinin qərarının qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunubolunmamasına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsinə əsasən: “179.1 Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 1 81.1.1-181.1.2-ci maddələrinin tələblərindən görünür ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2.1-181.2.4-cü maddələrinə müəyyən edilmişdir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; - itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; - itirilmiş gəlirin ödənilməsini; - mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-nin 354.1.1-354.1.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: - iddianın tam və ya qismən təmin edilməsi; - iddianın rədd edilməsi; - iddianın baxılmamış saxlanması CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zaman ı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki: “74. Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəra ətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil etməklə və qanunvericiliyin yuxarıda istinad edilən normalarına və Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında verilən tövsiyələrə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum (mülki cavabdeh) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia nın maddi ziyanın tutulması hissəsində təmin edilməməsi, mənəvi ziyanın tutulması hissəsində isə qismən təmin edilməklə məhkum edilmiş şəxs Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsinə dair nəticəyə gələrkən qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin 26 may 2022-ci il tarixli qərarı ilə Məhkum (mülki cavabdeh) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Pr osessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraata xitam verilmişdir. Qanunvericiliyin tələbinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına müvafiq olaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanmalı olduğu halda, məhkəmə barəsində cinayət işi xitam edilmiş Məhkum edilmiş şəxs kimi qeyd edərək, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı maddi ziyanın tutulması hissəsində təmin etməmiş, mənəvi ziyanın tutulması hissəsində qismən təmin etməklə Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsinə qərar vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməklə Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi hissəsində ləğv edilməli, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia mənəvi ziyanın tutulması hissəsində baxılmamış saxlanmalı və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın mad di ziyanın tutulması hissəsində təmin etməməsinə dair hissədə də qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Lakin Azərbaycan Respublikası CPM-nin 91.7-ci maddəsinə əsasən “Təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır.” Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın maddi ziyanın tutulması hissəsində təmin etməməsinə dair hissədə məhkumun müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətinə münasibətdə ləğv oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 416.1.22-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Azərbaycan Respublikası CPM-nin 416.2-ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarı məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməklə Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi hissəsində ləğv edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia mənəvi ziyanın tutulması hissəsində baxılmamış saxlansın və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1603/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1603/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver