Məhkəmə qərarları › İş №1(102)-1603/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1603/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1603/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-896/2021 nömrəli, 28 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1976-cı il tarixdə Kəlbəcər rayonu Lev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Kəpəz rayonu, Türklər qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-90/2021 nömrəli, 18 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5-ci maddə ləri üzrə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 144-3.4-cü maddəsi üzrə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 28 noyabr 2019-cu il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut və digər məsələlər də həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya pro testi verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-896/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilərək, Məhkum Azərbaycan Respublikası CM-nin 1441.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-90/2021 nömrəli, 18 mart 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin tətbiqinə dair müddəa xaric edilməklə, Məhkum hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzanın hökmlə Azərbaycan Respublikası CM-nin 144-3.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qərara alınmış, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum 08 fevral 2023-cü il tarixdə kassasiya şikayəti verərək, məhkəmə tərəfindən ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirmişdir. Məhkum kassasiya şikayəti ilə yanaşı vəsatət təqdim edərək buraxılmış kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-896/2021 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair Məhkum vəsatəti təmin edilməmişdir.

7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verərək, müddətin buraxılmasını üzrlü hesab etməklə kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsi, kassasiya şikayətinə mahiyyəti üzrə baxılaraq mübahisələndirdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətində Məhkum səhhəti ilə əlaqədar olaraq 2022-ci ilin may ayında Müalicə Müəssisəsinə köçürüldüyünü, apellyasiya instansiyası məhkəməsinin qərarından 1 il ərzində kassasiya şikayəti verməli olduğunu bildiyi təqdirdə, 30 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etdiyini, lakin həmin ərizədən heç bir xəbər olmadığından, yenidən apellyasiya instansiyası məhkəməsinə kassasiya şikayəti müddətinin bərpa edilməsi barədə ərizə verdiyini qeyd etməklə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)896/2021 nömrəli, 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. III. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı g ündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.

10. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatə ti təmin etmək hüququna malikdir.

11. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-896/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qərarı proses iştirakçılarının, o cümlədən Məhkum və onun müdafiəçisinin iştirakı ilə elan edilmiş, 17 iyun 2021-ci tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir.

12. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)896/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qərarından kassasiya şikayətini qanunla nəzərdə tutulmuş müvafiq prosessual müddət bitdikdən 12 ay sonra apellyasiya instansiyası məhkəməsinə təqdim edib, eyni zamanda məhkəmə qarşısında buraxılmış müddətin bərpasına d air vəsatət qaldırmışdır.

13. Bununla belə, məhkum vəsatətində onu vaxtında kassasiya şikayətini vermək imkanından məhrum edən ağır xəstəliyə tutulmasına, fövqəladə hadisənin baş verməsinə və ya iradəsindən asılı olmayan digər hala istinad etməmiş, müddətin buraxılmasını səhhətində yaranmış problemlərlə bağlı olduğunu izah etsə də, istinad etdiyi əsasları təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hazırda mübahisələndirilən qərarında Məhkum kassasiya şikayətini verməsi üçün müddətin buraxmasına əsas verən hər hansı üzrlü səbəb göstərə bilmədiyindən müvafiq müddətin bərpasına dair vəsatətini təmin etməmişdir ona görə ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.

15. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir.

16. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və s ülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (X6rşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

17. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkumnun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.

18. Odur k i, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-896/2021 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar